Məhkəmə qərarları › İş №2-1(102)-27/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-27/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-27/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN- xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyin də Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “əmək kitabçasında və arayışda öz əksini tapmış bütün iş illərinin, habelə hərbi biletdəki həqiqi hərbi xidmətdə olduğu dövrün iş stajına daxil edilməklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-117/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.1974-cü il tarixli, 110/k saylı əmrlə “Azneftximzavodtə mir” Trestinin 1 saylı Təmir-tikinti İdarəsinə Xüsusi sahəyə 1-ci dərəcəli fəhlə qismində qəbul edilmiş, hərbi xidmətə çağırılması ilə əlaqədar xx.xx.1975-ci il tarixli, 45/k saylı əmrlə işdən azad edilmiş (7 ay 10 gün ), xx.xx.1977-ci il tarixli, 142 saylı əmrlə əkinçilik üzrə Azərbaycan ETİY-nin təcrübə təsərrüfatına fəhlə qəbul edilmiş və xx.xx.1977-ci il tarixli, 154 saylı əmrlə işdən azad edilmiş ( 4 ay 13 gün), xx.xx.1977-ci il tarixli, 140/k saylı əmrlə “Azneftximzavodtəmir” Trestinin 1 saylı TTİ-də Xüsusi sahəyə odadavamlı materiallarla işləyən 1 dərəcəli fəhlə qəbul edilmiş, ona xx.xx.1978-ci ildən 2 dərəcə, xx.xx.1979-cu ildən 3 dərəcə, xx.xx.1981-ci ildən 4 dərəcə verilmiş, xx.xx.1983-cü il tarixli, 74/k saylı əmrlə xüsusi sahəyə usta öhdəliklərini yerinə yetirən keçirilmiş, xx. xx.1983-cü il tarixli, 91/k saylı əmrlə xüsusi sahəyə usta təyin edilmiş, xx.xx.1986-cı il tarixli, 13 saylı əmrlə xüsusi sahəyə prorab keçirilmiş, xx.xx.1987-ci il tarixli, 114 saylı əmrlə həmin sahəyə usta keçirilmiş və xx.xx.1990-cı il tarixli, 324/k saylı əmrlə işdən azad edilmiş (13 il 9 gün), xx.xx.1991-ci il tarixli, 1/k saylı əmrlə “ANXZT” Trestinin 1 saylı TTİdən köçürülmə yolu ilə “İstilik” kooperativinin sədri vəzifəsinə təyin edilmiş və xx.xx.2001-ci il tarixli, 01 saylı əmrlə işdən azad edilmiş (10 il 4 ay 1 gün), xx.xx.2001-ci il tarixli, 09 saylı əmrlə Azərbaycan Respublikası İnşaat İstehsalat və təsərrüfat İdarəsinə rəis vəzifəsinə təyin edilmiş və xx.xx.2002-ci il tarixli, 01/k saylı əmrlə işdən azad edilmiş ( 7 ay 11 gün), xx.xx.2003-cü il tarixli, 1 saylı təsis protokolu ilə "xxxx" MMC-yə direktor təyin edilmiş və hal-hazırkı vaxta kimi həmin müəssisədə işləyir (xx.xx.2019 ilə 15 il 11 ay 16 gün).

2. İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur (2 il). 3. “Xətai Təmir tikinti-1” İdarəsinin xx.xx.2015-ci il tarixli, 07 saylı arayışına əsasən, iddiaçı “Azneftximzavodtəmir” Trestinin 1 saylı Təmir Tikinti İdarəsində xx.xx.1974-cü ildən xx.xx.1990-cı ilə kimi ixtisaslaşdırılmış xüsusi sahədə odadavamlı materiallarla işləyən fəhlə, usta və iş icraçısı vəzifəsində çalışmışdır.xx.xx.1974-cü ildə ixtisaslaşdırılmış xüsusi sahəyə odadavamlı materiallarla işləyən 1-ci dərəcəli fəhlə işinə qəbul olunmuş, xx.xx.1975-ci ildən sovet ordusunda xidmətlə əlaqədar 2 həftəlik məzuniyyət vermək şərti ilə işdən azad olunmuş, xx.xx.1975-ci i ldən xx.xx.1977-ci ilə kimi sovet ordusunda hərbi xidmətə getmiş, xx.xx.1977-ci ildən ixtisaslaşdırılmış xüsusi sahəyə odadavamlı materiallarla işləyən 1-ci dərəcəli fəhlə işinə qəbul olunmuş, xx.xx.1978-ci ildə odadavamlı materiallarla işləyən 2-ci dərəcəli fəhlə müəyyən olunmuş, xx.xx.1979-cu ildən 3-cü dərəcə verilmiş, xx.xx.1981-ci ildə 4-cü dərəcə təyin edilmiş, xx.xx.1983-cü ildə ixtisaslaşdırılmış xüsusi sahəyə usta əvəzedicisi işinə keçirilmiş, xx.xx.1983-cü ildə ixtisaslaşdırılmış xüsusi sahəyə usta təyin edilmiş, xx.xx.1986-cı ildə ixtisaslaşdırılmış xüsusi sahəyə iş icraçısı keçirilmiş, xx.xx.1990-cı il tarixdə köçürülmə yolu ilə 22-ci Qurultay adına Bakı Neftayırma zavodunun nəzdindəki “İstilik” kooperativinə köçürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci i l 23 yanvar tarixli, 12 nömrəli qərarının 11.3-cü bəndinə əsasən fəhlə, usta və iş icraçılarına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verilir.

4. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

5. Cavabdehin 11 mart 2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları xx.xx.2006-cı ildən “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir. Qanunun 9-cu maddəsinə (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) sığortaolunanların, kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələb olunan ümumi və zərərli iş stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət ed ərək, ona məxsus əmək kitabçasında və arayışda öz əksini tapmış işlədiyi bütün iş illərinin, habelə ona məxsus hərbi biletdəki həqiqi hərbi xidmət dövrünün iş stajına daxil edilməklə, ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azneftkimya zavodları” Təmir Tikinti Trestinin 1 saylı Təmir Tikinti İdarəsində xx.xx.1990-cu il tarixə qədər odadavamlı materiallarla işləyən fəhlə, usta və iş icrası vəzifələrində çalışmış, işlədiyi bütün vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək kitabçasında və işlədiyi müəssisə tərəfindən verilmiş aray ışlarda öz təsdiqini tapmışdır. Pensiya yaşına çatdığına görə pensiya almaq üçün müvafiq sənədləri toplayaraq pensiya orqanına müraciət etmişdir. Ona imtina məktubu ilə bildirilmişdir ki, tələb olunan iş stajına malik olmadığı üçün ona pensiya təyin edilə bilməz. Halbuki iş stajı rəsmi sənədlərlə öz təsdiqini tapmışdır. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2488/2019 nömrəli, 25 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim Z.M.Tağıyev) iddia təmin edilmiş, iddiaçıya məxsus əmək kitabçasında və arayışda öz əksini tapmış işlədiyi bütün iş illərinin, habelə ona məxsus hərbi biletdəki həqiqi hərbi xidmətdə olduğu dövrün iş stajına daxil edilməklə, xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının güzəştli işlərdə əmək fəaliyyəti ilə məşğul olması işdə olan əmək kitabçası ilə təsdiq olunduğundan, iddiaçının həmin illərdə işləməsi araşdırılmadan ona həmin illərdə iş stajı nəzərə alınmaqla əmək pensiyasının hesablanmasından cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

10. Cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2039/2019 nömrəli, 23 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər A.B.Nuriyeva /sədrlik edən və məruzəçi/, V.M.Ağayev və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)673/2020 nömrəli, 1 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər: R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və İ.Ə.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün hə min məhkəməyə göndərilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunmuş “Azneftximzavodtəmir” Trestinin 1 saylı Təmir Tikinti İdarəsində ocaqçı, xüsusi sahədə usta öhdəliklərini yerinə yetirən, xüsusi sahədə usta, iş icraçısı işlədiyi peşələrin Siyahıda “Metal emalı” bölməsində “Termiki emal” adlanan 11.3-cü yarımbölmədə olan “Termiki soba futerlənməsi ilə məşğul olan odadavamlı materialla işləyənlər” peşəsi ilə üst-üstə düşməsi, həmin peşədə nəzərdə tutulan funksiyaları yerinə yetirməsi müəyyən edilməmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1506/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər M.N.Tağızad ə /sədrlik edən və məruzəçi/, A.V.Tanrıverdiyev və X.A.Cəmilova) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində ikinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)307/2021 nömrəli, 9 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər K.N.Bədəlov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsin in 13 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasından, eləcə də “Xətai Təmir Tikinti-1” İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.1977-xx.xx.1990-cı illərdə fəhlə, usta əvəzedicisi, usta, iş icraçısı işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölmədə “a” yarımbəndində odadavamlı materialla işləyən fəhlələr nəzərdə tutulmuşdur. Yəni, yalnız odadavamlı materiallarla işləyən fəhlələr güzəştli şərtlərlə pensiya hüququna malik ola bilərlər. Apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi bölmədə (“Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölmədə “a” yarımbəndində) odadavamlı materiallarla işləyən usta və iş icraçıları nəzərdə tutulmamışdır.

21. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının güzəştli iş stajını müəyyən edərkən, onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin S iyahısı”nda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölmədə “a” yarımbəndində “odadavamlı materialla işləyənlər” peşəsində usta və iş icraçısı vəzifələrində işlədiyi müddəti deyil, yalnız fəhlə kimi çalışdığı müddəti güzəştli iş stajı kimi nəzərə almalı, bu müddətin tələb olunan 12 il 6 aydan az olub-olmamasını müəyyən etməli idi. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının usta və iş icraçısı işlədiyi müddəti güzəştli iş stajı kimi nəzərə almaqda səhv nəticəyə gəlmişdir. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

22. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-117/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və S.İ.B əktaşi) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia tələbi rədd edilmişdir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, pensiyanın 57 yaşdan təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkd ə haqlı olmamışdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır.

24. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

25. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin 30 iyun 2022-ci il tarixli qərarında iddiaçının "xxxx" ASC-də işlədiyi vəzifələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmağa əsas vermədiyi qeyd edilmişdir.

26. Lakin qeyd etmək lazımdır ki, həmin ASC tərəfindən verilmiş izahlı arayışda iddiaçının işlədiyi vəzifələrin məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007- ci il 23 yanvar tarixli,12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölməsinə uyğun gəldiyi qeyd edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən, şəxsə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün onun həmin işlərdə çalışmasına dair iş yerindən arayış tələb edilir. İddiaçı belə bir arayışı apellyasiya məhkəməsinə təqdim etsə də, məhkəmə həmin arayışı düzgün qiymətləndirməmişdir.

27. Bundan əlavə, apellyasiya məhkəməsi iddia tələbini rədd edərkən iddiaçının işlədiyi vəzifələrin siyahı ilə uyğun olmadığına istinad etmişdir. Lakin məhkəmənin bu qənaəti formalaşmış məhkəmə təcrübəsinə ziddir. Belə ki, Ali Məhkəmə tərəfindən qəbul edilmiş bir çox qərarlarda məhkəmə tərkibi birmənalı şəkildə qeyd etmişdir ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçını n tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

28. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 01 yanvar 2006-cı il tarixədək 25 il ümumi, 12,5 il güzəştli iş stajına malik olduğunu iddia edir və bu səbəbdən də 57 yaşdan pensiya təyin edilməli olduğunu tələb edir. İddiaçının güzəştli iş stajını topladığını iddia etdiyi peşə “termiki soba futerlənməsi ilə məşğul olan odadavamlı materialla işləyənlər” peşəsidir. 29. “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

30. Məlum olduğu kimi, NK-nın 12 nömrəli Qərarı 23 yanvar 2007-ci il tarixdə qəbul edilib, həmin qərardan əvvəl NK-nın 320 nömrəli, 21 iyun 1993-cü il tarixli qərarı qüvvədə olmuşdur. Sonuncu qərarla güzəştli peşələr üzrə 1 və 2 nömrəli siyahılar təsdiq ed ilmişdi. İddiaçı, güzəştli peşə üzrə stajı 01 yanvar 2006-cı ilədək topladığını iddia edir, deməli, məhkəmə NK-nın 320 nömrəli, 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş 1 və 2 nömrəli siyahılardan birinə istinad edə bilərdi.

31. İddiaçıya “Xətai Təmir-tikinti” Tresti adlı hüquqi şəxs tərəfindən 12 oktyabr 2015ci ildə arayış verilib. Həmin arayışda İddiaçının “Äzneftkimya” zavodları Təmir tikinti Trestinin 1 saylı Təmir Tikinti İdarəsində “odadavamlı materiallarla işləyən fəhlə” qismində çalışdığı qeyd edilib. Məhkəmənin istinad etdiyi peşə (“termiki soba futerlənməsi ilə məşğul olan odadavamlı materialla işləyənlər”) ilə iddiaçının əmək kitabçasında qeyd edilən peşələrin adları fərqli olmuşdur.

32. Digər tərəfdən, məhkəmənin istinad etdiyi peşə növü məlum Siyahının “Metal emalı” adlanan 11-ci bəndinin “Termiki emal” adlanan 11.3-cü yarımbəndi altında yerləşir. İddiaçı isə təmir-tikinti trestində işləyib, əvvəlki icraatda bu ziddiyyətə də hüquqi qiymət verilməmişdir.

33. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Ali Məhkəmənin göstərişləri yerinə yetirilmiş, lakin iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilən sübutları təqdim edə bilməmişdir.

34. Beləliklə, qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, hazırkı inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qərarı qanuni və əsaslıdır, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəblərdən də iddiaçının kassasiya şikayəti təmin edilməməli və inzibati iş üzrə qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. TƏTBİQ EDİLƏN HÜQ UQ

35. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 36. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışm ış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 37. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13. “b” bənd. Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər– istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd: Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.

38. Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “əmək pensiyaları haqqında” qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

39. İnzibati Prosessual Məcəllə Maddə 1.1. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtınd a verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

41. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

42. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia təmin olunmalıdır.

43. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

44. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisədə iddiaçının tələbi və hüquqi marağı ona 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş pensiya qanunvericiliyi əsasında hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Bu baxımdan hazırkı mübahisə 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin həmin tarixədək iddiaçıya münasibətdə mövcudluğu baxımı ndan həll edilməlidir.

45. Bununla bağlı qeyd olunmalıdır ki, bu qərarın 36-cı bəndində istinad olunan normaya görə, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

46. Başqa sözlə, yuxarıda istinad olunan normaların müddəaları baxımından tələb olunan yaş həddinə çatmış şəxsə əmək pensiyası o halda təyin olunur ki, şəxs əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi və həm də xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək toplamış olsun.

47. Hazırkı mübahisəyə münasibətdə məhkəmə tərəfindən iddiaçının işlədiyi peşə və vəzifələrin müvafiq siyahıda nəzərdə tutulmuş güzəştli pensiya hüququ verən peşə və vəzifələrə uyğunluğunun m üəyyən edilməsi, eləcə də işin müəyyən edilmiş hallarına müvafiq maddi hüquq normalarının tətbiq olunması təmin edilməli idi. Bu baxımdan məhkəmə araşdırması həmin çərçivədə aparılmalı və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin, yəni xx.xx.2006-cı il tarixədək ümumi və güzəştli pensiya hüququ verən xüsusi stajın iddiaçıya münasibətdə mövcudluğu yoxlanılmalıdır.

48. Bu qərarın 37-ci bəndində istinad olunan normaya görə, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayı nı həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən, həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.

49. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normaların tələbinə görə, şəxsin işlədiyi peşə və vəzifələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşə və vəzifələrə uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və g östəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

50. İstinad edilən qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır.

51. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə ki, güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iddiaçının 1 yanvar 2006-cı ilə qədər, h ərbi xidmət dövrü də daxil olmaqla azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajını topladığı iş üzrə materiallarla təsdiq olunur.

52. Belə ki, mübahisəyə dair iş üzrə materiallardan (əmək kitabçasından, iş yerindən arayışdan) ki, iddiaçı xx.xx.1974-cü il tarixli, 110/k saylı əmrlə “Azneftximzavodtəmir” Trestinin 1 saylı Təmir Tikinti İdarəsinə Xüsusi sahəyə 1-ci dərəcəli fəhlə qismində işə qəbul edilmiş, hərbi xidmətə çağırılması ilə əlaqədar xx.xx.1975-ci il tarixli, 45/k saylı əmrlə işdən azad edilmiş (7 ay 10 gün ), xx.xx.1977-ci il tarixli, 142 saylı əmrlə əkinçilik üzrə Azərbaycan ETİY-nin təcrübə təsərrüfatına fəhlə qəbul edilmiş və xx.xx.1977-ci il tarixli, 154 saylı əmrlə işdən azad edilmiş ( 4 ay 13 gün), xx.xx.1977-ci il tarixli, 140/k saylı əmrlə “Azneftximzavodtəmir” Trestini n 1 saylı TTİ-də Xüsusi sahəyə odadavamlı materiallarla işləyən 1 dərəcəli fəhlə qəbul edilmiş, ona xx.xx.1978-ci ildən 2 dərəcə, xx.xx.1979-cu ildən 3 dərəcə, xx.xx.1981-ci ildən 4 dərəcə verilmiş, xx.xx.1983-cü il tarixli, 74/k saylı əmrlə Xüsusi sahəyə əvəzləşdirmə qaydasında usta keçirilmiş, xx.xx.1983-cü il tarixli, 91/k saylı əmrlə xüsusi sahəyə usta təyin edilmiş, xx.xx.1986-cı il tarixli, 13 saylı əmrlə Xüsusi sahəyə prorab keçirilmiş, xx.xx.1987-ci il tarixli, 114 saylı əmrlə həmin sahəyə usta keçirilmiş və xx.xx.1990-cı il tarixli, 324/k saylı əmrlə işdən azad edilmiş (13 il 9 gün), xx.xx.1991-ci il tarixli, 1/k saylı əmrlə “ANXZT” Trestinin 1 saylı TTİ-dən köçürülmə yolu ilə “İstilik” kooperativinin sədri vəzifəsinə təyin edilmiş və xx.xx.2001-ci il tarixli, 01 saylı əmrlə işdən azad edilmiş (10 il 4 ay 1 gün), xx.xx.2001-ci il tarixli, 09 saylı əmrlə Azərbaycan Respublikası İnşaat İstehsalat və təsərrüfat İdarəsinə rəis vəzifəsinə təyin edilmiş və xx.xx.2002-ci il tarixli, 01/k saylı əmrlə işdən azad edilmiş ( 7 ay 11 gün), xx.xx.2003-cü il tarixli, 1 saylı təsis protokolu ilə "xxxx" MMC-yə direktor təyin edilmişdir və hazırkı vaxta kimi həmin müəssisədə işləyir (xx.xx.2019 ilə 15 il 11 ay 16 gün).

53. İşin mübahisələndirilən halı iddiaçının “Azneftximzavodtəmir” Trestinin 1 saylı Təmir Tikinti İdarəsində İxtisaslaşdırılmış Xüsusi sahədə odadavamlı materiallarla işlədiyi fəhlə, eləcə də həmin sahədə işlədiyi usta və iş icraçısı vəzifələrinin (peşələrinin) güzəştli pensiya hüququ verən peşə və vəzifələrin müvafiq siyahısında nəzərdə tutulub-tutulması ilə bağlıd ır. Kassasiya qaydasında ikinci dəfə işə baxan Ali Məhkəmə tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı iddiaçıya münasibətdə dispozisiya şərtlərinin mövcudluğunun yoxlanılması və dəqiqləşdirilməsi ilə əlaqədar qeyd edilmişdir ki, iddiaçıya məxsus əmək kitabçasından, eləcə də “Xətai Təmir Tikinti-1” İdarəsindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.1977 - xx.xx.1990-cı illərdə “Azneftximzavodtəmir” Trestinin 1 saylı Təmir Tikinti İdarəsində İxtisaslaşdırılmış Xüsusi sahədə odadavamlı materiallarla fəhlə, usta əvəzedicisi, usta, iş icraçısı işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölmədə “a” yarımbəndində odadavamlı materialla işləyən fəhlələr nəzərdə tutulmuşdur.

54. Mübahisəyə dair işə təkrar baxılarkən, apellyasiya məhkəməsi iddiaçının “Azneftximzavodtəmir” Trestinin 1 saylı Təmir Tikinti İdarəsində İxtisaslaşdırılmış Xüsusi sahədə odadavamlı materiallarla işlədiyi fəhlə peşəsinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölmənin “a” yarımbəndində nəzərdə tutulmuş odadavamlı materialla işləyən fəhlələr peşəsinə uyğun olduğuna, lakin həmin peşə üzrə onun xüsusi stajının 12,6 ildən az olduğuna, iddiaçının “Azneftximzavodtəmir” Trestinin 1 saylı Təmir Tikinti İdarəsində İxtisaslaşdırılmış Xüsusi sahədə işlədiyi usta və iş icraçısı vəzifələrinin (peşələrinin) isə qeyd olunan Siyahıda nəzərdə tutulmadığına istinad edərək, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul etmişdir.

55. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddiaçının “Azneftximzavodtəmir” Trestinin 1 saylı Təmir Tikinti İdarəsində İxtisaslaşdırılmış Xüsusi sahədə işlədiyi usta və iş icraçısı vəzifələrinin siyahıda nəzərdə tutulmadığına istinad etməkdə və onun usta və iş icraçısı işlədiyi müddəti güzəştli iş stajı kimi nəzərə almamaqda səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçının “Azneftximzavodtəmir” Trestinin 1 saylı Təmir Tikinti İdarəsində İxtisaslaşdırılmış Xüsusi sahədə işlədiyi usta və iş icraçısı vəzifələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölmənin “b” yarımbəndində (mütəxəssislər-tikinti və quraşdırma işləri üzrə ustalar, iş icraçıları) nəzərdə tutulmuşdur.

56. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi Ali Məhkəmənin göstərişini yerinə yetirərək iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilmiş və həmin sənəd iş materiallarına əlavə olunmuşdur. "xxxx" ASC tərəfindən verilmiş 25 noyabr 2021- ci il tarixli, 11/2521 saylı arayışda qeyd edilmişdir ki, 1 saylı Təmir-Tikinti idarəsinin Xüsusi İxtisaslaşdırılmış sahəsi “Azneftkimya zavodları Təmir Tikinti” Trestinin tabeliyində yaradılmış, Azneftkimya Sənayesi Nazirliyinin (Dövlət Neft Şirkətinin) strukturunda olan, neftayırma-kimya sənayesi zavodlarının termiki emal sobalarının və qurğularının təmir-tikintisi və yenidən quraşdırılması sahəsində odadavamlı materiallarla termiki emal sobaların tikintisi, istilik izolyasiya və çilingər-quraşdırma işləri ilə məşğul olmuşdur. İddiaçı vətəndaş İddiaçı, həqiqətən də “Azneftkimyazavodları Təmir Tikinti” Trestinin 1 saylı Təmir-Tikinti İdarəsinin Xüsusi İxtisaslaşdırılmış Sahəsində xx.xx.1974-cü ildən xx.xx.1990-cı ilə kimi termiki emal sobalarının tikintisi və təmirində odadavamlı material larla işləyən fəhlə, usta və iş icraçısı vəzifələrində işləmişdir və bu barədə məlumatlar arxiv sənədlərində, əmrlər jurnalında və xx.xx.1974-cü il tarixində açılmış əmək kitabçasında qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli,12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölmənin “a” yarımbəndində fəhlələr, “b” yarımbəndində isə mütəxəssislər (ustalar və iş icraçıları) nəzərdə tutulur.

57. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi tərəfindən həmçinin iddiaçının əmək fəaliyyətinə dair əmək kit abçasında və iş yerindən arayışda qeyd olunan məlumatların qiymətləndirilməsində də yanlışlığa yol verilmiş və iddiaçının işlədiyi vəzifələri odadavamlı materiallarla işləyən fəhlə, usta və iş icraçısı kimi dəyərləndirilmiş və bunun üzərindən müvafiq siyahıda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölmədə “a” yarımbəndində “odadavamlı materialla işləyənlər” peşəsində usta və iş icraçısı vəzifələrinin nəzərdə tutulmadığı nəticəsinə gəlmişdir.

58. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, həmin məlumatlar iddiaçının oda davamlı materiallarla işləyən fəhlə, usta və iş icraçısı mənasında deyil, neftkimya sənayesi zavodlarının termiki emal sobalarının və qurğularının təmir-tikintisi və yenidən quraşdırılma sı sahəsində odadavamlı materiallarla işləyən fəhlə, eləcə də termiki emal sobalarının və qurğularının təmir-tikintisi və yenidən quraşdırılması sahəsində usta və iş icraçısı anlamında qəbul edilməli və qiymətləndirilməlidir. Bu zaman qeyd olunan fəhlə peşəsinin və usta və iş icraçısı vəzifələrinin istinad olunan bölmənin ayrı-ayrı (a və b) bəndlərində nəzərdə tutulduğu, ikincinin mütəxəssis bəndinə aid olduğu da nəzərə alınmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, odadavamlı materialla işləyən usta və iş icraçısı vəzifəsi mövcud deyildir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə həmin vəzifələr odadavamlı materialla işləyən usta və iş icraçısı vəzifəsini deyil, neft-kimya sənayesi zavodlarının termiki emal sobalarının və qurğularının tikintisi və təmiri sahəsində işləyən və mütəxəssis lər kateqoriyasına aid olan usta və iş icraçısı vəzifələrini nəzərdə tutur.

59. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi usta və iş icraçısı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölmədə “a” yarımbəndində “odadavamlı materialla işləyən fəhlələr və “b” yarımbəndində mütəxəssislər - tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları peşələrinə uyğundur. İddiaçının işlədiyi həmin vəzifələr həmçinin Nazirlər Kabinetinin 21 iyun 1993-cü il ta rixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “a” və “b” yarımbəndlərində də nəzərdə tutulmuşdur.

60. Mübahisəyə dair işin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmişdir. Belə ki, iddiaçının 25 ildən artıq ümumi staja, 12 il 6 aydan artıq güzəştli pensiya hüququ verən peşələrdə iş stajına malik olduğu və tələb olunan yaş həddinə xx.xx.2013-cü il tarixdə çatd ığı iş üzrə materiallarla təsdiq olunur. Odur ki, iddiaçı ona hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı tələbində haqlı sayılmalıdır.

61. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

62. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd olunan səbəblərdən iddiaçının kassasiya şikayət təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır.

63. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı 8 oktyabr 2020-ci il tarixli qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

64. Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadında təsbit edilmiş hüquqi mövqeyi nəzərə alaraq, məhkəmə kollegiyası eyni xar akterli hazırkı mübahisə üzrə 8 oktyabr 2020-ci il tarixli qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasıni zəruri saymamışdır.

65. İş üzrə materiallardan görünür ki, iddiaçı 28 fevral 2019-cu ildə cavabdehə müraciət etmişdir. Həmin tarixə qədər pensiyanın təyin olunması barədə cavabdehə müraciət etməsinə dair iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş üzrə materiallarda da bu barədə sübut mövcud deyildir. Odur ki, iddiaçıya cavabdehə müraciət edildiyi tarixdən əvvəlki ən çoxu üç il (fevral 2016-cı il tarixdən fevral 2019-cu il tarixədək olan dövr) üçün pensiya hesablanıb ödənilə bilər. 66. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinə əsasən, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövr dəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bu qayda hazırkı mübahisəyə münasibətdə də tətbiq edilməlidir.

67. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-117/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. İddiaçıya məxsus əmək kitabçasında və arayışda əksini tapmış bütün iş illəri, habelə iddiaçıya məxsus hərbi biletə əsasən həqiqi hərbi xidmət dövrü iş stajına daxil edilməklə ona 01 dekabr 2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və pensiyanın fevra l 2016-cı il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar