Məhkəmə qərarları › İş №2-1(102)-2711/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2711/2019

15.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2711/2019 15.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: sərəncamın ləğv edilməsi, mümkünlük, iddia müddəti. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X2, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Nümayəndə, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh cavabdeh və üçüncü şəxslər X6, X7 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Əraz i İdarəsinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1386/2019 saylı iş üzrə 12 iyun 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 15 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-570/2019 saylı, 22 aprel 2019-cu il tarixli qərardadı (hakim – E.Q.Məmmədov) ilə İddiaçı cavabdeh cavabdeh, üçüncü şəxslər X7, X6 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 07 oktyabr 1994-cü il tarixli 184/4 saylı sərəncamın ləğv edilməsi tələbinə dair iddi ası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1386/2019 saylı, 12 iyun 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və K.N.Abiyeva) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-570/2019 saylı iş üzrə qəbul etdiyi 22 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadını ləğv edib iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi öz qərardadında göstərmişdir ki, iddiaçının ən geci 2004-cü il tarixdən, yəni sonuncu dəfə Azərbaycan Respublikası ərazisində qeydiyyata düşdüyü vaxtdan sözügedən mənzilin 1994-cü ildə Cəfərov Ələsgərin adına özəlləşməsini, 1996-cı ildə Zöhrə Muradovanın adına keçirilməsi və Zöhrə Muradovanın yaşamaqla sonuncunun mülkiyyətində olduğunu bilirdi və bilməli idi. Göründüyü kimi iddiaçının 2004-cü ildən Bakı şəhərində yaşamasını və ya qeydiyyatda olmasını əsas gətirib, onun mübahisələndirilən sərəncamdan məlumatının olmalı olmasına istinad edilməsi, məhkəmənin ehtimallardan çıxardığı nəticədir. Yəni, məhkəmə belə güman etmişdir ki, mülkiyyətçi mütləq öz mülkiyyətinin vəziyyətini həmişə yoxlamalı, onun mülkiyyətinin hər hansı bir şəxs tərəfindən qəsb edilməməsi üçün mülkiyyətini nəzarətdə saxlamalıdır. Bu baxımdan iddiaçı öz mülkiyyətini nəzarətdə saxlayıb, ona məxsus əmlakın başqa şəxs tərəfindən özəlləşdirilməsini bilmişdir. Halbuki, X9 onun ərinin bacısının kürəkəni olmuş, o, öz ailəsi ilə həmin mənzildə yaşadığına və onun ərinin qohumlarına etibarı olduğuna görə heç bir zaman mənzilin onun xəbəri olmadan özgəninkiləşdirilə biləcəyini güman etməmişdir. Hazırkı iddia ərizəsi ilə mübahisələndirilən Cavabdeh 07 oktyabr 1994-cü il tarixli, 184/4 saylı sərəncamı barədə onun məlumatı məhz Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 10 oktyabr 2018-ci il tarixli məktubunu aldıqdan sonra olmuş, hamin vaxt da sərəncam ona təqdim edilməmiş, o sərəncamın nə barədə olmasından məlumatı olmamışdır. Bundan sonra isə həmin sərəncamın sürətini əldə etmək üçün sorğu ilə Azərbaycan Respublikasının Milli Arxiv İ darəsinə müraciət etmiş və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 13 noyabr 2018-ci il tarixli 3228 saylı məktubu ilə qeyd edilən sərəncamın surəti ona təqdim edilmişdir. Yəni, mübahisələndirilən sərəncamın mövcudluğu barədə 2018-ci ilin oktyabr ayının axırlarında məlumat alsa da, həmin sərəncamı rəsmi surətdə 2018-ci ilin noyabr ayında əldə edib, 28 noyabr 2018-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Üçüncü şəxs X10 məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmay araq digər tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Kollegiya gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması ü çün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmlıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzif əsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri Cavabdeh 07 oktyabr 1994-cü il tarixli, 184/4 saylı sərəncamının ləğv edilməsi barədə iddia qaldırmışdır. Apellyasiya məhkəməsi iddianı mümkün hesab etməyərkən özünün mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 07.10.1994-cü il tarixli sərəncamı 29.11.2018-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da, qanunla müəyyən edilmiş 30 günlük iddia müddətini ötürmüşdür. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia müddətinin ötürüldüyü ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı ərizəsində 1994-cü ildən ailəsi ilə birlikdə Qazaxıstan Respublikasına getdiyini, bu yaxınlarda mübahisəli mənzilin hal-hazırda başqa adamın adına keçirilməsini bildiyini, bununla əlaqədar Bakı şəhərinə qayıtdığını və mənzilə getdiyində həqiqətən də həmin mənzildə başqa şəxslərin yaşamasının şahidi olduğunu bildirmişdir. Halbuki işə əlavə edilmiş AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 10.06.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 19.08.2004-cü il tarixdən hazıradək Bakı şəhəri Suraxanı rayonu, Yeni günəşli qəsəbəsi, “AB yaşayış sahəsi, ev 123, mənzil 141-də qeydiyyatdadır. İşdə olan Yasamal rayon 40 saylı MKİS tərəfindən verilmiş 05.10.2018-ci il tarixli arayışda isə göstərilmişdir ki, Bakı şəhəri, Ə.Haqverdiyev küçəsi ev 13, 61 saylı mənzil 14.10.1994-cü ildə X4 adına özəlləşdirilmiş, 05.06.1996-cı ildə verilmiş 033528 nömrəli qeydiyyat vəsiqəsinə əsasən X1. Muradovlar 03.10.1996-cı ildən həmin ünvanda qeydiyyatdadırlar və yaşayırlar. X9 və X5 göstərilən ünvandan 01.10.1996-cı ildə qeydiyyatdan çıxıblar və həmin tarixdən yaşamırlar. Mübahisənin qeyd olunan faktiki hallarını nəzərə almaqla kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçının ən geci 2004-cü il tarixdən, yəni sonuncu dəfə Azərbaycan Respubl ikası ərazisində qeydiyyata düşdüyü vaxtdan sözügedən mənzilin 1994-cü ildə Cəfərov Ələsgərin adına özəlləşməsi, 1996-cı ildə Zöhrə Muradovanın adına keçirilməsi və Zöhrə Muradovanın yaşamaqla sonuncunun mülkiyyətində olduğunu bilirdi və ya bilməli idi. Apellyasiya məhkəməsi düzgün olaraq göstərmişdir ki, işdən mübahisələndirilən sərəncamın iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Çünki iş materialları ilə iddiaçının həmin sərəncamlar barədə iddia qaldırmazdan uzun müddət əvvəl məlumatlı olması təsdiq olunur. Bununla bağlı olaraq həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" ey nilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, işin halları iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. 2000-ci il 01 sentyabr tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuları n və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 01 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həmin fəsillərin müddəalarında hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin axımının başlanğıcı maraqlı şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi vaxtla müəyyən edilirdi. (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Kollegiya qeyd etməyi zəruri hesab edir ki, İPM-in qanuni qüvvəyə mindiyi 01 yanvar 2011ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən yenidən mübahisələndirilə bilməzlər. Ona görə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. İPM-nin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaql a, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdükdən sonra da qanunda nəzərdə tutulmuş bir il ərzində məhkəməyə müraciət etməmiş, bu əsasdan iddiaçının iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmək hüququ da aradan qalxmışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən edilmiş hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Ona görə də, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti isə təmin olunmadan saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutar aq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1386/2019 saylı iş üzrə 12 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar