Məhkəmə qərarları › İş №2-1(102)-2693/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2693/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2693/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin T əyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2-1(103)-1866/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. NV №012531 nömrəli xx.xx.1987-ci il tarixli diplomu ilə müəyyən olunmuşdur ki, İddiaçı 1982-ci ildə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş və 1987-ci ildə həmin İnstitutun Rus dili və ədəbiyyatı milli məktəblərdə ixtisası üzrə tam kursu bitirmişdir.

2. AT-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1977-ci ildə başlamışdır. Əmə k kitabçasına əsasən əmək fəaliyyəti aşağıdakı kimidir: xx.xx.1977-xx.xx.1982; xx.xx.1982xx.xx.1987 (əyani təhsil); xx.xx.1987-xx.xx.1988; xx.xx.1988-xx.xx.1989; xx.xx.1989xx.xx.1992; xx.xx.1992-xx.xx.1994 (“Dostluq-3” kiçik müəssisəsi); xx.xx.1994xx.xx.2000 (“Nizami A.S.” kiçik müəssisəsi); xx.xx.2000-xx.xx.2003; xx.xx.2003xx.xx.2019-cu illər “Nizami A.S.” kiçik müəssisəsində işləmişdir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaş həddinə çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kap italı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 1 iyul 2020-ci il tarixindən qadınların pensiya yaş həddi 62 yaş müəyyən edilmişdir (2021-ci ilin 1 iyul tarixindən 65 yaşadək hər il 6 ay artırılmaqla müəyyən edilir). Müvafiq göstəricisi qanunvericiliyin göstərilən tələblərinə uyğun gəlmədiyindən yaşa görə əmək pensiyası hüququ yaranmadığı üçün ona yaşa görə sosial müavinət təyin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azə rbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1958-ci il təvəllüdlüdür, 07 sentyabr 1992- ci il tarixdən 16 aprel 2003-cü il tarixədək ardıcıl əmək fəaliyyətinə dair əmək kitabçası var. həmin illərin 07 sentyabr 1992-ci il tarixdən 05 iyul 2000-ci ilədək olan müddətdə X2 Ərazi İstehsalat Mexanikləşdirmə İdarəsində kargüzarlıq vəzifəsində işlədiyinə dair həmin idarədən verilmiş 07 iyul 2000-ci il tarixli sənəd var. xx xxxxxx 1958-ci il təvəllüdlü olması nəzərə alınsa 2020-ci il dekabr ayının 28-də 62 yaşı tamam olub və bu pensiya yaşı ona münasibətdə uyğun olmaqla 2021-ci ilin 30 iyununa kimi qüvvədədir. “Əmək pensiyaları haqqında” Az ərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İddiaçının 30 iyun 2019-cu il tarixdə yaş həddi 64-dür. 2006-cı ilin 01 noyabrına kimi də 30 ildən artıq iş stajı var. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığ ortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək nəzərə alsaq iddiaçının ümumi stajı tələb olunan 25 illik iş stajı üçün kifayət edir

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və nin Sosial Müdafiəsi Nazirliyi tabe liyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi n Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Dostluq” kiçik müəssisəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" kiçik müəssisəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Dostluq” kiçik müəssisəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" kiçik müəssisəsində işlədiyini və əməkhaqqı aldığını iddia edir. Lakin iddiaçının, həqiqətən də, real olaraq işləməsini müəyyən etmək üçün iddia edilən dövrlərin əmək kitabçasınd a qeyd edilməsi ilə yanaşı, qeyd olunan illərə dair işə daxil olma, işdən çıxma əmrləri, əmək haqqı cədvəllərinin də olması zəruridir. Lakin iddiaçı tərəfindən bu illərə dair həmin sənədlərin təqdim olunmaması iddiaçının işləməsini ciddi şübhə altına alır. Bununla da, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması mümkünsüzdür

8. Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(112)-1919/2022 nömrəli qərarı ilə (hakim: X1) iddia təmin edilmiş, iddiaçıya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddiaçıya xx.xx.2020-ci tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır.

9. Birinci insta nsiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, 62 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuş, əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı (əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-xx.xx.1994-cü illərdəki “Dostluq-3” kiçik müəssisəsindəki dövr nəzərə alınmamaqla) ən azı 25 ildir. 34. 1 iyul 2020 – 30 iyun 2021 dövrü üçün qadınlar üzrə pensiya yaşı 62 yaşdır. Odur ki, iddiaçının hüququ yaşa görə pensiya hüququ xx.xx.2020-ci il tarixdə yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müdd ətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2-1(103)-1866/2023 nömrəli qərarı ilə (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X5 və X3) Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının “Nizami A.S.” kiçik müəssisəsindəki əmək fəaliyyətinə münasibətdə məhkəmə qeyd edir ki, əmək kitabçasına əsasən iddiaçı xx.xx.1994-cü ildə həmin müəssisədə işə qəbul edilmişdir, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-cı il tarixli məktuba əsasən isə "xxxx" Kiçik Müəssisəsinin (VÖEN: **********) xx.xx.1994-cü ildə 9104 nömrə ilə dövlət qeydiyyatından keçmişdir. Ona görə də iddiaçının “Nizami A.S." kiçik müəssisəsində xx.xx.1994-xx.xx.2000-ci illərdəki əmək fəaliyyəti iddiaçının sığorta stajına daxil edilməlidir. Bununla bağlı, məhkəmə kollegiyası “Nizami A.S.” kiçik müəssisəsinin 28.04.994-cü il tarixdə qeydiyyatdan keçməsinə istinad edərək həmin dövrləri iddiaçının sosial sığorta stajına daxil etmişdir. Lakin cavabdeh orqan tərəfindən təqdim edilmiş apellyasiya şikayətində iddiaçıya məxsus əmək kitabçasında xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" kiçik müəssisəsində işlədiyi dövrlərə münasibətdə həm işə daxilolma, həm də işdən azad edilmə ilə əlaqədar qeydlərdə müəssisə rəhbərinin imzası və müəssisənin möhürü öz əksini tapmaması halı da qeyd edilmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətində qeyd edilmiş bu əsasa münasibət bild irməmiş, yalnız qeyd edilən dövrlərin iddiaçıya məxsus əmək kitabçasında qeyd edilməsinə istinad edərək əsassız olaraq iddia tələbini təmin etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci m addəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 17. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 18. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və ə mək stajını təsdiq edən əsas sənəd hesab edilir.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

20. Kassasiya şikayəti va xtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüqu qi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. O na görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 62 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi il ə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir.

27. Bundan əlavə, əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-xx.xx.1994-cü illərdəki “Dostluq-3” kiçik müəssisəsindəki dövr nəzərə alınmamaqla, hazırkı qərarın 1 və 2-ci bəndində qeyd olunan diplom və əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi sığorta stajı mövcuddur.

28. Nəticə etibarı ilə, İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir.

29. Odur k i, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2-1(103)-1866/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar