Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2709/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1974-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafi əsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-219/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 133 nömrəli qərarına əsasən, Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Mayis oğlunun döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ildə aldığı və xx.xx.2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nət icələri-diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3-nin ön səthində döş qəfəsinin sol ön səthində sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nin Füzuli rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 94 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 92 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 128 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir): “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı i lə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə-nin 7.2. bəndinin a) yarımbəndi;
2. İddiaçıya “Qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumalar müşahidə olunur. Toksiki ensefalopatiya davamlı qalıq əsmələri” diaqnozu ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə kimi 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir.
3. İddiaçı əlilliyi təkrar qiymətləndirilərək ona “Qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində sağ ayaq pəncəsinin İİ bar mağının dırnaq falanqası üzərində çapıq toxumalar müşahidə olunur. Sol baş nahiyəsinin bıçaq yarası (boyuna xəsarət). Hipertoniya xəstəliyi İİİ mərhələ. Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2026-ci il tarixə kimi 5 il müddətinə ümumi xəstəlik səbəbilə ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ölkənin ərazi büt övlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumaları zədəsi almışdır. Amma Ekspert Komissiyasının qanunsuz və əsassız rəyində bildirilir ki, iddiaçı guya sol baş nahiyəsindən bıçaq yarası almışdır. İddiaçı bununla bağlı bildirmişdir ki, onda ümumiyyətlə bıçaq zədəsi yoxdur və döyüşlər vaxtı da bıçaqdan heç bir xəsarət almamışdır. Bunun nəticəsi olaraq da iddiaçıya ümumi xəstəliklə bağlı əlillik təyin edilmişdir. İddiaçı hesab edir ki, onun hüquqları kobud formada pozulmuşdur. O, döyüşlərdə qəlpə yarası almış və bu xəsarət də onda ömrünün axırına kimi davam edəcəkdir. Eyni diaqnoz v ə eyni əsasla ona ümumi əlillik təyin edilmişdir. Özlərindən əlavə bıçaq xəsarəti də əlavə etmişdirlər. İddiaçı qeyd edir ki, “... bıçaq xəsarəti olmaya-olmaya necə yazıla bilər ki, guya bıçaq xəsarəti alınmışdır?” Hərbi həkim komissiyasının müvafiq rəyində də açıq aydın göstərilmişdir ki, iddiaçıda hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Amma iddiaçıya məlum olmayan hansısa səbəblərdən cavabdeh bunu nəzərə almaq istəməmişdir.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Füzuli Rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
7. Cavabdeh və üçüncü şəxs tərəfindən iddiaya qarşı etiraz (yazılı münasibət) təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şirvan İnzibat i Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-391/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya təyin edilmiş əlilliyin səbəb əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik kimi qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilərkən, əlilliyin səbəbi kimi ümumi xəstəlik yazılması düzgün olmamışdır. xx.xx.2016-cı il tarixdə ikinci dərəcəli əlillik təyin edilməsinə əsas olan xəstəliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qazanılması işdə olan sübutlarla tam təsdiq olunur. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh tərəf əlilliyin təyin edilməsinə əsas olan xə stəliyin hərbi xidmət dövründə qazanılmamasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-219/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-391/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili iddiaçıya qoyulmuş diaqnozun hərbi xidmətlə səbəb əla qəsinin təsdiqlənməməsi ilə bağlıdır. Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdəki məlumatlardan müəyyən olunur ki, iddiaçıya ilkin əlilliyin təyini və təkrar əlillik üçün müayinə zamanı qoyulan diaqnozlar eyni olmuşdur. Başqa sözlə, cavabdeh eyni diaqnoz (qəlpə yaralanmasından sonrakı çapıq toxumalar) əsasında iddiaçıya 2016-cı il tarixdə 5 il müddətinə ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin etsə də, həmin diaqnoz əsasında 2021-ci il tarixdə ümumi səbəbdən əlillik təyin etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edi lməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə olan halda, 2016-cı ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır.
13. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə” Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Göründüyü kimi, Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2016cı il tarixli, 133 nömrəli qərarına əsasən iddiaçının diaqnozu “Qəlpə yaralanmalarından sonra başın sol ənsə qabarı proye ksiyasında, sağ budun aşağı 1/3-nin ön səthində döş qəfəsinin sol ön səthində sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumalar: “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2712003AADTS nömrəli göndərişi əsasında qiymətləndirilmiş, həmin göndərişdə də əks olunan son diaqnozda əlilliyin səbəb əlaqəsi kimi ümumi xəstəlik qeyd olunmuşdur. Dövlət səhiyyə mü əssisəsinin göndərişində göstərilən diaqnoz iddiaçıya ümumi əsaslarla əlillik təyin edilməsinə əsas verdiyi üçün cavabdeh tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir.
16. Həmçinin əlilliyin müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir. Məhkəmə faktiki olaraq səlahiyyətli dövlət orqanı olan cavabdehin əvəzinə hər hansı hüquqi və tibbi əsaslandırma olmadan iddiaçının əlilliyinin səbəbini dəyişdirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (İddiaçının əlilliyinin təkrar qiymətləndirildiyi tarixdə qüvvədə olan redaksiyada) Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə ol unan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi.... Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
19. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiz a müayinəsinə göndərişlərin verilməsi Qaydası (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir).... 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir.... 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verili r); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 20. 2022-ci il 1 iyul tarixədək qüvvədə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”
1. Ümumi müddəalar 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının g enişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyy ətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əm ək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir.... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsi ndə şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsi ndə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KAS SASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
26. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdi m etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
28. Cavabdeh bəyan edir ki, iddiaçının əlillik vəziyyəti Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2712003AADTS nömrəli göndərişi əsasında qiymətləndirilmiş, həmin göndərişdə də əks olunan son diaqnozda əlilliyin səbəb əlaqəsi kimi ümumi xəstəlik qeyd olunmuşdur. Dövlət səhiy yə müəssisəsinin göndərişində göstərilən diaqnoz iddiaçıya ümumi əsaslarla əlillik təyin edilməsinə əsas verdiyi üçün cavabdeh tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. 29. “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 2.1-ci bəndinin tələbindən göründüyü kimi, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsa sında aparılır.
30. İddiaçıya ümumi xəstəlik səbəbilə əlillik təyin edilməsinə əsas verən diaqnozun göstərildiyi və cavabdehin də istinad etdiyi Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2712003AADTS nömrəli göndərişi iddia ərizəsinə, habelə sonradan iş materiallarına əlavə edilməmişdir, həmin göndərişin məhkəmə icraatında bilavasitə tədqiq olunduğuna və göndərişdə əks olunanlara hüquqi qiymət verildiyinə dair məlumat işdə yoxdur. Bu səbəbdən cavabdehin qiymətləndirməsinin və bununla bağlı dəlillərinin müqayisəli şəkildə yoxlanılması və onlara hüquqi qiymət verilməsi mümkün deyil. 31. xx.xx.2021-ci il tarixli, 2712003AADTS nömrəli göndərişin məhkəmə icraatında bilavasitə tədqiqi həm də ona görə zəruridir ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-219/2023 №-li sorğularına cavab olaraq cavabdehin və Bakı Baş Səhiyyə Mərkəzi “21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası”nın cavab məktublarında “göndəriş”dəki diaqnozların məzmunu, həmçinin göndərişin tarixi fərqli göstərilib (Xəstəxananın məktubunda “göndəriş”in xx.xx.2021-ci il tarixdə verildiyi qeyd olunub). Bundan başqa, cavabdehin məktubunda “göndəriş”də “sol baş nahiyəsinin bıçaq yarası...”, Xəstəxananın məktubunda isə “iti cisimdən istifadə etməklə qəsd etmə” yazıldığı qeyd olunub. İddiaçı isə ərizəsində təsdiq edir ki, onda heç vaxt bıçaq xəsarəti olmamışdır.
32. Göründüyü kimi, iddiaçının tibbi-sosial müayinəsinin əsası kimi çıxış edən “göndəriş”in dəqiq məzmunu mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edir. Bu zaman, həm də nəzərə alınmalıdır ki, iddiaçını n hazırkı məzmunda tələbi o halda təmin oluna bilər ki, onun əlilliyi hərbi-həkim komissiyasının qərarı ilə müəyyən edilmiş xəsarətlərin törətdiyi, yəni həmin xəsarətlərlə bilavasitə əlaqəli olan (onlardan törəyən) xəstəliklərdən yaranmış olsun. Başqa sözlə, iddiaçıya aid “Əlillik haqqında arayışda” (iş v.3) qeyd olunan və cavabdehin istinad etdiyi “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu yarımbəndində təsbit olunmuş “qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G2 0,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9)” yanakı deyil, hərbi-həkim komissiyasının qərarı ilə səbəb əlaqəsi müəyyən edilmiş xəsarətlərlə bilavasitə əlaqəli olan (onlardan törəyən) xəstəliklər olmalıdır.
33. Buna görə də, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, iddia tələbi üzrə gəldiyi nəticəni təsdiq edən sübutlara əsaslanmalı idi. Hazırkı işdə bu, baş vermədiyindən, apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı hesab oluna bilməz.
34. Cavabdehin kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
35. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması, o cümlədən səbəb əlaqəsinin müəyyən edilməsi ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur.
36. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərql əndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsinin verdiyi göndərişdə təsbit edilmiş şəxsə dair göstəricilərlə, digər tərəfdən şəxsin tibbi-sosial müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağl amlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu hallarda, inzibati orqan maraqlı şəxsin zərərinə qərar qəbul edə bilməz.
37. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əli llik dərəcəsinin təyin edilməsindən, o cümlədən səbəb əlaqəsinin dəyişdirilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
38. Bununla yanaşı, yuxarıda qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
39. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
40. Yuxarıda şərh edilənlər ə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(106)-219/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.