Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2701/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı Cavabdeh1nə (üçüncü şəxslər X8, X10, X11, X2 iştirakı ilə)qarşı iş üzrə QƏRAR Açar söz: qeydiyyat vəsiqəsinin ləğv edilməsi, qeydiyyatdan çıxarılma Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh1nə (üçüncü şəxslər X8, X10, X11, X2 iştirakı ilə) qarşı qeydiyyat vəsiqəsinin və texniki pasportun ləğv edilməsi tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İİK-nın 21 iyun 2019-cu il tarixli 2-1(107)-397/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 25 sentyabr 2019-cu il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi, Cavabdeh2, X9, X12, X13 və X6 qarşı cavabdehlər X9, X12, X13 və X3 ona məxsus ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması, mənzilə dair 05 aprel 1996-cı il tarixdə cavabdeh X4 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv olunması barədə qərar və hüquq müəyyənedici sənədlər olmadan qeydiyyat vəsiqəsi verilməsinə səbəb olmuş şəxslər barəsində xüsusi qərar çıxarılması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 13 may 2019-cu il tarixli iş № 2-1(84)-5/2019, (sədrlik edən hakim İ.Cabbarov) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 13 may 2019-cu il tarixli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərardadının qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 21 iyun 2019-cu il tarixli iş № 2-1(107)-397/19(hakimlər R.Rəfiyev - sədrlik edən və məruzəçi, G.Abbasov və M.Hüseynov) qərardadı ilə birinci instansiya məhkəməsinin 13 may 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməs iqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,üçüncü şəxslərin yaşayış və qeydiyyat ünvanı kimi göstərdiyi, ünvan 2ən, sahəsi 38,3 kv.m olan mənzil Zərdab Rayon XDS İcraiyyə Komitəsinin 11 oktyabr 1988-ci il tarixli, 273 saylı qərarı ilə ona və ailə üzvlərinə verilmişdir. 1993-cü ildə xidməti yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq mənzilin açarlarını iş yoldaşı, Cavabdeh2 dəftərxana müdiri, hazırkı iddia ərizəsi üzrə üçüncü şəxs X5 vermişdir və xahiş etmişdir ki, mənzili baxımsız qoymasın, çünki həmin dövrdə boş qalmış mənzillər, evlər məcburi köçkünlər tərəfindən özbaşına tutulurdu. Bu illər ərzində dəfələrlə mənzillə maraqlanmışdır, lakin iş və yaşayış yeri uzaq məsafədə olduğundan köçüb yaşamamışdır. 2017-ci ilin ortaların da mənzili özəlləşdirmək istəyərkən müəyyən etdi ki, hazırkı iddia ərizəsi üzrə üçüncü şəxslər mənzilinə qanunsuz olaraq pasport qeydiyyatına alınmışlar. Araşdırma nəticəsində məlum olmuşdur ki, hazırkı iddia ərizəsi üzrə üçüncü şəxs X7 həmin mənzilə qeydiyyat vəsiqəsi verilmiş, əmlakın X4 mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeyd aparılmışdır. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, vəsiqə Zərdab rayon XDS İcraiyyə Komitəsinin 04 sentyabr 1992-ci il tarixli, 7 saylı qərarı əsasında verilmişdir. Zərdab rayon XDS İcraiyyə Komitəsinin 04 sentyabr 1992-ci il tarixli, 7 saylı qərarının surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən, sahəsi 38,3 kv m olan mənzil barədə heç bir məlumat yoxdu r. Toplanmış sənədlərdən görünür ki, X1 sənədlərlə ünvan 2ən mənzilini ələ keçirmiş, hazırkı iddia ərizəsi üzrə üçüncü şəxslər mənzilinə qanunsuz olaraq pasport qeydiyyatına alınmasını təmin etmişdir. Mübahisənin məhkəmədən kənar qaydada nizamlanmasına dair cəhdləri nəticə verməmişdir. Barəsində şikayət verdiyi birinci instansiya məhkəməsinin məhkəmə aktı ilə iddiası ona görə mümkün sayılmamışdır ki, Zərdab rayon Məhkəməsinin 2(035)-1014/2017 saylı mülki iş üzrə 25 dekabr 2017 tarixli qətnaməsi ilə üçüncü şəxslərə qarşı "mənzildən çıxarma, mənzilin boşaldılması və mənzilə dair qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Qətnamədən verdiyi apelyasiya və kasasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Barəsində şikayət veril ən məhkəmə aktında "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli qərarının 4 saylı qərarının 15.5-ci və 15.6-ci bəndlərinə istinad edilmiş, xüsusi olaraq qeyd edilmişdir ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr iddianı mümkün saymamalıdırlar. “...Həmçinin işə mülki qaydada baxan məhkəmələr iddiaçının qeydiyyat vəsiqəsinin etibarsızlığını tələb etmək üçün subyektiv hüququnun olmaması müəyyən edilmişdir. Həmin məhkəmə qərarları ilə müəyyən olunan hallara əsasən də hazırkı tələbi irəli sürmək üçün də onun subyektiv hüququ yoxdur..." Məhkəmənin gəldiyi nəticə düzgün sayıla bil məz. İddianın hüquqi əsasları iddia ərizəsində aşağıdakı kimi göstərilmiş və kifayət qədər əsaslandırılmışdır. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini rədd edərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə istinad edərək mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının tərəflər üçün məcburiliyinə diqqət yetirmişdir. Qeyd edir ki, iddianın predmetini təşkil edən hüquqmüəyyənedici sənədlərin ləğv edilməsinə dair tələb heç bir məhkəmə instansiyasında əvvəllər baxılmamışdır, bu barədə qanuni qüvvəsini almış məhkəmə aktı yoxdur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı apelyasiya instansiyası məhkəməsinin 21 iyun 2019cu il tarixliqərardadının ləğv edib, iddianın mümkün sayılması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdi r. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM- nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iş materiallarını araşdıraraq və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə iş materiallarına uyğundur. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 21 iyun 2019-cu il tar ixli iş № 2-1(107)-397/19 qərardadı ilə birinci instansiya məhkəməsinin 13 may 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qənaətinə gələrək İnzibati Prosessual Məcəllənin 1.2, 78-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli, 10.04.2015-ci il tarixli qərarlarına əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. İş materiallarından göründüyü kimi, İddiaçı cavabdehlər X9, X12, X13 və X6 qarşı iddia tələbi il ə Zərdab Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ona məxsus ünvan 1 çıxarılmaları, mənzilin boşaldılması və mənzilə dair 05 aprel 1996-cı il tarixdə cavabdeh X4 adına verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli 2(035)-1014/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X9, X12, X13 və X6 qarşı mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə dair qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.06.2018-ci il tarixli 2(107)1261/2018 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Zərdab rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli 2(035)- 1014/2017 n ömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 20.11.2018-ci il tarixli 2(102)-7430/2018 nömrəli qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.06.2018-ci il tarixli 2(107)1261/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 1.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatınd a Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia təl əblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlar la müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, "hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənal ı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər, iddianın mümkünlüyü bax ımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın m ümkünlüyü məsələsinə baxa bilərlər. Apelyasiya instansiyası məhkəməsi öz qərarlarında qeyd etmişdir ki, İddiaçı cavabdehlər X9, X12, X13 və X6 qarşı mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə dair qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin olunmamış və şikayətləri təmin edilməmiş və iddiasının təmin olunmaması barədə qətnamə qanuni qüvvəsini almışdır. Həmçinin, işə mülki qaydada baxan məhkəmələr tərəfindən iddiaçının qeydiyyat vəsiqəsinin etibarsızlığını tələb etmək üçün subyektiv hüququnun olmaması müəyyən edilmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, həmin məhkəmə qərarları ilə müəyyən olunan hallara əsasən də hazırkı tələbi irəli sürmək üçün də onun subyek tiv hüququ yoxdur. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə. haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddia o zaman məhkəmə tərəfindən mümkün sayılır ki, ərizədə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əs aslandırılmış olsun. Həmin normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 21 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 iyun 2019-cu il tarixli 21(107)-397/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər:
Məhkəmə qərarları › İş №2-1(102)-2701/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2701/2019
25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver