Məhkəmə qərarları › İş №2-1(102)-2709/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2709/2019

27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2709/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı XXXun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2709/2019 Bakı şəhəri 27 noyabr 2019-cu il Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 19 iyun 2019-cu il tarixli, 2-1(103)-1650/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasını əsassız hesab edərək və əmək pensiyasının təyin olunmasının əmək kitabçasında qeyd olunan 25 noyabr 1974-cü il tarixdən 06 noyabr 1976-cı illər hərbi xidmətdə, 01 avqust 1974-cü il tarixdən 26 iyul 1994cü il tarixədək Quraşdırma idarəsində, 01 dekabr 1992-ci il tarixdən 01 aprel 1996-cı il tarixədək X1 Sazlama sahəsində, 30 aprel 2003-cü il tarixdən 27 fevral 2007-ci il tarixədək “X2”ndə, 19 oktyabr 2007-ci il tarixdən 01 iyun 2010-cu il tarixədək “MQS”də, 03 iyun 2010-cu il tarixdən 01 dekabr 2016-cı il tarixədək “xxxx B.M”-də işlədiyi illər nəzərə alınmaqla, ona hüququnun yarandığı 01 aprel 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq məbləğ fərqinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 25 noyabr 1974-cü il tarixdən 06 noyabr 1976-cı il tarixədək hə rbi xidmətdə olmuş, 01 avqust 1974-cü il tarixdən 26 iyul 1994-cü il tarixədək Quraşdırma idarəsində, 01 dekabr 1992-ci il tarixdən 01 aprel 1996-cı il tarixədək X1 Sazlama sahəsində, 30 aprel 2003-cü il tarixdən 27 fevral 2007-ci il tarixədək “X2”ndə, 19 oktyabr 2007-ci il tarixdən 01 iyun 2010-cu il tarixədək “MQS”də, 03 iyun 2010-cu il tarixdən 01 dekabr 2016-cı il tarixədək “xxxx” Birgə Müəssisəsində işləmişdir. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli, 23 yanvar 2007-ci il tarixli qərarının 1.1.5(b) hissəsinə əsasən dəniz şəraitində xüsusi zərərli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulduğundan, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olduğ unu hesab edərək cavabdehə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı 29 iyun 2017-ci il tarixdə müraciət etmiş, cavabdeh isə ona pensiyanın təyin olunmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə görə 57 yaşına çatmış sığorta olunan kişilər azı 25 il ümumi və 12 il 06 ay müvafiq icra hakimiyyətinin qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və vəzifələrin siyahısı”nda qeyd edilən işlərdə tam iş günü ərzində çalışdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqları yaranır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2017-ci il tarixli, 2-1(82)3336/2017 saylı qərarı ilə (hakim Zaur Tağıyev) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının çalışdığı peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısında mövcud olmuş və o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün ümumi və xüsusi stajını əldə etmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 iyun 2019-cu il tarixli, 2-1(103)-1650/2019 saylı qərardadı ilə (sədrlik edən Afaq Nuriyeva, hakimlər Valeh Ağayev və Cahangir Yusifov) cavabdehin apellyasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. Apellyasiya məhkəməsi bildirmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüş, habelə prosessual müddətin buraxılmasının üzrlü səbəblərini göstərməmiş və müddətin bərpasına dair ərizə verməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1, 24.2, 24.3, 24.5, 24.6, 87.3, 87.4-cü maddələriilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsi və apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bild irmişdir ki, onun tərəfindən birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayətinin verilməsi müddəti üzrlü səbəbdən ötürüldüyündən prosessual müddət bərpa edilməlidir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2017-ci il tarixli, 2-1(82)3336/2017 saylı qərarı cavabdehə 25 iyul 2017-ci il tarixdə göndərilmiş, qərar 25 avqust 2017-ci il tarixdə qanuni qüvvəyə minmiş və məhkəmənin 28 avqust 2017-ci İl tarixli məktubu ilə icraya yönəlmişdir. Cavabdeh 29 may 2019-cu il tarixdə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğu n qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin qeyri-mümkünlüyü ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehə məhkəmə qərarı rəsmi surətdə təqdim edilmiş, lakin müəyyən edilmiş prosessual müddət ötürülməklə apellyasiya şikayəti verilmiş, müddətin üzürlü səbəbdən buraxılmasına dair ərizə təqdim olunmamışdır. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, onun tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət üzrlü səbəbdən ötürüldüyündən müddət bərpa olunmalıdır. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən şikayətin dəlili ilə razılaşmır. Azərbaycan Respublikası İPM-in: - 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, (...) proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur; - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır; - 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə t utulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır; - 75.3-ci maddəsinə əsaəsn, məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir; - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Bu müddəaların mənasına görə, təqdim edilmiş gün də nəzərə alınmaqla birinci instansiya məhkəməsinin məhkəmə qərarından şikayət 1 ay - 30 gün müddətində verilməlidir. Bu müddətdən sonra verilmiş şikayət isə apellyasiya baxışının predmeti ola bilməz. İşin hallarına əsasən isə, cavabdehə qərar rəsmi qaydada 2017-ci ildə təqdim edilmiş, həmin q ərardan apellyasiya şikayəti isə 30 günlük müddət ötürülməklə 2019-cu ildə verilmişdir. Prosessual müddətin buraxıldığı təqdirdə onun bərpası imkanı Azərbaycan Respublikası İPM-nin aşağıdakı müddəalarında nəzərdə tutulmuşdur: - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmı ş prosessual hərəkət də edilməlidir; - 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Müddəaların mənasına əsasən, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxildığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuşdur ki, müəyyən hallar istisna olunmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra hə min müddətin bərpasına dair ərizənin verilməsi və müvafiq olaraq ona baxılması mümkün deyildir. Cavabdeh tərəfindən müddətin ötürülməsinin onun təqsiri olmadan baş verməsinə dair bildirdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin verilməməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmadığını cavabdeh bildirməmiş və bu hallara istinad etməmişdir. Belə olan halda məhkəmə kollegiyası bildirir ki, prosessual qanunvericiliyin yuxarıda göstərilmiş tələbindən göründüyü kimi, müddətin buraxılmasından 1 il keçdiyindən, məhkəmə qərarından şikayətin verilməsi istisna olunmalıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi q iymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinin müd iri vəzifəsini müvəqqəti icra edən XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 iyun 2019-cu il tarixli, 2-1(103)-1650/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar