Məhkəmə qərarları › İş №2-1(102)-2700/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2700/2023

29.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2700/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əmək kitabçasında qeyd olunmuş iş dövrünün sığorta stajı kimi nəzərə alınması və yaşa görə əmək pensiyası təyin edilməsi; əmək kitabçasındakı qeydlərin mötəbərliyi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüdü: xx.xx.1956; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək Qəbələ rayon Aqrar X1 Ticarət Birliyi “Aqrokoop”-da sürücü vəzifəsində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-180/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh **********7 №-li, xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, təqdim edilmiş xx.xx.1977-ci il tarixli ИT-İ № ******* saylı və xx.xx.1977-ci il tarixli ИT-İ № ******* saylı əmək kitabçalarının surətlərinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 734 nömrəli arayışına əsasən iddiaçının sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr) 18 il 8 ay 20 gün təşkil edir. İddiaçının 01.01 2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.1977-ci il tarixdə iddiaçının adına tərtib olunmuş ИT-İ № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1995-ci il tar ixdən xx.xx.2004cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şəki-Zaqatala regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Qəbələ rayon Aqrar X1 Ticarət Birliyi “Aqrokop”-un əmr kitablarında xx.xx.1995-ci il tarixdə işə qəbul olma barədə məlumatlar öz əksini tapsa da, xx.xx.2004-cü il tarixdə işdən azad olma barədə hər hansı bir qeydə rast gəlinməmişdir. Həmçinin həmin dövrlər üzrə əməkhaqqı cədvəllərinin arxivdə saxlanılmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərd ə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək “xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək Qəbələ rayon Aqrar X1 Ticarət Birliyi “Aqrokoop”-da sürücü vəzifəsində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1974-cü ilin sentyabr ayının 9-da Qutqaşen rayonu, Mıxlıqovaq kəndin dəki “Fioletov" adına meyvə-tərəvəzçilik sovxozunda 6 №-li briqadaya fəhlə qəbul edilmiş və xx.xx.1975-ci il tarixində hərbi xidmətə getməyi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək sovet ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1977-ci il tarixindən Bakı şəhəri keçmiş Lenin adına neftqazçıxarma zavodunda operator, texniki mühəndis vəzifələrində işləmiş və xx.xx.1979-cu il tarixində işdən azad olunmuş, xx.xx.1979-cu il tarixdən Qutqaşen rayonu, Mıxlıqovaq kəndindəki “Fioletov” adına meyvətərəvəzçilik sovxozunda 4 №-li briqadaya fəhlə qəbul edilmiş və xx.xx.1981-ci il tarixində işdən azad edilmiş, xx.xx.1981-ci il tarixdən “Azərittifaq” Göyçay avtobazasının Qutqaşen avtokolonuna 3-cü dərəcəli növbəli sürücü vəzifəsinə işə qəbul olunmuş və xx.xx.1993-cü il tarixdə işdən azad edilmiş, xx.xx.1995-ci il tarixdə Qəbələ rayon Aqrar X1 Ticarət Birliyi “Aqrokop" da sürücü vəzifəsinə işə qəbul olunmuş və xx.xx.2004-cü il tarixində işdən azad edilmişdir.

5. İddiaçı əmək pensiyası hüququnun yarandığına görə DSMF-nin Qəbələ şöbəsinə müraciət etmiş, araşdırma zamanı DSMF-nin 1 saylı Şəki-Zaqatala regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən əmək kitabçasında qeyd olunmuş xx.xx.1995-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək Qəbələ rayon Aqrar X1 Ticarət Birliyi “Aqrokop'’-un əmr kitablarında xx.xx.1995-ci il tarixindən xx.xx.2004-cü il tarixində iddiaçının işdən azad olunmağına dair hər hansı bir qeydə rast gəlinmədiyi və həmin dövrlər üzrə əmək haqqı cədvəllərinin arxivdə saxlanılmadığı müəyyən edilmişdir. Lakin iddiaçı xx.xx.1995-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək keçmiş Qəbələ rayon Aqrar X1 Ticarət Birliyi “Aqrokop"-da sürücü vəzifəsində işləmiş və əmək haqqı almışdır. Amma Qəbələ rayon Aqrar X1 ticarət birliyi “Aqrokop”'-un məsul vəzifəli şəxsi tərəfindən əmr qeydləri və əmək haqqı almağım barədə cədvəllər Dövlət Arxivinə təhvil verilməmişdir. Həmçinin, xx.xx.1995-ci il tarixindən xx.xx.2004-cü il tarixinə kimi keçmiş Qəbələ rayon Aqrar X1 Ticarət birliyi “Aqrokop"-da sürücü vəzifəsində işləməyi və əmək haqqı almağı həmin müəssisədə iddiaçı ilə bir yerdə işləmiş iş yoldaşları da şahid kimi təsdiq edə bilərlər. İddiaçıya xx.xx.2021-ci il tarixindən 130 manat, xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir

6. Yaşa görə əmək pensiyası təyin edilməsinə görə verilməli olan pensiyanın iddiaçıya verilməsi üçün isə sənədlərini DSMF-nin 14 saylı regional ərazi filialına təqdim etmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubu ilə iş stajının məhkəmə qaydasında tanınması üçün məhkəməyə şikayət edə biləcəyi izah olunmuşdur. Ona görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin etirazı:

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1558/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının Qəbələ rayon Aqrar X1 Ticarət Birliyi “Aqrokoop”-da sürücü vəzifəsindən azad olunmasına dair xx.xx.2004-cü il tarixli 27 nömrəli əmrin surəti Qəbələ rayon Dövlət Arxivindən sorğu edilərək işə əlavə edilmiş və müəyyən edilmişdir ki, ümumiyyətlə həmin əmrdə işdən azad olunan şəxslər siyahısında iddiaçının adı yoxdur. Yəni, iddiaçının xx.xx.1995-ci ildə 37 №-li əmrlə xx.xx.1995-ci il tarixdən “Aqrokoop”da sürücü vəzifəsinə qəbul edilməsi müəyyən edilsə də, onun hansı tarixədək həmin müəssisədə işləməsi məlum deyil. Əmək kitabçasında iddiaçının işdən azad edilməsi barədə qeyd isə işdə olan əmrin məzmununa uyğun deyil və cavabdeh haqlı olaraq əmək kitabçasında icra edilmiş qeydin mötəbərliyini mübahisələndirmişdir.

10. Belə olan halda, iddiaçının ümumi sosial sığorta stajı 25 ildən az olduğundan cavabdeh orqan, i ddiaçının xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək Qəbələ rayon Aqrar X1 Ticarət Birliyi “Aqrokoop”-da sürücü vəzifəsində işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmasından və iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-180/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1558/2022 nömrəli qərarı ləğv edilmiş, iddiaçının xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək Qəbələ rayon Aqrar X1 Ticarət Birliyi “Aqrokoop”-da sürücü vəzifəsində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə yeni qərar qəbul edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmadan iddiaçının əmək kitabçasındakı qeydlər nəzərə alınaraq onun xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək Qəbələ rayon Aqrar X1 Ticarət Birliyi “Aqrokoop”-da sürücü vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməli olduğu halda, həmin qeydlər nəzərə alınmamış və iddiaçının sosial sığorta stajının 25 ildən az olduğu müəyyən edilmişdir.

14. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə sorğu edilmiş və 28 mart 2023-ü il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, Qəbələ Rayon Aqrar X1 Ticarət Birliyi “Aqrokoop” xx.xx.1999-cu il tarixdə ********* nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi uçotuna alınmışdır. Vergi ödəyicilərinə yeni eyniləşdirmə nömrələrinin verilməsi Qaydalarına Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 12 fevral tarixli Fərmanına uyğun olaraq birliyin 10 rəqəmli eyniləşdirmə nömrəsi ilə vergi orqanında uçota alınması barədə uçot məlumat bazasında heç bir məlumat aş kar edilməmişdir. Bu səbəbdən Qəbələ Rayon Aqrar X1 Ticarət Birliyi “Aqrookoop”un qeyd olunan dövr ərzində faktiki olaraq fəaliyyət göstəribgöstərməməsi barədə məlumat əldə edilməsi mümkün olmamışdır.

15. Bundan başqa, iddiaçının vəkili tərəfindən kollegiyaya təqdim edilmiş yol vərəqələrindən müəyyən olunur ki, iddiaçı 1995-1998-ci illərdə Qəbələ “Aqrokoop”un sifarişi ilə yükdaşımanı həyata keçirmişdir.

16. Məhkəmə kollegiyası cavabdehin iddiaçının müraciətinə imtinasında göstərdiyi Qəbələ rayon Aqrar X1 Ticarət Birliyi “Aqrokoop”-da sürücü vəzifəsindən azad edilməsinə dair xx.xx.2004-cü il tarixli əmrdə iddiaçının adının olmaması, buna görə də qeyd edilən dövrün yoxlanılmasının mümkün olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının adının xx.xx.2004-cü il tarixli 27 nömrə li əmrdə olmaması iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçının vəzifəsi ona məxsus əmək kitabçasının lazımi qaydada saxlanılmasını təmin etmək olmuşdur və o, tələbini əsaslandırdığı halları əmək kitabçasındakı müvafiq qeydlərlə sübut edə bilir. Digər müəssisə və orqanların öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmaması isə, iddiaçının hüquqlarının pozulmasına və ona məxsus sənədlərdə icra edilmiş qeydlərin həqiqiliyinin şübhə altına salınmasına səbəb olmamalıdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında iddia tərəfinin təqdim etdiyi yol vərəqələrinin 19951998-ci illərə aid olduğu qeyd olunsa da, məhkəmə əsassız olaraq iddiaçının həmin müəssisədə xx.xx.2004-cü ilədək işlədiyini müəyyən etmişdir. Belə ki, sözügedən yol vərəqələri mötəbər sübut kimi qəbul edilsə belə, yalnız iddiaçının 1995-1998-ci illərdə sözügedən müəssisədə işlədiyini təsdiq edə bilər.

19. Bundan əlavə, Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər idarəsinin **********50200 nömrəli, 20 aprel 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, məlumat bazasına əsasən Qəbələ rayon Aqrar X1 Ticarət Birliyi “Aqrokoop” xx.xx.1999-cu il tarixdə ********* nömrəli vergi ödəyicisinin eyniləşdi rmə nömrəsi ilə vergi uçotuna, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Göyçay bölgə şöbəsindən təhvil alınmış hüquqi şəxsin qeydiyyat iş qovluğuna əsasən xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır.

20. Dövlət Vergi Xidmətinin cavab məktubunda qeyd edilənlər apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi yol vərəqələrinin də mötəbərliyini şübhə altına almağa imkan verir. İddiaçının işlədiyini iddia etdiyi Qəbələ rayon Aqrar X1 Ticarət Birliyi “Aqrookop” xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış və beləliklə müəssisə həmin tarixdən yaradılmış hesab edilir və onun hüquq qabiliyyəti yaranmış olur. Mübahisəli müəssisənin 1995-1998-ci il tarixlər arası hüquq qabiliyyəti olmadığından həmin müəssisə tərəfindən verilmiş yol vər əqlərinin mötəbər olmasına əsaslı şübhələr vardır. Buna görə də, apellyasiya instansiya məhkəməsi məhz sözügedən yol vərəqələrinə əsaslanaraq iddia tələbini təmin etməkdə səhvə yol vermişdir.

21. Göstərilənlərdən məlum olur ki, məhkəmə işi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə b ilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

27. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.

29. Hazırkı halda, bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və ya məhkəmələrin öz təşəbbüsü ilə əldə etdikləri məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özü-özlüyündə, qeydşərtsiz təsdiq etmir. Çünki cavabdeh iddiaçının işdən azad olunma tarixinə dair qeydi şübhə altına alan fakta əsaslanır.

30. Digər tərəfdən, cavabdeh haqlı olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qə rarında iddia tərəfinin təqdim etdiyi yol vərəqələrinin 1995-1998-ci illərə aid olduğu qeyd olunsa da, məhkəmə əsassız olaraq iddiaçının həmin müəssisədə xx.xx.2004-cü ilədək işlədiyini müəyyən etmişdir. Belə ki, sözügedən yol vərəqələri mötəbər sübut kimi qəbul edilsə belə, yalnız iddiaçının 1995-1998-ci illərdə sözügedən müəssisədə işlədiyini təsdiq edə bilər.

31. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab edir. Çünki işin hazırkı vəziyyətində iddiaçının 1998-2004-cü illər arasındakı əmək fəaliyyəti ilə bağlı vəziyyət qeyri-müəyyəndir, təsdiq edilən müddətlərin məcmusu isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan stajla bağlı şərti ödəmir.

32. Bundan başqa, cavabdehin istinad etdiyi əmrlər kitabı mövcud olduğu və həmin kitabda iddiaçının işə qə bulla bağlı qeydin olduğu nəzərə alındıqda, iddiaçının işdən azad olunması barədə (o cümlədən, əmək kitabçasında göstəriləndən fərqli tarixdə) qeydi müəyyən etmək üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin kitabın tam tədqiq olunmamasının səbəbi də məlum deyil.

33. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli əmək stajı ilə bağlı cavabdehin dəlillərinin hansı mötəbər sübutlarla təkzib olunduğunu qərarında göstərməli, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. Hazırkı işdə bu, baş vermədiyindən, apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı hesab oluna bilməz.

34. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-180/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar