Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-270/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 oğlu və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğvi; mənzil uçotuna alınma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı1 oğlu və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 33 nömrəli Sərəncamının ləğv edilməsi və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alın ma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2-1(103)-2479/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Binəqədi rayon İHB-nın xx.xx.2017-ci il tarixli 98 nömrəli sərəncamı ilə X1 müharibəsinin İİ qrup əlili kimi ailə tərkibi 1 (bir) nəfərlə (özü) güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür.
2. X7 xx.xx.2019-cu il tarixdə ölmüşdür.
3. X7 ilə X9 arasında nikah bağlanmasa da, atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrə əsasən hazırkı iş üzrə iddiaçılar onun övladlarıdır.
4. Binəqədi rayon İHB-nın xx.xx.2020-ci il tarixli 93 nömrəli “vətəndaş X5 X2 əvəzinə Binəqədi Rayon İcra Hakimi yyətində mənzil uçotuna alınmasından imtina edilməsi barədə” sərəncamına əsasən X7 mənzil növbəsindən çıxarılmışdır.
5. İddiaçı X9 yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, X2 Binəqədi Rayon İcra Hakimiyyətində mövcud olan mənzil-uçot qovluğu araşdırılarkən məlum olmuşdur ki, o, xx.xx.2017-ci il tarixli ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərkən, yalnız özünün mənzil növbəsinə götürülməsini xahiş etmiş və ailə üzvləri barədə hər hansı sənəd və ya məlumat təqdim etməmişdir. Eyni zamanda, X7 xx.xx.2019-cu il tarixdə ölmüşdür. O, atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrə əsasən, övladları İddiaçı2 və İddiaçı1 atası hesab edilsə də, m ərhum tərəfindən onların Binəqədi Rayon İcra Hakimiyyətində olan mənzil növbəsinin ailə tərkibinə daxil olmaları barədə RİH-nə müraciət olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı X9 cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 33 nömrəli Sərəncamının ləğv edilməsi və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaları barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Məhkəmənin 24 may 2022-ci il tarixli qərardadı ilə iddiaçı X9 əsl iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə əvəz edilmişdir.
8. İddia tələbi hazırkı qərarın 1-5-ci bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışd ır.
9. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) 10 mart 2023-cü il tarixli, 21(112)-729/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 33 nömrəli Sərəncamı ləğv edilmiş, mərhum X3 yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs kimi uçotunun onun ailə üzvləri X6 və İddiaçı2 üçün saxlanılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 98 nömrəli sərəncamının əsasını X3 mülkiyyət hüququ təşkil etmişdir və iddiaçılar onun qanuni vərəsələri dir. Odur ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının mübahisələndirilən xx.xx.2020-ci il tarixli 33 nömrəli sərəncamına əsasən, mərhum X3 yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotdan çıxarılması iddiaçıların mülkiyyət hüququna müdaxilədir. Həmin müdaxilə mülkiyyətdən məhrumetməyə bərabərdir. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir. İnzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə, inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olma q, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin cavabdeh mərhum X3 vəfat etmiş əlilliyi olan şəxs kimi uçotunu ləğv edərkən onun maraqlarına toxunan şəxsləri – qanuni vərəsələrini inzibati icraata cəlb etməmiş, onların dinlənilmə hüququnu təmin etmədən, mərhumun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotunun ləğvinə dair inzibati akt qəbul etmişdir. Məhkəmə tərəfindən müdaxilənin qanuniliyi müəyyən edilmədiyindən, müdaxilənin qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçılara münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məsələsinə qiymət vermək zərurəti yoxdur. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi uçota alınma hissəsində iddiaçıların hüquqi marağına uyğun olaraq, mərhum X3 yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs kimi uçotunun onun ailə üzvləri X6 və İddiaçı2 üçün saxlanılması kimi təmin edilməlidir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) 29 avqust 2023-cü il tarixli, 2-1(103)-2479/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx. xx.2023-cü il tarixli, 2-1(112)-729/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın qeyri-mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətini iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə əsaslandırmışdır. müraciətindən b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. İddiaçılar kassasiya şikayətinə etiraz təqdim olunmamasını xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ edərək imtinanın şikayətin və təmin 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
27. Layiqli həyat səviyyəsi və sosial müdafiə 27.0. Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir. Maddə 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.
18. Azər baycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”: Bənd 1.2.1. Əlilliyi olan şəxsin uçotunun saxlanılması - yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vəfat etmiş əlilliyi olan şəxsin yaşayış sahəsini əldə etməsi üçün növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsinin onun əvəzinə uçota alınacaq ailə üzvü (üzvləri) üçün saxlanılması; 1.2.2. əlilliyi olan şəxsin ailə üzvləri - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uç ota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslər; 1.2.3. uçota alınmanı həyata keçirən orqan - əlilliyi olan şəxsin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı müvafiq yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə orqanı. Bənd 3.1. Vəfat etmiş əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından aşağıdakı hallarda imtina edilir: 3.1.1. bu Qaydanın 2.2-ci bəndində qeyd edilən sənədlər təqdim edilmədikdə; 3.1.2. əlilliyi olan şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.5-ci maddəsi ilə müəyyən edilmiş uçot normasına əsasən ailə üçün kifayət etdiyi müəyyən edildikdə; 3.1.3. təmsil çi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləyaqətsiz vərəsə hesab edildikdə. 3.2. Əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərar imtinanın səbəbləri göstərilməklə əsaslandırılmalıdır. 3.3. Əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərarın surəti onun qəbul edildiyi gündən 3 (üç) iş günündən gec olmayaraq təmsilçiyə təqdim edilir və ya göndərilir. Həmin qərardan təmsilçi tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati icraat qaydasında və ya məhkəmə qaydasında şikayət verilə bilər. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.... 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları i lə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahi sə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün say ıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin in zibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansi yası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, Binəqədi rayon İHB-nın xx.xx.2017-ci il tarixli 98 nömrəli sərəncamı ilə X1 müharibəsinin İİ qrup əlili kimi ailə tərkibi 1 (bir) nəfərlə (özü) güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. X7 xx.xx.2019-cu il tarixdə ölmüşdür. X7 ilə X9 arasında nikah bağlanmasa da, atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrə əsasən iddiaçılar onun övladlarıdır. Buna baxmayaraq, cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixli 93 nömrəli sərəncamla X4 mənzil növbəsindən çıxarmışdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 19-cu bəndində istinad olunan “İnzibati icraat haqqında” qanunun normaları belə nəticəyə gəlməyə əsas verir ki, inzibati aktın qəbul edilməsi də daxil olmaqla, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Buna baxmayaraq, cavabdeh inzibati orqan X3 vəfat etmiş əlilliyi olan şəxs kimi uçotunu ləğv edərkən bu hərəkətin maraqlarına toxunacağı şəxslər i, başqa sözlə, hazırkı iş üzrə iddiaçıları (vərəsələri olan uşaqlarını) inzibati icraata cəlb etməmiş, onların dinləmə hüququnu təmin etmədən mərhumun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotunun ləğvinə dair qanunsuz inzibati akt qəbul etmişdir. Belə olan halda, cavabdeh tərəfindən qəbul edilmiş mübahisə predmeti olan qanunsuz inzibati akt – sərəncam ləğv edilməli və iddiaçılar X3 qanuni vərəsələri olduğundan mərhumun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs kimi uçotu iddiaçılar üçün saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kolle giyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2023-cü il tarixli, 21(103)-2479/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.