Məhkəmə qərarları › İş №2-1(102)-27/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-27/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-27/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N2 may 2023-cü il tarixli, 2-N(N05)-373/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin rektorunun xx.xx.N988-ci il tarixli 259/УЧ nömrəli əmri ilə İİ müalicə-profilaktika fakültəsinin birinci kursuna qəbul olmuş və xx.xx.N994-cü il tarixli 2N0 T nömrəli əmrlə həmin fakültəni bitirməklə ona ЦВ seriyalı 842876 nömrəli, xx.xx.N994-cü il tarixli diplom verilmişdir.

2. İddiaçı N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin rektorunun xx.xx.N992-ci il tarixli 456/T nömrəli əmri ilə İV kursda oxuyarkən, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Ağdam rayonu Mahrızlı kəndində fəaliyyət göstərən Azərbaycan Respublikası Müdafiə Nazi rliyinin N saylı Hərbi Səhra Cərrahiyyə Hospitalında (Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində) cərrahiyyə şöbəsində növbətçi tibb qardaşı, feldşer kimi qoşun təcrübəsi keçmiş və yaralılara tibbi yardım göstərmişdir.

3. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, N nömrəli hərbi hissə komandirinin iyun-iyul N992-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Odur ki, ona müharibə veteranı adı verilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.N967-ci il tarixdə Dəvəçi (indiki Şabran) rayonu, Sədan kəndində doğulmuşdur, hazırda Siyəzən rayonu, Sədan kəndində qeydiyyatdadır və yaşayır. N988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş, N988-N994-cü illərdə həmin Universitetin müalicə-profilaktika fakültəsində ali təhsil almışdır. N992-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin 4-cü kursunda ali təhsil aldığı müddətdə Azərbaycan Respublikası Müdafiə nazirinin 2N6 nömrəli xx.xx.N992-ci il tarixli əmri ilə 0N iyul N992-ci il tarixdən 20 iyul N992-ci il tarixədək Ağdam rayonu Mahrızlı kəndində fəaliyyət göstərən Azər baycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Səhra Cərrahiyyə Hospitalında (Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində) cərrahiyyə şöbəsində növbətçi tibb qardaşı, feldşer kimi qoşun təcrübəsi keçmiş, hospitalın həkimləri ilə birlikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunda döyüş tapşırığını yerinə yetirərkən yaralanan hərbçilərə, döyüşçülərə hospitalın həkimləri ilə birlikdə tibbi yardım göstərmiş, evakuasiya və müalicə etmişdir. Ağdam rayonu Sırxavənd və Abdalgülablı kəndlərində döyüşlər gedərkən elə gün olmuşdur ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən, döyüş tapşırığını yerinə yetirərkən hərbi əməliyyatlar zamanı bir gündə yaralanan N00-200 nəfər döyüşçüyə tibbi yardım göstərmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin N7 iyun N992-ci il tarixli, 2N6 nömrəli əmrindən çıxarışdan göründüyü kimi, N.Nərimanov adına ATU-nun kişi cinsli İV kurs tələbələri təlim toplanışı əvəzinə Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrə feldşer və sanitar təlimçilər qismində xx.xx.N992-ci ildən xx.xx.N992-ci il tarixədək qoşun təcrübəsini keçməyə göndərilmişlər. Birinci Qarabağ müharibəsi dövründə Ağdam rayonunda yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Səhra Cərrahiyyə Hospitalının rəisi və həmin hospitalın cərrahiyyə şöbəsinin baş feldşeri tərəfindən tərtib edilməklə imzalanmış və möhürlə təsdiq edilmiş xasiyyətnamədən göründüyü kimi, o, həqiqətən də 0N iyul N992-ci il tarixdən 20 iyul N992-ci il tarixə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İ Hərbi Səhra Cərrahiyyə Hospitalının cərrahiyyə şöbəsində növbətçi tibb qardaşı kimi işləmiş, öz bilik və bacarığını istənilən səviyyədə nümayiş etdirərək xəstələrlə davranışda, onlara qulluq etməsində özünü əsil vətəndaş kimi göstərə bilmişdir. Gecə-gündüz yaralı döyüşçüləri var qüvvəsi ilə müalicə etməyə çalışaraq, az bir müddətdə onların dərin hörmət və rəğbətini qazanmışdır. Daim həkim həmkarları ilə sıx təmasda olaraq təhsildə qazandığı təcrübəni sərf etməyə çalışmışdır. Yaralıların müalicə və evakuasiyasında xüsusi fəallıq göstərmişdir. Cavabdeh tərəfindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina əsassızdır. Belə ki, cavabdeh orqan ona öz hüquqlarını həyata keçirməyə maneçilik törədir.

6. Cavabdehin iddiaya qarşı yazılı etirazının əsasını iddiaçının müraciətinə dair imtinada qeyd olunanlar təşkil edir.

7. S umqayıt İnzibati Məhkəməsinin (hakim: İ.R.Quliyev) 26 yanvar 2023-cü il tarixli, 2-N(NN8)-270/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon Bölməsinin N0 noyabr 2022-ci il tarixli, 833 nömrəli məktubu ilə iddiaçının şəxsi işinin təsdiq olunmuş surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, NN/4633 saylı məktubu ilə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N992-ci il tarixli 2N6 nömrəli əmrinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N992-ci il tarixl i 2N6 nömrəli əmri ümumi xarakter daşıyır.

9. Bundan əlavə, iddiaçının istinad etdiyi sənədlər onun döyüşən hərbi hissənin tərkibində iştirak etməsini təsdiq etmir. Onun döyüşən hərbi hissəyə ezam olunması və orada iştirak etməsi arxiv arayışları ilə təsdiq olunmur.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və G.İ.Cabbarova) N2 may 2023-cü il tarixli, 2-N(N05)-373/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2-N(NN8)270/2023 nömrəli dəyişd irilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

14. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Həmçinin şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar:.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublik ası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. 17. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd N. Müharibə veteranı adı aşağ ıdakı qaydada verilir: … Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanları n mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;..... Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxsl ər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respu blikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir: Bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli 422 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin tə sdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.

20. Azərbayc an Respublikası Nazirlər Kabinetinin 30 dekabr 202N-ci il tarixli 420 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “N. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə....əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

21. Azərbaycan Respublikasının İ nzibati Prosessual Məcəlləsi: Maddə N2. İşin hallarının araşdırılması prinsipi N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 9N. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikay ətinin verilməsinə dair tələblər 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasın da baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümk ün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslıdır. Odur ki, təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. İş materiallarında olan sənədlər və işin təsdiq edilmiş halları ilə müəyyən olunur ki, iddiaçı N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin rektorunun xx.xx.N992-ci il tarixli 456/T nömrəli əmrinə əsasən İV kursda oxuyarkən xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Ağdam rayonu Mahrızlı kəndində fəaliyyət göstərən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Səhra Cərrahiyyə Hospitalında (M üdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində) cərrahiyyə şöbəsində növbətçi tibb qardaşı, feldşer kimi qoşun təcrübəsi keçmiş və yaralılara tibbi yardım göstərmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən ona istinad etmişdir ki, iddiaçının tələbi məhz, tibbi təminatla bağlı döyüş bölgəsinə ezam olunub orada tibbi xidmət göstərməsi ilə əlaqədar ona müharibə veteranı adının və vəsiqəsinin verilməsidir. Hansı ki işin faktiki və hüquqi halları ilə iddiaçının tibbi təminatla bağlı ezam olunması müəyyən edilsə də, qeyd edilən faktın hüquqi əsası olmamışdır. Belə ki, həmin dövrdə tibbi təminatla bağlı tapşırıqların yerinə yetirilməsi üçün döyüş bölgəsinə ezam olunmuş şəxslərə müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericilikdə təsbit edilməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci hissəsinin 9 və N0-cu abzalarında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbray ıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, b ilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.

28. Həmin Əsasnamənin N-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

29. Göründüyü kimi, Əsasnamədə döyüş əməliyyatlarının bütün növ təminatları dedikdə, tibbi təminat da nəzərdə tutulmuşdur.

30. Hazırki iş üzrə iddiaçının N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin rektorunun xx.xx.N992-ci il tarixli 456/T nömrəli əmrinə əsasən xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Ağdam rayonu Mahrızlı kəndində fəaliyyət göstərən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Səhra Cərrahiyyə Hospitalına (Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə) ezam olunması və cərrahiyyə ş öbəsində növbətçi tibb qardaşı, feldşer kimi qoşun təcrübəsi keçərək yaralılara tibbi yardım göstərməsi iş materialları ilə öz təsdiqini tapır. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası və aşağı instansiya məhkəmələrinin iddianın rədd edilməli olması ilə bağlı gəldikləri nəticə və hüquqi mövqeləri əsassız olmuşdur.

31. İddiaçının hərbi qulluqçu olmaması və tibb qardaşı kimi xidmət göstərməsi, bu səbəbdən də ona müharibə veteranı adı və vəsiqəsi verilməli olmaması ilə bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, hazırkı qərarın N8-ci bəndində göstərilən qanunvericilik aktlarının məzmunundan görünür ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur.

32. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi hazırki qərarın N6-20-ci bəndlərində sadalanan qanunvericiliyin tələblərinə cavab vermədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N2 may 2023-cü il tarixli, 2-N(N05)-373/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunsun. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar