Məhkəmə qərarları › İş №2-1(102)-271/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-271/2019

05.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-271/2019 05.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Cəlal oğlunun cavabdeh Qəbələ rayonu Qəbələ bələdiyyəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi ilə, İddiaçı Cəlal oğlunun (bundan sonra iddiaçı) cavabdeh Qəbələ rayonu Qəbələ bələdiyyəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs X3, bundan sonra üçüncü şəxs) “Cavabdeh 21 dekabr 2005-ci il tarixli, 12 nömrəli iclas protokolunda üçüncü şəxsə 0,03 ha torpaq sahəsinin satılmasına dair adının bərpa edilməsi və bələdiyyənin sonuncuya qarşı törədilən qanunsuz hərəkətlərinin dayandırılması, bələdiyyənin 21 dekabr 2005-ci il tarixli 12 nömrəli qərarının üçüncü şəxsə 0,03 ha torpaq sahəsinin satılması hissəsində tanınması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-560/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qərardadından üçüncü şəxsin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 13 iyun 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Qəbələ Bələdiyyəsinin 12 dekabr 2005-ci il tarixli, 12 nömrəli iclas protokoluna əsasən üçüncü şəxsə bələdiyyə fondundan 0,03 ha torpaq sahəsinin satılması faktının müəyyən edilməsi, üçüncü şəxsə 0,03 ha torpaq sahəsinin satılması haqqında cavabdehin 21 dekabr 2005-ci il tarixli 12 nömrəli qərarının tanınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən 20.06.2018-ci il tarixdə iddiaçıya hüquqi yardım barədə məktub ünvanlanaraq hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxıldığı bildirilmiş və cavabdeh qismində qeyd etdiyi Qəbələ Bələdiyyəsinin hərəkət və ya hərəkətsizliyi ilə bağlı məsələləri mübahisələndirdiyi təqdirdə iddia tələbində dəqiqləşmə apararaq tələbini həmin orqanın hərəkət və ya hərəkətsizliyinə yönəltmək təklif olunmuşdur. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəni 10.0 7.2018-ci il tarixdə məhkəməyə təqdim etmiş,“Qəbələ Bələdiyyəsinin 21 dekabr 2005-ci il tarixli, 12 nömrəli iclas protokolunda üçüncü şəxsə 0,03 ha torpaq sahəsinin satılmasına dair adının bərpa edilməsi və cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması, 21 dekabr 2005-ci il tarixli 12 nömrəli qərarının üçüncü şəxsə 0,03 ha torpaq sahəsinin satılması hissəsində tanınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı üçüncü şəxsdən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün nəzərdə tutulmuş 0.03 ha torpaq sahəsini almış, 12.08.2011-ci il tarixli çıxarışa əsasən mülkiyyətinə keçirmişdir. Üçüncü şəxs öz növbəsində həmin torpaq sahəsini cavabdehdən qanuni yolla almışdır. Daha sonra Dövlət ehtiyacları adı altında həmin torpaq sahəsi Qəbələ rayon İcra Hakimiyyəti tərəfindən ondan alınmış, əvəzləşdirməyə söz versələr də, sonradan müxtəlif bəhanələrlə, habelə sənədlərin saxtalaşdırılması üsulu ilə əvəzləşdirmədən boyun qaçırmışlar. Bəhanənin əsasını təşkil edən cavab ondan ibarət olmuşdur ki, guya üçüncü şəxsə satılmış 0.03 ha torpaq sahəsinə dair bələdiyyə qərarı, alqı-satqı aktı, plan-ölçü sənədləri və digər bütün lazımı sənədlər qaydasında olsa belə, Qəbələ Bələdiyyəsinin 21 dekabr 2005-ci il tarixli torpaq sahələrinin müraciət etmiş vətəndaşlara satılması barədə iclas protokolundakı siyahıda Gəraybəyova Rənanın adı aşkarlanmamışdır. Halbuki, həmin protokol vaxtında və lazımı qaydada Dövlət Arxivinə təhvil verilməmiş, bələdiyyənin özündə saxlanılmış və tələb edilən zaman əvvəlki protokol gizlədilmiş, Gəraybəyova Rənanın adı siyah ıdan çıxarılmaqla yenidən saxta protokol yazılaraq lazımı orqanlara təqdim edilmişdir. Bu qayda ilə cavabdeh, Gəraybəyova Rənaya satılmış 0.03 ha torpaq sahəsinin qanunsuz olaraq satılmasını sübut etməyə çalışmışdır. Nəticədə onun qanunla qorunan mülkiyyət hüququ pozulmuşdur. Qəbələ Bələdiyyəsinin təqdim etdiyi 21 dekabr 2005-ci il tarixli 12 nömrəli protokolunun saxta olması ondan görünür ki, cavabdeh iclas protokollarının qeydiyyatı jurnalını Qəbələ rayon prokurorluğuna təqdim etmişdir. Prokurorun köməkçisi jurnala baxış keçirərək və səhifələrinin fotoşəkillərini çəkərək müəyyən etmişdir ki, 2005-ci ilin 21 dekabr tarixində Qəbələ bələdiyyəsinin iclası keçirilməmiş və 12 saylı protokol mövcud olmamışdır. Lakin prokuror köməkçisi müəyyən edə bilməmişdir ki, həmin jurnal sonradan tərtib ed ilmiş, əsl jurnal isə gizlədilmişdir. Belə ki, jurnaldakı protokolların tarixləri 2005-ci ilə aid göstərilsə də, həmin jurnalın son səhifəsindən görünür ki, bu jurnal çapdan 2006-cı ildə çıxmışdır. Deməli, əgər jurnal hələ 2006-cı ildə çapdan çıxmışdırsa, 2005-ci ildə həmin jurnal Qəbələ Bələdiyyəsində ola bilməzdi və jurnalda Qəbələ bələdiyyəsinin iclaslarının aparılması qeyd oluna bilməzdi. Odur ki, bələdiyyənin iclas protokolları aparılan əsl jurnal gizlədilmişdir, hansı ki, bu jurnalda 21 dekabr 2005-ci il tarixli 12 nömrəli iclas protokolunun qeydləri aparılmışdır. Bu faktlar onu göstərir ki, öz niyyətini pərdələmək istəyən bələdiyyənin məsul işçiləri, sənədləri saxtalaşdırarkən ciddi səhvlərə yol vermişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-1(84)-1155/2018 saylı iş) 7 avqust 2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən üçüncü şəxsin hüquqlarını pozan, ona müdaxilə edən qərar qəbul edilmişdirsə və yaxud hərəkət və ya hərəkətsizliyə yol verilmişdirsə, bu barədə iddia qaldırmaq hüququ məhz həmin şəxsin özünə məxsusdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 7 avqust 2018-ci il tarixli qərardadı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4 -məruzəçi, X5 və X6, 2-1(107)-560/2018 saylı iş) 27 sentyabr 2018-ci il tarixli qərardadla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərardadı dəyişdirmədən saxlamışdır. İddiaçı 22 oktyabr 2018-ci il tarixdə qərardadın surətini almış, 31 oktyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin icraata qəbul edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Üçüncü şəxs torpaq sahəsini iddiaçıya qanunla müəyyən edilmiş qayda ilə özgəninkiləşdirdiyinə görə onun hüquqları pozulmamışdır. Həmin torpaq sahəsini iddiaçı qanunla müəyyən edilmiş qayda ilə üçüncü şəxsdən alıb adına rəsmiləşdirdiyinə və bələdiyyə həmin torpaq sahəsi barədə sənədlərdə qanunsuz hərəkətlər edən zaman torpaq sahəsi artıq iddiaçının mülkiyyətində olduğuna görə bələdiyyənin qanunsuz hərəkətləri onun hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi, həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçının deyil, üçüncü şəxsin hüquqlarının pozulmuş olmasını hesab edərək və bu səbəbdən onun iddia vermək üçün subyektiv hüququnun olmamasını əsas gətirərək iş materiallarını araşdırmaqdan imtina etmiş və iddianı mümkünsüz hesab etmişdir, hesab edir ki, məhkəmənin gəldiyi qənaət səhvdir. Şəki Apellyasiya Məhkəməsinin İnzıbati-İqtisadi kollegiyasının qərardadı ləğv olunmalı, iş materialları araşdırılması üçün apellyasiya instansiyası, məhkəməsinə göndərilməlidir. Sözügedən torpaq sahəsinin iddiaçının mülkiyyətində olması faktı şübhə doğurmur. Bu torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə qanuni yolla keçib dövlət reyestrində qanuni yolla qeydə alınması da şübhə doğura bilməz. Həmin torpaq sahəsinin üçüncü şəxsdən iddiaçıya qanuni yolla keçməsi faktı da şübhə doğurmur. Bu torpaq sahəsi üçüncü şəxsin qanuni sərəncamı əsasında iddiaçının mülkiyyətinə keçdikdən sonra, yəni onun mülkiyyətində olmayan əmlaka görə hüquqlarının pozula bilməməsi də şübhə doğura bilməz. Belə olduğu halda məhkəmə hansı əsasla iddiaçının deyil, üçüncü şəxsin hüquqlarının pozulmasını əsas gətirməsi başa düşülən deyil. Şikayət əsaslandırılarkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.1, 146.2-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasına göndərdiyi müraciətində şikayətində haqlı olduğunu, mübahisə ilə bağlı qanuni qərar qəbul edilməsinə ümid etdiyini bildirmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasına ərizə göndərərək 5 fevral 2019-cu il tarixə saat 12:05-ə təyin olunmuş məhkəmə iclasında səhhətindəki problemlə əlaqədar iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan, işin hallarına görə müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə etibar etdiyini bildirmişdir. əsaslandırma hissəsi: İddiaçı, cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdi r (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslı deyildir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İşin hallarına görə cavabdehin 21 dekabr 2005-ci il tarixli qərarı ilə Qəbələ şəhərində 300 kv.m torpaq sahəsi X1, həmin tarixdə cavabdehlə R.N.Gəraybəyova arasında alqısatqı müqaviləsi bağlanmış, torpaq sahəsinə mülkiyyət hüququ 18 avqust 2006-cı ildə R.N.Gəraybəyovanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, R.N.Gəraybəyova torpaq sahəsini iddiaçıya satması barədə 1 avqust 2011-ci ildə alqısatqı müqaviləsi bağlanmış, torpaq sahəsi iddiaçının adına 12 avqust 2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona çıxarış verilmişdir. İsmayıllı rayon Məhkəməsini n 17 iyun 2016-cı il tarixli qətnaməsindən görünür ki, cavabdeh Qəbələ şəhərində 300 kv.m torpaq sahəsinin R.N.Gəraybəyovaya satılması barədə hər hansı qərar qəbul edilmədiyini, bələdiyyənin və dövlətin arxivində belə qərar olmadığını və 21 dekabr 2005-ci il tarixli qərarın saxta olduğunu bildirib yuxarıda adı qeyd edilən cavabdehlə R.N.Gəraybəyova arasında bağlanmış alqı-satqı müqaviləsinin, R.N.Gəraybəyovanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarışın, R.N.Gəraybəyovanın torpaq sahəsini iddiaçıya satması barədə 1 avqust 2011-ci ildə alqı- satqı müqavilənin, iddiaçının adına 12 avqust 2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarışın etibarsız sayılması barədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. Mülki işlə bağlı Azərbaycan R espublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 may 2017-ci il tarixli 2(102)-1295/2017 nömrəli qərarından görünür ki: -İsmayıllı Rayon Məhkəməsinin 17 iyun 2016-cı il tarixli qətnaməsi ilə (hakim A.A.Əliyev, iş № 2(037)-772/2016)iddiа təmin оlunmuş, Qəbələ şəhəri, Zərifə Əliyevа küçəsində yerləşən 300 kv.m tоrpаq sahəsinin Gərаybəyоvа Rənа Niyаzi qızına sаtılmаsınа dаir Gərаybəyоvа Rənа Niyаzi qızı, Qəbələ Bələdiyyəsinin sədri X8 və Аzərbаycаn Respublikаsı DTXK-nin Qəbələ rаyоn şöbəsinin müdiri Hаcıyev İslаm Аslаn оğlu аrаsındа tərtib оlunmuş, 03 аvqust 2006-cı il tаrixli 523 nömrəli “Tоrpаqlаrın аlqısаtqısınа dаir” аktın (müqаvilə) etibаrsız hesаb edilməsi, həmin аkt əsаsındа Gərаybəyоvа Rənа Niyаzi qızının аdınа hüquqlаrın qeydə аlınmаsınа dаir Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmə ti Qəbələ Ərаzi İdаrəsi tərəfindən 18.08.2006-cı il tаrixdə аpаrılmış, reyestr nömrəsi **********65, qeydiyyаt nömrəsi ********* оlаn qeyd və Hüquqlаrın Dövlət Reyestri hаqqındа Dаşınmаz Əmlаkın Dövlət Reyestrindən 18.08.2006cı il tаrixli MH seriyаlı ******* sаylı Çıxаrışın ləğv edilməsi, 18.08.2006-cı il tаrixli MH seriyаlı ******* sаylı Çıxаrış üzrə mülkiyyətdə оlаn 300 kv.metr tоrpаq sаhəsinin аlqısаtqısınа dаir Gərаybəyоvа Rənа Niyаzi qızı ilə Əliyev Nizаmi Cаlаl оğlu аrаsındа bаğlаnmış, 01 аvqust 2011-ci il tаrixdə Qəbələ rаyоn Dövlət Nоtаriаt Kоntоrundа təsdiq оlunаrаq 4Ə-412 nömrəli reyestrdə qeydə аlınmış dаşınmаz əmlаkın аlqı-sаtqı müqаviləsinin ləğv оlunması, 300 kv.metr tоrpаq sаhəsinin аlqı-sаtqısı bаrədə 01 аvqust 2011-ci il tаrixli müqаvilə əsаsındа Əliyev Nizаmi Cаlаl оğlunu n аdınа hüquqlаrın qeydə аlınmаsınа dаir Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti Qəbələ Ərаzi İdаrəsi tərəfindən 12.08.2011-ci il tаrixdə аpаrılmış, reyestr nömrəsi **********65, qeydiyyаt nömrəsi ********** оlаn qeyd və Hüquqlаrın Dövlət Reyestri hаqqındа Dаşınmаz Əmlаkın Dövlət Reyestrindən 12.08.2011-ci il tаrixli MА seriyаlı ******* sаylı Çıxаrışın ləğv edilməsi qət edilmişdir; -Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), V.K.Qasımov və M.A.Əsədli, iş № 2(107)-1229/2016) cavabdeh Əliyev Nizаmi Cаlаl оğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 17 iyun 2016-cı il tarixli, 2(037)-772/2016 nömrəli qətnaməsi dəyişdirilmiş, Qəbələ şəhəri, Zərifə Ə liyevа küçəsində yerləşən 300 kv.m tоrpаq sаhəsinin Gərаybəyоvа Rənа Niyаzi qızınа sаtılmаsınа dаir Gərаybəyоvа Rənа Niyаzi qızı, Qəbələ Bələdiyyəsinin sədri Bаğırоv Dəmir Əmrаh оğlu və Аzərbаycаn Respublikаsı DTXK-nin Qəbələ rаyоn şöbəsinin müdiri Hаcıyev İslаm Аslаn оğlu аrаsındа tərtib оlunmuş, 03 аvqust 2006-cı il tаrixli 523 nömrəli “Tоrpаqlаrın аlqı-sаtqısınа dаir” аktın (müqаvilənin) etibаrsız hesаb edilməsinin nəticəsi olaraq həmin müqavilə ilə bağlı Qəbələ bələdiyyəsinə 28 dekabr 2005-ci ildə ödənilmiş 3.000.000 АZM (600 AZN) məbləğində pulun Qəbələ bələdiyyəsindən alınaraq Gərаybəyоvа Rənа Niyаzi qızına verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. -Göstərilən qətnamədən cavabdeh İddiaçı kassasiya şikayəti vermişdir; -Azərbaycan Respublikası Ali Məh kəməsinin Mülki kollegiyasının 2 may 2017-ci il tarixli 2(102)-1295/2017 nömrəli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməyərək Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1229/2016 saylı 19 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 may 2017-ci il tarixli 2(102)-1295/2017 nömrəli qərarında qeyd edilmişdir ki, “Beləliklə, iş üzrə təsdiq оlunduğu kimi Qəbələ Bələdiyyəsinin 21 dekаbr 2005-ci il tаrixli iclаsı qаnunun tələblərinə uyğun şəkildə təşkil оlunub keçirilsə də, həmin iclаsdа cаvаbdeh Rənа Gərаybəyоvаyа tоrpаq sаhəsinin sаtılmаsı məsələsi ümumiyyətlə müzаkirə оlunmаmış, Qəbələ şəhəri, Zərifə Əliyevа küçəsində yerləşən 300 kv.m tоrpаq sаhəsinin sahibkarlıq məqsədi ilə Gərаybəyоvа Rənа Niyаzi qızınа sаtılmаsınа dаir Qəbələ Bələdiyyəsində heç bir qərar qəbul оlunmаmışdır. Hаlbuki, bələdiyyə mülkiyyətində оlаn tоrpаq sаhəsinin özgəninkiləşdirilməsi üçün bələdiyyənin qərаrı və tərəflər arasında bağlanmış müqavilə tələb оlunur. Hаzırkı hаldа isə cаvаbdeh Rənа Gərаybəyоvаyа 300 kv.m tоrpаq sаhəsinin sаtılmаsı bаrədə Qəbələ Bələdiyyəsinin müvаfiq qərаrı mövcud deyildir. Həmçinin, 03 аvqust 2006-cı il tаrixli аlqı-sаtqı аktı аlıcı kimi cаvаbdeh Rənа Gərаybəyоvа və Аzərbаycаn Respublikаsı DTXK-nin Qəbələ rаyоn şöbəsinin müdiri kimi İslаm Hаcıyev tərəfindən deyil, bаşqа şəxs (şəxslər) tərəfindən imzаlаnmışdır. Оnа görə də mövcud оlmаyаn qərаrа əsаsən bаğlаnmış аlqı-sаtqı müqаviləsi etibаrsızdır. Оdur ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesаb etmi şdir ki, Qəbələ şəhəri, Zərifə Əliyevа küçəsində yerləşən 300 kv.m tоrpаq sаhəsinin Gərаybəyоvа Rənа Niyаzi qızınа sаtılmаsınа dаir Gərаybəyоvа Rənа Niyаzi qızı, Qəbələ Bələdiyyəsinin sədri Bаğırоv Dəmir Əmrаh оğlu və Аzərbаycаn Respublikаsı DTXK-nin Qəbələ rаyоn şöbəsinin müdiri Hаcıyev İslаm Аslаn оğlu аrаsındа tərtib оlunmuş, 03 аvqust 2006-cı il tаrixli 523 nömrəli “Tоrpаqlаrın аlqı-sаtqısınа dаir” аkt (müqаvilə) əhəmiyyətsiz əqd оlduğundаn etibаrsız hesаb edilməlidir”. Məhkəmənin qanuni qüvvədə olan qərarından görünür ki, iddiaçının hazırda mübahisə açdığı cavabdehin 21 dekabr 2005-ci il tarixli qərarının qanuniliyi, yəni üçüncü şəxsə torpaq sahəsi satılması barədə həmin tarixdə bələdiyyə tərəfindən hər hansı iclasın keçirilməsi və ona torpaq sahəsi ayrılması həmin məhkəmə icraatında təsdiqini tapmamışdır. İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.6-cı bəndinə görə İPM-in 78-ci maddəsində təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçıya göndərdiyi 20 iyun 2018-ci il tarixli məktubunda İPM-in 13-cü maddəsinə istinad edərək iddia tələbinin dəqiqləşdirilməsini xahiş etmişdir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı cavabdehin 21 dekabr 2005-ci il tarixli 12 saylı qərarının qanuniliyinin tanınması və cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması barədə dəqiqləşdirilmiş ərizə vermişdir. İPM-in 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qa ydasında baxılan iddialar sadalanmışdır. İddiaçının inzibati məhkəmə icraatı qaydasında verdiyi iddia tələbi İPM-in 2.2-ci maddəsində əksini tapmamışdır. Məhkəmə tərəfindən ona edilən müraciətə baxmayaraq iddiaçı iddia tələbini İPM-in 2.2-ci maddəsində bəhs edilən iddia növlərindən hər hansı birinə uyğunlaşdırmamışdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüqu qlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yaxud həmin aktların etibarsızlığının tanınması barədə iddialara qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmuşdur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair i ddia mümkün sayılır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olu nmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Bəhs olunanlara əsasən cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddia haqlı olaraq mümkün sayılmamışdır. Kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cəlal oğlunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnz ibati-İqtisadi kollegiyasının 2-1(107)-560/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar