Məhkəmə qərarları › İş №2-1(102)-2695/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2695/2023

29.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2695/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X2, X1, Babayeva (Aslanova) Səma Vahid qızı və X3) “çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-484/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qərardadından üçüncü şəxs X3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-130/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.

3. Üçüncü şəxslər hə min qərardan apellyasiya şikayəti vermişlər.

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-26/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Şəki İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır.

5. Üçüncü şəxslər həmin qərardan kassasiya şikayəti vermişlər.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1306/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı dəyişdirilmədən saxlanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. Üçüncü şəxslər məhkəməyə “yeni açılmış hallara dair” ərizə ilə müraciət edərək Şəki İnzibati Məhkəməsinin 2-1(116)130/2020 nömrəli xx.xx.2020-ci il tarixli iş üzrə inzibati məhkəmə icraatının təzələnməsini və mahiyyəti üzrə baxılmasını xahiş etmişlər.

8. Ərizə onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 1(116)-130/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra həmin qərarın JN seriyalı 0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının qüvvədə olmasını qeyd etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 21(102)1824/2022 nömrəli qərarında bildirilmişdir ki, Dövlət Aktlarının verilməsinə əsas olmuş qərar, o cümlədən, Dövlət Aktları ilə tərəflərə məxsus olan torpaq sahələri bir-biri ilə dəyişdirildiyindən sözügedən Dövlət Aktlarının hüquqi qüvvəsi də itirilmişdir.

9. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-130/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, üçüncü şəxslərin ərizədə qeyd etdikləri hallar yeni açılmış hal deyildir. Belə ki, ərizədə qeyd olunanlar işin məhkəmə araşdırmasının predmetini təşkil etmiş və məhkəmənin qərarı ilə öz təsdiqini tapmışdır. Bundan başqa, üçüncü şəxslər yeni açılmış hallarla icraatın təzələnməsinə əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər.

11. Üçüncü şəxslər həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-484/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdir ilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Üçüncü şəxs Zahid Aslanov kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

15. Üçüncü şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən Dövlət Aktlarının verilməsinə əsas olmuş Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə ayrılmış torpaq sahələri sonradan dəyişdirilmiş, bununla bağlı yeni inzibati akt qəbul edilmişdir. Dövlət Aktlarının verilməsinə əsas olmuş qərar, o cümlədən, Dövlət Aktları ilə tərəflərə məxsus olan torpaq s ahələri bir-biri ilə dəyişdirildiyindən sözügedən Dövlət Aktlarının hüquqi qüvvəsi də itirilmişdir. Bundan əlavə, formalaşmış inzibati məhkəmə praktikasında Dövlət Aktlarının müstəqil mübahisələndirilməsinə yol verilmir. Belə ki, sözügedən aktın əsasında inzibati akt dayandığından (hazırkı halda aqrar islahat komissiyasının qərarı), məhz həmin inzibati aktlar şəxslər üçün hüquqi nəticə yaradır.

16. Belə olan halda, iddiaçı üçün hər hansı hüquqi nəticəsi olmayan aktların (iddianın predmetini təşkil edən Dövlət Aktlarının) inzibati məhkəmə icraatında mübahisələndirilməsinə yol verilmir." Göründüyü kimi, Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- l(116)-130/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarında JN seriyalı 0056 nömrəli 'Torpağa mülkiyy ət hüququna dair" Dövlət Aktının qüvvədə olmasını qeyd etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-l(102)-1824/2022 nömrəli qərarında bildirmişdir ki, Dövlət Aktlarının verilməsinə əsas olmuş qərar, o cümlədən, Dövlət Aktları ilə tərəflərə məxsus olan torpaq sahələri bir-biri ilə dəyişdirildiyindən sözügedən Dövlət Aktlarının hüquqi qüvvəsi də itirilmişdir.

17. Həmçinin bildirir ki, ərizəyə əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(107)-331/2015 iş nömrəli qərardadından da göründüyü kimi, iddiaçılar İddiaçı1 və digərləri Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli qərarının ləğvi ilə bağlı iddia qaldırsalar da iddia mümkün sayılmamışdır.

18. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Respublikası Ali Məh kəməsinin xx.xx.2022-ci il tarixli, 2-l(102)-1824/2022 nömrəli qərarındakı hüquqi mövqeyinə əsasən, Şəki İnzibati Məhkəməsi xx.xx.2020-ci il tarixli, 2-1(116)-130/2020 nömrəli qərarı qəbul etməklə düzgün hüquqi nəticəyə gəlməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.112022-ci il tarixli, 2-l(102)-1824/2022 nömrəli qərarı əsas götürülməklə, Şəki İnzibati Məhkəməsi xx.xx.2020-ci il tarixli, 2-l(116)-130/2020 nömrəli qərarına yeni açılmış halla bağlı yenidən baxılmalıdır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə

106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə ic raatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı büt övlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

25. İPM-in 100-cü maddəsinin tələbindən göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

26. İşdən göründüyü kimi, ərizəçinin istinad etdiyi hallar və faktlar işə mahiyyəti üzrə baxılıb həll edilərkən mövcud olmuş, məhkəmə araşdırması zamanı həmin hallardan məhz işə aid olanı nəzərə alınmışdır.

27. Hazırkı ərizədəki istinadlar yeni açılmış hallar kimi təqdim edilsə də, əslində məhkəmə araşdırmasının predmeti olmuş hallara istinad edilməklə məhkəmənin qərarı m übahisələndirilir.

28. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin təmin olunması üçün əsaslar yoxdur.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(107)-484/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar