Məhkəmə qərarları › İş №2-1(102)-2704/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2704/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2704/2024 30.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: hərbi rəhbər vəzifəsinə təyin edilmə meyarları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə qarşı “hərbi rəhbər vəzifəyə təyin olunması üçün rəyin verilməsi” tələbinə dair inziba ti iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2024-cü il tarixli, 2-1(106)-243/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Məmmədov X13 rayon Gərmətük qəsəbə tam orta məktəbinə hərbi rəhbər vəzifəsinə təyin olunması üçün Lənkəran şəhər Təhsil Şöbəsinə müraciət etmişdir.

2. Lənkəran şəhər Təhsil Şöbəsi iddiaçının ərizəsinə münasibət bildirməsi üçün hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə müraciət etmiş, cavabdeh Lənkəran şəhər Təhsil Şöbəsinə məktub ünvanlayaraq bildirmişdir ki, İddiaçı Lənkəran rayon Gərmətük qəsəbə tam orta məktəbinə hərb i rəhbər vəzifəsinə təyin olunması məqsədə müvafiq deyil. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 119 nömrəli qərarı ilə hərbi rəhbər vəzifəsinə yalnız gizir və zabitlər təyin oluna bilər.

3. İddiaçı tərəfindən oxşar tələblə cavabdehə müraciət edilsə də, iddiaçının tələbi təmin olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi rəhbər vəzifəyə təyin olunması üçün cavabdeh orqan tərəfindən qeyd olunan vəzifəyə məqsədəmüvafiq sayılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddianın əsaslarına görə iddiaçı 1997-ci ildə Şıxəkəran tam orta məktəbini bitirmişdi r. 1997-1998-ci illər arasında Lənkəran Dövlət Universitetinin Pedaqoji Hərbi Hazırlıq fakültəsinə qəbul olunmuşdur. 2002-ci ildə Lənkəran Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2002-2003 illər arasında ali təhsilli şəxs kimi Dövlət Sərhəd Xidmətinin Zaqatala sərhəd dəstəsində döyüş hazırlığı bölməsində xidmət etmişdir. 2003-cü ildən hal-hazırki vaxt qədər Lənkəran rayonunun bir neçə orta məktəblərində hərbi hazırlıq və idman müəllimi ixtisası üzrə işləmişdir. 2009-cu ildən X2 hərbi rəhbər vəzifəsinə təyin olunmuşdur. Sonuncu dəfə 2018-2019-cu illərdə Şürük kənd tam orta məktəbində hərbi rəhbər vəzifəsində işləmişdir. X6 Lənkəran Dövlət Universitetinə birləşdiyindən işlədiyi hərbi rəhbər vəzifəsi ixtisara salındığından, Gərmətük qəsəbə tam orta məktəbində hərbi rəhbər kim i çalışmaq istəmişdir. Bununla bağlı Lənkəran Şəhər Təhsil Şöbəsinə müraciət etmişdir. Müraciətinin cavabı olaraq, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri ona məktub ünvanlayaraq, təhsil şöbəsi tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə ünvanlanan 38(01)-01- 436/13 nömrəli məktub göndərilmişdir. AR SHXÇDX Lənkəran rayon şöbəsi tərəfindən yuxarıdakı ünvanlanan məktuba cavab olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli, 119 nömrəli qərarına əsasən hərbi rəhbər vəzifəsində yalnız gizir və zabitlərin təyin olunduğu bildirilmiş və onun həmin vəzifəyə təyin olunması məqsədəmüvafiq sayılmamışdır. Bundan sonra pozulmuş hüquq və azadlıqlarını ancaq məhkəmə vasitəsi ilə həyata keçirə biləcəyi ni başa düşərək, qarşı tərəfin inzibati orqan olduğunu və mübahisənin inzibati xarakter daşıdığını nəzərə alaraq, inzibati məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Şirvan İnzibati Məhkəməsinin (hakim X7) 17 noyabr 2022-ci il tarixli, 2-1(120)1254/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmiş, inzibati orqanın diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Belə ki, yuxarıda qeyd edilən hüquq normasının tələbinə görə hərbi rəhbər vəzifəsinə təyin olunması üçün şəxsin (hazırki halda iddiaçının) eh tiyatda (istefada) olan zabit, gizir və çavuş olması vacib şərtdir. Yəni hərbi rəhbər vəzifəsində ixtisaslı mütəxəssis kimi yalnız ehtiyatda (istefada) olan zabitlər işləyə bilər. Həmin ixtisaslı mütəxəssislər olmadıqda isə istisna olmaqla, kənd rayonlarında hazırlıqlı və təcrübəli tam orta ümumi təhsilli, orta ixtisas təhsilli, ehtiyatda (istefada) olan gizirlərin və çavuşların hərbi rəhbər işləməsinə icazə verilir. Lakin işin faktiki hallarından görünür ki, iddiaçı ali təhsilli olsa da, o sıravi əsgər kimi xidmət etmiş və xidməti dövrü ərzində ona zabit, gizir və çavuş hərbi rütbəsi verilməmişdir. Belə olan halda cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçının hazırki tələbi ilə bağlı müraciəti təmin edilməsindən imtina etmişdir.

8. İddiaçı apelly asiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyun 2023-cü il tarixli, 2-1(106)-124/2023 nömrəli qərardadı (hakimlər X8 /məruzəçi/, X17 və X9) ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2-1(120)-1254/2022 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

10. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq” haqqında Əsasnaməsinin 5-ci bəndinə istinad edərək qeyd etmişdir ki, hərbi rəhbərlərin vəzifə yə təyin və azad edilməsi təhsil müəssisələrinin direktorlarının səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının hərbi rəhbər vəzifəsinə təyin və azad edilməsi hüquq münasibətlərinin xarakteri baxımından əmək mübahisəsidir. İnzibati məhkəmə icraatı qaydasında baxılan əmək mübahisələrinin dairəsi İnzibati Prosessual Məcəllənin 8.13-cü maddəsi ilə müəyyən olunub. Belə ki, həmin maddənin məzmununa görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Başqa sözlə, hazırkı mübahisə İnzibati Prosessual Məcəllənin 8.13-cü maddəsinin təsir dairəsinə düşmür. Bu səbəbdən də iddiaçı ilə məktəb arasındakı münasibətlər və həmin münasibətlərdən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.

11. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2318/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X4 -məruzəçi, X11 və X5) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyun 2023-cü il tarixli, 2-1(103)- 124/2023 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının hazırkı iş üzrə t ələbi vəzifəyə təyin edilməsi ilə bağlı deyil, vəzifəyə təyin edilə bilməsi üçün rəyin verilməsi ilə bağlı olduğundan apellyasiya instansiyası məhkəməsi iddiaçının hərbi rəhbər vəzifəsinə təyin və azad edilməsi ilə bağlı mübahisəni hüquq münasibətlərinin xarakteri baxımından əmək mübahisəsi kimi qiymətləndirməkdə səhvə yol vermişdir. ç. apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2024-cü il tarixli, 2-1(106)-243/2024 nömrəli qərarı (hakimlər X3 /məruzəçi/, X10 və X12) ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2-1(120)-1254/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiy a məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində “Gənclərin ibtidai hərbi hazırlıq” haqqında Əsasnaməyə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə qanuni və əsaslı deyildir.

18. Belə ki, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən işin hallarını tam araşdırmamış, “Gənclərin ibtidai hərbi hazırlıq” haqqında Əsasnaməsini düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq” haqqında Əsasnaməsi: İİ. Gənclərin ibtidai hərbi hazırlığına rəhbərlik İbtidai hərbi hazırlıq (İHH) Azərbaycan Respublikası Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən rəhbərlik və nəzarət edilir. V. Hərbi rəhbərlərin hazırlanması və təhsil müəssisələrində yerləşdirilməsi Hərbi rəhbərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən seçilərək təqdim edilir və təhsil müəssisələri direktorları tərəfindən vəzifəyə təyin və azad edilirlər. Hərbi rəhbər vəzifəsində ali və ya orta ixtisas hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər işləyə bilər. Yuxarıda adları çəkilən ixtisaslı mütəxəssislər olmadıqda, istisna olmaqla, kənd rayonlarında hazırlıqlı və təcrübəli tam orta ümumi təhsilli, orta ixtisas təhsilli, ehtiyatda (istefada) olan gizirlərin və çavuşların hərbi rəhbər işləməsinə icazə verilir. Hərbi rəhbərlərin pedaqoji dərs yükü mövcud qaydada nəzərdə tutulduğundan artıq olduğu halda, təhsil müəssisələrinə ehtiyatda (istefada) olan zabitlərin müəllim kimi dəvət olunması mümkündür. Onların məvacibləri saatların sayına görə mövcud stavkalara müvafiq iş stajı nəzərə alınmaqla hesablanır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apell yasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsas lılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad e tməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə iş materiallarına və qanunvericiliyin müvafiq normalarına istinad etməklə münasibət bildirməyi məqsədəmüvafiq hesab e dir.

28. Belə ki, iddiaçının hazırkı iddia tələbi ilə bağlı hüquqi marağı hərbi rəhbər vəzifəyə təyin olunması üçün cavabdeh tərəfindən rəyin verilməsinə nail olmaqdan ibarətdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq” haqqında Əsasnaməsinə əsasən hərbi rəhbərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən seçilərək təqdim edilir və təhsil müəssisələri direktorları tərəfindən vəzifəyə təyin və azad edilirlər. Hərbi rəhbər vəzifəsində ali və ya orta ixtisas hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər işləyə bilər.

30. Yuxarıda adları çəkilən ixtisaslı mütəxə ssislər olmadıqda, istisna olmaqla, kənd rayonlarında hazırlıqlı və təcrübəli tam orta ümumi təhsilli, orta ixtisas təhsilli, ehtiyatda (istefada) olan gizirlərin və çavuşların hərbi rəhbər işləməsinə icazə verilir. Hərbi rəhbərlərin pedaqoji dərs yükü mövcud qaydada nəzərdə tutulduğundan artıq olduğu halda, təhsil müəssisələrinə ehtiyatda (istefada) olan zabitlərin müəllim kimi dəvət olunması mümkündür. Onların məvacibləri saatların sayına görə mövcud stavkalara müvafiq iş stajı nəzərə alınmaqla hesablanır.

31. Beləliklə, Əsasnamənin tələbindən göründüyü kimi hərbi rəhbər vəzifəsinə təyin olunma şəxsin ehtiyatda olan zabit, gizir və çavuş olması ilə, eyni zamanda həmin ixtisaslı mütəxəssislər olmadıqda istisna olmaqla, kənd rayonlarında hazırlıqlı və təcrübəli tam orta ümumi təhsilli, ort a ixtisas təhsilli, ehtiyatda olan gizir və çavuş olması ilə şərtləndirilmişdir.

32. İddiaçıya məxsus AO seriyalı, ******* saylı hərbi biletdən görünür ki, iddiaçı hərbi xidmət dövründə əsgər kimi xidmət etmiş və xidmət dövrü ərzində ona zabit, gizir və çavuş hərbi rütbəsi verilməmişdir.

33. İddiaçının Sovet Zabitlərinin Beynəlxalq Birliyinin üzvü olması və hərbi rütbəsinin kapitan olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, belə bir halın mövcudluğu iddia tələbinin təmin edilməsi üçün əsas deyildir.

34. Belə ki, Azərbaycanda ali zabit hərbi rütbələri ali zabit vəzifələrində çalışan hərbi qulluqçuları istisna olmaqla (onlara ali zabit hərbi rütbələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir), hərbi qulluqçulara və hərbi vəzifəlilərə digər hərbi rütbələrin verilməsi bir qay da olaraq, növbəlik qaydasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə və Azərbaycan Respublikası Silahlı X1 tələblərinə uyğun olaraq həyata keçirilir.

35. Hazırki iş üzrə iddiaçıya kapitan rütbəsinin səlahiyyətli qurum tərəfindən verilməsi iş materialları ilə təsdiq edilmir.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməməsi barədə mövqeyi qanuni və əsaslı olduğundan iddia tələbinin təmin edilməsi barədə iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2024-cü il tarixli, 21(106)- 243/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar