Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2700/2019 09.10.2019 ALİ MƏHKƏMƏ İddiaçı MMC-nin Cavabdehnə qarşı iş üzrə QƏRAR (Açar sözlər: icarə müqaviləsinin ləğv edilməsi, sərəncamın ləğv edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlunxxxx ibarət tərkibdə, İddiаçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiаçı İddiaçı MMC-nin Cavabdehnə qarşı "Cavabdeh başçısının 18.10.2018-ci il tarixli 140 nömrəli sərəncamının 3-cü və 4-cü bəndlərinin "İddiaçı" MMC-yə aid hissəsinin ləğv edilməsi" tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)340/2019 saylı 04 iyun 2019-cu il tarixli qərarınxxxx i ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 09.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Cavabdeh başçısının 30.06.2004-cü il tarixli 67 №-li sərəncamı ilə Yevlax rayonu Gülövşə kəndinin şimalında yerləşən dövlət mülkiyyətində olan ərazidən 58 ha torpaq sahəsinin kərpic zavodunun tikintisi və xammal kimi istifadə olunması üçün 99 il müddətinə "İddiaçı" MMC-nin icarəsinə verilməsi və həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı tərəflər arasında 30.06.2004-cü il tarixli 01 №-li "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, 58 ha torpaq sahəsi 99 il müddətinə kərpic zavodunun tikintisi və xammal kimi istifadə olunması üçün verilir, icarə haqqı 2004-cü ilin iyun ayının birindən hesablanır, icarəçi hər il 876960 manat icarə haqqı ödəməyi, göstərilmiş müddətdə icarə haqqını ödəməzsə hesablaşma günündən başlayaraq hər gün üçün 0,2 faiz dayanıqsızlıq ödəməyi öhdəsinə götürür. "İddiaçı" MMC-yə 25.03.2005-ci ildə JN-6953 kod 90102058 nömrəli "Torpaqxxxx müvəqqəti istifadə hüququna dair şəhadətnamə" verilmişdir. Göstərilən 58 ha torpaq sahəsində yerləşən 10688,32 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə ("X" kərpic zavodu) "İddiaçı" MMC-nin mülkiyyət hüququ 01.11.2006-cı ildə daşınmaz əmlakın dövlət reyestrində **********12-12301 reyestr nömrəsi və ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. "İddiaçı" MMC ilə "xxxx" MMC arasında bağlanmış 01.03.2006- cı il tarixli KP/001 nömrəli sadə yazılı "Kərpic zavodunun icarəyə verilməsi haqqında" müqaviləyə əsasən, "İddiaçı" MMC sözügedən kərpic zavodunu (bütün daşınmaz və daşınar əmlak daxil olmaqla) gəlir götürmək və bəhərdən istifadə etmək hüququ ilə "xxxx" MMC-nin istifadəsinə vermişdir. Müqaviləyə görə, aylıq icarə haqqı 5000 yeni manat müəyyən edilir, icarəyəverən "İddiaçı" MMC icarə predmetinin yerləşdiyi əraziyə görə hesablanacaq torpaq vergisini ödəyir, icarəçi "xxxx" MMC icarə predmetinin yerləşdiyi əraziyə görə hesablanacaq torpaq vergisi, eləcə də əmlak vergisi istisna olmaqla, icarə predmetindən istifadəyə görə digər bütün vergiləri ödəyir, müqavilə imzalandığı gündən qüvvəyə minir və 5 il müddətinə qüvvədədir. Cavabdeh tərəfindən "İddiaçı" MMC-yə 21.09.2018-ci il tarixli məktub gönd ərilərək sonuncunun dalbadal 3 ildən çoxdur ki, torpaq icarə haqqını və torpaq vergisini ödəmədiyi, nəticədə 43460 manat borc yarandığı bildirilmiş, həmin borcun büdcəyə köçürülməsi üçün 10 gün vaxt verilmiş, əks təqdirdə, torpaq sahəsi üzərində icarə hüququna xitam veriləcəyi, torpaq icarə müqaviləsinin qüvvədən düşmüş hesab olunacağı barədə xəbərdarlıq edilmişdir. Həmin məktub "İddiaçı" MMC-yə 05.10.2018-ci ildə təqdim olunmuşdur. Cavabdeh başçısının 18.10.2018-ci il tarixli 140 №-li sərəncamının 3-cü bəndi ilə "İddiaçı" MMC-nin icarəsində olan torpaq sahəsini Cavabdeh razılığı olmaxxxx "xxxx" MMC-yə ikinci əldən icarəyə verdiyi, icarə müqaviləsinin şərtlərinə əməl etmədiyi, 2 il dalbadal torpaq vergisi və icarə haqqını ödəmədiyi, nəticədə 46460 manat borc yarandığı üçün "İddiaçı" MMCnin 58 ha torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi, Cavabdeh ilə "İddiaçı" MMC arasında bağlanmış 30.06.2004-cü il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında "Torpaq icarəsi müqaviləsi"nin qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Sərəncamın 4-cü bəndində "İddiaçı" MMC-yə torpağı 20 gün müddətində əvvəlki vəziyyətinə gətirib Şəhər İcra Hakimiyyətinə təhvil verməsi tapşırılmışdır. İddiaçı "İddiaçı" MMC Cavabdeh başçısının 18.10.2018-ci il tarixli 140 nömrəli sərəncamının 3-cü və 4-cü bəndlərinin "İddiaçı" MMC-yə aid hissəsinin ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 fevral 2019-cu il tarixli 2-1(84)-286/2019 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı "Cavabdeh başçısının 18.10.2018-ci il tarixli 140 nömrəli sərəncamının 3-cü və 4-cü bəndlərinin "İddiaçı" MMC-yə aid hissəsinin ləğv edilməsi" barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərarxxxx apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-340/2019 saylı 04 iyun 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayət təmin edilməmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 27 fevral 2019-cu il tarixli 2-1(84)-286/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Torpaq Məcəlləsinin 73.1, 51.5-ci maddələrinə, MM-nin 712.1.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçı bir ildən artıq müddət ərzində torpaq vergisi və torpaq icarəsi haqqı ödəmədiyindən, o cümlədən cavabdehin razılığı olmaxxxx torpağı üçüncü şəxslərin istifadəsinə verdiyindən icarə müqaviləsinin cavabdeh tərəfindən ləğvi qanuni olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-340/2019 saylı 04 iyun 2019-cu il tarixli qərarınxxxx İddiaçı MMC-nin hüquqi varisi “xxxx” MMC (18.06.2019-cu il tarixdə qeydiyyatxxxx keçmişdir) kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə mübahisələndirilən sərəncamla iddiaçıya verilmiş torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin qüvvədən düşmüş hesab edilməsinin səbəbləri iddiaçı tərəfindən torpaq vergisinin ödənilməməsi və kərpic zavodunun “xxxx” MMC-ə icarəyə verilməsidir. Bununla bağlı qeyd olunmalıdır ki, son 3 ildə vergilərin ödənilməsi ilə bağlı müəyyən çətinliklər olsa da, hal-hazırda bütün vergilər ödənilmiş, iddiaçının hər hansı borcu qalmamışdır. Bunxxxx əlavə, iddiaçı torpağı deyil, həmin topraqda inşa edilmiş və iddiaçının xüsusi mülkiyyətində olan kərpic zavodunu “xxxx” MMC-ə icarəyə vermişdir ki, bu da iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə ilə məhdudlaşdırılmamışdır. Kassator İPM-nin 11.1, 12.1, 92.0.3, 92.0.4, 96.5, 96.9-cu maddələrinə, MPM-nin 4.1, 9, 14.1-cu maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-340/2019 saylı 04 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçının vəkili Vəkil1 Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-340/2019 saylı 04 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə Arix oğlu və vəkili Vəkil2 Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-340/2019 saylı 04 iyun 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin X1 Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)340/2019 saylı 04 iyun 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələbi Cavabdeh başçısının 18.10.2018-ci il tarixli 140 nömrəli sərənca mının 3-cü və 4-cü bəndlərinin "İddiaçı" MMC-yə aid hissəsinin ləğv edilməsidir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meyxxxxa gəlmiş nəticələrin araxxxx qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati icraat haqqında Qanun”u n 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımınxxxx yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda sadalanan normaların tələblərinə əsasən mübahisələndirmə haqqında iddialarda mübahiələndirilən inzibati aktın qanuniliyinə qiymət verilir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Cavabdeh başçısının 30.06.2004-cü il tarixli 67 №-li sərəncamı ilə Yevlax rayonu Gülövşə kəndinin şimalında yerləşən dövlət mülkiyyətində olan ərazidən 58 ha torpaq sahəsinin kərpic zavodunun tikintisi və xammal kimi istifadə olunması üçün 99 il müddətinə "İddiaçı" MMC-nin icarəsinə verilməsi və həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi qərara alınmış, "İddiaçı" MMC-yə 25.03.2005-ci ildə JN-6953 kod 90102058 nömrəli "Torpaqxxxx müvəqqəti istifadə hüququna dair şəhadətnamə" verilmiş, həmin torpaq sahəsində yerləşən 10688,32 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə ("X" kərpic zavodu) "İddiaçı" MMCnin mülkiyyət hüququ 01.11.2006-cı ildə daşınmaz əmlakın dövlət reyestrində **********12-12301 reyestr nömrəsi və ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Mübahisələndirilən Cavabdeh başçısının 18.10.2018-ci il tarixli 140 №-li sərəncamının 3cü bəndi ilə "İddiaç ı" MMC-nin icarəsində olan torpaq sahəsini Cavabdeh razılığı olmaxxxx "xxxx" MMC-yə ikinci əldən icarəyə verdiyi, icarə müqaviləsinin şərtlərinə əməl etmədiyi, 2 il dalbadal torpaq vergisi və icarə haqqını ödəmədiyi, nəticədə 46460 manat borc yarandığı üçün "İddiaçı" MMC-nin 58 ha torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi, Cavabdeh ilə "İddiaçı" MMC arasında bağlanmış 30.06.2004-cü il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında "Torpaq icarəsi müqaviləsi"nin qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Sərəncamın 4-cü bəndində "İddiaçı" MMC-yə torpağı 20 gün müddətində əvvəlki vəziyyətinə gətirib Şəhər İcra Hakimiyyətinə təhvil verməsi tapşırılmışdır. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında icarə münasibətlərinə xitam verilməsinin sərəncamda iki əsa sı göstərilmişdir: Cavabdeh razılığı olmaxxxx "xxxx" MMC-yə ikinci əldən icarəyə verməklə iddiaçının müqavilə şərtlərinə əməl etməməsi və 2 il dalbadal torpaq vergisi və icarə haqqını ödəməməsi. Torpaq Məcəlləsinin 73.1-ci maddəsinin 6 və 7-ci abzaslarına əsasən istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilməməsi və torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmaxxxx 1 il ödənilməməsi torpaq sahəsi üzərində icarə hüququna aşağıdakı hallarda xitam verilməsi əsaslarına aiddir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən bu hallarda torpaq üzərində icarə hüququna məhkəmə tərəfindən xitam verilir. Tərəflər arasında bağlanmış 30.06.2004-cü il tarixli 01 №-li "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqavilənin 2.14-cü bəndinə əsasən tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda digər tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar barədə məlumat verməlidir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməsə mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırılır. Hazırkı iş üzrə Cavabdeh tərəfindən isə "İddiaçı" MMC-yə 21.09.2018-ci il tarixli məktub göndərilmiş və bildirilmişdir ki, sonuncunun dalbadal 3 ildən çoxdur ki, torpaq icarə haqqını və torpaq vergisini ödəmədiyi, nəticədə 43460 manat borc yaranmış, həmin borcun büdcəyə köçürülməsi üçün 10 gün vaxt verilmiş və əks təqdirdə, torpaq sahəsi üzərində icarə hüququna xitam veriləcəyi, torpaq icarə müqaviləsinin qüvvədən düşmüş hesab olunacağı barədə xəbərdarlıq edilmişdir. Həmin məktub "İddiaçı" MMC-yə 05.10.2018-ci ildə təqdim olunmuşdur. Sözügedın xəbərdarlığ ın verilməsindən sonra Cavabdeh başçısı mübahisələndirilən 18.10.2018-ci il tarixli 140 №-li sərəncamı qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həm Topraq Məcəlləsində, həm də tərəflər arasında müqavilədə icarə münasibətlərinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməli olması qeyd edilmişdir. Lakin, cavabdeh nə Torpaq Məcəlləsinin, nə də tərəflər arasında müqavilənin şərtlərinə əməl etmədən müqavilənin təktərəfli qaydada ləğv edilməsi barədə qərar qəbul etmişdir. Halbukİi cavabdeh iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulduğunu hesab edirdisə bu barədə iddiaçıya məlumat verməli, pozuntuların araxxxx qaldırılmasını tələb etməli, müqaviləyə uyğun olaraq 60 gün müddət verməli, 60 gün ərzində pozuntular araxxxx qaldırılmadığı halda müvafiq tələblə mə hkəməyə müraciət etməli idi. Beləliklə, cavabdeh mübahisələndirilən 18.10.2018-ci il tarixli 140 №-li sərəncamı qəbul edərkən maddi hüquq normalarının tələblərini pozaraq iddiaçı barəsində qanunsuz inzibati akt qəbul etmişdir. “İnzibati icraat haqqında Qanun”un 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımınxxxx yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İşə baxan apellyasiya instansiya məhkəməsi isə yuxarıda sadalanan hüquq normalarının tələblərini nəzərə almaxxxx, Torpaq Məcəlləsinin 73.1, 51.5-ci maddələrinə, MM-nin 712.1.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçı bir ildən artıq müddət ərzində torpaq vergisi və torpaq icarəsi haqqı ödəmədiyindən, o cümlədən cavabdehin razılığı olmaxxxx torpağı üçüncü şəxslərin istifadəsinə verdiyindən icarə müqaviləsinin cavabdeh tərəfindən ləğvi qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-340/2019 saylı 04 iyun 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh başçısının 18.10.2018-ci il tarixli 140 nömrəli sərəncamının 3-cü və 4-cü bəndlərinin "İddiaçı" MMC-yə aid hissəsi ləğv edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2700/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2700/2019
09.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver