Məhkəmə qərarları › İş №2-1(102)-2710/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2710/2019

09.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2710/2019 09.10.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: üçüncü şəxs) iş üzrə (Açar söz: çıxarışın və texniki pasportun verilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Üçüncü şəxs üçüncü şəxs nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: üçüncü şəxs) “mülkiyyət hüququna dair çıxarışın və texniki pasp ortun verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1428/19 saylı 27 iyun 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 09.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçının atası X10 21.10.2008-ci ildə notariat qaydasında təsdiq edilmiş ilkin müqaviləyə əsasən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətindən Ünvan1, üçüncü şəxsin həyətində yerləşən, həmin cəmiyyətin balansında olan 35,1 kv metr sahəsi olan mağazanı 6200 manat məbləğini ödəməklə satın almışdır. X10 2010-cu ilə vəfat etmiş və B.Ə.S. oğlunun vərəsəsi kimi B.İ.Ə. oğlu, M.İ.Ə. qızı, Ə.G.Ə.qızı, A.E.Ə. oğlu müəyyən edilmişdir, M.İ.Ə.qızı, X19 at aları X7 Ünvan1, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin balansında olan üçüncü şəxsin həyətində yerləşən 35,1 kv metr qeyri-yaşayış sahəsindən çatan paydan imtina etmişlər, X14 isə 17.08.2015-ci ildə vəfat etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ünvan2 ünvanında yerləşən 35,1 kv metr qeyri-yaşayış binasına (mağaza) mülkiyyət hüququna dair texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi vəsatət verərək, üçüncü şəxsi təmsil edən səlahiyyətli şəxsin, Bakı şəhər İcra Hakimiyyətinin, Binəqədi rayon İcra Hakimiyyətini n, AR ƏMDK-nin, AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, AR ƏMDK yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin, X7 üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmiş və məhkəmənin 06.03.2019-cu il tarixli qərardadı ilə üçüncü şəxs üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanında yerləşən 35,1 kv metr qeyri-yaşayış sahəsinin iddiaçının adına dövlət qeydiyyatına alınması, eyni zamanda həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququna dair texniki pasportun və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 28.03.2019cu il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsasland ırılmışdır ki, iddiaçı ünvan 2 ünvanda yerləşən, üçüncü şəxsin balansında olmuş 35,1 kv.m. sahəsi olan yardımçı binanın alqı-satqısı 21.11.2008ci il tarixdə Bakı şəhəri 9 nömrəli Dövlət Notariat kontoru tərəfindən təsdiq edilmişdir. Qeyd olunan qeyri-yaşayış binasının qeydiyyata alınması və binanın altında yerləşən torpaq sahəsinə qeydiyyat vəsiqəsinin verilməsi barədə cavabdehə müraciət olunmuş, lakin həmin müraciət təmin edilməmişdir. Bunun nəticəsində iddiaçının mülkiyyət hüquqları pozulduğundan, pozulmuş hüquqların bərpası ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2-1(81)266/2019 saylı qərarı ilə iddiaçı ünvan 3 ünvanında yerləşən 35,1 kv metr qeyri-yaşayış sahəsinin və onun altında yer ləşən torpaq sahəsinin mülkiyyət hüququ ilə iddiaçının adına dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışların verilməsi, torpaq sahəsinə texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində alınmasını tələb etdiyi əmlak iddiaçının mərhum atası tərəfindən notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında əldə edilmişdir, lakin həmin əmlak üzərində onun mülkiyyət hüququ qeydə alınana qədər vəfat etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüqu qu təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi qanunvericilikdə müqavilə əsasında əmlak hüququ əldə etmiş şəxsin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda onun vərəsəsinə yalnız hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın qeydiyyat orqanı tərəfindən verilməsi nəzərdə tutulmuşdur, başqa halda vərəsənin əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilərək çıxarış verilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə, iddiaçının mərhum atası yalnız mağazanın satın alınması bar ədə müqavilə bağlamışdır, mağazanın altındakı torpaq sahəsi ilə bağlı heç bir hüquq nə iddiaçı, nə də onun mərhum atası tərəfindən əldə edilməmişdir. Cavabdehin etirazında göstərilənlərə əsasən qeyd edilən torpaq sahəsi dövlət əmlakıdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarını təsdiq edə bilən heç bir hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2-1(81)266/2019 saylı qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1428/19 saylı 27 iyun 2019-cu il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2-1(81)266/2019 saylı qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, qanunvericilikdə müqavilə əsasında əmlak hüququ əldə etmiş şəxsin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda onun vərəsəsinə yalnız hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın qeydiyyat orqanı tərəfindən verilməsi nəzərdə tutulmuşdur, başqa sözlə vərəsənin əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilərək çıxarış verilməsi nəzərdə tutulmamışdır. Əmlak hüququ əldə etmiş şəxsin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda onun vərəsəsinə yalnız hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın qeydiyyat orqanı tərəfindən verilir, hüquqların dövlət qeydiyyat haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına r əsmiləşdirilir. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçı belə bir tələblə inzibati orqana müraciət etməyib, hazırki iş üzrə iddiaçının belə bir iddia tələbi sürmək səlahiyyəti yoxdur və birinci instansiya məhkəməsi iddianı rədd edərək haqlı olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1428/19 saylı 27 iyun 2019-cu il tarixli qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhərinin notariusu X3 cavabdehə ünvanlanmış 1883 nömrəli, 06.09.2018-ci il tarixli məktubuna əsasən 25.04.2010-cu ildə vəfat etmiş X7 vərəsəlik işi ilə əlaqədar vərəsəsi İddiaçı notariat kontoruna müraciət etmişdir.Bununla əlaqədar müəyyən edilmişdir ki, Ünvan1 üçüncü şəxsin həyətində yerləşən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin balansında olan 35,1 kv metr sahədən ibarət mağaza X7 adınadır. Vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar X7 adma olan Ünvan1 üçüncü şəxsin həyətində yerləşən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin balansında olan 35,1 kv metr sahədən ibarət mağazaya dair çıxarışın vərəsəsi İddiaçı verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurasının İİ nömrəli, 12.03.2018-ci il tarixli vəkalətnaməsinə əsasən həmin Cəmiyyətin üçüncü şəxsin direktoru X12 Dövlət Notariat Kontorunda qeyd edilən cəmiyyətin nümayəndəsi kimi iştirak etmək səlahiyyəti verilmişdir. 21.10.2008-ci ildə notariat qaydasında təsdiq edilmi ş ilkin müqaviləyə əsasən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti 27.02.2008-ci il tarixli, 02 nömrəli protokola əsasən Ünvan1, üçüncü şəxsin həyətində yerləşən, həmin cəmiyyətin balansında olan 35,1 kv metr sahəsi olan mağazanı X7 adma sənədləşdirməyi, sonuncu isə 6200 manat məbləğini cəmiyyətə ödəməyi öhdəsinə görtürmüşdür. 12.03.2008-ci il tarixli akta əsasən Ünvan, İ- də yerləşən üçüncü şəxs balansında olan mağazanın balans dəyəri 6200 manat olması təsdiq edilmişdir, alqı-satqı müqabilində razılaşdırılmış 6200 manat məbləğinin üçüncü şəxsin hesabına köçürülməsi qərara alınmışdır. 223120 nömrəli, 14.03.2008-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən 6200 manat məbləği X10 tərəfindən üçüncü şəxsin ödənilmişdir. Bakı şəhəri 9 saylı Notariat X1 12.01,2019-cu il tarix li məktubuna əsasən 25.04.2010-cu ildə vəfat etmiş X7 vərəsəsi İddiaçı, X13. X14, X16r. X8, X15 notariat qaydasında təsdiq edilmiş ərizələrinə əsasən onlar ataları X7 ünvan1 Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin balansında olan üçüncü şəxsin həyətində yerləşən 35,1 kv metr qeyri-yaşayış sahəsindən çatan paydan imtina etmişlər və İddiaçı adına sənədləşməsinə etiraz etmədiklərini bildirmişlər. “Ölüm haqqında şəhadətnamə”yə əsasən X14 17.08.2015-ci ildə vəfat etmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki. İddiaçı atası X10 21.10.2008-ci ildə notariat qaydasında təsdiq edilmiş ilkin müqaviləyə əsasən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətindən Ünvan1 üçüncü şəxs həyətində yerləşən, həmin cəmiyyətin balansında olan 35,1 kv metr sahəsi olan mağazan ı 6200 manat məbləğini ödəməklə satın almışdır, X10 2010-cu ilə vəfat etmiş və X7 vərəsəsi kimi B.Ə., X13, X14, X20 müəyyən edilmişdir. X13, X19 ataları X7 Ünvan1. Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin balansında olan üçüncü şəxsin həyətində yerləşən 35,1 kv metr qeyri-yaşayış sahəsindən çatan paydan imtina etmişlər. X14 isə 17.08.2015-ci ildə vəfat etmişdir. Hazırda iddiaçı atası X10 tərəfindən satın alınmış əmlak (Ünvan1 üçüncü şəxsin həyətində yerləşən, 35,1 kv metr sahəsi olan mağaza) üzərində mülkiyyət hüququnun qeydə alınması,daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddia tələbi tamamilə qanuni və əsaslıdır, məhkəmə əsassız olaraq iddia tələbini mümkün hesab etməmişdir. X6 Mə cəllənin 90.1, 92.0.6, 96.5, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1428/19 saylı 27 iyun 2019-cu il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs nümayəndəsi X9 vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1428/19 saylı 27 iyun 2019-cu il tarix li qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı atası X10 21.10.2008-ci ildə notariat qaydasında təsdiq edilmiş ilkin müqaviləyə əsasən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətindən Ünvan1 üçüncü şəxs həyətində yerləşən, həmin cəmiyyətin balansında olan 35,1 kv metr sahəsi olan mağazanı 6200 manat məbləğini ödəməklə satın almışdır, X10 2010-cu ilə vəfat etmiş və B.Ə.S oğlunun vərəsəsi kimi B.İ.Ə., M.İ.Ə. qızı, Ə.G.Ə. qızı, A.E.Ə. oğlu müəyyən edilmişdir, M.İ.Ə. qızı, X19 ataları X7 Ünvan1 Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin balansında olan üçüncü şəxsin həyətində yerləşən 35,1 kv metr qeyriyaşayış sahəsindən çatan paydan imtina etmişlər, X14 isə 17.08.2015-ci ildə vəfat etmişdir. Hazırda iddiaçı atası X10 tərəfindən satın alınmış ünvan 1 ünvanında yerləşən 35,1 kv metr qeyri-yaşayış sahəsinin iddiaçının adına dövlət qeydiyyatına alınması, eyni zamanda həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququna dair texniki pasportun və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 28.03.2019-cu il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Göründüyü kimi iddiaçının üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində alınmasını tələb etdiyi əmlak iddiaçının mərhum atası tərəfindən notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında əldə edilmişdir, lakin həmin əmlak üzərində onun mülkiyyət hüququ qeydə alınana qədər vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”. Göründüyü kimi qanunvericil ikdə müqavilə əsasında əmlak hüququ əldə etmiş şəxsin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda onun vərəsəsinə yalnız hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın qeydiyyat orqanı tərəfindən verilməsi nəzərdə tutulmuşdur, başqa sözlə vərəsənin əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilərək çıxarış verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi qərarında düzgün olaraq qeyd etmişdir ki, əmlak hüququ əldə etmiş şəxsin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda onun vərəsəsinə yalnız hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış qeydiyyat orqanı tərəfindən verilir, hüquqların dövlət qeydiyyat haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlə ri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Lakin hazırkı iş üzrə iddiaçının müvafiq arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutul mamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respubl ikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1428/19 saylı 27 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar