Məhkəmə qərarları › İş №2-1(102)-27/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-27/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-27/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: şəhid statusunun verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “şəhid statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1118/2021 saylı, 26 may 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Mə hkəmənin binasında şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gədəbəy rayon Polis Şöbəsinin 7 avqust 2002-ci il tarixli rəyindən müəyyən edilmişdir ki, 07.08.2002-ci il tarixdə səhər saat 07:30 radələrində şöbənin sabiq polis baş serjantı X5 (iddiaçının əri) Gədəbəy rayonunun Göyyurd adlanan postda xidməti vəzifəsini yerinə yetirərkən təbii fəlakət zamanı (şimşək vurmuş) vəfat etmişdir.

2. X2 aid əmək kitabçasında 19.08.2002-ci ildə xidməti iş başında təbii fəlakət zamanı həlak olduğuna görə şəxsi heyət sıralarından azad edildiyi qeyd olunmuşdur.

3. X2 aid olan 10 avqust 2002-ci il tarixli ölüm haqqında şəhadətnaməsində, onun 07.08.2002-ci il tarixdə, 31 yaşında, Gədəbəy rayonu, Daryurd şəhərində ildırım vurması nəticəsində vəf at etdiyi qeyd olunmuşdur.

4. Daxili İşlər Nazirliyinin 00393 nömrəli pensiya vəsiqəsinə əsasən iddiaçıya ailə başçısını itirməyinə görə 1 oktyabr 2002-ci il tarixdə pensiya təyin olunmuşdur.

5. İddiaçı mərhum həyat yoldaşı X2 “Şəhid”, ailəsinə “Şəhid ailəsi” statusunun verilməsi və bu statusu təsdiq edən müvafiq arayışın verilməsi barədə cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 11 avqust 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının mərhum həyat yoldaşı X2 “Şəhid”, ailəsinə “Şəhid ailəsi” statusunun verilməsi və bu statusu təsdiq edən müvafiq arayışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X5 şəhid olduğundan ona “şəhid”, onun ailəsinə “şəhid ailəsi” statusu verilməlidir. Bununla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə rəsmi sorğu göndərmiş, lakin nazirlik tərəfindən onun rəsmi sorğusuna heç bir cavab verilməmişdir. Silahlı Qüvvələri formalaşdıran hərbi qulluqçuların hərbi vəzifələri “Hərbi qulluqçuların statusu haqqında” Qanunda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidməti vəzifələrini faktiki yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda. Ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələ rkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə “Şəhid”, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərizə bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)-5786/2020 saylı iş) 23 noyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericilik normalarının təhlili göstərir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xid məti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin şəhid hesab olduğunu əhatə edir. X5 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirərkən deyil, polis əməkdaşı olaraq xidməti vəzifəsini yerinə yetirərkən, şimşək vurulması nəticəsində ölmüşdür. Bu hal da ona şəhid statusu verilməsi üçün əsas ola bilməz.

10. İddiaçı qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X6-məruzəçi, X7 və X8, 2-1(103)-1118/2021 saylı iş) 26 may 2021-c i il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

12. İddiaçı 20 iyun 2021-ci il tarixdə qərarın surətini almış, 19 iyul 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazların dəlilləri a) Kasasiya şikayətlərinin dəlilləri

13. İddiaçının mərhum həyat yoldaşı X1 rayon Polis Şöbəsinin Ermənistanla həmsərhədi ərazisində polis postunda xidməti vəzifələrini yerinə yetirərkən 02.08.2002-ci il tarixdə ildırım vuraraq həlak olduğundan onun vəfatı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar hesab olun malıdır. Məhkəmə burada maddi hüquq normalarını pozaraq düzgün qərar qəbul etməmişdir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə dair” 30 dekabr 2008-ci il tarixli qərarına görə, Silahlı Qüvvələri formalaşdıran hərbi qulluqçuların hərbi vəzifələri “Hərbi qulluqçuların statusu haqqında” Qanunda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə, o cümlədən hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. 15. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

16. Göstərilən qanunvericilik normalarının təhlilindən göründüyü kimi, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab o lunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.

17. Konstitusiya Məhkəməsinin Plenumunun məlum qərarı kimlərin şəhid hesab edilməsi anlayışının əhatə dairəsini genişləndirərək, yalnız döyüşdə həlak olan hərbi qulluqçuların deyil, həm də atəşkəs şəraitində, döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar öz xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların da şəhid hesab edilməsini təsdiq etmişdir. İddiaçının mərhum həyat yoldaşı X5 da öz xidməti tapşırığını və döyüş tapşırığını yerinə yetirdiyi üçün şəhid sayılmalı və ona şəhid sta tusu verilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 19. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun Maddə

1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir... Maddə

2. Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şə hid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” 1.1 Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: (-); 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 4.1-ci bənd. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tar ixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. 4.2-ci bənd. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir.

21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hall arı xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

22. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona gö rə də şikayət qəbul oluna bilən hesab edilir.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İddiaçı mərhum ərinə “Şəhid”, ailəsinə “Şəhid ailəsi” statusunun verilməsi iddiası ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, əri Gədəbəy rayon Polis şöbəsində polis nəf əri kimi çalışmışdır. Gədəbəy rayon Polis Şöbəsinin Ermənistanla həmsərhəd ərazisində polis postunda xidməti vəzifələrini yerinə yetirərkən 02.08.2002-ci il tarixdə ildırım vurmuş və təbii fəlakət nəticəsində həlak olmuşdur. Bu səbəbdən iddiası əsaslı olduğundan təmin edilməlidir.

26. Cavabdehin dəlillərinə görə iddiaçının əri 7 avqust 2002-ci il tarixdə xidməti iş başında təbii fəlakət (şimşək vurması) zamanı həlak olmuşdur. Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarına əsasən iddiaçının mərhum əri şəhid hesab edilən şəxslər kateqoriyasına aid edilmədiyindən iddia təmin edilə bilməz.

27. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddiaçının əri daxili işlər orqanlarında xidmət edən zaman 2002-ci ilin avqust ayında xidməti iş başında təbii fəlakət (şimşək vurması) nəticə sində həlak olmuşdur.

28. İddiaçı iddiasında və apelyasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinə istinad edərək bildirir ki, əri daxili işlər orqanlarında döyüş tapşırığının yerinə yetirilməsi zamanı xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndində qeyd edilir ki, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər... orqanlarında döyüş tapşırığının və ya döyüş təm inatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş...şəxslər şəhid hesab edilirlər.

30. İddiaçının ərinin atəşkəs dövründə daxili işlər orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması hər hansı mötəbər sübutla təsdiq olunmur.

31. Apelyasiya məhkəməsinin müəyyən etdiyi hala əsasən, iddiaçının əri döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirərkən deyil, polis əməkdaşı olaraq xidməti vəzifəsini yerinə yetirərkən, şimşək vurulması nəticəsində ölmüşdür

32. İddiaçının qeyd etdiyi kimi, hətta mərhum əri Ermənistanla sərhəddə xidmət etsə belə, onun həlak olması döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıql arın yerinə yetirilməsi ilə bilavasitə əlaqəli olduğu halda, şəhid hesab edilə bilər.

33. Lakin belə halın mövcudluğu işdə olan sübutlarla təsdiq edilmir.

34. İddiaçının mərhum ərinin şəhid hesab edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda göstərilən halların hər hansı biri mövcud olmadığından şikayətin dəlilləri əsaslı olmamışdır.

35. Odur ki, kasasiya şikayəti təmin olunmadan, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Ka sasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1118/2021 saylı 26 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar