Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-271/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Iddiaçı Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun ləğv prosesində olan cavabdeh “X” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə (Açar söz: müflis elan edilmiş banka qarşı kreditor tələbi, bankın aktivi) GİRİŞ HİSSƏ Hakimlər: N.İ.Rəsulbəyova (sədrlik edən və məruzəçi-hakim), Z.M.Quliyev, İ.K.Hüseynovdan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun vəkili və, cavabdeh ləğv prosesində olan “X” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun cavabdeh ləğv prosesində olan “X” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətləri n Sığortalanması Fonduna qarşı vəsaitin geri ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2307/2019 saylı, 18.10.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 25 fevral 2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iflas proseduru çərçivəsində ləğvetmə prosesində olan “X” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 07.03.2018-ci il tarixdə ****** saylı məktubla müraciət olunaraq, Fondun resursları hesabına kreditləşdirilmiş, ləğv prosesində olan banklara, o cümlədən “X” ASC-yə sahibkarlıq subyektləri tərəfindən güzəştli k reditlər üzrə qaytarılmış vəsaitlərin 15 gün ərzində Fondun müvafiq xəzinə hesabına ödənilməsinin təmin olunması xahiş edilmiş, müraciətə cavab olaraq Fondun müvəkkil banklar vasitəsilə verilən kredit vəsaitlərinin ləğv prosesində olan bankların aktivi olduğu bildirilmiş və sözügedən tələbin təmin olunmasında imtina edilmişdir. İddiaçı həmin imtinanın əsassız olduğunu hesab edərək Bakı Apellyasiya Məhkəməsinə şikayətlə müraciət edərək ləğv prosesində olan “X” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına maliyyələşmiş sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər üzrə “X” ASCyə qaytarılmış vəsaitlərin 15 gün ərzində Sahibkarlığa Kömək Milli Fondunun müvafiq xəzinə hesabına ödənilməsinə dair tələbindən imtinaya dair sözüge dən bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hərəkətlərinin qanunsuz və əsassız sayılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, “Banklar haqqında” Azərbayca Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən müflis elan olunmuş bankların aktivləri onun kreditorları arasında bu maddədə nəzərdə tutulmuş növbəlik qaydasında bölüşdürülür. Azərbaycan Respublikasının Prezidentinin 07.10.2009-cu il tarixli, 162 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na, eləcə də “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”nin tələbləri əsasında sahibkarlığın, xüsusən kiçik və orta sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəal iyyətinin artırılmasına kömək göstərilməsi və orta sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına kömək göstərilməsi və onlara maliyyə dəstəyi verilməsi məqsədilə müvəkkil bank vasitəsilə konkret layihələrin həyata keçirilməsi üçün bilavasitə sahibkarlara verilmiş Fondun pul vəsaitləri bankın aktivləri hesab olunmur. Məhkəmələrin mövqeyi Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.12.2018-ci il tarixli, 2-1(103)-788/2018 nömrəli qərardadına əsasən ərizə təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında bölüşdürülməsinin növbəliliyi göstərilmiş, fiziki şəxlərin əmanətlərinin sığortalanması fondunun reqres h üququ üzrə tələblər, iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər üzrə kreditorların mənafelərinə üstünlük vermişdir və bu ardıcıllıq prinsipini gözləmədən Sahibkarlığın İnkişafı Fonduna güzəştli kreditlər üzrə qaytarılmış vəsaitlərin ödənilməsi həmin öhdəliklərin növbəlilik ardıcıllığını pozacaqdır. Həmin qərardaddan iddiaçı Azərbaycan Respublikasının Sahibkarlığn İnkişafı Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.12.2018-ci il tarixli, 2-1(103)-788/2018 nömrəli qərardadının ləğv edilməsi və ərizənin təmin olunm ası barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1663/2019 nömrəli, 27.06.2019-cu il tarixli qərarına əsasən kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.12.2018-ci il tarixli, 2-1(103)-788/2018 nömrəli qərardadı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, müvəkkil kredit təşkilatları vasitəsilə verilən güzəştli kredit məbləğləri Fondun vəsaitidir və həmin vəsait hesabına güzəştli kreditlərin sahibkarlıq subyektlərinə verilməsində müvəkkil bankların fəaliyyəti yalnız vasitəçilik funksiyasından ibarətdir. Odur ki, həmin vəsaitin məhz dövlət büdcəsinin vəsaiti hesabına formalaşması, məqsədli təyi natı üzrə Fonda qaytarılması və sahibkarlıq subyektlərinə güzəştli qaydada verilməsinin bütün qayda və şərtlərinin Fond tərəfindən müəyyənləşdirilməsi həmin vəsaitlərin Bankın aktivi sayılmasını istisna edir. İş Bakı Apellyasiya Məhkəməsinə qaytarıldıqdan sonra iddiaçı tələbin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək banka güzəştli kreditlər üzrə geri ödənilmiş vəsaitlərin köçürülməsi haqqında Fondun müraciətindən imtinaya dair ƏSF-nin hərəkətlərinin qanunsuz və əsassız sayılması və Banka ödənilmiş 11.639.073,29 manat vəsaitin Fonda köçürülməsi öhdəliyinin ƏSF-ə həvalə edilməsini xahiş etmiş və həmin ərizə 03.10.2019-cu il tarixində məhkəmə tərəfindən qəbul edilmişdir. Eyni zamanda, 03.10.2019-cu il tarixində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2019-cu il tarixli, 2-1(103)-2307/2019 nömrəli qərarına əsasən iddia təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbləri və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası”nda müvafiq dəyişikliyin 31.07.2018-ci il tarixində edildiyi nəzərə alınaraq, Fondun tələbi ilə bu həcmdə vəsaitin ödənilməsi kreditorların maraqlarının pozulmasına gətirib çıxara bilər. Belə ki, müştərilər tərəfindən 31.07.2018-ci il tarixinə kimi edilmiş ödənişlər növbəlilik əsasında digər kreditorara yönəldilmişdir.Odur ki, ləğv prosesində olan Bankdan ödənilməsi istənilən məbləğ aidiyyəti məhkəmə tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müvafiq növbəlilik əsasında Fonda köçürülə bilər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2019-cu il tarixli, 2-1(103)-2307/2019 nömrəli qərarından iddiaçı Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsi məhz bankın aktivlərinin onun kreditorları arasında növbəlilik qaydasında bölüşdürülməsi nəzərdə tutulmuşdur. Fondun tələb etdiyi pul vəsaiti isə bankın aktivi deyil, Fondun vəsaiti olduğundan həmin vəsaitin kreditor tələblərinin növbəliliyinə uyğun olaraq bankın kreditorları arasında bölüşdürülməsi qanunsuzdur. Kassator İPM-nin 90, 93, 94-cü maddələrinə istinad istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2019-cu il tarixli, 2-1(103)-2307/2019 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2019-cu il tarixli, 2-1(103)-2307/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin mübahisəsiz hallarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsinə əsasən 01.02.2016-cı il tarixində “X" ASC-nin müflis elan edilməsi və iflas proseduruna başlanması, Əmanətlərin Sığortalanması Fondunun “X” ASC-nin ləğvedicisi təyin edilməsi və qərarın dərhal icraya yönəldilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Sahibkarlığın İnkişaf Fondu 07.03.2018-ci il tarixində “X” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək fondun resursları hesabına kreditləşdirilmiş, ləğv prosesində olan banklara, o c ümlədən “X” ASCyə sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər üzrə qaytarılmış vəsaitlərin 15 gün ərzində Fondun müvafiq xəzinə hesabına ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Müraciətə cavab olaraq Əmanətlərin Sığortalanması Fondu, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişaf Fondunun müvəkkil banklar vasitəsilə verilən kredit vəsaitlərinin ləğv prosesində olan bankların aktivi olduğunu bildirmiş və sözügedən tələbin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respubliası Sahibkarlığın İnkişaf Fondu məhkəməyə müraciət edərək “X” ASC-yə güzəştli kreditlər üzrə geri ödənilmiş vəsaitlərin köçürülməsi haqqında müraciətlərindən imtinaya dair ləğvedicinin hərəkətlərinin qanunsuz və əsassız sayılması və “X” ASC-yə ödənilmiş 11.639.073,29 manat vəsaitin Sahibkarlığın İnki şaf Fonduna köçürülməsi öhdəliyinin bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlillərinə görə hazırki iş üzrə mübahisə predmeti tələb olunan pul məbləği Fondun vəsaiti olduğundan “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində qeyd olunan növbəliliyin həmin vəsaitə aid edilməsi qanunsuzdur. Məhkəmə Kollegiyası qeyd edir ki, işin düzgün həll edilməsi üçün həmin vəsaitin bankın aktivi, yoxsa Fondun vəsaiti olmasını müəyyənləşdirmək zəruridir. Göründüyü kimi, tərəflər arasında mübahisə predmetini Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitinin bankın aktivi hesab edilib-edilməməsi təşkil edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1663/2019 nömrəli, 27.06.2019-cu il tarixli qərarında, Azərbaycan Respublikası Prezidentinin 07.10.2009-cu il tarixli, 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın 1.1, 1.2, 1.3 və 4.1-ci bəndlərinə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 31.07.2018-ci il tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi” və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası”nın 1.3-cü bəndinə istinad olunaraq hesab olunmuşdur ki, müvəkkil kredit təşkilatları vasitəsilə verilən güzəştli kredit məbləğləri Fon dun vəsaitidir və həmin vəsait hesabına güzəştli kreditlərin sahibkarlıq subyektlərinə verilməsində müvəkkil bankların fəaliyyəti yalnız vasitəçilik funksiyasından ibarətdir. Odur ki, həmin vəsaitin məhz dövlət büdcəsinin vəsaiti hesabına formalaşması, məqsədli təyinatı üzrə Fonda ayrılması və sahibkarlıq subyektlərinə güzəştli qaydada verilməsinin bütün qayda və şərtlərinin Fond tərəfindən müəyyənləşdirilməsi həmin vəsaitlərin Bankın aktivi sayılmasını istisna edir. Kredit müqaviləsinə əsasən verilmiş məbləği bankın aktivi kimi qəbul etməyin mümkün olmadığı hazırda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 31.07.2018-ci il tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi” və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası”nın müddəaları ilə də bir daha təsdiq olunur. Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarında əks olunmuş mövqe ilə razılaşmayan hazırkı iş üzrə məhkəmə tərkibi hesab edir ki, Fond tərəfindən ayrılmış güzəştli kreditlər “Banklar haqqnda” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə uyğun olaraq növbəlilik qaydasında ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri il ə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarxli qərarında qeyd olunmuşdur ki, “... müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası... məhz “Banklar haqqında” Qanunun... maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir.” “Banklar haqqında” Qanunda isə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitinin növbədənkənar qaydada ödənilməli olmasına dair müddəa təsbit edilməmişdir. “Banklar haqqında” Qanunun 82-ci maddəsi isə müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında bölüşdürülməsinin növbəlik qaydasını müəyyən edir. Hazırkı iş üzrə iddiaçı tələb olunan pul məbləğini Fondun vəsaiti olduğundan “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində qeyd olunan növbəliliyin həmin vəsaitə aid edilməsinin qanunsuz olduğunu bildirsə də, qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31.07.2018-ci il tarixli 224 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən güzəştli kredit sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən təyinatlı və ünvanlı vəsaitdir. Bu vəsaitlərin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və öz riskləri hesab ına həyata keçirilir. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsi (4%-dək) istisna olmaqla, ayrılmış güzəştli kreditlər müvəkkil kredit təşkilatlarının aktivi hesab edilmir. Müvəkkil kredit təşkilatları ilə Fond arasında vəsaitdən istifadə şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Fond müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyektləri arasında bağlanacaq müqavilədə məcburi şərtlərin olmasını tələb edə bilər. Ayrılmış güzəştli kreditlər müvəkkil kredit təşkilatlarının aktivi hesab edilməməsinə dair müddəa 31.07.2018-ci il tarixdə qanunvericiliyə daxil edilmiş, bu vaxtadək isə həmin vəsaitin aktiv hesab edilməməsinə dair qanunvericilikdə hər hansı norma nəzərdə tutulmamışdır. Kollegiya hesab edir ki, həmin vəsaitin bankın aktivi hesab edilib-e dilməməsi ilə bağlı məsələyə qiymət verilərkən hüquqi iyerarxiyada daha üstün hüquqi qüvvəyə malik olan normativ-hüquqi akt kimi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları rəhbər tutulmalıdır. Bank Fond tərəfindən ayrılmış vəsait hesabına verilmiş kreditlərdən gəlir əldə etdiyi üçün “Banklar haqqında” Qanuna görə həmin vəsait bankın aktivi kimi qəbul edilməlidir. Bununla bağlı, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən AR Maliyyə Bazarlarına Nəzarət Palatasına sorğu ünvanlanmış, sonuncu tərəfindən verilmiş 13.11.2019-cu il tarixli məktubla bildirilmişdir ki, dəyişikliyin 31.07.2018-ci il tarixində edildiyi nəzərə alınaraq, Fondun tələbinin təmin edilməsi kreditorların maraqlarının pozulmasına gətirib çıxara bilər və müştərilər tərəfindən 31.07.2018-ci il tarixinə kimi edilmiş ödənişlər növbəlilik əsasında digər kreditorlara yönəldilmişdir. Həmçinin “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası”nın yekun müddəasında qeyd olunmuşdur ki, “bu Qaydanın 3.6-cı və 8.4cü bəndləri bu Qayda təsdiq olunduğu günədək lisenziyası ləğv olunmuş, məcburi ləğv və ya iflas prosesində olan kredit təşkilatları ilə münasibətlərə də şamil edilir.” Kollegiya hesab edir ki, sözügedən müddəa Qayda təsdiq olunduğu günədək Əmanətlərin Sığortalanması Fonduna ödənilmiş vəsaitlərin Sahibkarlığın İnkişafı Fonduna qaytarılması üçün hüquqi əsas yaratmır. Qaydaya istinadla yalnız onun qüvvəyə mindiyi tarixdən sonrakı vəsaitlərin Sahibkarlığın İnkişafı Fonduna ödənilməsi tələb oluna bilər. İşin hallarından isə müəyyən olunur ki, bu hal la bağlı tərəflər arasında mübahisə yoxdur, Qayda qüvvəyə mindikdən sonra vəsaitlərin Sahibkarlığın İnkişafı Fonduna ödənilməsi təmin olunur. Bununla yanaşı qeyd olunmalıdır ki, hazırkı iş üzrə müflis elan olunmuş bankın ləğv planı təsdiqlənmiş və iddiaçı həmin ləğv planına əsasən kreditor kimi tanınmışdır. Həmin ləğv planı isə məhkəmə qərarı ilə təsdiqlənmiş və qətidir. İddiaçı həmin ləğv planını özünə aid hissədə mübahisələndirməmişdir. Yuxarıda qeyd olunan normalara əsasən məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti həll olunarkən nəzərə alınmalıdır ki, qeyd olunan pul vəsaitlərinin bank aktivləri olmaması “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31.07.2018-ci il tarixli Fə rmanı ilə təsdiqlənmişdir və qəbul olunduğu tarixdən sonrakı münasibətlərə şamil edilir. Həmin vaxtadək isə Fondun tələb etdiyi məbləğ bank aktivi hesab olunduğundan “Banklar haqqnda” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsində qeyd olunan növbəlilik Fonda münasibətdə də tətbiq edilməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barəd ə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2019-cu il tarixli, 2-1(103)-2307/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-271/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-271/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver