Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-270/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: vəkillə təmin olunma barədə ərizənin rədd edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.08.2021-ci il tarixli, 2-1(103)2039/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair iddiaçının dövlət büdcəsi hesabına vəkillə təmin olunması barədə ərizəsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvanında qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-3822/2021 nömrəli qərarına əsasən (hakim Miminat Hacıbəyova) iddia tələbi rədd edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.08.2021-ci il tarixli 21(103)-2039/2021 nömrəli qərarına əsasən (sədrlik edən Azər Hüseynov, hakimlər Səadət Bəktaşi və Vidadi Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-3822/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.08.2021-ci il tarixli 2-1(103)-2039/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Kassasiya şikayəti vəkil tərəfindən tərtib edilmədiyindən, imzalanmadığından və vəkilin orderi şikayətə əlavə olunmamışdır.
6. Məhkəmə 13.12.2021-ci il tarixli bildirişində iddiaçının göstərilən nöqsanların aradan qaldırmasını təklif etmiş, əks təqdirdə kassasiya şikayətinin mümkün sayılmayacağı barədə xəbərdarlıq etmişdir.
7. İddiaçı 21.12.2021-ci il tarixində məhkəməyə ərizə (müraciət) təqdim edərək dövlət büdcəsi hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. İddiaçı müraciətini belə əsaslandırmışdır ki, indiyədək qeydiyyatı olmadığından iki ali təhsili olmasına baxmayaraq işləyə bilmir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə Maddə
90. Kassasiya şikayəti vermək hüququ (-) 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq m üddəaları tətbiq olunur.
9. Mülki Prosessual Məcəllə Maddə
67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə
121. Nü mayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi (-) 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. 10. “Azərbaycan Respublikası MPM-nin 67 və 423-cü maddələrinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11.06.2002-ci il tarixli qərarında bildirdiyi hüquqi mövqeyinə görə, ədalət mühakiməsinin maraqları tələb etdikdə, aztəminatlı şəxslərin ödəni şsiz hüquqi yardım almaq hüququ öz mövqeyini müdafiə etmək hüququna alternativ olmayan müstəqil hüquqdur. Hər hansı bir iş üzrə müəyyən peşə bilikləri tələb edən hüquqi problemlər qaldırıldıqda, dövlət nəinki keyfiyyətli hüquqi yardım almaq Konstitusiya hüququnu, həmçinin belə hüququ real şəraitdə aztəminatlı şəxslərə də təmin etməlidir.
11. Bu mövqeyinin davamı olaraq Konstitusiya Məhkəməsinin qəbul etdiyi 30.01.2014-cü il tarixli qərarında məsələyə dair qeyd edilmişdir ki, məhkəmələr işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakının təmin edilməsi məsələsinə baxarkən təqdim olunmuş müvafiq sənədlər əsasında belə şəxslərin aztəminatlı şəxsin statusuna aid olmasını və vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olub-olmamasını hərtərəfli aydın laşdırmalıdırlar. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, şəxsin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması üçün onun maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanının olmaması təsdiq edilməlidir.
13. Göstərilmiş tələbləri iddiaçının təqdim etdiyi ərizəyə münasibətdə tətbiq edərkən müəyyən edilir ki, iddiaçı ərizəsində dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş etsə də, maddi imkanının olmamasını əsaslandırmamış, bununla bağlı məhkəməyə hər-hansı sənəd təqdim etməmişdir.
14. Bununla bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının aztəminatlı olaraq dövlət hesabına vəkillə təmin olunması üçün qanunda nəzərdə tutulmuş əsaslar hazırki işdə mövcud olmadığından, iddiaçı dövlət hesabına vəkillə təmin edilməməlidir.
15. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı dövlət büdcəsi hesabına vəkillə təmin olunma barədə ərizəsi təmin edilməsin.