Məhkəmə qərarları › İş №2-1(102)-2699/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2699/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2699/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: hüquq varisi olmayan, ləğv edilmiş və ya özəlləşdirilməsi başa çatmış dövlət müəssisəsinin istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçisinə aylıq müavinətin ödənilməsi, tutulmaların dayandırılması, tutulmuş pul vəsaitinin geri qaytarılması, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğ lundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi, tutulmanın dayandırılması, tutulmuş müavinətin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2024-cü il tarixli, 2-1(103)-1293/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli müavinətin dayandırılması barədə qərarının ləğv edilməsi, ondan geri alınan müavinətin alı nmasının dayandırılması, geri alınan müavinətin ona qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2-1(112)-7852/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, 25918 nömrəli “Sosial müavinətin dayandırılması haqqında” qərarı ləğv edilmiş, həmin qərarın icrası dayandırılmaqla qərarın icrası nəticəsində ondan tutulmuş müavinətin geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2024-cü il tarixli, 2-1(103)-1293/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı “cavabdeh qurumun “Ümumi əsaslara görə əmək pensiyasının ye nidən hesablanması haqqında” qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi” göstərilməklə dəyişdirilmədən saxlanılmışdır.

4. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü il təvəllüdlü iddiaçı xx.xx.1989-cu ildə 203 saylı Tikinti İdarəsində işləyərkən əmək xəsarəti aldığı üçün müayinə və müalicədən sonra ona üçüncü dərəcə əmək xəsarəti alması barədə HƏEK tərəfindən rəy verilmiş, bu barədə ona arayış da verildikdən sonra aldığı əmək xəsarəti ilə bağlı üçüncü dərəcə əlillik 1996-cı ildən ömürlük müəyyən edilmiş və ona aylıq sosial müavinət təyin olunmuşdur. Lakin xx.xx.2022-ci ildən həmin müavinətin iddiaçıya verilməsi dayandırılmışdır. Bununla bağlı iddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli imti na məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları”nın 5.1-ci, 5.2-ci və 5.3-cü bəndlərinə əsasən özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə də, idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət onu almaq hüququ yarandığı gündən t ez olmamaq şərtilə, 1 oktyabr 2003-cü il tarixindən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələri tərəfindən təyin edilir və ödənilir. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən "xxxx" ASC-nin özəlləşdirilməsi xx.xx.2014-cü il tarixdə başa çatdığı halda, iddiaçıy a təyin edilmiş sosial müavinətin ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. Nəticədə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək sosial müavinət üzrə artıqvermə müəyyən edilmişdir.

5. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2002-ci il tarixli, 49 nömrəli sərəncamı ilə Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyində olmuş "xxxx" trestinin bazasında "xxxx" ASC yaradılmış və Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2014-cü il tarixində tam başa çatdırılmış, lakin hüquqi varisi müəyyən edilməmişdir. Həmçinin müəssisənin xəsarət almış işçilərinə ödənilməli olan ödənclərin kim tərəfindən ödənilməsi məsələsi həllini tapmamışdır.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci tarixli, 242 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nın xx.xx.2010-cu il tarixə qədər qüvvədə olmuş 3.7-ci və 3.8-ci bəndlərində oxşar münasibətlər üzrə ödənclərin hansı üsulla ödənilməsi öz əksini tapmışdır. Belə ki, həmin Qayda müəyyən etmişdir ki, ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquq varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir.

7. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçının işlədiyi müəssisənin özəlləşdirilməsi xx.xx.2014-cü il tarixdə tam başa çatsa da, onun hüquq varisinin müəyyən edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya müavinət cavabdeh tərəfindən ödənilməkdə davam etməlidir. Bununla bağlı məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdeh qurumun iddiaçıya münasibətdə qəbul etdiyi “Sosial müavinətin dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli qərar ləğv edilməli, ondan geri alınan müavinətin alınması dayandırılmalı, geri alınan müavinətin ona qaytarılması öhdəliyi isə cavabdehə həvalə edilməlidir.

8. İş üzrə apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçı barəsində “Sosial müavinətin daya ndırılması haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul etdikdən sonra “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarla da iddiaçının sosial təminat hüququna birbaşa müdaxilə etmişdir. Belə ki, cavabdehin “Sosial müavinətin dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli qərarında “xx.xx.2014-xx.xx.2022-ci il tarixli dövr üzrə artıqvermənin müəyyən olunduğu, əlilliyə görə əmək pensiyası ödənişində bunun nəzərə alınması” qeyd olunsa da, xx.xx.2022-ci il tarixli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın məzmununda “xx.xx.2022-ci il tarixli, 25918 nömrəli müavinəti dayandırmaq haqqında qərara əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək müavinət üzrə 5672,26 manat artıqver mənin müəyyən edildiyi” qeyd olunmuş və buna görə də iddiaçının hər ay əlilliyə görə aldığı əmək pensiyasından tutulmalar edildiyi aydın olur. Odur ki, məhkəmə kollegiyasının göstərdiyi hüquqi yardıma əsasən iddiaçı onun sosial təminat hüququnu pozan xx.xx.2022-ci il tarixli qərarın da ləğvi tələbini irəli sürmüşdür.

9. Məhkəmə kollegiyası həmin tələbin birinci instansiya məhkəməsində irəli sürülmədiyini və bununla bağlı iddiaçıya məhkəmə tərəfindən hüquqi yardımın göstərilmədiyini kobud pozuntu kimi qiymətləndirmir. Ona görə ki, iddiaçı adı çəkilən qərarın icrasından doğan məsələləri – ondan geri alınan müavinətin alınmasının dayandırılması və geri alınan müavinətin ona qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsini birinci instansiya məhkəməsində işə baxılarkən zatən iddia tələbind ə irəli sürmüşdü. Bu baxımdan, iddiaçının xx.xx.2022-ci il tarixli qərarın ləğvi ilə bağlı verdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin baxılan işdə iddiaçının öncədən qoyduğu tələblərlə birlikdə araşdırılıb, ona hüquqi qiymət verilməsi daha məqsədəmüvafiqdir. Kollegiya onu da nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının apellyasiya baxışı zamanı mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli qərara qiymət verilməsə də, onun icrasından doğan məsələlərə düzgün hüquqi qiymət verildiyi üçün bu hal, həmin qərarın ləğvi ilə bağlı tələbə apellyasiya qaydasında baxılmasının qarşısını almır, əksinə birinci instansiya məhkəməsində aparılan araşdırmalar və məhkəmənin gəldiyi qənaət xx.xx.2022-ci il tarixli qərarın ləğvini labüd edir.

10. Cavabdeh mahiyyətcə imtinası nın, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

12. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tət biqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, ya xud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdi rməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

13. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

14. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməs i üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin xx.xx.2010-cu il tarixə qədər qüvvədə olmuş 3.7-ci və 3.8-ci bəndlə rinə əsasən, ləğv edilmiş və ya özəlləşdirilməsi başa çatmış dövlət müəssisələrinin hüquq varisi olmadıqda, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Mübahisə predmeti ilə bağlı məsələnin natamam tənzimlənməsi iddiaçının ziyanına təfsir oluna və onun əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin ödənilməsinə olan hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Nəzərə alınmalıdır ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvləri və himayəsində olan digər şəxslər sosial həssas qrupa aiddir və hüquqi t ənzimləmənin natamamlığı həmin kateqoriyadan olan şəxslərin əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən onlara təyin olunmuş və ödənilmiş ödənclərdən məhrum edilməsinə səbəb ola bilməz (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-37/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 21(102)-1530/2022 nömrəli qərarları).

15. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə əsasən, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzi bati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Həmin qayda artıq ödənilmiş sosial müavinətin məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqla rı sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin müavinətin təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində müavinətin artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin geri tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı olduğu təqdirdə həmin məbləğin geri qaytarılması barədə qərar qəbul etməyə və ya məhkəmədə iddia qaldırmağa haqlı sayılmalıdır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-220/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)489/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-275/2024 nömrəli qərarları)

16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəf üçün əlçatan və bəlli olmuşdur.

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin halla rının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 29 may 2024-cü il tarixli, 21(103)-1293/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar