Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2694/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X6 oğlu, X4 və X3) “mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 2-1(103)-90/2023 nömrəli, 21 iyun 2023cü il tarixli qərarından üçüncü şəxs X6 oğlu tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X6 oğlu, X4 və X3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 oğlu, X4 və X1 Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi, 68 saylı evin 97 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7896/2021 nömrəli 28 dekabr 2021-ci il tarixli tarixli qərarı ilə iddia təmin edilməmişdir.
3. Həmin qərardan iddiaçı apellyasiya şikayəti ve rərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7896/2021 nömrəli 28 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-90/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7896/2021 nömrəli 28 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş,iş üzrə yeni qərar qəbul edilmiş,iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından X6 oğlunun, X2 və X1 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
5. Üçüncü şəxs X6 oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-90/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Mülki Prosessual Məcəllə Maddə
134. Rəsmi qaydada verilən sənədlər 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir. 134.1.1. iddia ərizəsini; 134.1.2. qarşılıqlı iddia ərizəsini; 134.1.3. iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin surətlərini; 134.1.4. məhkəmə bildirişini; 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını; 134.1.6. iş üzrə icraatın qurtardığını göstərən qərardadı; 134.1.7. məhkəmə əmrini; 134.1.8. apellyasiya şikayətinin surətini; 134.1.9. kassasiya şikayətinin surətini. 134.2. Zəruri hallarda məhkəmə işə aid olan digər məhkəmə sənədlərini də rəsmi qaydada verə bilər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 7. a) İnzibati Prosessual Məcəllə Maddə 20.1 Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərar ları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir.Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Re spublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. (-) b) Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) b) Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası m əhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2-1(103)-90/2023 nömrəli qərarı 17 iyul 2023-cü il tarixdə üçüncü şəxs X6 oğluna təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti 18 avqust 2023-cü il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra poçt rabitəsi şöbəsinə təqdim olmuşdur.
9. Məhkəmə tərəfindən üçüncü şəxs X6 oğluna göndərilmiş bildirişdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, 30 oktyabr 2023-cü il tarixinədək həmin nöqsanların aradan qaldır ılması, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə xəbərdarlıq olunmuşdur.
10. Beləliklə üçüncü şəxs X6 oğlu göstərilən vaxtadək müddətin üzürlü səbəbdən onun tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməmişdir.
11. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 6 (a) bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından hazırkı işdə prosessual müddətin axımı 17.07.23-cü il yəni məhkəmə qərarının üçüncü şəxsə təqdim olunduğu tarixdən hesablandıqda kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddət buraxılmış hesab olunur.
12. Göstərilənlərə əsasən üçüncü şəxs X6 oğlunun kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən kassasi ya şikayəti mümkün sayılmamalıdır.
13. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-90/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qərarından üçüncü şəxs X6 oğlu tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın.