Məhkəmə qərarları › İş №2-1(102)-2700/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2700/2024

25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2700/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 may 2024-cü il tarixli, 2-1(103)1788/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı “Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-31443/2023 nömrəli qərarı ilə təyin edilmiş yaşa görə əmək pensiyasının xx.xx.1998-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 07 dekab r 2023cü tarixli, 2-1(112)-11616/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

2. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 may 2024-cü il tarixli, 2-1(103)-1788/2024 nömrəli qərardadı ilə şikayət üzrə apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.

3. Apellyasiya instansiyası məhkəməsinin qərardadı və inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah kağız daşıyıcıda poçt vasitəsilə iddiaçıya göndərilmiş və 27 may 2024-cü il tarixdə poçt göndərişinin çatdırılması haqqında xəbərnaməyə imza etdirilməklə rəsmi qaydada çatdırılmışdır.

4. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikay əti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə apellyasiya məhkəməsinə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2024-cü il tarixli, 2-1(103)-1788/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsinin qərardadı 28 iyun 2024-cü il tarixdə iddiaçıya və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına rəsmi qaydada çatdırılmış, 02 iyul 2024-cü il tarixli vəkil orderi verilmişdir.

6. İddiaçı 12 iyul 2024-cü il tarixdə kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası edilməsi barədə ərizə vermiş, ərizə və şikayət 16 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

20. Təqd imetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi i lə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə ke çirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qə bulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ

8. Məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya aşağıda qeyd olunan səbəblərdən mümkün sayılmamalıdır.

9. Belə ki, kassasiya şikayəti İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verildikdə kassasiya icraatı mümkündür.

10. İPM-in 23.1 və 94.1-ci maddələrinin tələbinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazı lı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

11. Hazırkı iş üzrə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş 10 gün müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.

12. Belə ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının dövlət hesabına vəkillə təmin olunması barədə 11 iyun 2024-cü il tarixli qərardadı 28 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına rəsmi qaydada çatdırılmış və 0 2 iyul 2024-cü il tarixdə iddiaçıya vəkil təyin edilmişdir (vəkil orderi həmin tarixdə verilmişdir). Belə olan halda, iddiaçıya münasibətdə apellyasiya instansiyası məhkəməsinin müvafiq qərardadından kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət axımı məhz, həmin tarixdən başlamış, 11 iyul 2024-cü il tarixdə bitmiş, bu tarix qeyri-iş gününə düşməmiş, yəni iş günü olmuşdur. Buna baxmayaraq, iddiaçı 12 iyul 2024-cü il tarixdə kassasiya şikayətini poçt rabitəsinə təqdim etməklə, apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddəti ötürmüşdür. İddiaçının vəkili də prosessual müddətin bərpası barədə ərizə verməklə bunu etiraf edir.

13. İddia çının vəkilinin prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ərizədə 02 iyul 2024-cü il tarixdə vəkil təyin olunması qeyd edilmiş, lakin həmin müddətdən hesablanmaqla prosessual müddətin hansı səbəbdən ötürülməsi qeyd olunmamışdır. Başqa sözlə, prosessual müddətin bərpa edilməsi barədə ərizə əsaslandırılmamışdır.

14. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş, müddətin iddiaçının təqsiri olmadan buraxılmasına dair üzrlü səbəblər müəyyən edilməmişdir. Odur ki, buraxılmış müddətin bərpasına dair ərizə əsassız olduğundan təmin edilməməli, şikayətin qəbulundan imtina olunmalı, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

15. Göstərilənlərə əsasən, məhkəmə k ollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 may 2024-cü il tarixli, 21(103)-1788/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar