Məhkəmə qərarları › İş №2-1(102)-2706/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2706/2019

09.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2706/2019 ALİ MƏHKƏMƏ X3 Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə (Açar söz: gömrük rəsmiləşdirilməsi) GİRİŞ HİSSƏ Hakimlər: 09.10.2019 Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil2, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil1 iştirakı ilə İddiaçı X3 cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-728/19 saylı 24 may 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 09.10.2 019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X4 tərəfindən Çin Xalq Respublikasından mallar idxal olunmuş və sözügedən mallar “5903 10 900 0” kod ilə iddiaçının ünvanına göndərilmişdir. İddiaçı gömrük bəyannaməsində sözügedən malları “5903 10 900 0” kodu ilə bəyan edərək gömrük dəyərinin 0% olmasını bəyan etmişdir. Sözügedən mallar barəsində Bakı Baş Gömrük İdarəsindən X5 İdarəsinə göndərilən sorğuya əsasən ekspertiza aparılmış və ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, GLJA180718 nömrəli invoys ilə idxal olunan “PVC Coated Film 50m” adlı, rulonlarda, iki polivinilxlorid (CAS 9002-86-2) əsaslı, layların arasında polietilentereftalat (CAS 25038-59-9) əsaslı saplar ilə armaturlaşdırılmış, plastmas örtüyü çılpaq gözlə görünən, rekla m baneri üçün istifadə olunan material XİF MN görə 3921 90 600 0 alt yarımmövqeyində sinifləşdirilir. Beləliklə, cavabdeh inzibati orqan iddiaçı tərəfindən idxal edilmiş malları 39-cu qrupa aid edərək iddiaçı tərəfindən bəyan edilmiş malların “5903 10 900 0” kodu rəsmiləşdirilməsindən imtina etmişdir. İddiaçı X4 cavabdeh Bakı Baş Gömrük İdarəsinə və üçüncü şəxs X5 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, GLJA180718 nömrəli, 27 avqust 2018ci il tarixli invoysla onun ünvanına daxil olmuş Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda saxlanılan malların CMR-də göstərilmiş “5903 10 900 0” kod ilə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırı lmışdır ki, iddiaçı X4 2014-cü ildə fərdi sahibkar kimi Vergilər Nazirliyində qeydiyyatdan keçərək «**********» nömrəli VÖEN əldə etmiş və hazırda reklam materiallarının satışı ilə məşğul olaraq Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun fərdi qaydada sahibkarlıq fəaliyyətini həyata keçirir. Fəaliyyət məqsədinə uyğun olaraq Çin Xalq Respublikasının “X8 Material Co” LTD şirkətindən çap bannerləri (parçaları) almışdır ki, 27 avqust 2018-ci il tarixində həmin şirkət tərəfindən aldığı mallarla əlaqədar GLJA180718 saylı invoys tərtib olunaraq mallara XİF MN (xarici iqtisadi fəaliyyətin mal nomenklaturası) üzrə “5903 10 900 0” nömrəli kod verilmişdir. Mənşə sertifikatında, ixrac bəyannaməsində, CMR-də belə malın kodu “5903 10 900 0” kimi qeyd olunmuşdur. Həmin kodlu mal hopdurulmuş, plas tmass material ilə örtülmüş və ya təkrarlanmış materiallar kateqoriyasına olub, toxuculuq (tekstil) məmulatıdır və gömrük tarifi 0 % təşkil edir. Lakin X5 İdarəsi tərəfindən malın XİF MN üzrə kodu “3921 90 900 0” kimi müəyyənləşdirilmişdir ki, həmin kod üzrə gömrük dərəcəsi isə 15 % təşkil edir. Onlar malın kodunun “5903 10 900 0” olduğunu qeyd etsə də, Bakı Baş Gömrük İdarəsi əməkdaşları bunu qəbul etməyərək X5 İdarəsi tərəfindən malın kodunun dəyişdirilməsini əsas gətirərək MGEİ-nin verdiyi kodla gömrük rəsmiləşdirilməsini tələb edirlər. Belə ki, hazırki mallar 27 avqust 2018-ci il tarixində yuxarıda qeyd olunan şirkətdən alınaraq ölkəyə gətirilən mallarla eyni növlü olduğundan əvvəlki mallarla əlaqədar X5 İdarəsi tərəfindən keçirilmiş ekspertiza nəticəsinə əsasən qeyd edilmişdir ki, GLJ A180513 saylı invoys üzrə idxal olunan “PVC coated film” adlı, iki tərəfi polivinilxlorid (CAS 9002-86-2) polimerindən, orta hissəsi poliefir (CAS 113669-97-9) saplardan ibarət olan, rulonlarda, özüyapışmayan, laylı, ağ rəngli, dekorasiya olunmamış təbəqə XİF MN görə 3921 90 900 0 alt yarımmövqeyində sinifləşdirilir. Göründüyü kimi keçirilmiş ekspertizada da malın saplardan ibarət olduğu etiraf olunsa da, ona X5 İdarəsi tərəfindən XİF MN üzrə “3921 90 900 0” kod verilmişdir. Halbuki, XİF MN kodu “3921”-lə başlayan məhsulların heç birinin tərkibində sap olmur. Bakı Baş Gömrük İdarəsi əməkdaşları da ekspertiza nəticəsinə əsasən həmin kod üzrə gömrük tarifinə uyğun gömrük rəsmiləşməsini tələb edirlər. Lakin onların tələbi qanunsuz olduğundan tərəflərindən gömrük rəsmiləşdirilməsi qəbul edil mir. Məhz bu səbəbdən də yük avtomobili hazırda Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda saxlanılır. GLJA180718 nömrəli, 27 avqust 2018-ci il tarixli invoysla ünvanına daxil olmuş Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda saxlanılan həmin malların yük avtomobilləri ilə birlikdə gömrükdən buraxılaraq onun Ünvan1 ünvanda yerləşən anbarına saxlanca verilməklə boşaldılması öhdəliyinin Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi barədə müvəqqəti xarakterli qərar qəbul edilməsi ilə bağlı ərizə ilə də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Yük 10.10.2018-ci il tarixində Astara Gömrük postundan keçərək 11.10.2018-ci il tarixindən Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda saxlanılır. Yüklərin daşınmasını təşkil edə n X10 Nam karkia İnt’l Transport CO.LTD şirkətinə yük Azərbaycan Respublikasına daxil olduqdan 72 saat sonra boşdayanmaya görə hər gün üçün 100 ABŞ dolları məbləğində pul ödənilməlidir. Beləliklə də, o, yüklərin boşdayanması üçün hər gün X10 Nam karkia İnt’l Transport CO.LTD şirkətinə 100 ABŞ dolları məbləğində pul ödəyir. Bu da ona maddi ziyan dəyməsi ilə nəticələnir. Yüklər gömrük postunda saxlandığı müddətcə də bu ziyan dəyməyə davam edəcəkdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2-1(81)4778/2018 saylı qərarı ilə iddia təmin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2-1(81)4778/2018 saylı qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisad i Kollegiyasının 2-1(103)-728/19 saylı 24 may 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2-1(81)-4778/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan sənədlərə və keçirilmiş ekspertiza üzrə alınmış ekspert rəyinə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən GLJA180718 nömrəli invoys ilə idxal olunan “PVC Coated Film 50m” adlı, rulonlarda, iki polivinilxlorid (CAS 9002-86-2) əsaslı, layların arasında polietilentereftalat (CAS 25038-599) əsaslı saplar ilə armaturlaşdırılmış, plastmas örtüyü çılpaq gözlə görünən, reklam baneri üçün istifadə olunan material olduğundan cavabdeh tərəfindən həmin malın 3921 nömrəli koda uyğunlaşdırılmas ı düzgün deyildir. Beləliklə, iddiaçı tərəfindən GLJA180718 nömrəli invoys ilə idxal olunan “PVC Coated Film 50m” adlı, rulonlarda, iki polivinilxlorid (CAS 9002-86-2) əsaslı, layların arasında polietilentereftalat (CAS 25038-59-9) əsaslı saplar ilə armaturlaşdırılmış, plastmas örtüyü çılpaq gözlə görünən, reklam baneri üçün istifadə olunan malların CMR-də göstərilən “5903 10 900 0” nömrəli koda uyğun olduğundan iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-728/19 saylı 24 may 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük r üsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli qərarını səhv təfsir etmişdir. Bundan əlavə, məhkəmə qərarın əsaslandırma hissəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli qərarına istinad etsə də, faktiki olaraq 01.01.2018-ci il tarixdən qüvvədə olmayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.04.2001-ci il tarixli 80 nömrəli qərarına istinad etmişdir ki, bununla da qüvvədə olmayan normativ hüquqi akta istinad edilmişdir. Halbuki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəa liyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə Qrup 59-a aid olan qeydlərdə göstərilmişdir ki, tekstil materialı tamamilə plastmasın və ya rezinin daxilinə yerləşdirilmiş, və ya hər iki tərəfdən adi gözlə görünən (bunun nəticəsində yaranmış rəng dəyişməsi nəzərə alınmır) belə örtüklə örtülmüş məmulatlar (39-cu qrup) 5903 mal mövqeyinə aid deyildir. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.04.2001-ci il tarixli 80 nömrəli qərarında isə tamamilə plastik kütlənin içərisinə yeridilmiş və ya hər iki uçu plastik kütlə ilə örtülmüş məmulatlar, bir şərtlə ki, bu cür örtük adi gözlə görünsün; bu zaman hər hansı bir rəng dəyişməsi nəzərə alınmır (qrup 39) 5903 mal mövqeyinə aid deyildir. Bundan əlavə, mə hkəmənin sübut kimi istinad etdiyi ekspert rəyi mötəbər deyildir. Belə ki, rəyin verilməsi zamanı isitfadə olunan nümunə iş materiallarında deyildir. Halbuki, nümunənin Gömrük Məcəlləsinin 158.4-cü maddəsinin tələblərini pozaraq gömrük orqanlarının vəzifəli şəxslərinin iştirka olmadan götürülməsi sözügedən rəyin etibarlılığını şübhə altına alır. Kassator MPM-nin 14, 217.2, 386, 418.1, 418.4.7, 418.5-ci maddələrinə, İPM-nin 90, 91, 96.5-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-728/19 saylı 24 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştira k edən iddiaçının vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-728/19 saylı 24 may 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil1 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-728/19 saylı 24 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-728/19 saylı 24 may 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya mə hkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı X4 tərəfindən Çin Xalq Respublikasından mallar idxal olunmuş və sözügedən mallar “5903 10 900 0” kod ilə iddiaçının ünvanına göndərilmiş, İddiaçı gömrük bəyannaməsində sözügedən malları “5903 10 900 0” kodu ilə bəyan edərək gömrük dəyərinin 0% olmasını bəyan etmiş, sözügedən mallar barəsində Bakı Baş Gömrük İdarəsindən X5 İdarəsinə göndərilən sorğuya əsasən ekspertiza aparılmış və ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, GLJA180718 nömrəli invoys ilə idxal olunan “PVC Coated Film 50m” adlı, rulonlarda, iki polivinilxlorid (CAS 9002-86-2) əsaslı, layların arasında polietilentereftalat (CAS 25038-59-9) əsaslı saplar ilə armaturlaşdırılmış, plastmas örtüyü çılpaq gözlə görünən, reklam baneri üçün istifadə olunan materi al XİF MN görə 3921 90 600 0 alt yarımmövqeyində sinifləşdirilir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən idxal edilmiş malları 39-cu qrupa aid edərək iddiaçı tərəfindən bəyan edilmiş malların “5903 10 900 0” kodu rəsmiləşdirilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən idxal edilmiş malın hansı koda uyğunluğunun müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 dekabr 2018-ci il tarixli, 31123 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, aparılmış tədqiqat nəticəsində təqdim edilmiş nümunənin malın ixrac bəyənnaməsində, invoysda, mənşə sertifikatında və CMR-də göstərilən “5903 10 900 0” nömrəli koda uyğunluğu müəyyən edilir. Əmtəə mövqeyi 39 21-də qeyd edilən malların armaturlaşdırılmasının (möhkəmlənmə) vacib olduğu göstərilmişdir. Qeyd edilən səbəblərdən dolaylı təqdim edilmiş nümunənin “3921 90 900 0” nömrəli koda uyğun olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə Qrup 59-a aid olan qeydlərdə göstərilir ki, 5903 mal mövqeyinə aşağıdakılar daxil edilir: (a) aşağıdakılar istisna olmaqla, istənilən səthi sıxlıqlı və istənilən təbiətli plastmasla (bərk və ya məsaməli) hopdurulmuş, örtülmüş və ya təkrarlanmış tekstil materiallar: (1) hopdurulması və örtüyü adi gözlə görünməyən materia llar (adətən, 50 – 55ci, 58-ci və ya 60-cı qruplar); bu zaman hər hansı bir rəng dəyişməsi nəzərə alınmır; (2) 15 - 300 C temperaturunda diametri 7 mm olan silindrin ətrafına sınmadan sarınması mümkün olmayan məmulatlar (adətən, 39-cu qrup); (3) tekstil materialı tamamilə plastmasın və ya rezinin daxilinə yerləşdirilmiş, və ya hər iki tərəfdən adi gözlə görünən (bunun nəticəsində yaranmış rəng dəyişməsi nəzərə alınmır) belə örtüklə örtülmüş məmulatlar (39-cu qrup); (4) qismən plastmasla örtülmüş və belə emalın nəticəsində üzərinə şəkil əks olunmuş materiallar (adətən, 50 - 55-ci, 58-ci və ya 60-cı qruplar); (5) tekstil materialı yalnız armaturlaşdırmaq üçün nəzərdə tutulmuş məsaməli plastmasla birləşmədə olan tekstil materialdan lövhələr, vərəqlər və ya zolaqlar və ya lentlər (39-cu qrup); və ya (6) 5811 mal mövqeyinin tekstil məmulatları; (b) 5604 mal mövqeyindəki plastmasla hopdurulmuş, örtülmüş və ya üzlüklü saplardan, yastı və ya analoji saplardan materiallar. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarına və keçirilmiş ekspertiza üzrə alınmış ekspert rəyinə əsasən iddiaçı tərəfindən GLJA180718 nömrəli invoys ilə idxal olunan “PVC Coated Film 50m” adlı, rulonlarda, iki polivinilxlorid (CAS 9002-86-2) əsaslı, layların arasında polietilentereftalat (CAS 25038-59-9) əsaslı saplar ilə armaturlaşdırılmış, plastmas örtüyü çılpaq gözlə görünən, reklam baneri üçün istifadə olunan material olduğundan cavabdeh tərəfindən həmin malın 3921 nömrəli koda uyğunlaşdırılması düzgün deyildir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 319.4-cü maddəsinə əsasən A zərbaycan Respublikasında istifadə edilən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası X1 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X6 Edilmiş Sisteminə və X2 xarici iqtisadi fəaliyyətin vahid mal nomenklaturasına uyğun olmalıdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 321.1-ci maddəsinə əsasən mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Həmin Məcəllənin 321.3-cü maddəsinə əsasən bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Həmin Məcəllənin 321.4-cü maddəsinə əsasən malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Beləliklə, apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən GLJA180718 nömrəli invoys ilə idxal olunan “PVC Coated Film 50m” adlı, rulonlarda, iki polivinilxlorid (CAS 9002-86-2) əsaslı, layların arasında polietilentereftalat (CAS 25038-59-9) əsaslı saplar ilə armaturlaşdırılmış, plastmas örtüyü çılpaq gözlə görünən, reklam baneri üçün istifadə olunan malların CMR-də göstərilən “5903 10 900 0” nömrəli koda uyğun olması müəyyən edildiyindən, iddiaçının tələbi əsaslıdır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-728/19 saylı 24 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar