Məhkəmə qərarları › İş №2-1(102)-2697/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2697/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2697/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üz rə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1850/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür.

2. Əmək kitabçasının surətinə əsasən, iddiaçı xx.xx.1975-xx.xx.1983-cü illərdə, xx.xx.1984-xx.xx.1992-ci illərdə, xx.xx.1992-xx.xx.1995-ci illərdə, xx.xx.1995- xx.xx.2000ci illərdə, xx.xx.2000-xx.xx.2004-cü illərdə müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. 3 fevral 1997-ci il tarixdə "xxxx" LTD Şirkətinə operator vəzifəsinə təyin edilmiş, xx.xx.2004-cü il tarixdə əmək müqaviləs inə xitam verilmişdir.

3. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

4. Cavabdeh tərəfindən həmin tələbin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 26 fevral 2022-ci il tarixli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş xx.xx.1975-ci il tarixli 3T-İ № ******* saylı və xx.xx.1997-ci il tarixli ******* saylı əmək kitabçalarının və hərbi biletinin surətinə əsasən sığorta stajı (xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixinə dək hərbi xidmətdə olduğu dövr) 21 il təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20 il 1 ay sığorta stajına uyğun olaraq 14088,05 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 857,12 manat olmaqla, ümumilikdə 14946,18 təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 16742,88 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (116,27 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Adına tərtib olunmuş xx.xx.1975-ci il tarixli 3T-İ № ******* saylı və AZE seriyalı 151776 saylı xx.xx.1997-ci il tar ixli əmək kitabçalarında qeyd olunmuş xx.xx.1995ci il tarixindən xx.xx.2000-ci il tarixinədək, xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçalarında qeyd olunmuş “Xəyal” firmasının xx.xx.1995-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək, “Samirə" şirkətinin xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək, "xxxx" LTD-nin xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1972-ci ildən 1974-cü ilə kimi hərbi xidmətdə olmuş, xx.xx.1975-ci ildən xx.xx.1995-ci ilə kimi Gürcüstan SSR-in Bolnisi rayonunun Kvemo-Bolnisi kəndində yerləşən 2 saylı orta məktəbdə sinif müəllimi vəzifəsində işləmiş, xx.xx.1997-ci ildən xx.xx.2004-cü ilə kimi "xxxx" LTD türk şirkətində operator vəzifəsində çalışmış, ayda 3 00 manat əmək haqqı almışdır. 2007-ci ildə "xxxx" LTD türk şirkəti Türkiyəyə köçmüş və hazırda orada fəaliyyət göstərir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2020-ci ildən 2021- ci ilə kimi işləmişdir. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh 26 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, təqdim etdiyi xx.xx.1975-ci il tarixli 3T-İ seriyalı ******* saylı xx.xx.1975-ci il tarixli və xx.xx.1997-ci il tarixli ******* saylı əmək kitabçalarının və hərbi biletinin surətinə əsasən sığorta stajı (xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək hərbi xidmətdə olduğunu dövr) 21 il təşkil edir. Lakin cavabdeh təşkilat xx.xx.1997-ci ildən xx.xx.2004-cü ilə kimi "xxxx" LTD türk şirkətində operator vəzifə sində işləməsini və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2020-ci ildən 2021-ci ilə kimi işləməsini nəzərə almamışdır. Hazırda 67 yaşı var və əmək stajı 30 il təşkil edir.

7. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-857/2023 nömrəli, 1 fevral 2023-cü il tarixli qərarı ilə (sədrlik edən hakim H.Ağalarov) iddia rədd edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin qəbul etmədiyi dövrdə (xx.xx.1995-xx.xx.2000, xx.xx.2000- xx.xx.2004, xx.xx.1997-xx.xx.2004) iddiaçının işlədiyi müəssisələrin mövcud olub-olmaması, iddiaçının həmin təşkilatlarda işləyibişləməməsi ilə bağlı araşdırma aparmış, “Can Dış Ticarət” LTD-nin xx.xx.1995-c i il tarixdə dövlət qeydiyyatına alınması müəyyən edilsə də, iddiaçının əmək fəaliyyətinə dair sənədlər, işə qəbul olunması və işdən azad olunması barədə əmrlər əldə edilməmişdir. Bundan əlavə, iddiaçının Can Dış Ticarət” LTD-də işlədiyi dövr, “Xəyal” firmasında və “Samirə” şirkətində işlədiyi dövrlə üst-üstə düşsə də, əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər aparılmamışdır. Bu da iddiaçının həmin müəssisələrdə işləməsi faktına əsaslı şübhələr yaradır.

10. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və 25 il sığorta stajına malik olmadığından, iddia təmin еdilməməlidir.

11. İddia çı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1850/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər: X.Cəmilova /sədrlik edən və məruzəçi/, A.Oruczadə və R.Səmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş, İddiaçı 63 yaş 6 aydan, yəni xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alın mışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının xx.xx.1972- xx.xx.1974-cü illərdə həqiqi hərbi xidmətdə olduğu dövr – 2 il, xx.xx.1975-xx.xx.1983-cü illərdə 7 il 4 ay 11 gün, xx.xx.1984-xx.xx.1992-ci illərdə 7 il 5 ay 1 gün, xx.xx.1992- xx.xx.1995-ci illərdə 3 il 4 ay 1 gün və xx.xx.1997-xx.xx.2004-cü illərdə 7 il 8 ay 29 gün iş stajı nəzərə alınmaqla, ümumi iş stajı 27 il 10 ay 12 gün təşkil etdiyindən o, cavabdehdən yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı olmuşdur. Kollegiya iddiaçının tələb olunan 25 ildən artıq iş stajının mübahisəli -"xxxx" LTD şirkətində işlədiyi xx.xx.1997xx.xx.2004-cü illər də daxil edilməklə tamamlandığını nəzərə alaraq cavabdeh tərəfindən digər mübahisələndirilən- “Xəyal” firmasında işlədiyi xx.xx.1995-xx.xx.2000-ci illər v ə “Samirə” şirkətində işlədiyi xx.xx.2000-xx.xx.2004-cü illər üzrə araşdırma aparılmasına lüzum görmür. Həm də bu zaman kollegiya onu da nəzərə almışdır ki, həmin dövrlər iddiaçının "xxxx" LTD şirkətində işlədiyi xx.xx.1997- xx.xx.2004-cü illərlə demək olar ki, üst-üstə düşür. Beləliklə, iddiaçının qanunla tələb olunan 25 ildən artıq iş stajı olduğuna görə qanunun digər şərtinin- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır.

14. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikay ətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunda göstərilənlərlə eynilik təşkil edir.

16. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7, 31.2-1 və İPM-in 90-99-cu maddələrinə istinad edilmişdir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə 67. 1-2-ci hissə. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67. 8-ci hissə. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixd ən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetini n 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddə tində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını ( qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çə rçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etm əklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlıdır.

30. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı.

31. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasə n qeyd edilməlidir ki, iddiaçıya məxsus hərbi bilet, 1975-ci və 1997-ci ilin əmək kitabçalarına əsasən, onun xx.xx.1972- xx.xx.1974-cü illərdə həqiqi hərbi xidmətdə olduğu dövr – 2 il, xx.xx.1975-xx.xx.1983-cü illərdə 7 il 4 ay 11 gün, xx.xx.1984-xx.xx.1992-ci illərdə 7 il 5 ay 1 gün, xx.xx.1992-xx.xx.1995-ci illərdə 3 il 4 ay 1 gün və xx.xx.1997-xx.xx.2004-cü illərdə 7 il 8 ay 29 gün işlədiyi dövrlər nəzərə alınmaqla ümumi iş stajı 27 il 10 ay 12 gün təşkil edir.

32. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hesablanmış 27 il 10 ay 12 gün ümumi stajına cavabdeh inzibati orqanın mübahisələndirdiyi dövrlərdən“Xəyal” firmasında işlədiyi xx.xx.1995-xx.xx.2000-ci illər və “Samirə” şirkətində işlədiyi xx.xx.2000-xx.xx.2004-cü illər onun "xxxx" LTD şirkətində işlədiyi xx.xx.199 7-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrlə üst-üstə düşdüyü üçün həmin dövrlərdəki staj (xx.xx.1995-xx.xx.2000; xx.xx.2000-xx.xx.2004) daxil edilməmişdir.

33. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin apellyasiya baxışı zamanı “Can Dış Ticaret Limited” firmasının hüquqi şəxs kimi ilk dəfə dövlət qeydiyyatından keçməsini təsdiq edən sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə məhkəmə sorğusu göndərilmiş və həmin sorğuya cavab olaraq bildirilmişdir ki, müəssisə ilk dəfə hüquqi şəxs kimi 1995-ci il tarixdə qeydiyyatdan keçmişdir. Həmçinin 11/2765 saylı 06.10.200-ci il tarixli Azərbaycan Respub likası Ədliyyə Nazirliyi Kommersiya Təşkilatlarının dövlət reyestrindən çıxarışdan görünür ki, “Can Dış Ticaret Limited” firması 457 saylı qeydiyyat nömrəsi ilə xx.xx.1995-ci il tarixdə qeydiyyatdan keçmiş, xx.xx.2005-ci il tarixdə nizamnaməsinə dəyişiklik edilmişdir.

34. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1997- xx.xx.2004cü illərdə işlədiyi “Can Dış Ticaret Limited” firmasının mövcudluğu və dövlət qeydiyyatına alınması öz təsdiqini tapmışdır

35. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının qanunla tələb olunan 25 ildən artıq iş stajı olduğuna görə qanunun digər şərtinin- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmay an pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır.

36. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1850/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar