Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2711/2018 12.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı X2 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə (üçüncü şəxslər X13, X9, X6 iştirakı ilə) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2711/18) Bakı şəhəri 12 dekabr 2018-ci il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçılar Dilbər Məhsumovanın, Hüseynbala Məhsumovun və vəkilləri Bağban Şirinovun, üçüncü şəxs Samir Atayevin və vəkili Vəkil iştirakı ilə, İddiaçı X2 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyəti M ənzil Kommunal Təsərrüfatı Departamentinə (üçüncü şəxslər X13, X12, X7 iştirakı ilə) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 04 sentyabr 2018-ci il tarixli 2-1(103)-1651/2018 saylı qərarından üçüncü şəxs X10 tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 12 dekabr 2018-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, iddiaçılar həmişə Binəqədi rayonu, Ş.Rəhimov (keçmiş “11-ci Perevalnaya”) küçəsi 54 saylı evin 16-cı mənzildə ata-anasının yanında yaşamış, bu gün də yaşayırlar. Onlar 2011-ci ildə vəfat etmiş bacısı X8 tərəfindən həmin mənzili öz adına özəlləşdirilməsindən məlumatları olmamış, yalnız onlara qarşı məhkəmədə idd ia qaldırıldıqdan sonra xəbərləri olmuşdur. Belə ki, Binəqədi rayon Məhkəməsinin sorğusuna əsasən DƏDRX-in Bakı şəhər Ərazi İdarəsindən daxil olmuş sənədlərlə müəyyən edilmişdir ki, Roza Atayeva mənzildə yaşamasa da, orada yaşayan və orderdə adları göstərilən şəxslərdən xəbərsiz ərazi üzrə Mənzil Kommunal İstismar Sahəsindən saxta arayışlar əldə edərək cavabdeh departamentə müraciət edərək mənzilə kirayə müqaviləsinin öz adına dəyişdirilməsini xahiş etmiş və departamentin 23.02.2007-ci il tarixli 35/8 №-li sərəncamı ilə icarə müqaviləsi Roza Atayevanın adına dəyişdirilmiş, 14.09.2007-ci il tarixdə isə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq mənzilə dair ona çıxarış verilmiş, 2011-ci il tarixdə vəfat etdikdən sonra isə mənzil onun qanun üzrə vərəsələrinin ad ına 1/3 hissədə paylara bölünməklə, çıxarışlar verilmişdir. İddiaçılar hesab edir ki, mənzil bacıları Roza Atayeva tərəfindən saxta sənədlər tərtib edilməklə, onlardan xəbərsiz özəlləşdirilmişdir. Mənzildə qeydiyyatda olmamaları onların atalarına məxsus olmuş əmlakdan məhrum olmalarına əsas ola bilməz. İddianın maddi hüquqi əsası kimi Mənzil Məcəlləsinin 85-ci maddəsinə istinad edilmişdir. İddiaçı X2 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi ev 54, mənzil 16-nın icarə müqaviləsinin dəyişdirilməsi haqqında 23.02.2007-ci il tarixli 35/8 №-li sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkə məsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 26 iyul 2017-ci il tarixli iş № 2-1(81)-2186/2017, (sədrlik edən hakim T.Əsədova) qərarı ilə iddianınrədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçılarapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 26 iyul 2017-ci il tarixli qərarının ləğv edilməsinivə iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdirlər. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 dekabr 2017-ci il tarixli iş № 21(103)-2467/2017 (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, V.Ağayev və A.Nuriyeva) qərarı ilə birinci instansiya məhkəməsinin 26 iyul 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qə rara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçılarkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 07 dekabr 2017-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdirlər. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 01 may 2018-ci il tarixli iş № 2-1(102)-721/2018 (hakimlər R.Nəbizadə - sədrlik edən və məruzəçi, S.Hüseynova və X.Məmmədov) qərarı ilə kasasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 7 dekabr 2017-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi, kasasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli iş № 21(103)-1651/2017 (hakimlər K.Abiyeva - sədrlik edən və məruzəçi, M.Tağızadə və S.Seyidova) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 26 iyul 2017-ci il tarixli qərarının ləğv edilməsi, yeni qərarın qəbul edilməsi, iddianın təmin edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Üçüncü şəxs Samir Atayev kasasiya şikayətini onunla əsaslandırmışdır ki,iddiaçılar iddia tələbində 1991-ci ildə atalarının vəfat etməsi, bundan sonra 2005-ci ilədək mənzili kirayə müqaviləsinin atalarının adından qalması, lakin kommunal ödənişlərin anaları tərəfindən icra edilməsi, 2007-ci il tarixdə Roza Atayevanın adına ünvan 2-nın icarə müqaviləsinin dəyişdirilməsi haqqında Bakı şəh ər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin 23 fevral 2007-ci il tarixli, 35/8 saylı sərəncamından xəbərsiz olmalarını əsas götürmüşdür. Lakin iş üzrə icraatın materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 7 avqust 2018-ci il tarixli, “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 018/39-2481 saylı arayışdan görünür ki, X3 18 aprel 1991-ci ildən hazıradək Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Eyni zamanda digər İddiaçı2 06 dekabr 2006-cı ildən hazıradək Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 28B-də qeydiyyatdadır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələbinə əsasən icarədar və onun ailə üzv ü müvəqqəti başqa yerə getdikdə onun istifadə hüququ 6 ay saxlanılır. İş materiallarına əlavə olunmuş arayışdan isə görünür ki, iddiaçılardan Dilbər Məhsumova 18 aprel 1991-ci ildən, İddiaçı2 isə 06 dekabr 2006-cı il tarixdən başqa ünvanlarda qeydiyyatda olmuşdurlar. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbinə əsasən şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatının olması şəxsin qeydiyyatdan çıxarılması üçün əsas sayılır. Bununla da iddiaçıların mübahisə predmeti olan ünvan 2 ünvanından qeydiyyatdan çıxması onların orada yaşamadıqlarını sübut edən hallardan biri olmuşdur. Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZİN№9477133 saylı “Ölüm haqqında şəhadətnamə”dən aydın olur ki, X8 5 iyul 2011-ci il tarixdə ünvan 2 ünvanında vəfat etmişdir. Bundan başqa qeyd etmək lazımdır ki, mübahisə predmeti olan Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, ev 54, mənzil 16 ünvanı üzrə kommunal xərclər 2005-ci ildən sonra Roza Atayeva tərəfındən ödənilmişdir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 57-ci maddəsinin tələbinə əsasən icarədar kommunal xərclərini vaxtında ödəməlidir. İcarədar ötən hər ayın mənzil haqqını növbəti ayın 10-dan gec olmayaraq ödəməlidir. Buradan da göründüyü kimi, həmin evlə bağlı kommunal ödənişlər Roza Atayeva tərəfindən ödənilmiş və evlə bağlı icarədar kimi Roza Atayeva tanınmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs S.M.Atayev kasasiya şikayətində apel yasiya instansiyası məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli, 2-1(103)-1651/2018 saylı qərarının ləğv edilməsi və Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 23 fevral 2007-ci il tarixli, 35/8 saylı sərəncamının qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilmə si və Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 23 fevral 2007-ci il tarixli, 35/8 saylı sərəncamının qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs S.Atayev də vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 23 fevral 2007-ci il tarixli, 35/8 saylı sərəncamının qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili B.Şirinov kasasi ya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar da, vəkilləri B.Şirinovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 04 sentyabr 2018ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdirlər. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haq qında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəldikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçıların və vəkillərinin, üçüncü şəxsin və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə üçüncü şəxsin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şik ayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 04 sentyabr 2018-ci il tarixli, 21(103)-1651/2018 saylı q ərarla, iddiaçılar X3 və X1 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2-1(81)-2186/2017 saylı qərarının ləğv edilməsi, yeni qərarın qəbul edilməsi, iddianın təmin edilməsi, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin “ünvan 2-nın icarə müqaviləsinin dəyişdirilməsi haqqında” 23 fevral 2007-ci il tarixli, 35/8 saylı sərəncamının ləğv edilməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənın 2, 38.1, 96.11-ci maddələrinə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 85-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 24, 67.1-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə qərarı maddi hüquq normalarının düzgün tətbiq olunmamasına və pozulmasına görə ləğv edilməli, yeni qərar qəbul edilərək, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası üçüncü şəxs S.M.Atayevin kasasiya şikayətində göstərdiyi dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş artıq iki dəfə kasasiya instansiyası məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının baxışında olmuşdur. Belə ki, ilk dəfə Ali Məhkəmədə iddiaçılar D.Məhsumovanın və İddiaçı2, onların hazırkı iddiasının mümkün sayılmaması barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyul 2016-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasına dair Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 31 avqust 2016-cı il tarixli, 2-1(103)-2002/2016 saylı qərardadından verdiyi kasasiya şikayəti üzrə işə baxılaraq, Ali Mə hkəmənin İnzibati-İqtisadi Kollegiyasının 29 dekabr 2016-cı il tarixli, 21(102)-1998/2016 saylı qərarı ilə iddiaçıların kasasiya şikayəti qismən təmin olunmaqla, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 13 avqust 2016-cı il tarixli, 2-1(103)-2002/2016 saylı qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 29 dekabr 2016-cı il tarixli, 2-1(102)-1998/2016 saylı qərarının “Əsaslandırma hissəsində” göstərilmişdir ki, hazırkı halda mübahisəli mənzilin icarə müqaviləsinin iddiaçıların adına deyil, keçmiş icarədarın başqa ailə üzvünün adına dəyişdirilməsi barədə cavabdehin sərəncamı ümumi (publik) hüquq sahəsinə aid olan və belə mahiyyət kəsb edən hakimiyyət tədbirli sərən cam kimi səciyyələndirilməlidir. Hazırkı halda tərəflər arasında mövcud olan hüquq münasibətinin ümumi (publik) hüquq sahəsi üçün xas olan hakimiyyət-tabeçilik əlaməti özünün aktiv (göstərişin, icrasının məcburiliyi) formasında və cavabdehin iddiaçıya münasibətdə qeyri-bərabər, üstün səlahiyyətlərə, geniş fəaliyyət azadlığına malik olmasında təzahür edir. Cavabdehin sərəncamı onun birtərəfli iradə ifadəsi olmaqla, inzibati akt üçün səciyyəvi olan və qanunla müəyyən edilən zəruri əlamətləri özündə cəmləşdirmişdir. İkinci dəfə Ali Məhkəmədə İddiaçı2 Bakı Apelyasiya Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 07 dekabr 2017-ci il tarixli, 2-1(103)-2467/17 saylı qərarından verdiyi kasasiya şikayəti üzrə işə baxılaraq, Ali Məhkəmə İnzibati-İqtisadi Kollegiyasının 01 may 2018-ci il tarixli, 2- 1(102)-721/2018 saylı qərarı ilə, İddiaçı2 kasasiya şikayəti qismən təmin edilməklə, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2467/2017 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 01 may 2018-ci il tarixli, 2-1(102)-721/2018 saylı qərarının “Əsaslandırma hissəsində” göstərilmişdir ki, 2007-ci ildə mübahisə olunan sərəncam verilərkən iddiaçıların adı mənzilin orderində olsa da, onların icarədarla yaşayan ailə üzvləri olub-olmaması araşdırılmamışdır. İddiaçıların razılığı o halda tələb edilə bilməz ki, onlar həmin vaxt icarədarın ailə üzvləri olmasınlar. Qanunverici bu halı ailə üzvlərinin mənzildə qeydiyyatda olması ilə şərtləndirməmişdir. Həmçinin Ali Məhkə mənin sözügedən qərarının “Əsaslandırma hissəsində” göstərmişdir ki, cavabdehin mübahisə olunan sərəncamın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməsi, yəni, mübahisə olunan sərəncam verilən zaman iddiaçıların razılığının tələb edilməli olmaması işdə olan sübutlarla təsdiq edilmir. İddiaçıların adı mənzilin orderində qeyd edilmişdir. Orderdə iddiaçıların adının qeyd edilməsi onların mənzilin vaxtı ilə icarədarı olmuş atalarının ailə üzvü olmasını təsdiq edir. Məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin İnzibati-İqtisad i Kollegiyasının hazırkı iş üzrə hüquqi mövqeyi İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən nəzərə alınmaqla müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 17 avqust 2018-ci il tarixli, “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 018/39-2481 saylı arayışa əsasən ki, X3 18 aprel 1991-ci ildən hazıradək Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. X1 06 dekabr 2006-cı il tarixdən hazıradək Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 28B-də qeydiyyatdadır. X8 19 noyabr 2005-ci il tarixdən 16 avqust 2011-ci il tarixədək Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 28B-də qeydiyyatda olmuşdur. Beləliklə, cavabdeh tərəfindən 23 fevral 2007-ci ildə mübahisəli sərəncam verilərkən R.Atayeva ba şqa ünvanda - ünvan 3la da, cavabdehin 23 fevral 2007-ci il tarixli sərəncamı verərkən əsas götürdüyü hallar (mənzilin icarədarı hesab olunan şəxsin ünvan üzrə qeydiyyatda olmaqla yaşaması), işin materiallarında olan digər sənədlərlə təkzib olunur. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, R.Atayevanın sözügedən mənzildə qeydiyyatda olmasa da, yaşamasını təsdiq edən hər hansı sübut yoxdur. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil İstismar Sahəsinin 28 noyabr 2017-ci il tarixli, 1390 saylı arayışlarına əsasən Bakı şəhəri, Ş.Rəhimov küçəsi, 54 saylı evin 16 saylı mənzilində 2011-ci ildən X5, 1996-cı ildən qonşuların aktına görə uzun illərdir X3, qardaşı X1 və onun ailə üzvləri yaşamışdır. Hal-hazırda da yaşayırlar. Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, ev 54-də yaşayan qonşular tərəfindən tərtib olunaraq imzalanmış 08 avqust 2018-ci il tarixli aktda da Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 54 saylı evin, 15 saylı mənzilində iddiaçıların yaşamaları göstərilmişdir. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, sözügedən ünvan üzrə ödəniş qəbzlərinə əsasən, kommunal xidmətlərə dair müqavilələr iddiaçıların mərhum anaları Badam Məhsumovanın adında qalmışdır. Beləliklə, cavabdehin mübahisələndirilən sərəncamı verilərkən adları mənzilə dair orderdə göstərilmiş şəxslərin, ünvanda faktiki yaşayıb-yaşamaması aydınlaşdırılmadan, ünvan üzrə pasport qeydiyyatında olma yan və həmin ünvanda icarədarla birgə yaşaması təsdiq olunmayan şəxs – R.Atayeva Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 54 saylı evin, 15 saylı mənzilin icarədarı hesab edilmiş, bununla da, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24-cü və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının ar aşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinin birinci bəndində qeyd edilir ki, icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. “İnzibati ic raat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X13in kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli, 2-1(103 )1651/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-2711/2018
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2711/2018
12.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver