Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-271/2023 12.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi; səyyar vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 21(103)-1315/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 1 oktyabr 2019-cu il tarixli **********190941 nömrəli qərarına əsasən iddiaçının 1 yanvar 2017-ci il tarixdən 1 sentyabr 2019-cu il tarixədək olan dövr üzrə fəaliyyəti ilə bağlı səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama 16 oktyabr 2019-cu il tarixdən başlanmış və 21 oktyabr 2020-ci il tarixdə başa çatdırılmış və 6 noyabr 2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir.
2. Cavabdeh tərəfindən **********142840 nömrəli, 22 dekabr 2020-ci il tarixli qərar qəbul edilərək iddiaçıya 2017-ci il üzrə 33.185,82 manat mənfəət vergisi, 314.766,68 manat ƏDV, 168 manat ödəmə mənbəyində tutulan vergi, 2018-ci il üzrə 66.595,89 manat mənfəət vergisi, 39.633,51 manat ƏDV, 168 manat ödəmə mənbəyində tutulan vergi, 2019-cu il üzrə 285.088,08 manat ƏDV, 0,01 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, ümumilikdə 739.605,99 manat vergi məbləği hesablanmış, qeyd olunan vergi məbləğlərinə Vergi Məcəlləsinin 58.1-ci maddəsi üzrə, eləcə də 5 hesabat dövrü üzrə vergi hesabatlarının vaxtında təqdim edilməməsinə görə həmin Məcəllənin 57.1 -ci maddəsi üzrə müvafiq maliyyə sanksiyaları tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 19 yanvar 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 22 dekabr 2020-ci il tarixli, **********142840 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, - yoxlama zamanı inventarizasiya aparılmamışdır. "xxxx" MMC tərəfindən 26 oktyabr 2020-ci il tarixli ekspert və mütəxəssis rəyləri verilmişdir. Yoxlama zamanı ekspert və mütəxəssis rəyləri əsasında MMC-nin 2017-ci il üzrə ümumi gəliri 2.328.951,78 manat, 2018-ci il üzrə 2.018.537,53 manat müəyyən edi lmiş və xərc sənədlərinin yoxlamaya təqdim edilməməsi əsas götürülərək, Vergi Məcəlləsinin 83.9cu maddəsinə müvafiq olaraq Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərar ilə şərti rentabellik norması tətbiqi əsasında iddiaçıya 2017-ci il üzrə 33.185,82 manat, 2018-ci il üzrə 66.595,89 manat, ümumilikdə isə 99.781,71 mənfəət vergisi hesablanmışdır. Aktın 13 – 14-cü səhifələrində qeyd olunanlara əsasən, mütəxəssis və ekspert rəyi əsasında qurumun 1 yanvar 2017 – 1 sentyabr 2019-cu il tarixlər arasında ƏDV-yə cəlb edilən dövriyyəsinin 6.827.052,16 manat (o cümlədən, 1.034.153,63 manat 0 dərəcə ilə, 6.085.566,39 manat istehsal dövriyyəsi, 197.968 manat “kərə yağı” satışı, 6.962,8 manat “nehrə yağı” satışı, 536.554,9 manat əskik gələn mallar) olduğu müəyyən edilmişdir. Həmin dövr iyyə əsasında iddiaçıya 1.042.721,74 manat ƏDV hesablanmışdır: 536.554,9 manat x 18 % = 96.579,88 manat, 1.034.153,63 x 0 % = 0 manat, 5.256.343,63 x 18 % = 946.141,85 manat, 96.579,88 manat + 946.141,85 manat = 1.042.721,74 manat. Nəticədə, əvəzləşdirilən ƏDV-nin isə 559.670,79 manat olması əsas götürülərək, iddiaçıya tərəfindən ümumilikdə 483.050,9 manat ƏDV-nin azaldılması müəyyən edilmişdir. - Səyyar vergi yoxlaması aktının 22-ci səhifəsində hesablanmış ƏDV-nin məbləği 13 – 14-cü səhifələrdən fərqli olaraq 642.091,55 manat göstərilmişdir. İcarə haqqından ödəmə mənbəyində tutulan verginin 336 manat azaldılması müəyyən edilmişdir. Səyyar vergi yoxlaması aktından göründüyü kimi, cavabdeh vergi orqanı İddiaçı MMC tərəfindən təqdim edilmiş sənədləri əsas götürmədən, yalnız mütəxəssis və e kspert rəyləri əsasında vergilərin hesablanmasını həyata içirmişdir. - Bundan başqa, cavabdeh vergi orqanı 2017 – 2018-ci illər üzrə mənfəət vergisini AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarı əsasında hesablamışdır ki, bu zaman vergi qanunvericiliyində nəzərdə tutulan ardıcıllığı pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin 67.1, 67.2, 67.4, 67.14, 83.9-cu maddələrinin və AR Nazirlər Kabinetinin 55 nömrəli 1 mart 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»nın tələblərindən aydın olur ki, vergi orqanı vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə ödənilməli olan verginin məbləğini həmin Məcəllənin 67.1.1 – 6 7.1.9-cu maddələrində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə, bu mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında, bu da mümkün olmadıqda AR Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablayır. Göründüyü kimi, cavabdeh vergi orqanı vergi qanunvericiliyində nəzərdə tutulan ardıcıllığı gözləmədən, yəni əlaqəli məlumatları və analoji vergi ödəyicisi barədə uçot və hesabat məlumatlarını əldə etmədən ekspert və mütəxəssis rəyləri əsasında birbaşa AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaları tətbiq etmişdir. - Cavabdeh iddiaçıya yanvar 2017 – sentyabr 2019 hesabat dövrü üzrə hesablanmalı ƏDV məbləği barədə yekun və də qiq nəticəyə gələ bilməmişdir ki, bu da yoxlamanın qeyri-obyektiv şəkildə həyata keçirildiyini və iddiaçının barəsində qəbul edilən inzibati aktın qanunsuz olduğunu göstərir. Cavabdeh yoxlama zamanı 536.554,9 manat idxal edilmiş, lakin satış sənədi olmayan mallar aşkar edərək həmin malları ƏDV-yə cəlb edərək 96.326 manat ƏDV hesablamışdır. İstər inzibati orqanın, istərsə də məhkəmə təcrübəsi göstərir ki, vergi orqanları bir sıra hallarda vergilərin hesablamasını sübutlar əsasında deyil, yalnız fərziyyə və ehtimallar əsasında aparır. Vergi orqanı istehsal prosesində istehsal edilmiş malları, yəni xammal qismində idxal edilmiş malları iddiaçı tərəfindən satılmış mallar kimi qəbul edərək ƏDV-yə cəlb etmişdir. Halbuki, cavabdeh vergi orqanında həmin malların satılmasına dair hər hansı sübut mö vcud deyil. - Cavabdeh 22 oktyabr 2019-cu il tarixli və 18 may 2020-ci il tarixli qərarlara əsasən yoxlamaya ekspert və mütəxəssis dəvət etmişdir. Lakin “naməlum” səbəblərdən ilkin 22 oktyabr 2019-cu il tarixli qərara əsasən dəvət edilmiş ekspert və mütəxəssisin rəyləri qəbul edilmədən, 18 may 2020-ci il tarixli qərara əsasən yoxlamaya təkrar ekspert və mütəxəssis dəvət edilmişdir. Vergi Məcəlləsinin 44.10-cu maddəsinə əsasən əlavə ekspertiza ekspertin rəyi kifayət qədər aydın və dolğun olmadığı hallarda təyin edilir və bu ekspertiza həmin və ya başqa ekspertə həvalə edilir. Təkrar ekspertiza ekspertin rəyi əsaslı olmadığı və onun düzgün olmasında şübhələrin olduğu hallarda təyin edilir və başqa ekspertə həvalə edilir. Əlavə və təkrar ekspertiza bu maddə ilə nəzərdə tutulmuş qaydada təyin edilir. Vergi yoxlamasında 22 oktyabr 2019-cu il tarixli qərara əsasən dəvət edilmiş ekspert və mütəxəssis rəyləri barədə hər hansı qeyd aparılmamış və hansı əsaslarla yoxlamaya təkrar ekspertiza dəvət edilməsi qeyri-müəyyən olaraq qalır. Əslində isə, təkrar ekspertizanın təyin edilməsi ilkin ekspert rəyinin iddiaçının xeyrinə olduğundan, vergi orqanını qane etməməsi olmuşdur. Cavabdehin məqsədi MMC-də obyektiv səyyar vergi yoxlaması aparmaq yox, məhz bütün vasitələrlə ona əlavə vergilər hesablamaq olmuşdur ki, bu da səyyar vergi yoxlamasının və onun nəticəsinin obyektivliyini şübhə altına alır.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, - yoxlama yoxlanılan dövrün sonunadək "xxxx" MMC-nin rəhbərinin iştirakı ilə aparılmışdır. Yoxlanılan d övr ərzində vergi ödəyicisi faktiki olaraq süd məhsulları və dondurma istehsalı fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması təqdim olunmuş qismən sənədlər kalkulyasiya sənədləri, debitor və kreditorları barədə məlumat, mal qalığı ilə bağlı təsdiq edən sənədlər, mütəxəssis və ekspert rəyi və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılmışdır. Yoxlama zamanı 3 oktyabr 2019-cu il tarixli, **********191044 saylı Tələbnamə çıxarılmışdır. Vergi ödəyicisi tərəfindən sənədlər tam təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən sənədlərin təqdim olunmasından imtina barədə 23 oktyabr 2019-cu il tarixdə akt tərtib edilmişdir. 23 oktyabr 2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərara əsasən sənədlərin bir qi sminin, yəni kalkulyasiya sənədləri, debitor və kreditorları barədə məlumat, mal qalığı ilə bağlı təsdiq edən sənədlərin götürülməsi həyata keçirilmişdir. Qeyd olunanlarla bağlı 23 oktyabr 2019-cu il tarixli **********192026 nömrəli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokol və sənədlərin qismən təqdim olunması barədə akt tərtib olunmuşdur. Baş İdarənin 18 oktyabr 2019-cu il tarixli **********191769 nömrəli qərarı ilə 18 oktyabr 2019-cu il tarixdə vergi ödəyicisinin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən süd məhsulları və dondurma istehsalı fəaliyyəti həyata keçirilən əraziyə, binalara, qurğulara baxış keçirilmiş və 18 oktyabr 2019-cü il tarixli protokol tərtib edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi 6 noyabr 2020-ci il tarixli **********193592 nömrəl i səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin 36.2, 23.1.14, 45-ci maddələrinə əsaslanaraq, eyni zamanda yoxlamaya ilkin sənədlər təqdim edilmədiyinə görə vergi ödəyicisinin ünvan 1 ünvanında yerləşən süd məhsulları və dondurma istehsalı fəaliyyəti həyata keçirilən obyektində istehsal olunmuş məhsulların aylar üzrə istehsal həcminin və istehsala sərf olunmuş xammal-material xərclərinin müəyyən edilməsi məqsədi ilə 18 may 2020-ci il tarixli **********199921 nömrəli qərar çıxarılaraq yoxlamaya "xxxx" MMC-nin mütəxəssisi cəlb edilmişdir. - Qərarda qoyulan suallar üzrə mütəxəssis tərəfindən 26 oktyabr 2020-ci il tarixli rəy təqdim edilmişdir. Mütəxəssis gəldiyi nəticəyə görə yoxlanılan dövrdə süd məhsullarından ayran 520 kq, kəsmik 8.123.5 kq, pendir 14.550.9 kq, qa tıq 21.970.3 kq, qaymaq 4,471 kq, sırok 33.3 kq, şor 155 kq, xama 26,8 kq və dondurma istehsalı 1.110.9 kq olduğu aşkar edilmişdir. Mütəxəssis qarşısında qoyulmuş istehsala sərf olunmuş xammal material xərclərinin müəyyən edilməsi sualını cavablandırmaq mütəxəssis tərəfindən mümkün olmamışdır. Buna səbəb müəssisənin istehsal olunmuş dondurma və süd məhsullarının çeşidləri üzrə reseptura və kalkulyasiyaların tam şəkildə təqdim olunmaması bildirilmişdir. AR Vergi Məcəlləsinin 36.2, 14.6.3, 44cü maddələrinə əsaslanaraq, eyni zamanda yoxlamaya ilkin sənədlər təqdim edilmədiyinə görə vergi ödəyicisinin yoxlanılan istehsal etdiyi dondurma və digər süd məhsullarının (o cümlədən pendir, şor, kəsmik və s.) real bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə Baş İdarə tərəfindən 18 may 2020-ci il ta rixli **********199922 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərar çıxarılmış, yoxlamaya "xxxx" MMC-nin eksperti cəlb edilmişdir. Keçirilmiş ekspertiza nəticələrinə görə yoxlamaya 26 oktyabr 2020-ci il tarixli ekspert rəyi təqdim edilmişdir. Rəyə əsasən yoxlanılan dövrdə istehsal edilmiş bütün göstərilənlər nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində ünvan 1 ünvanında yerləşən iddiaçı tərəfindən istehsal olunmuş dondurma və digər süd məhsullarının real bazar qiymətlərinin müəyyən edilməsi işi üzrə göstəricilər dondurma üzrə 4,825.394,39 manat (ƏDV-siz), digər süd məhsulları üzrə 1.260.171,72 manat (ƏDV-siz) təşkil etmişdir. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə bəyannamələrinin düzgünlüyü yoxlanılmış və müəyyən edilmişdir ki, müəssisəni n 2 aprel 2015-ci il tarixli **********7 nömrəli ƏDV ödəyicisinin qeydiyyat bildirişi 2 aprel 2015-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlanılan dövr üzrə müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində vergiyə cəlb edilən əməliyyatlar üzrə ümumi dövriyyə 3.238.910,86 manat, (o cümlədən, 1.034.153.63 manat 0% - dövriyyə) ondan hesablanmış ƏDV 396.856,30 manat, əvəzləşdirilən 555.896,91 manat, büdcəyə ödənilməli ƏDV (-159.040,61) manat göstərilmişdir. Yoxlama ilə yoxlanılan dövr üzrə ƏDV aşağıdakı kimi hesablanmışdır: Yoxlama gedişində müəssisə tərəfindən yoxlamaya məhsulların istehsalı və satışı ilə bağlı sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya müəssisənin yoxlanılan dövrdə real istehsal həcmini müəyyən edilməsi məqsədi ilə cəlb edilmiş mütəxəssis tərəfin dən müəyyən edilmiş istehsal həcminin müəssisənin ilkin sənədlərində əks etdirilmiş istehsal olunmuş və təqdim edilmiş məhsul həcmindən iki dəfədən artıq olduğu müəyyən edilmişdir. Bu səbəbdən yoxlama ilə vergilərin, o cümlədən ƏDV-nin hesablanması məqsədi ilə vergi tutulan əməliyyatlarının dəyəri müəssisə təqdim etdiyi satış sənədlərində əks etdirilmiş göstəricilərinin nəzərə alınmaqla yoxlamaya cəlb edilmiş mütəxəssis tərəfindən hazırlanmış rəyin məlumatlarına əsasən hesablanmışdır. Yoxlama zamanı 1 yanvar 2017 – 1 sentyabr 2019-cu il dövr üzrə ƏDV-yə cəlb edilən ümumi dövriyyənin 6.827.052,16 manat (ƏDV-siz) (o cümlədən 1.034.153.63 manat "0" - dərəcə ilə) müəyyən edilmişdir. Həmin dövriyyədə mütəxəssis və ekspert tərəfindən verilən yoxlanılan dövrdə 6.085.566,39 manat istehsal dövriyyə si, 197.968 manat kərə yağı satışı, 6.962,8 manat nehrə yağı satışı və 536.554.9 manat müəssisə tərəfindən idxal edilmiş yəni alış sənədləri olan, lakin satış sənədləri müəyyən edilməyən malların dəyəri təşkil etmişdir. Yoxlama ilə həmin məbləğdən 5.792.898,53 manata 18% dərəcə ilə 1.042.721,74 manat ƏDV hesablanmışdır (o cümlədən, Vergi Məcəlləsinin 67.15 və 159.1-ci maddəsinə əsasən 536.554,9 manat müəssisə tərəfindən idxal edilmiş, yəni alış sənədləri olan, lakin satış sənədləri müəyyən edilməyən malların dəyəri üzrə 96.326 manat ƏDV hesablanmışdır). Yoxlama ilə əvəzləşdirilən ƏDV – 559.670,79 manat məbləğində müəyyən edilmiş və nəticədə büdcəyə ödənilməli ƏDV 483.050,9 manat məbləğində hesablanmışdır. - Yoxlama ilə müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində (kameral hesabl amalar nəzərə alınmaqla) ümumilikdə büdcəyə ödənilməli ƏDV-nin 642.091,55 manat azaldılması müəyyən edilmişdir. "xxxx" MMC-nin ekspert rəyinin “Aparılmış Hesablamalar” hissəsinin 7.2-ci bəndində göstərilmiş “Süd məhsulları çeşidləri” cədvəlinin 2019-cu il üzrə aparılmış hesablamalarında ekspert tərəfindən mexaniki səhvə yol verilmiş, müəssisənin hesablanmalı 672.174,92 manat satış dövriyyəsi olduğu halda 686.637,59 manat göstərilmişdir. Göndərilən 16 dekabr 2020ci il tarixli **********940800 saylı məktubda texniki səhvin aradan qaldırıldığı bildirilmişdir. Nəticədə 2019-cu il üzrə yoxlama ilə əlavə hesablanmış əlavə dəyər vergisindən (yaranmış 14.462,67 manat ƏDV-siz dövriyyə fərqindən) 2.603.28 manat ƏDV “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməs i haqqında” qərar çıxarılarkən azaldılmışdır. Müəssisə tərəfindən 2017-ci il üzrə mənfəət vergisinin bəyannaməsi təqdim edilmişdir. Müəssisə mənfəət vergisi üzrə gəlir və xərclərini hesablama metodu uçotu ilə aparmışdır. Müəssisə tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyanaməsində müəssisənin ümumi gəlirləri 629.122,47 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 579.546,96 manat vergiyə cəlb olunan mənfəət 49.575.51 manat göstərilməklə mənfəət vergisi 9.915,10 manat göstərilmişdir. Lakin yoxlama müəssisə tərəfindən gəlirlə bağlı xərclərin uçotunun düzgün aparılmadığı və yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərc sənədlərin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Müəssisə 2017-ci il mənfəət vergisi üzrə gəlir və xərclərini hesablama metodu uçotu ilə a parmışdır. Yoxlama zamanı 1 yanvar 2017-ci il tarixdən 1 sentyabr 2019-cu il tarixədək olan dövrdə müəssisə tərəfindən dondurma, pendir, kəsmik, şor və s. məhsulların real həcmini və real bazar qiymətlərini müəyyənləşdirilməsi məqsədi ilə yoxlamaya mütəxəssis və ekspert cəlb edilmiş, mütəxəssis və ekspert rəyləri alınmışdır. Müəssisə tərəfindən yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri təqdim edilmədiyindən, yoxlama ilə 2017-ci il və 2018-ci il üzrə gəlirin (mənfəətin) birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq mənfəət vergisi AR Vergi Məcəlləsinin 67.14-cü maddəsində nəzərdə tutulmuş qaydada hesablanmışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllərilri 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olmadıqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9- cu maddəsinə əsasən hesablanır.
6. Bakı İnzibati Məhkəməsinin 5 noyabr 2021-ci il tarixli, 2-1(112)-3725/2021 nömrəli qərarı (hakim: X4) ilə iddia qismən təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********142840 nömrəli, 22 dekabr 2020-ci il tarixli qərarı “ƏDV və mənfəət vergisinin hesablanması, həmin vergi məbləğləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi” hissəsində ləğv edilmiş, iddia digər hissədə təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, - cavabdeh inzibati orqanın iddiaçının fəaliyyəti üzrə səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddət kriteriyalarına formal riayət edilməklə aparılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, səyyar vergi yoxlaması 12 ay davam etmiş və bu müddət ərzində 2 dəfə “müddətin uzadılması barədə” və 9 dəfə “yoxlamanın dayandırılması barədə” qərarlar qəbul olunsa da, sözügedən qərarların qəbulunun zəruriliyi həmin qərarlarda, eləcə də yoxlama aktında və akt əsasında qəbul edilmiş 22 dekabr 2020-ci il tarixli qərarda heç bir tutarlı xüsusatla əsaslandırılmamışdır. Vergi orqanının 22 oktyabr 2019-cu il tarixli qərarlarla təyin etdiyi ilkin ekspertiza və mütəxəssis rəyinin verilməsi “Azərekspertiza” Birliyinə həvalə olunsa da, adıçəkilən qurumun rəyləri nə yoxlama aktında və yoxlamanın nəticəsi üzrə qərarda əks olunmuş, nə də məhkəmə icraatında təqdim olunmuşdur. Hansı ki, yoxlamanın müddəti bir neçə halda həmin qərarlara istinadən dayandırılmışdır. - Məhkəmə icraatında alınmış 17 sentyabr 2021-ci il tarixli 9/5469 saylı ekspertiza rəyi ilə razılaşmamaq üzrə hər hansı əsas müəyyən edilmir, rəy qoyulan məsələlər üzrə tam əhatəli və əsaslandırılmış qiymətləndirilir. Həmin rəydə cavabdeh tərəfindən iddiaçıya 2017 – 2018-ci il üzrə 336 manat icarə haqqından ödəmə mənbəyində tutulan verginin və 0,01 manat ödəmə mənbəyində tutulan verginin əsaslı olaraq hesablandığı əks olunmuşdur. - Vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi kimi hazırkı iddiaçının sahibkarlıq fəaliyyətində vergilərin bir hissəsi, yəni 2017-ci ilin aprel, iyun, iyul və oktyabr ayları üzrə (yanvar, fevral, mart, may, avqust, sentyabr və noyabr ayları üzrə hesablama aparılmamışdır) ƏDV məbləğləri AR Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilmiş 3 illik müddət kriteriyasına riayət olunmadan hesablanmışdır. - Cavabdehin **********142840 nömrəli 22 dekabr 2020-ci il tarixli qərarı qismən, yəni “ƏDV və mənfəət vergisinin hesablanması, həmin vergi məbləğləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi” hissəsində qanuna ziddir
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1315/2022 nömrəli qər arı (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X2 və X7) ilə Bakı İnzibati Məhkəməsinin 5 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, zərurət olduqda səyyar vergi yoxlaması gedişatında ekspert və mütəxəssis rəyinin alınması Vergi Məcəlləsinin tələbidir. iş materiallarında olan "xxxx" qiymətləndirmə və konsaltinq şirkəti qarşısında v ergi orqanı tərəfindən istehsal olunmuş məhsulların aylar ürə istehsal həcminin və istehsala sərf olunmuş xammal-material xərclərinin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Göründüyü kimi qoyulmuş sual bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb etdiyindən məhz mütəxəssis rəyinin alınmasına zərurət yaranmış və bu əsaslar qanunvericilkdə öz əksini tapmışdır.
14. Məhkəmə işin hallarını araşdırmamış, məhkəməyə təqdim edilməsinə baxmayaraq hazırki iş üzrə xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı və xx.xx.2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarda öz əksini tapan məlumatları ətraflı araşdırmamışdır. Vergi orqanı tərəfindən 3 illik müddət ötür ülməklə vergilərin hesablanması barədə iddiaçının dəlilinə münasibətdə qeyd edirik ki, müvafiq olaraq edilmiş dəyişiklər nəticəsində yeni redaksiyada verilmiş Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.
15. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd Öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Məhkəmə tərəfindən qeyd olunan maddi hüquq norması tətbiq edilməli olduğu halda tətbiq edilməmiş, əvəzində formal və prosedur xarakterli işin mahiyyətinə təsir etməyən dəlillər irəli sürülməklə iddia təmin edilmişdir.
16. Məhkəmənin mötəbər sübut hesab etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/5469 saylı ekspert rəyində qarşısına qoyulan sualları cavablandıra bilməmiş, sadəcə iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrin vergi ödəyicisinin mühasibat sənədləri ilə uyğunluğunun müəyyən edilməsi sualını cavablandıra bilmişdir. Qeyd olunan sualın cavablandırılması isə müba hisəni mahiyyəti üzrə həll etməyə imkan vermir. Belə ki, İddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrdə qeyd edilmiş məlumatlar vergi orqanı tərəfindən səyyar və ya kameral qaydada yoxlanılmalı məlumatlardır. Məhz həmin məlumatların əsas götürülərək hesablamanın əsassız hesab edilməsi vergi nəzarəti üzrə Vergi Məcəlləsinin tələblərinə ziddir. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Vergi Məcəlləsi Maddə
3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edil məyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.... Maddə
15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır:... 15.1.8. vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək; 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;... Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səy yar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. [252] Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan mü ddətə uzadıla bilər: § nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; § səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda.... 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; [269] 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda məhkəmənin qərarı qanuni qüvvəy ə minənədək. Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat döv rləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəs mi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (-). 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin m əbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. (-). 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə
83. Vergi orqanları tərəfindən vergilərin hesablanması... Maddə 83.9. Vergi ödəyicisinin əldə etdiy i mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahis ələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının lə ğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş fak tiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, müəssisənin dövriyyəsi və həmin dövriyyə üzrə xərc sənədlərinin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəəti müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. Cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz.
27. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Cavabdehin əldə etdiyi mənfəəti birbaşa müəyyən etməyin mümkün olmadığına istinadən şərti rentabellik tətbiq olunmaqla cəmiyyətə mənfəət (gəlir) vergisinin hesablanması, nəticə etibarı ilə qeyd olunan qaydada iddiaçıya əlavə verginin hesablanması yuxarıda istinad olunan normaların ciddi şəkildə pozulması ilə müş ayiət olunmuşdur. Qeyd olunan pozuntular cavabdehin qərarının ləğv olunması və iddianın qismən təmin edilməsi üçün yetərli əsas hesab edilməlidir.
28. Bundan əlavə, səyyar vergi yoxlaması zamanı "xxxx" MMC qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən verilmiş rəy kifayət qədər əsaslı tərtib edilmədiyi halda, cavabdeh qeyd edilən rəyə istinad etməklə iddiaçı barəsində əlavə vergi hesablamışdır ki, bu da öz növbəsində iddiaçı barəsində əlavə vergi borcunun hesablanmasının əsassız olduğu qənaətinə gəlmək üçün məhkəməyə əsas vermişdir. Belə ki, cavabdeh mütəxəssis dəvət edərkən malların satış qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, malların inventarizasiyasını keçirməmiş və hər hansı araşdırma aparmamışdır. Halbuki, Vergi Məcəlləsinin 14-cü maddəsinin tələb ləri birbaşa mütəxəssisin dəvət olunmasını nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli qərarında qeyd edilir ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin edilməklə müəyyən olunmalıdır. Vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən mütəxəssis dəvət olunanadək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə istehsal ol unmuş məhsulun satış qiymətinin bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir.
29. Nəticə etibarı ilə, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun cavabdeh tərəfindən sübuta yetirilməsi iddiaçının yuxarıda göstərilən hüquqlarının pozulmasına səbəb olmuşdur. Lakin inzibati orqan yuxarıda qeyd edilənlərə əməl etmədən, lazımı araşdırma aparmadan iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir.
30. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanun i və əsaslı olmuşdur.
31. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1315/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.