Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2704/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 31 may tarixli 2-1(103)-1295/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: ünvan 1 ünvanında ti kilməkdə olan binanın kürsü mərtəbəsində yerləşən 41,0 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin tikilib iddiaçıya verilməsi barəsində x2 ilə 2010-cu il 4 fevral tarixdə müqavilə bağlanılmışdır. Qeyri-yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmiş və bu barədə MMC tərəfindən 2010-cu il 4 fevral tarixli maliyyə arayışı verilmişdir. x2 layihəyə uyğun olaraq həmin ünvanda yaşayış binası inşa etdirmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2016-cı il 11 fevral tarixli, 46 nömrəli Sərəncamı ilə təsdiq edilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul Komissiyasının aktına əsasən bina istismara qəbul edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3 ünvanında yerləşən qeyri-yaşayış sah əsinə dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 19 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, yaşayış binasına x2-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra daşınmaz əmlak sahibləri tərəfindən təqdim ediləcək notariat qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında mənzil və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. İddiaçı 2018-ci il 24 oktyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3də yerləşən (hazırkı ünvan ünvan 1), x2 tərəfindən inşa edilmiş 3A saylı binanın 41,0 kv.m ibarət qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, ünvan 1 ünvanında tikilmə kdə olan binanın kürsü mərtəbəsində yerləşən 41,0 kv.m sahədən ibarət qeyriyaşayış sahəsinin tikilib iddiaçıya verilməsi barəsində x2 ilə 2010-cu il 4 fevral tarixdə müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin dəyərini ödəmiş və borcun olmaması barədə maliyyə arayışı verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti başçısı tərəfindən yaradılmış Dövlət Qəbul Komissiyasının 2016-ci il 11 fevral tarixli aktına əsasən bina istismara qəbul olunmuşdur. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 33.1-ci maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 fevral tarixli 2-1(81)375/2019 nömrəli qərarıilə iddia təmin edilmiş, iddiaçıya Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivi, 3A saylı binanın 41,0 kv.m sahədən ibarət qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli qeyri-yaşayış qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın lə ğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 31 may tarixli 2-1(103)-1295/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 18 iyun tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 16 iyul tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, müvafiq qeyri-yaşayış sahəsinə dair mənzil-tikinti kooperativi binasında qeyri-yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) və yaşayış binasının istismara qəbul aktı və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbənin mərtəbəlilik planı ərizəyə əlavə edilməmişdir. Həmçinin, müvafiq qeyri-yaşayış sahəsinə dair sənədlər mənzil tikinti kooperativi tərəfindən deyil, x2 tərəfindən təsdiqlənmişdir. Lakin x2 mənzil-tikinti kooperativinə keçməsi barədə hər hansı sənəd təqdim etməmişdir. Bu səbəbdən də, müvafiq qeyriyaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binası x2-nin adına qeydiyyata alınmalı və yalnız bund an sonra x2 ilə notarial qaydada bağlanmış alğı-satqı müqaviləsi əsasında mənzil və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. İşin obyektiv araşdırılması məqsədilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti, x2, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə tərəfindən inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və ekspertiza təyin olunmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, 9, 11.1, 12.1, 23-cü tələblərinə əməl etməmişdir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... İddianın əsaslılığı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.6cı maddələrindən irəli gəlir. Həmin normaların tələbinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh şikayətin əsası kimi qeyd edir ki, müvafiq qeyri-yaşayış sahəsinə dair sənədlər mənzil tikinti kooperativi tərəfindən deyil, x2 tərəfindən təsdiqlənmişdir. Lakin x2nin mənzil-tikinti kooperativinə keçməsi barədə hər hansı sənəd təqdim etməmişdir. Bu səbəbdən də, müvafiq qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binası x2nin adına qeydiyyata alınmalı və yalnız bundan sonra x2 ilə notarial qaydada bağlanmış alğı-satqı müqaviləsi əsasında mənzil və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilləri ilə bağlı qeyd edir ki, mənzil-tikinti kooperativlərində olduğu kimi hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş qeyriyaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MMC üzvlərinin qərarı ilə iddiaçı yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsinin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Mənzilin yerləşdiyi bina nın tikintisi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahəsi ayrılmış, bina təsdiq olunmuş layihə əsasında inşa edilmiş, tikintisi başa çatdıqdan sonra müvafiq aktla istismara qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinin hazırkı iddiaya tətbiqini əsaslı hesab edir. Beləliklə, iddiaçının İPM-in 34.1-ci maddəsindən irəli gələn tələb hüququ vardır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 31 may tarixli 2-1(103)-1295/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qər
Məhkəmə qərarları › İş №2-1(102)-2704/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2704/2019
02.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver