Məhkəmə qərarları › İş №2-1(102)-2702/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2702/2019

30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2702/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçılar İddiaçı1, İddiaçı2, X18 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (3-cü şəxslər: X12, X5, X13, X7) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2702/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: dövlət aktının ləğv edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçıların vəkili Vəkil, 3-cü şəxs X24 oğlunun, X7 iştirak ı ilə. iddiaçılar İddiaçı1, İddiaçı2, X18 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (3-cü şəxslər: X12, X5, X13, X8) qarşı "JN-****** kod ****** nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın ***** nömrəli planşeti hissəsində ləğv edilməsi, İddiaçı1 adına verilmiş A seriyalı ****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin ləğv edilərək naturada əvvəlki vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi" tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-369/2019 saylı qərarından iddiaçılar və onlarınvəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binası nda açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, İddiaçı2, X25 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (3-cü şəxslər: X12, X5, X13, X7) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, JN-**** kod ***** nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın ***** nömrəli planşeti hissəsində ləğv edilməsi, İddiaçı1 adına verilmiş A seriyalı ***** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin ləğv edilərək naturada əvvəlki vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xxxx 2015-ci il tarixli 2-1(84)-143/2015 nömrəli qərarı ilə id dia qismən təmin edilərək, JN-***** KOD ****** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının **** saylı planşeti hissəsində ləğv edilməsi, cavabdehin üzərinə X2 adına verilmiş A seriyalı ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilərək naturada əvvəlki vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(107)-56/2018 nömrəli qərardadı ilə hazırkı iş üzrə maraqlarına toxunan şəxslər X13, X17 və X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(84)-10/2019 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, X12, X5, X13, X8 adına olan JN-***** kod 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın **** nömrəli planşetinin iddiaçılar İddiaçı1, İddiaçı2, X18 istifadəsində olan, tikintialtı hissəsi 32.7 kv.m olan talvarın və tikintialtı sahəsi 93,1 kv.m olan tövlə binasının yerləşdiyi həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi, İddiaçı1 adına verilmiş A seriyalı ****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sləğv edilərək naturada əvvəlki vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi JN-***** kod ***** nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın ****** nömrəli planşetinin qalan hissədə ləğv edilməsi ilə bağlı hissədə təmin edilməmişdir(hakim – V.K.Qasımov). Şəki Apellyasiya Məhkəməsinin İnzib ati-İqtisadi Kollegiyasının 18 iyun 2019-cu il tarixli, 2-1(107)-369/2019 saylı qərarı ilə (sədrlik edən M.R.Hüseynov, hakimlər G.Q.Abbasov və R.R.Rəfiyev) iddiaçılarınapellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından iddiaçılar və onların vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılara məxsus tikililə rin yerləşdiyi torpaq sahəsi JN-***** saylı Dövlət Aktındakı *****saylı planşetdə (cizgidə) göstərilən 0,15 ha olan sahəyə aiddir. Eyni zamanda iş materiallarında olan xəritədən çıxarışa əsasən iddiaçıların adına verilmiş JN-****** saylı Dövlət aktında göstərilən torpaq sahəsi X4 adına verilmiş JN-*****saylı Dövlət Aktında göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür. Birinci instansiya məhkəməsi yerində müayinə zamanı müəyyən etmişdir ki, İddiaçı1 A seriyalı ******* nömrəli torpaq sahəsinin planı və ölçüsü ilə verilmiş 1298,53 kv.m həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən tikililər X4 adına verilmiş JN-***** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın**** planşetində yerləşir və bu fakt cavabdehin nümayəndəsi tərəfindən qəbul edilmiş habelə bu hal 3-cü şəxs tərəfindən mübahisələndirilməmişdir. Məhkəmələr bu halı nəzərə almamışdır. Bundan əlavə İddiaçı1 verilmiş 1298,53 kv.m həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikililərə getmək üçün istifadə olunan yeganə gediş-gəliş yolunun və datvazasının JN-***** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın ***** planşetində olan torpaq sahəsində yerləşməsi habelə 3-cü şəxs X6 məxsus təsərrüfata getmək üçün isə istifadə olunan müstəqil gediş-gəliş yolunun və darvazasının olduğu müəyyən edilmişdir. X1 bildirmişdir ki, JN-****** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın ******* planşetində olan torpaq sahəsində yerləşən gediş-gəliş yolu və darvaza onun təsərrüfatına ola torpaq sahəsi və orda yerləşən tikililərlə bağlı istifadə edilmir və ona məxsus təsərrüfa tın müstəqil gediş-gəlişi yolu və darvazası var. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)369/2019 saylı qərarının qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3-cü şəxslərdən X12, X14 vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatları dinlənilmədi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, 3-cü şəxslər X5, X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydad a xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin, 3-cü şəxslər X3, X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin fakti ki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-369/2019 saylı qərarı qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçıların kassasiya şikayəti təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Balakən rayonu Katex kənd icra nümayəndəliyinin 1991-1995, 1996-2000-ci illər üzrə təsərrüfatbaşına kitablarında iddiaçılar İddiaçı1, İddiaçı2, X23 aid təsərrüfatın həyətyanı torpaq sahəsinin 0,13 ha olduğu və həmin təsərrüfatda 1968-ci ildə tikilmiş dam, 1984-cü ildə tikilmiş altıaçıq (naves) olduğu göstərilmişdir. Balakən Rayon Aqrar İslahat Komissiyasının xxxx 2001-ci il tarixli 06 nömrəli qərarına əsasən İddiaçı1 verilmiş 1298,53 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı A seriyalı 206411 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Eyni zamanda, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə X11 və ailə üzvlərinin ümumi 1554-2800,51 kv.m, planşet 1554A-2066,43 kv.m, planşet 1554B-1726,36 kv.m, planşet 1554C-3863,26 kv.m, planşet 1554D-1545 kv.m) JN-1554 kod ****** nömrəli Torpağa mülkiyyət hüquq una dair dövlət aktı tərtib edilmişdir. Cavabdehin xxxx 2015-ci il tarixli məktubunda da iddiaçılar İddiaçı1, İddiaçı2 və X18 istifadəsində olan talvarın 32,7 kv.m tikintialtı hissəsi və tikintialtı sahəsi 93,1 kv.m olan tövlə binasının üçüncü şəxs X4 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş JN-1554 kod 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xxxx 2015-ci il tarixli 10809 nömrəli rəyində Balakən rayon Katex kəndində yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2 və X18 istifadəsində olan talvarın 32,7 kv.m tikintialtı hissəsi və tikintialtı sahəsi 93,1 kv.m olan tövlə binası üçüncü şəxs X4 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş JN-1554 kod ***** nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşməsi, iddiaçılara məxsus tikililərin yerləşdiyi torpaq sahəsinin JN-1554 nömrəli dövlət aktındakı 1554D nömrəli planşetdə (cizgidə) göstərilən, sahəsi 0,15 ha olan sahəyə aid olması qeyd edilmişdir. Apellyasiya Məhkəməsi məhkəmə qərarını qüvvədə saxlayarkən ona istinad etmişdir ki, iş üzrə iddiaçılara məxsus olan talvarın 32,7 kv.m tikintialtı hissəsi və tikintialtı sahəsi 93,1 kv.m olan tövlə binasının yerləşdiyi torpaq sahəsindən əlavə, üçüncü şəxs X4 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş JN-1554 kod 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nd a qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşən başqa torpaq sahəsinin olması müəyyən edilmir. Belə ki, JN-1554 nömrəli dövlət aktındakı 1554D nömrəli planşetdə (cizgidə) göstərilən, sahəsi 0,15 ha olan sahənin iddiaçılara məxsus olmasına dair ilkin sənədlər və cizgi mövcud deyildir. Hər bir halda qeyd edilən torpaq sahəsi aqrar islahat zamanı artıq müvafiq sənəd əsasında mülkiyyətçisinə verilmiş, iddiaçıların qeyd edilən 0,15 ha torpaq sahəsinə mübahisə qaldırmaq üçün hüququnu əsaslandıran sənəd mövcud deyildir. Məhkəmə araşdırmasının predmeti əsasən iddiaçılara məxsus tikililərin üçüncü şəxslərin mülkiyyət sənədlərinin sərhədləri daxilində qeyd edilməsi ilə bağlı olmuş, həmin tikililələrin aqrar islahatdan əvvəl iddiaçılara məxsus olması müəyyən ed ilmiş və yekunda birinci instansiya məhkəməsi iddiaçıların bu hüququnu bərpa etmişdir. X1 adına verilmiş xxxx 2016-cı il tarixli ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarış və həmin həyətyanı torpaq sahəsinə dair verilmiş texniki pasportda göstərilən sərhədlər daxilində iddiaçıların 0,1298 kv.m torpaq sahəsinin qeyd edildiyi və mübahisə predmeti olan tikililələrin də həmin pasportda iddiaçıların mülkiyyətinin sərhədləri daxilində qeyd edilmiş, məhkəmə iclasında da tərəflər bu halı mübahisələndirməmişlər. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması və iş materiallarının səthi araşdırılması nəticəsində gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin d əlillərinə münasibət bildirilməlidir. Avropa İnsan Hüquqlarının Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” xxxx 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birinin gətirdiyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik və aydın cavab tələb edir (X21rşı, xxxx 1994-cü il, paraqraf 29-30, seriya A no: 303-A). "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xxxx 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarından da göründüyü kimi qeyd edilən normaların və istinad olunan qərarların ziddinə apellyasiya məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməmiş, bu dəlillərin nə üçün qəbul edilmədiyi qərarda tam əsaslandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). İPM-in 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə ö z təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə kassasiya qaydasında məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessua l hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində yol verildiyindən, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)369/2019 saylı qərarı qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçıların kassasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-369/2019 saylı qərarı qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçü n Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, X18 kassasiya şikayəti təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar