Məhkəmə qərarları › İş №2-1(102)-2699/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2699/2023

30.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2699/2023 30.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X20 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi; əmək kitabçası olmadıqda digər mötəbər sənədlər əsasında iş stajının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Resp ublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X20 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2336/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əri vəfat etdikdən sonra xx.xx.2007-ci il təvəllüdlü oğlu X12 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasına dair müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 11 sen tyabr 2021-ci il tarixli məktubu ilə təmin olunmamışdır. Cavabdeh bildirmişdir ki, iddiaçının mərhum ərinin əmək kitabçası və ya surəti, əmək kitabçası olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı təqdim edildikdən sonra övladı X8 ailə başçısını itirməyə görə əmək pensiyası hüququna yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2007-ci il təvəllüdlü X12 ailə başçısını itirməyə görə xx.xx.2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişlərinin hesablanaraq yetkinlik yaşına çatana qədər onun qanuni nümayəndəsi - anası İddiaçı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə q oyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün iddiaçının mərhum ərinin X7 14 il 3 ay + 4 ay = 14 il 6 ay sığorta stajı olması tələb olunur. Onun 1978-ci il tarixindən bəri əmək stajı vardır. O, təkcə 21 il müddətində Amerika Səfirliyində işləmiş, Fotoelektronika İnstitutunda əmək fəaliyyəti ilə məşğul olmuş və sonuncu iş yeri isə “Azad Bank” olmuşdur. X14 Səfirliyində işləməyi barədə əmək kitabçası tərtib olunmadığından həqiqətəndə orada işləməyi barədə arayış təqdim olunsa da, cavabdeh orqan tərəfindən həmin arayış məqbul hesab edilməmişdir. X13 xx.xx.1978-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul edilmiş, xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1986-cı il tarixdə təhsilini bitirmişdir. Beləliklə, təhsil və hərbi xidmət dövrləri ilə bağlı stajı 7 il 10 ay 5 gün təşkil edir. Milli Elmlər Akademiyası Fizika İnstitutu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən X13 xx.xx.1984-cü ildən xx.xx.1987-ci il tarixinədək X1 radi avadanlığı nəzarətçisi olaraq işləmişdir. Nəzərə alınsa ki, xx.xx.1986-cı il tarixinədək olan staj təhsil illəri kimi nəzərə alınmışdır, burada xx.xx.1986-ci ildən xx.xx.1987-ci illər arası staj 10 ay 2 gün təşkil edir. ABŞ səfirliyinin verdiyi arayışda göstərilmişdir ki, X13 xx.xx.1999-cu il tarixdən xx.xx.2021-ci il tarixədək mühafizəçi işləmiş və əmək haqqı almışdır. Odur ki, xx.xx.1999cu il tarixindən xx.xx.2006-cı ilədək olan müddət 6 il 8 ay 29 gün iş stajı təşkil edir. Be ləliklə, X7 iş stajlarının cəmin xx.xx.2006-cı il tarixədək 15 il 5 ay təşkil edir. Bu halda, cavabdehin tələb etdiyi 14 il 6 a iş stajı tamamilə ödənilir.

4. Cavabdeh iddiaya dair etirazında bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçının mərhum əri X13 qanunla tələb olunan sosial sığorta stajına malik deyildir. Belə ki, X13 ilə İddiaçı Ağasaməd qızı xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar və onların birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X15 anadan olmuşdur. X13 xx.xx.2021-ci il tarixdə (59 yaşında) vəfat etmişdir. Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq mərhum X10 münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: 1. 59 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 44 il (əmək qabiliyyətli yaş dövrü); 2. 44 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 176 ay; 3. 176 ay: 12 ay = 14 il 06 ay. Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq mərhum X10 münasibətdə tələb olunan sosial sığorta stajı 14 il 06 aydır.

5. İşin mübahisələndirilən halı mərhum X7 “Fotoelektronika İnstitutu”nda, “Azad Bank” firmasında və xx.xx.1999-cu il tarixdən xx.xx.2021-ci il tarixədək X9 Azərbaycan Respublikasındakı Səfirliyində işlədiyi dövrdür. Mərhum S.S.Abdullayevin əmək kitabçası yoxdur. Azərbayca n Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli 4/41 nömrəli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********0900 nömrəli məktubları ilə sözügedən müəssisələr barədə məlumatların olmadığı qeyd edilmişdir. Bundan əlavə, X9 Azərbaycan Respublikasındakı Səfirliyinə iddiaçının mərhum ərinin iş stajının müəyyən edilməsi məqsədilə çoxsaylı sorğular göndərilsə də, hazıradək sözügedən sorğular cavablandırılmamışdır. Bundan əlavə X9 Azərbaycan Respublikasındakı Səfirliyi xx.xx.2012-ci il tarixdə mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsistemində "Sığortaedənlərin reyestri” bölümündə sığortaedən kimi uçota alınmışdır. Bununla belə qeyd olunan dövrdən məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. İddiaçının mərhum ərinin əmək kitabçasının olmaması səbəbindən yuxarıda göstərilən dövrlərin sığorta stajı kimi nəzərə alınması qanunvericiliyə ziddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən 2006-cı ilin yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının mərhum ərinin qanunla tələb edilən 14 il 06 ay sosial sığorta stajı olmadığından iddia tələbi təmin edilməməlidir.

6. Azərbaycan Milli Elmlər X6 xx.xx.2022-ci il tarixli 029-08/216 nömrəli məktubunda bildirilmişdir ki, X13 həqiqətən xx.xx.198 4-cü ildə X11 İnstitutunun Filialının 9cu şöbəsinə 2-ci dərəcə ilə radio avadanlıqlarının nəzarətçisi vəzifəsinə işə qəbul olunmuşdur (Əmr №29 xx.xx.1984-cü il). xx.xx.1985-ci ildə İnstitutun adı dəyişilərək X2 olmuşdur (Əmr №548 xx.xx.1985-ci il). xx.xx.1987-ci ildə öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 58 xx.xx.1987-ci il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 81 saylı qərarı ilə AMEA H.A.Abdullayev adına Fizika İnstitutunun və Fotoelektronika İnstitutunun bazasında AMEA Fizika İnstitutu yaradılmışdır. Məktubda tələb olunan, S.S.Abdullayevə məxsus AMEA Fizika stitutunun arxivində mövcud olan sənədlərin surətləri göndərilmişdir.

7. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Memarlıq və İnşaat Universitetinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmu şdur ki, X13 xx.xx.1978-ci il, 159u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “İnşaat” fakültəsinin axşam şöbəsinə qəbul olmuşdur (qr.1228r). xx.xx.1980-ci il, 204 u/p saylı əmrlə həqiqi hərbi xidmətə getmiş, xx.xx.1982-ci il, 224 u/p saylı əmrlə həqiqi hərbi xidmətdən sonra Azərbaycan Mühəndis İnşaat İnstitutunun “İnşaat” fakültəsinin axşam şöbəsinə bərpa olmuşdur (qr.1220r). xx.xx.1986-cı il, 312u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “İnşaat” fakültəsinin axşam şöbəsinin “Sənaye və mülki tikinti” ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İmtahan Komissiyasının qərarı ilə ona “İnşaat-mühəndisi” ixtisası verilmişdir. Diplom: HB № 972219, qeydiyyat № 922.

8. Məhkəmənin sorğusuna əsasən Azərbaycan İnşaat və Memarlıq ElmiTədqiqat İnstitutunun xx.xx.2022-ci il tar ixli məktubunda göstərilmişdir ki, X13 1987-ci ilin may ayından (əmr №89/k, xx.xx.1987 il) 1988-ci ilin dekabr ayına (əmr №210/k, 23 dekabr 1988 il) qədər (dekabr ayı da daxil olmaqla) Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda laborant, böyük texnik və mühəndis vəzifələrində işləmişdir. Belə ki, əmək haqqı cədvəlinə əsasən 1987-ci ilin may-dekabr ayları və 1988-ci ilin yanvar-dekabr ayları üzrə 2506-34 (iki min beş yüz altı rubl. 34 qəpik) əmək haqqı almışdır. Buna müvafiq olaraq əmrlərin surətləri təqdim olunmuşdur.

9. ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli arayışda X7 03 aprel 1999-cu il tarixindən 07 fevral 2021-ci il tarixə kimi ABŞ-ın Bakıdakı səfirliyində mühafizəçi işlədiyi və əmək haqqı aldığı təsdiq edilmişdir.

10. Bakı İn zibati Məhkəməsinin 2-1(112)-455/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilərək xx.xx.2007-ci il təvəllüdlü X12 ailə başçısını itirməyə görə xx.xx.2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişlərinin hesablanaraq yetkinlik yaşına çatana qədər onun qanuni nümayəndəsi - anasına İddiaçı ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum əri X13 xx.xx.1962-ci ildə doğulmuş, xx.xx.2021-ci ildə ölmüşdür. Ölən zaman onun yaşı - 58 il 11 ay 16 gün olmuşdur. İddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün mərhum ərinin 14 il 06 stajının olması kifayət edir (59-15=44, 44*4/12=14 il 06 ay). Cavabdeh öz imtinasını mərh umun əmək kitabçasının olmaması və işlədiyini iddia etdiyi “Fotoelektronika İnstitutu”, “Azad Bank” firması barədə məlumatların olmaması, eyni zamanda X9 Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən sorğuların cavablandırılmaması nəticəsində orada işləməsinə dair sübutun olmaması ilə əsaslandırmışdır. Məhkəmə sözügedən dəlillərlə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş əmrlər və əmək haqqı cədvəlləri, müvafiq idarələrin arayışları iddiaçının mərhum ərinin 1984-1987-ci il tarixlərdə “Fotoelektronika İnstitutu”nda, 1987-1988-ci il tarixlərdə Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda, 1999-2021-ci il tarixlərdə X9 Azərbaycan Respublikasındakı Səfirliyində işləməsi, eyni zamanda hərbi bileti və diplom müvafiq dövrlərdə təhsil alması və hərbi xidmətd ə olması halları faktının öz təsdiqini tapmışdır. Məhkəmə həmin məlumat mənbələrini sosial sığorta stajının müəyyən edilməsi üçün mötəbər əsas hesab etmiş və bu müddətləri ailə başçısının sosial sığorta stajı kimi qəbul etmişdir. Qeyd olunanlara və iş materiallarına əlavə olunmuş sənədlərə əsasən iddiaçının xx.xx.1978-ci ildən xx.xx.2006-cı il tarixədək olan dövrdə 19 il 05 ay 6 gün iş stajı müəyyən olunur.

12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2336/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A. Yusifov və P.A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-455/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlilləri cavabdeh tərəfindən təqdim olunmuş iddia tələbinə dair etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2336/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əm ək pensiyası.... 4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış;... 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur.... 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 221.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. 20. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada ida rə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə İİ. Əmək stajını təsdiq edən sənədlər İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, y axud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlill ərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim o lunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməm əsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahi sələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyi n mümkünlük, aidiyyət, mötəbərlik və yetərlilik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Kollegiya hazırda baxılan məsələyə münasibətdə qanunvericiliyin tətbiqi təcrübəsi ilə bağlı formalaşmış məhkəmə təcrübəsini bir daha xatırladır ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər (arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri və s.) nəzərə alına bilər.

30. Mərhumun sosial sığorta stajına daxil edilməli olan mübahisəli iş i lləri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən hazırkı qərarın 21-22-ci bəndlərində istinad olunan normalar nəzərə alınmalı və müvafiq idarələr tərəfindən verilən arayışlarda göstərilən illər sosial sığorta stajı kimi qəbul edilməlidir.

31. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, cavabdeh iş stajının mövcudluğunu təsdiq edən sənədlərin mötəbərliyini istisna edəcək hər hansı sübut təqdim etməmiş, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Belə ki, işin aşağı instansiya məhkəmələrindəki icr aatı zamanı sorğu əsasında əldə edilmiş sənədlərdə göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq sübutlar cavabdeh tərəfindən təqdim olunmamışdır. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X20 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyul 2023-cü il tarixli, 2-1(103)-2336/2023 nömrəli qərarı dəyişdirilmə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar