Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-270/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-270/2020 Bakı şəhəri xx xxxx 2020-ci il 17.03.2020 Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili XXX iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi xxxx tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)- 2283/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyasının İ.S.Turgenov adına Orel Dövlət Universitetinə qiyabi formada təhsil əsasında xx xxxx 2017-ci il tarixli, **********352 saylı diplom üzrə aldığı ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki Rusiya Federasiyasının İ.S.Turgenov adına Orel Dövlət Universitetinə daxil olmuş, 2017-cı ilədək həmin tədris müəssisəsində hüquqşünaslıq ixti sası üzrə təhsil almış, təhsil planını yerinə yetirdikdən sonra ona diplom verilmişdir. Diplomun Azərbaycan Respublikası ərazisində tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə onun tələbinin təmin olunmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının diplomun tanınması ilə bağlı ekspert qrupunun rəyində iddiaçının təhsil aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilinin bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)2929/2018 saylı qərarı ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh həmçinin, məhkəməyə ərizə ilə müraciət edərək buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi və apellyasiyanın mümkünlüyü barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(103)-3050/2018 saylı qərardadı ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Vidadi Məmmədov və İlham Əhmədov) cavabdehin prosessual müddətin bərpa olunması barədə ərizəsi təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüş və apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud o lmamışdır. Həmin qərardaddan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(102)-1720/2019 saylı qərarı ilə (sədrlik edən Rahib Nəbizadə, hakimlər Azər Hüseynov və Xəqani Məmmədov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin qərardadı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh apellyasiya şikayəti üzrə qanunvericiliklə nəzərdə tutulmuş müddətin buraxılması barədə ərizəsini nazirlikdə kargüzarlığın aparılmasının elektron dövriyyəyə keçməsi və bu sahədə yaranmış olan texniki nasazlıqla əlaqələ ndirmiş, apellyasiya məhkəməsi isə cavabdehin dəlilini araşdırmaqla ona münasibət bildirməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2283/2019 saylı qərardadı ilə (sədrlik edən Mirzə Tağızadə, hakimlər Ülvi Mayılov və Kəmalə Abiyeva) cavabdehin prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, dövlət orqanlarının elektron xidmətlər göstərməsi ilə bağlı tədbirlər 2011 və 2013-cü illərdən başlanmış proses olmaqla icrası üçün konkret müddətlər nəzərdə tutulmuş, müvafiq müddətlər ərzində mərkəzi icra hakimiyyəti orqanlarından elektron dövriyyəyə keçmələrinin yekunlaşdırılması tələb olunmuşd ur. Cavabdeh kargüzarlığın aparılmasının elektron dövriyyəyə keçməsi sahəsində yaranmış texniki nasazlığı müddətin ötürülməsi əsası kimi göstərsə də, nazirlik daxilində elektron dövriyyəyə keçməyin hansı vaxtdan başlanması, nə vaxtadək davam etməsi barədə əmr, göstəriş və ya digər sənədləri məhkəməyə təqdim etməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” xx xxx 2011-ci il tarixli Fərmanın 1, 2, “Elektron hökumət portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Fərmanının 2.3, 2.6, 5.1, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 85.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi şikayəti icraata qəbul etməklə tərəflərin bərabər qaydada özlərini müdafiə etmək prinsipini pozmaqla şikayətin mümkünsüzlüyü barədə qərardad qəbul etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasını n vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Məhkəmə qərarının göndərilməsi barədə məktubdan görünür ki, cavabdeh tərəfindən mübahisə olunan birinci instansiya məhkəməsinin qərarı xx xxxxxxxx 2018-ci il tarixdə ona təqdim edilmişdir. Apellyasiya şikayəti xx xxxxxx 2018-ci il tarixdə imzalanmış, xx xxxxxx 2018-ci il tarixdə apellyasiya məhkəməsinə təqdim edilmi şdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi tərəfindən onların tələblərinə riayət edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehə məhkəmə qərarı rəsmi surətdə təqdim edilmiş, lakin müəyyən edilmiş prosessual müddət ötürülm əklə apellyasya şikayəti verilmiş, müddətin üzürlü səbəbdən buraxılmasına dair sübutlar təqdim olunmamışdır. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, apellyasiya məhkəməsi şikayəti icraata qəbul etməklə tərəflərin bərabər qaydada özlərini müdafiə etmək prinsipini pozmaqla şikayətin mümkünsüzlüyü barədə qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndimənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası İPM-in: - 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, (...) proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur; - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır; - 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır; - 75.3-ci maddəsinə əsaəsn, məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir; - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Bu müddəaların mənasına görə, məhkəmə qərarına qarşı şikayətin verilməsi müddətinin axımı, həmin qərarda şikayət vermənin qaydası və müddəti göstərildiyi halda, təqdim edildiyi gündən hesablanır. Təqdim edilmiş gün də nəzərə alınmaqla məhkəmə qərarından şikayət 30 gün müddətində verilməlidir. Bu müddətdən sonra verilmiş şikayət isə apellyasiya baxışının predmeti ola bilməz. İşin hallarına əsasən, cavabdehə qərar rəsmi qaydada təqdim edilmiş, həmin qərardan apellyasiya şikayəti isə 30 günlük müddət ötürülməklə verilmişdir. Prosessual müddətin buraxıldığı təqdirdə onun bərpası imkanı Azərbaycan Respublikası İPM-nin aşağıdakı müddəalarında nəzərdə tutulmuşdur: - 24.1-ci maddəsinə əs asən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Müddəaların mənasına əsasən, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxildığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddət i buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Cavabdeh müddətin ötürülməsinin onun təqsiri olmadan baş verməsini nazirlikdə kargüzarlığın aparılmasının elektron dövriyyəyə keçməsi və bu sahədə yaranmış olan texniki nasazlıqla əlaqələndirmişdir. Apellyasiya məhkəməsi bu əsasa münasibətdə Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” xx xxx 2011-ci il tarixli Fərmanına və “E lektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” xx xxxxxx 2013-cü il tarixli Fərmanlarna istinadən hesab etmişdir ki, dövlət orqanlarının elektron xidmətlər göstərməsi ilə bağlı tədbirlər 2011 və 2013-cü illərdən başlamış proses olmaqla icrası üçün konkret müddətlər nəzərdə tutulmuşdur ki, müvafiq müddətlər ərzində mərkəzi icra hakimiyyəti orqanları elektron dövriyyəyə keçməyi yekunlaşdırmaları tələb olunmuşdur. Lakin cavabdeh tərəfindən istinad etdiyi əsaslara və müddətlərə dair müvafiq sübutedici sənədlər təqdim edilmədyindən, müddətin üzürlü səbəbdən buraxıldığı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bu hissədə apellyasiya məhkəməsinin qənaəti ilə razılaşır. Cavabdehin tərəflərin bərabərlik prinsipin in pozulması dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin: - 11.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir; - 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Prosessual müddəaların tələblərindən göründüyü kimi, inzibati məhkəmə icraatı çərçivəsində tərəflərin məhkəmə qarşısında bərabərlik hüququ onlara öz mövqeyini bildirmək, hüquq və vəzifələrinin həyata keçirilməsi üçün məhkəmə tərəfindən bərabər imkanlar yaratmaqdan ibarətdir. Azərbaycan Respubl ikası İPM-nin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, əvvəlki apellyasiya baxışının nəticəsi olaraq qəbul edilmiş qərardadı ləğv etməklə kassasiya məhkəməsi bildirmişdir ki, apellyasiya məhkəməsi cavabdehin nazirlikdə kargüzarlığın aparılmasının elektron dövriyyəyə keçməsi və bu sahədə yaranmış olan texniki nasazlıqla əlaqələdirilməsi barədə dəlilini araşdırmaqla ona münasibət bildirməmişdir. İşin yenidən apellyasiya baxışında aparılan icraat zamanı xx xxxxxxxx 2019-cu, xx xxxxxxxx 2019-cu məhkəmə iclas protokollarından göründüyü kimi, cavadbehin məhkəmə iclasında iştirak etməməsi, digər halda isə iddiaçı tərəfindən sənədlər in təqdim edilməsi əsası ilə məhkəmə iclasları təxirə salınmışdır. xx xxxxxxx 2019-cu il tarixində keçirilmiş məhkəmə iclas protokolundan göründüyü kimi, cavadeb tərəfindən hər hansı əlavə sübutlar təqdim edilməmiş, hər hansı vəsatətlər qaldırılmamışdır. Mövcud olan vəziyyətdə apellyasiya məhkəməsi düzgün olaraq təqdim edilmiş sənədlər əsasında cavabdeh tərəfindən müddətin bərpası barədə ərizənin təmin edilməməsi nəticəsinə gəlmiş və bildirmişdir ki, nazirlik daxilində elektron dövriyyəyə keçməyin hansı vaxtdan başlanması, nə vaxtadək davam etməsi barədə əmr, göstəriş və s. sənədləri məhkəmə tərəfindən zəruri vaxt verilsə də cavabdeh təqdim etməmişdir. Qeyd edilən halda cavabdehin hüquq və vəzifələrinin həyata keçirilməsi üçün məhkəmə tərəfindən bərabər imkanlar yaratmamaqla bərabərlik pri nsipinin pozulması barədə cavabdehin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyas ı qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi xxxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2283/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-270/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-270/2020
17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver