Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-271/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı əsasında verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1978-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi nə qarşı (üçüncü şəxs Yevlax rayon Xaldan Bələdiyyəsi) “bələdiyyənin qərarına əsasən alqı-satqı yolu ilə satılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-385/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Yevlax rayon Xaldan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 07 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 0,10 ha torpaq sahəsinin fərdi ev tikmək məqsədi ilə iddiaçıya satılması qərara alınmışdır.
2. İddiaçı tərəfindən 650.000 manat məbləğində torpağın dəyəri Yevlax rayon Xaldan Bələdiyy əsinin hesabına ödənilmiş və bu barədə xx.xx.2004-cü il tarixli ödəniş qəbzi tərtib edilmişdir.
3. İddiaçı və üçüncü şəxs arasında “Torpaqların alqı-satqısına dair akt” imzalanmış və həmin sənəd Yevlax Rayon Torpaq Şöbəsində xx.xx.2004-cü il tarixdə 186 nömrə ilə qeydiyyata alınmışdır.
4. Üçüncü şəxs tərəfindən iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinin yerquruluşu planı hazırlanaraq Bələdiyyə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən imza və möhürlə təsdiq edilmişdir.
5. Üçüncü şəxsin xx.xx.2021-ci il tarixli, 32 nömrəli məktubu ilə sözügedən torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınaraq çıxarış verilməsinə etiraz edilməmişdir.
6. İddiaçı qeyd edilən torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lak in cavabdeh xx.xx.2022-ci il tarixli, **********70 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmişdir.
7. İmtina onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ayrılmasına dair Yevlax rayon Xaldan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 07 nömrəli qərarı və həmin qərar əsasında bələdiyyə ilə iddiaçı arasında bağlanmış 186 qeydiyyat nömrəsi ilə ləğv edilmiş DTXK-nın Yevlax rayon Şöbəsində xx.xx.2004-cü il tarixində qeydə alınmış “torpaq sahəsinin alqısatqısına dair akt”ın olması barədə məlumat X1 filialında mühafizə olunan arxiv materiallarında aşkarlanmamışdır. Həmçinin iddiaçının mülkiyyətinə verilmiş olan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” ərizəyə əlavə edilmədiyinə görə yerquruluşu planına əsasən sözügedən ərazinin sərhədini, yerləşmə vəziyyətini və döngə nöqtə lərinin koordinatlarını müəyyən etmək qeyri-mümkündür. Buna görə də, 0,10 ha torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Yevlax rayon Xaldan Bələdiyyəsinin 07 nömrəli qərarına əsasən alqı-satqı yolu ilə aldığı Yevlax rayonu, Yuxarı Salamabad kəndində yerləşən 861 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:
9. İddia tələbi onunla əsaslandırılmı şdır ki, iddiaçı Yevlax rayonu Xaldan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 07 nömrəli qərarı ilə Yevlax rayonu, Yuxarı Salamabad kəndində yerləşən 0,10 ha torpaq sahəsini almışdır. Torpaq sahəsi onun istifadəsində olmaqla bu günədək bütün ödənişləri vaxtında etmişdir. Cavabdehin imtinası əsassız olmuşdur. Cavabdehin etirazları:
10. Cavabdeh tərəfindən iddia tələbinə dair verilən yazılı etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.
11. Birinci instansiya məhkəməsinin qərardadının icrası ilə bağlı cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-969/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, elektron məlumat bazasında mövcud olan Yevlax rayon Xaldan bələdiyyəsinin TEKUİS məlumatlarına əsasən iddiaçının naturada göstərdiyi 0.0861 ha torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi Yevlax rayon Xaldan bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi idarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi torpaq sahəsi digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. Yevlax rayon Xaldan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 7 nömrəli qərarı ilə iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinə aid sxem (ilkin torpaqayırma sənədləri), torpaq sahəsinin koordinatları və dəqiq ölçüləri təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından, sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin eyni olub-olmamasını müəyyən etmək olmamışdır. Birinci instansiya məhkəməsini n gəldiyi nəticə:
12. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-919/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Yevlax rayon Xaldan Bələdiyyəsinin 07 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən 861 kv.m həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Yevlax rayon Xaldan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 07 nömrəli tarixli qərarı ilə iddiaçının mülkiyyətinə fərdi yaşayış evi tikintisi üçün ayrılan 861 kv.m torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İdd iaçı tərəfindən torpağın dəyəri xx.xx.2004-cü il tarixli ödəniş qəbzinə Yevlax rayon Xaldan Bələdiyyəsinin hesabına ödənilmişdir.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-385/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-919/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinə dair bələdiyyə ilə bağlanmış alqı-satqı ak tının (müqavilənin) arxiv materiallarında aşkar edilməməsi iddiaçının təqsiri üzündən baş verməmiş və bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılmasına qərar verilmişdir ki, həmin qərar iddiaçının hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır.
17. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 4 oktyabr 2016-cı il tarixli və “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Res publikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarlarında göstərilən hüquqi mövqeyə də istinad etmişdir.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərir ki, iddiaçıya 0,10 ha torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi olmadan satılmış, bununla da, torpağın ayrılması qaydaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 22. “İnzibati icraat haqqında” Qanun: Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətd ə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Şikayət aşağıdakı səbəblərə gö rə təmin oluna bilməz.
27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, Yevlax rayon Xaldan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 07 nömrəli qərarı ilə Yevlax rayon Xaldan Bələdiyyəsinin torpaqlarına aid olan Yevlax rayonunun Yuxarı Salamabad kəndində yerləşən 0.0861 ha torpaq sahəsinə dair hüquqla bağlı hər hansı bir mübahisələndirilən hal aşkar olunmamışdır. 29. “X.Mustafayevanın şikayəti üzrə Azərbay can Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inziba ti hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”.
30. Yevlax rayon Xaldan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 07 nömrəli qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində göstərilən sənədlərə aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci və 15-ci maddələrinin tələblərinə cavab verm ədiyindən əsassız hesab edilir. 31. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbindən də göründüyü kimi, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
32. Yevlax rayon Xaldan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 07 nömrəli qərarı geri çağırılmamış, ləğv edilməmiş, hər hansı səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir, hazırkı halda da hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
33. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normaların məzmunundan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
34. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəld iyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-385/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.