Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-27/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-N(N02)-27/2020 Bakı şəhəri xx xxxxxx 2020-cu il Açar sözlər: sosial müavinət, müharibə veteranı üçün müavinətin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh vəkili Vəkil i ştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri xxx3 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 20N9-cu il tarixli, 2-N(N07)-425/20N9 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhə şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx N996-cı il tarixdən xx xxxx 20N7-ci il tarixədək olan müddət ərzində müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ona ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin ca vabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxx N992-ci il tarixdən xx xxxx N996-cı il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində xidmətdə olmuş və N993-cü ildə Goranboy rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçıya xx xxxx 20N7-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən müharibə veteranı müavinəti ödənilməyə başlanılmışdır. İddiaçı müavinətin xx xxxx N996cı il tarixdən hesablanmaqla xx xxxx 20N7-ci il tarixədək yaranacaq fərqin ona ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 20N9-cu il tarixli, 2-N(84)-832/20N9 saylı qərarı ilə (hakim Rüfət Məcidov) iddia qismən təmin edilmiş, iddiaçıya xx xxxx 20N4-cü il tarixdən xx xxxx 20N7-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin məhkəmə hesab etmişdir ki, qanunvericilik Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin müharibə veteranları sayıldığını müəyyən etmiş, habelə müharibə veteranlarına ödənilməli olan sosial müavinətin hüququn yarandığı tarixdən və ən çoxu müraciət tarixindən əvvəlki üç il üçün ödənilməsini nəzərdə tutmuşdur. Müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət iddiaçıya onun müraciət etdiyi xx xxxx 20N7-ci il tarixdən əvvəlki üç il üçün hesablan maqla ödənilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 20N9-cu il tarixli, 2-N(N07)-425/20N9 saylı qərarı ilə (sədrlik edən Mübariz Hüseynov, hakimlər Gündüz Abbasov və Rövşən Rəfiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamış və əlavə olaraq bildirmişdir ki, cavabdehin müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsini müharibə veteranı vəsiqəsinin verildiyi tarixlə əlaqələndirməsi əsassız olmuşdur. Qanunvericilik müavin ətin təyin olunmasının veteran vəsiqəsinin verilmə tarixilə bağlı olmasına dair imperativ göstərişi nəzərdə tutmamışdır. İddiaçı ona müvafiq vəsiqənin verildiyi tarixdən deyil, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi tarixdən müharibə veteranı olmuşdur ki, qanunvericilik müavinətin ödənilməsini hüququn yarandığı tarixdən və müraciət olunduğu tarixdən 3 ildən artıq olmamaqla ödənilməsini nəzərdə tutmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N, Azərbaycan Respublikası Konstitusiyasının N6, 25, 38, “Veteranlar ha qqında” Azərbaycan Respublikası Qanunun 3, 7, “Sosial Müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun N.0.N, 9.N, N0.N, N0.4, N0.5-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilmsəi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, aşağı instansiya məhkəmələri iş üzrə sübutlara hərtərəfli, obyektiv və qərəzsiz baxmamış və sübutları onlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 9.N, 85.N, 88-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübut lar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçıya Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş xx xxxx 20N7-ci il tarixli, 0464 saylı vəsiqəyə əsasən müharibə veteranı adı verilmiş və xx xxxx 20N7-ci il tarixdən etibarən ona müharibə veteranları üçün nəzərdə tutulan müavinət ödənilmiş, o, xx xxxx N996-cı il tarixdən xx xxx 20N7-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx xxxxx 20N9-cu il tarixli, **********3 nömrəli məktubla iddiaçının müavinət almaq hüququnun müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən yarandığına görə müavinətin xx xxxx 20N7-ci il tarixdən təyin edilməli olduğu bildirilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 9N-ci maddəs inə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.N-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiya məhkəməsi qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhəməsinin mövqeyinə görə, iddiaçı xx xxxx 20N7-ci il tarixdən müharibə veteranı addı və vəsiqəsi əldə etsə də, qanunvericilik onun cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün də sosial müavinətin hesablanıb ödənilməsi hüququnu tanıyır. Bu mövqeyi mübahisələndirən cavabdeh hesab etmişdir ki, aşağı instansiya məhkəmələri iş üzrə sübutlara hərtərəfli, obyektiv və qərəzsiz baxmamış və sübutları onlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən dəlillə razılaşmadığını qeyd edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 4.0.N.6–ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir; - 7.0-ci maddəsinə əsasən, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6.müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; - 9.N-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (...) müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.N.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; - N0.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Göstərilmiş müddəaların mənasından bəlli olur ki, əgər həmin qanunun qüvvəyə minməsindən sonra şəxsin müvafiq müavinət almaq hüququ yaranırsa, bu halda onun müraciət etdiyi vaxtdan ən çoxu üç il üçün ödənilməmiş müavinətin (aylıq müavinətin) məbləği ona ödənilməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3-cü maddəsinə əsasən, aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; - 7-ci maddəsinin ikinci hissəsinə əsasən, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyət i orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu müddəalardan göründüyü kimi, müharibə veteranı adını almış şəxsin müəyyənləşdirilmiş məbləğdə aylıq sosial müavinət almaq hüququ veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Həmin vəsiqəni təqdim etməklə şəxs özünün müharibə veteranı olması faktının müəyyən ediməsinə əsaslanır. Yəni vəsiqə şəxsin yalnız müvafiq müharibə iştirakçısı olması faktını təsdiq edir. İddiaçıya müharibə veteranı vəsiqəsi xx xxxx 20N7-ci ildə verilsə də, onun müharibə veteranı olması faktı həmin müddətdən əvvələ, yəni N994-cü ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müəyyən edilmişdir. Belə ki, Azərbay canın Dağlıq Qarabağ vilayətinin və daha 7 rayonun erməni işğalçılarından azad edilməsi ilə və aparılan döyüş əməliyyatları ilə bağlı N994-cü il may ayından tərəflər arasında atəşkəs razılaşması əldə edilməsi hamıya bəlli olan haldır. İddiaçılar da məhz həmin tarixədək olan döyüşlərdə iştiraklarına görə müharibə veteranı adı və vəsiqəsi almışlar. Bu halda iddiaçının yuxarıda istinad edilmiş qanunvericiliyin müddəalarına əsasən, cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün müavinətin hesablanıb ödənilməsi hüququ yaranmış olur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, artıq formalaşmış məhkəmə təcrübəsində də analoji mübahisələr üzrə aparılmış bu qiymətləndirməyə uyğun olaraq nəticə əldə edilir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Həmin Məcəllənin 96.9-cı maddəinə görə isə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərar a aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri xxx3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 20N9-cu il tarixli, 2-N(N07)-425/20N9 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-27/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-27/2020
15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver