Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-27/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: üçüncü şəxsin adına verilmiş şəhadətnamənin və çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin və iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə (üçüncü şəxs Bəşirova Zərifə Zöhrab qızı) qarşı “üçüncü şəxs Bəşirova Zərifə Zöhrab qızının adına verilmiş JN-009A saylı, KOD 41003005 seriyalı şəhadətnamənin və 15 may 2017-ci il tarixli, RX seriyalı **********33 reyestr nömrəli çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin, iddiaçının 0.25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğvi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-339/2024 nömrəli, 10 may 2024-cü il tarixli qərarından üçüncü şəxs Bəşirova Zərifə Zöhrab qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. JN 009A, KOD 41003005 saylı (kitabda 014 nömrə ilə qeydə alınmış) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.25 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrılmışdır.
2. JN 009A, KOD 41003005 saylı (kitabda 9252 nömrə ilə qeydə alınmış) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.40 ha torpaq sahəsi Bəşirova Zərifə Zöhrab qızının mülkiyyətinə ayrılmışdır. 3. ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.256 ha torpaq sahəsi üzərində Bəşirova Zərifə Zöhrab qızının mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bəşirova Zərifə Zöhrab qızının adına verilmiş JN-009A saylı, KOD-41003005 seriyalı şəhadətnamənin, 15 may 2017-ci il tarixli, AN-157186 seriyalı –“Torpaq sahəsinin planı və ölçüsü”nün və 15 may 2017-ci il tarixli, RX seriyalı, **********33 reyestr nömrəli çıxarışın qanunsuz hesab edilməklə ləğv edilməsi, İddiaçı adına verilmiş JN-009A saylı, KOD41003005 seriyalı şəhadətnamə əsasında Şamaxı rayonunun Qızmeydan kəndində verilmiş 0,25 ha torpaq sahəsi üzərində hüquqların cavabdeh tərəfindən dövlət reyestrində qeydiyyata alı nması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini dəqiqləşdirərək, “üçüncü şəxs Bəşirova Zərifə Zöhrab qızının adına verilmiş JN 009A saylı, KOD 41003005 seriyalı şəhadətnamənin və 15 may 2017-ci il tarixli, RX seriyalı **********33 reyestr nömrəli çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin, iddiaçının 0.25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğvi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1687/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bəşirova Zərifə Zöhrab qızı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonunun Qızmeydan kəndində qeydiy yatda olan İddiaçı 1997-ci ildə 0,25 hektar torpaq sahəsi verilmiş və həmin torpaq sahəsində 1 (bir) otaqlı zirzəmili ev tikmiş və həmin ev invertarlaşdırılmış və həmin evə texniki pasport almışdır. Eyni zamanda həyətyanı torpaq sahəsi Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli,16 saylı Qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş, müvafiq olaraq “Torpağın mülkiyyətə verilməsinə dair” JN-009A saylı, KOD 41003005 seriyalı Şəhadətnamə verilmişdir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 Saylı Şamaxı Ərazi İdarəsinə torpaq sahəsinin üzərində hüquqların dövlət reyesterində qeydə alınması ilə bağlı müraciət etsə də, cavabdeh tərəfindən imtina mə ktubu göndərilmişdir. İddiaçı məlum olmuşdur ki, Bəşirova Zərifə Zöhrab qızının adına JN-009A saylı, KOD41003005 seriyalı Şəhadətnamə,15 may 2017-ci il tarixli, AN-157186 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” və 15 may 2017-ci il tarixli, RX seriyalı, **********33 reyestr nömrəli Çıxarış verilmiş və həmin torpaq sahəsinin üzərində olan evin bir hissəsi uçurdulmuşdur və üçüncü şəxs Bəşirova Zərifə Zöhrab qızı bu torpağın Qızmeydan Bələdiyyə sədri – hal-hazırda vəfat etmiş İrşad Zərbalıyev tərəfindən ona satıldığını bildirmişdir. İddiaçı aidiyyəti üzrə müvafiq qurumlara müraciətlər etmiş və Qızmeydan İcra Nümayəndələrinin Qaytanlanmış Kitabından da məlum olmuşdur ki, həmin torpaq sahəsi qaytanlanmış kitabda iddiaçının adına qeydiyyatdadır. Lakin DTXK-nin Şamaxı Rayon Şöbəsinin Qeydiyy at Kitabında isə qeydiyyat ağardıcı ilə ağardılmış və üstündən Bəşirova Zərifə Zöhrab qızının adı qeyd edilmiş və onun adına olan JN-009A saylı, KOD-41003005 seriyalı şəhadətnamənin qeydiyyat nömrəsi verilmişdir. Yerquruluşu və Layihə İnstitutunda da həmin torpaq sahəsi iddiaçının adına qeydiyyata alınmışdır. Göründüyü kimi üçüncü şəxs Bəşirova Zərifə Zöhrab qızının adına verilmiş JN-009A saylı,KOD-41003005 seriyalı Şəhadətnamə,15 may 2017-ci il tarixli, AN-157186 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” və 15 may 2017-ci il tarixli, RX seriyalı, **********33 reyestr nömrəli çıxarış saxta olmaqla qanunsuzdur.
8. Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2-1(118)-225/2023 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilərək üçüncü şəxs Bəşirova Zərifə Zöhrab qı zının adına verilmiş JN-009A saylı, KOD 41003005 seriyalı şəhadətnamə və 15 may 2017-ci il tarixli, RX seriyalı **********33 reyestr nömrəli çıxarış, daşınmaz əmlakın dövlət reyestrində olan qeyd - İddiaçı 0.25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi qərara alınmışdır.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının torpaq sahəsi ilə tam olaraq üst-üstə düşən və mübahisələndirilən torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsinə əsas olan Bəşirova Zərifə Zöhrab qızının adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 009A, KOD 41003005 saylı (kitabda 9252 nömrə ilə qeydə alınmış) şəhadətnamənin verilməsinə əsas olduğu qeyd edilmiş Şamaxı ray onu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarında Bəşirova Zərifə Zöhrab qızına torpaq sahəsinin ayrılmasının nəzərdə tutulmadığı müəyyən edilmişdir. Belə olan halda isə üçüncü şəxs olan Bəşirova Zərifə Zöhrab qızına qanunazidd olaraq torpaq sahəsi ayrılmış, əsassız olaraq adına “Torpağın mülkiyyətə verilməsinə dair” JN 009A, KOD 41003005 saylı şəhadətnamə (kitabda 9252 nömrə ilə qeydə alınmış) və ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” tərtib edilmişdir. Beləliklə üçüncü şəxs Bəşirova Zərifə Zöhrab qızının mülkiyyətinə 0.40 ha torpaq sahəsinin ayrılmasına dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN 009A, KOD 41003005 saylı şəhadətnamənin (kitabda 9252 nömr ə ilə qeydə alınmış) hüquq müəyyən edici sənədlər olmadan, qanunun tələblərinə zidd olaraq tərtib edilməsi məhkəmə araşdırması ilə müəyyən edilmişdir.
10. Üçüncü şəxs Bəşirova Zərifə Zöhrab qızı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-339/2024 nömrəli, 10 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: Z.Məmmədov - sədrlik edən və məruzəçi, H.Babayeva və İ.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Üçüncü şəxs Bəşirova Zərifə Zöhrab qızı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməklə, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Üçüncü şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırmalarının uzun sürməsinə və iş üzrə sübutların toplanılmasına baxmayaraq, hesab edirik ki, məhkəmə yekunda sübutlara düzgün hüquqi qiymət verməmiş, toplanılmış sübutların İddiaçı adının sonradan siyahıya daxil edilməsini müəyyən etmək üçün kifayət qədər əsas verdiyi halda, habelə məhkəmə artıq qanunla müəyyən edilmiş mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmış şəxsin – üçüncü şəxs Zərifə Bəşirovanın hüquqlarını qanunsuz müdaxilədən qorumalı olduğu halda bunu etməmişdir.
15. İş materiallarına olan sənədlərdən müəyyən edilir ki, iddiaçının 2002-ci il tarixinədək sözügedən ərazidə hər hansı daşınmaz əmlaka ilkin və ya dolayı hüququ olmasını, istifadə və sahibliyində torpaq sahəsinin olmasını təsdiq edilmir. Hətta şəxsin torpaq sahəsi üzərində tikilinin mövcud olma faktını təsdiqi kimi məhkəməyə təqdim etdiyi texniki pasport sənədi avqust 2002-ci ilə aiddir.
16. Bundan başqa iddiaçının məhkəməyə təqdim etdiyi ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında DİN-nin verdiyi Arayışdan görünür ki, iddiaçı xx.xx.1961-ci il tarixdə Şamaxı rayonu Göylər kəndində anadan olmuşdur, Şamaxı rayonu Qızmeydan kəndində isə qeydiyyata xx.xx.2005-ci ildən düşmüşdür. Belə olan halda vətəndaşa başqa kəndin ərazisində təsərrü fatının mövcud olması real deyildir.
17. Aqrar islahatlar Bəşirova Zərifəyə münasibətdə 1998-ci ildə aparılsa da, iddiaçıya məxsus hazırkı sənəd xx.xx.2002-ci il tarixində tərtib edilmişdir. Üstəlik vətəndaşlara torpaq sahəsinin ayrılması səlahiyyəti Aqrar islahat komissiyalarında olmuşdur, lakin hazırkı sənəd rayon İcra başçısının, Qızmeydan kəndi icra nümayəndəsinin, Qızmeydan bələdiyyəsinin, Şamaxı rayon torpaq şöbəsi müdirinin imza və möhür ilə təsdiq edilmişdir. X2 İslahat Komissiyası və Şamaxı rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilməmiş və möhürlənməmişdir.
18. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi˝ MMC-nin xx.xx.2021-ci il tarixli cavab məktubunda MMC-nin arxivində Bəşirova Zərifə Zöhrab qızının adına olan JN 009A (KOD ********) nömrəli ağaproT˝ mülkiyyət hüququna dair Şəhadətnamə˝yə dair məlumatın aşkar edilmədiyi göstərilmiş, eyni zamanda belə nömrəli Şəhadətnamənin İddiaçı adına verilməsinə dair hər hansı məlumat da verilməmişdir. Bunun ardınca eyni qurum xx.xx.2022-ci il tarixli məktubunda 14 saylı Şamaxı Ərazi İdarəsinin arxivində saxlanılan Şəhadətnamələrin (hər iki şəxsə məxsus) nüsxələrini təqdim etmişdir.
19. İşin hallarından görünür ki, Zərifə Bəşirova JN 009A, KOD 41003005 saylı Şəhadətnamənin verilməsi üçün əsas Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarı olmuşdur. Həmin Qərar isə məhkəmə qaydasında mübahisələndirilməmişdir. Üstəlik Qərarın mübahisələndirilməs i üçün qanunla müəyyən edilmiş müddət keçmişdir. Lakin məhkəmə iddianın mümkünlüyü və hüquqi əsasın müəyyən edilməsi hissələrinə qiymət verərkən bu hala toxunmamışdır. Hüquqverən ilkin sənəd Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarı ləğv edilmədən, həmin X1 adına verilmiş Şəhadətnamənin ləğvi birbaşa maddi hüquq normasının tələbinə ziddir
20. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməklə, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayə ti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bi lər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏH KƏMƏSİNİN MÖVQEYİ
25. Məlum olduğu kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-cü il tarixli, 2-1(105)-339/2024 nömrəli qərarla hazırkı iş üzrə iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən belə hesab etmişdir ki, “...üçüncü şəxs Bəşirova Zərifə Zöhrab qızının adına 0.40 ha torpaq sahəsinin ayrılmasına dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN 009A, KOD 41003005 saylı şəhadətnamə (kitabda 9252 nömrə ilə qeydə alınmış) hüquqmüəyyənedici sənədlər olmadan, qanunun tələblərinə zidd olaraq tərtib edilmişdir...”
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sözügedən nəticəsi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 1 1 noyabr 1998-ci il tarixli qərarına əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.25 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrılmışdır. Qeyd olunan qərar əsasında İddiaçı adına JN 009A, KOD 41003005 saylı (kitabda 014 nömrə ilə qeydə alınmış) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. İddiaçı qeyd edilən hüquqmüəyyənedici sənəd əsasında torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqan isə həmin torpaq sahəsinə dair üçüncü şəxs Bəşirova Zərifə Zöhrab qızının adına ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” tərtib edildiyi üçün onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Daha sonra iddiaçı üçüncü şəxsin adına tərtib edilmiş JN009A saylı, KOD 41003005 seriyalı şəhadətnamənin və 15 may 2017-ci il tarixli, RX seriyalı **********33 reyestr nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh iddiaçıya cavab olaraq üvanladığı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla onun müraciətinin təmin edilməsindən imtina etmişdir.
27. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.25 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrılmışdır. Qeyd olunan qərar əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına JN 009A, KOD 41003005 saylı (kitabda 014 nö mrə ilə qeydə alınmış) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən yenidən JN 009A, KOD 41003005 saylı (kitabda 9252 nömrə ilə qeydə alınmış) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Bəşirova Zərifə Zöhrab qızının adına tərtib edilmişdir. Sonuncunun adına tərtib edilmiş şəhadətnamədə Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əsasən Bəşirova Zərifə Zöhrab qızına Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.40 ha torpaq sahəsinin ayrıldığı qeyd edilmişdir.
28. Beləliklə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN 009A, KOD 41003005 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” iki fərqli nüsxədə tərtib edilmişdir. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ilkin JN 009A, KOD 41003005 saylı (kitabda 014 nömrə ilə qeydə alınmış) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.25 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrıldığı qeyd edilmişdir. Həmçinin eyni nömrəli, kodlu şəhadətnamədə (kitabda 9252 nömrə ilə qeydə alınmış) Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.40 ha torpaq sahəsinin Bəşirova Zərifə Zöhrab qızının mülkiyyətinə ayrıldığı qeyd edilmişdir. Qeyd edilən şəhadətnamə əsasında cavabdeh orqan tərəfindən torpaq sahəsi Bəşi rova Zərifə Zöhrab qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış tərtib edilmişdir.
29. Bununla əlaqədar apellyasiya məhkəməsi haqlı olaraq müvafiq sorğular göndərmişdir.
30. Belə ki, məhkəməyə sorğu əsasında "xxxx" MMC-dən daxil olmuş 19 dekabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Şamaxı rayonu, Qızmeydan kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında Bəşirova Zərifə Zöhrab qızının adı aşkar edilməmişdir. Şamaxı rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş 06 mart 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Qızmeydan kənd ərazi vahidi üzrə nümayəndəliyinin 1991-2010-cu illərin təsərrüfatbaşına kitablarında Bəşirova Zərifə Zöhrab qızının adına təsərrüfat aşkar olunmamışdır.
31. Bununla yanaşı "xxxx" MMC-dən daxil olmuş Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əlavə edilmiş Şamaxı rayonunun Qızmeydan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid adlı siyahıdan görünür ki, Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.25 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrılmışdır. Şamaxı rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş arxiv çıxarışından görünür ki, Şamaxı rayon Qızmeydan kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 2001-2005-ci illərin şəxsi hesab 256 №-li təsərrüfatbaşına kitabında İddiaçı təsərrüfatında 0.25 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir.
32. Eyni zamanda məhkəmə tərəfindən Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-c i il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə ayrılmış torpaq sahəsi ilə Bəşirova Zərifə Zöhrab qızının adına tərtib edilmiş JN-009A saylı, KOD 41003005 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin eyni torpaq sahəsi olmasının müəyyənləşdirilməsi üçün cavabdeh orqana mütəxəssis rəyinin verilməsi üçün sorğu ünvanlanmışdır.
33. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən ünvanlanmış 09 oktyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, elektron məlumat bazasında Bəşirova Zərifə Zöhrab qızına aid JN 009A, KO D 41003005 saylı şəhadətnamə ilə mülkiyyətinə ayrılmış 0.40 ha torpaq sahəsinə aid heç bir məlumat aşkar olunmadığından JN 009A, KOD 41003005 saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmadı; JN 009A, KOD 41003005 saylı şəhadətnamə əsasında İddiaçı mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin koordinatları Bəşirova Zərifə Zöhrab qızının adına tərtib edilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışın A № 157186 saylı, xx.xx.2017-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin (0.256 ha) koordinatları üst-üstə düşür.
34. Beləliklə mübahisələndirilən, yəni Bəşirova Zərifə Zöhrab qızının adına verilmiş JN-009A saylı, KOD 41003005 ser iyalı şəhadətnamənin verilməsinə hansı sənədlərin əsas olduğunun aydınlaşdırılması üçün aidiyyatı üzrə sorğular verilsə də, orqanların müvafiq cavab məktubları ilə şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin mövcud olmadığı müəyyən edilmişdir. Başqa sözlə, 3-cü şəxsin adı nə Şamaxı rayonu, Qızmeydan kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında, nə də həmin kəndin ərazi vahidi üzrə nümayəndəliyinin 1991-2010-cu illərin təsərrüfat başına kitablarında aşkar edilməmişdir, yoxdur. Yəni, şəhadətnamənin heç bir əsas olmadan üçüncü şəxsin adına tərtib edilməsi qanunvericiliyin tələblərinə zidd olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
35. Bu baxımdan apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “İddiaçıya “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verildiyi dövrdə qüvvədə olan Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət torpaq kadastrını formalaşdıran vahid torpaq-kadastr sənədləri sistemi tətbiq edilir. Vahid torpaq-kadastr sənədləri sistemi hüquqi və texniki kadastr sənədlərindən ibarətdir. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən aşağıdakılar, hüquqi kadastr sənədləri hesab olunur: torpağa mülkiyyət hüququna dair dövlət aktı; torpaqdan daimi istifadə hüququna dair dövlət aktı; torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə; torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; notarial qaydada təsdiq edilmiş və qeydiyyata alınmış icarə müqavilələri. Azərbaycan Respublikası Nazirlər Kabinetin in 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamənin 12ci bəndinə əsasən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə tərkibi üzrə hər şəxsin adı, soyadı, torpağın sahəsi göstərilməklə, ailə başçısının adına verilirdi.”
36. Digər tərəfdən, 3-cü şəxsin işdə olan sənədlərinin özü də qüsurludur, belə ki, əvvəla “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin (7N-009A KOD ********) və Şamaxı rayonu Aqrar İslahat Komissiyasının olan 0,40 ha torpaq sahəsinin 3-cü şəxs Zərifə Bəşirovanın mülkiyyətinə ayrılması barədə 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarın əsli və ya lazımi qaydada (notariat qaydasında) təsdiq olunmuş kserosurəti işdə mövcud deyildir, halbuki həmin şəhadətnamə, işin İ cildinin 9 -cu səhifəsində olan DƏDRXnin 14 saylı Şamaxı Ərazi İdarəsinin Şamaxı Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2021-ci il tarixli məktubunun əsli kimi qələmə verilir, eyni zamanda sözügedən şəhadətnamənin kitabdakı nömrəsi 9252 kimi yazılmış, lakin iddiaçıya verilmiş eyni tipli 0,25 hektar torpaq sahəsinə dair şəhadətnamədə kitab nömrəsi “014” olaraq göstərilmişdir.
37. Belə olan halda, 0,40 hektar torpaq sahəsi barədə mülkiyyət hüququnun 3-cü şəxs tərəfindən əldə edilməsi ümumiyyətlə böyük şübhələr yaradır, belə ki, şəhadətnamənin alınmasında onun hüquqi əsasını təşkil edən sənədlər arxivdə mövcud deyildir.
38. Bununla yanaşı xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçıya Şamaxı Rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarı əsasında onun mülkiyyətinə ayrılmış 0,25 hektar torpaq sahəsinin sözügedən şəhadətnaməsi qeydiyyat kitabında 014 nömrə ilə qeydə alındığı halda, 3-cü şəxsin mülkiyyətinə eyni komissiya, eyni tarix və nömrə ilə ayrılmış 0,40 hektar torpaq sahəsinin şəhadətnaməsi qeydiyyat kitabında 9252 nömrə altında qeydə alınmışdır ki, bu da iddiaçının mülkiyyətinə ayrılmış həmin 0,25 hektar torpaq sahəsinin 3-cü şəxsin adına verilmiş 0,40 hektar torpaq sahəsindən daha erkən dövlət qeydiyyatına alındığına dəlalət edir və iddiaçının mülkiyyətinə verilmiş 0,25 hektar torpaq sahəsinin üzərinə 3-cü şəxsin mülkiyyətinə torpaq sahəsinin verilməsi yol verilməzdir.
39. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Y uxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Bəşirova Zərifə Zöhrab qızının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-339/2024 nömrəli, 10 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.