Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2697/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Bakı şəhər Baş Səhiyyə İdarəsi 1 nömrəli şəhər poliklinikası) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: buraxılmış prosessual müddətin bərpası rədd; kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Bakı şəhər Baş Səhiyyə İdarəsi 1 nömrəli şəh ər poliklinikası) qarşı “xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən təkrarən ikinci dərəcəli əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2024-cü il tarixli 2-1(103)-1682/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə (buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və ona xx.xx.2021-ci il tarixdən təkrarən ikinci dərəcəli əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) 05 dekabr 2022-ci il tarixli, 21(112)-3313/20222 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
3. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) 27 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1682/2023 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçı 19 aprel 2024-cü il tarixdə dövlət hesabına vəkillə təmin olunması barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) 10 may 2024-cü il tarixli, 2-1(103)-1682/2023 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçının vəkillə təmin edilməsi Vəkillər Kollegiyasına həvalə edilmişdir.
5. İddiaçının vəkili kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə apelyasiya məhkəməsinə müraciət edərək (sənədlər 16 iyul 2024cü il tarixdə daxil olmuşdur) ərizəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçıya göndərilməmişdir. Bu səbəbdən, iddiaçı apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, qərarın surətini almış, daha sonra dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Həmçinin, mübahisələndirilən məhkəmə qərarı vəkil bürosuna göndərilməmiş və vəkilin elektron kabinetinə yerləşdirilməmişdir. Məhkəmənin qərarı 12 iy ul 2024-cü il tarixdə təqdim olunmuş, bu səbəbdən də onlardan asılı olmayan səbəblərdən kassasiya şikayəti vermə müddəti ötürülmüşdür. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsind ə müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə
22. Müddətlər 22.
1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə
94. K assasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.... KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd olunmalı və şikayət üzrə kassasiya aşağıda qeyd olunan səbəblərdən mümkün sayılmamalı dır.
8. Belə ki, kassasiya şikayəti İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verildikdə kassasiya icraatı mümkündür.
9. İPM-in 23.1 və 94.1-ci maddələrinin tələbinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin, bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
10. Hazırkı iş üzrə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş 1 ay müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
11. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarı 10 oktyabr 2023-cü il tarixli məktubla proses iştirakçılarına göndərilmiş, lakin iddiaçı 5 aydan artıq vaxt keçdikdən sonra 19 aprel 2024-cü il tarixdə dövlət hesabına vəkillə təmin olunması barədə ərizə ilə apellyasiya məhkəməsinə müraciət etmişdir.
12. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 ay m üddətin iddiaçı tərəfindən ötürüldüyü mübahisəsizdir.
13. İddiaçının vəkili də apellyasiya məhkəməsinə ünvanlanmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsində bunu etiraf edir.
14. Məhkəmə kollegiyası prosessual müddətin bərpası ilə bağlı iddiaçının vəkilinin ərizəsinin dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, ərizədə iddiaçının sonradan məhkəməyə müraciət edərək qərarı alması qeyd olunsa da, iş materiallarında iddiaçının qərarın təqdim olunması ilə bağlı heç bir müraciəti yoxdur. Həmçinin, ərizədə qərarın 12 iyul 2024-cü il tarixdə onlara təqdim edilməsi qeyd olunsa da, iddiaçı artıq 19 aprel 2024cü il tarixdə həmin qərardan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdi. Göründüyü kimi, ərizənin qeyd olunan dəlili həqiqəti əks etdirmir.
15. Eyni zamanda, məhkəmə kollegiyası məhkəmə qərarının vəkilə çatdırılmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə sənədləri proses iştirakçılarının elektron kabinetlərinə deyil, Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilir, sənədlər elektron qaydada imzalandıqdan sonra proses iştirakçıları, onların qanuni nümayəndələri və vəkilləri həmin sistemdə yaradılmış elektron kabinet vasitəsilə məhkəmə sənədləri ilə tanış olurlar. Yəni, məhkəmə qərarının vəkilin elektron kabinetinə göndərilməsi qeyri-mümkündür.
16. Dövlət hesabına vəkillə təmin olunma barədə ərizə təmin edildiyi halda, Vəkillər Kollegiyası tərəfindən təyin edilmiş vəkil müvafiq sənədləri (order) məhkəməyə təqdim etməklə, vəkil kimi Elektron Məhkəmə İn formasiya Sisteminə həmin iş üzrə əlavə olunmasını xahiş edə, əlavə edildikdən sonra iş üzrə qəbul edilmiş müvafiq məhkəmə sənədləri ilə tanış ola bilər. Hazırkı iş üzrə iddiaçının vəkilinin belə müraciəti olmamışdır.
17. Həmçinin qeyd edilməlidir ki, işin apellyasiya baxışı zamanı 27 sentyabr 2023cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı şəxsən iştirak etmiş, həmin iclasda apellyasiya instansiyası məhkəməsinin qərarının nəticə hissəsi elan edilmişdir. Başqa sözlə, iddiaçı apellyasiya instansiya məhkəməsinin qərarının tam mətni olmasa da, qərardan (işin nəticəsindən) məlumatlı olmuşdur. Buna baxmayaraq, iddiaçı ona dövlət hesabına vəkil təyin edilməsi barədə ərizə ilə məhkəməyə, qərarın nəticəsi barədə məlumatlı olduğu vaxtdan təxminən 7 ay sonra müraciət etmişdir.
18. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş, müddətin iddiaçının təqsiri olmadan buraxılmasına dair üzrlü səbəblər müəyyən edilməmişdir. Müddət bərpası barədə ərizədə də kassasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddətin üzrlü səbəblərdən ötürülməsinə dair heç bir dəlil irəli sürülməmiş, ərizə əsaslandırılmamışdır. Odur ki, buraxılmış müddətin bərpasına dair ərizə əsassız olduğundan təmin edilməməli, şikayətin qəbulundan imtina olunmalı, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sent yabr 2023-cü il tarixli, 2-1(103)-1682/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.