Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2711/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka (torpaq sahəsi) dair hüquqların dövlət qeydiyyatına alınması; ümumi istifadədə olan torpaq sahəsinin xüsusi mülkiyyətə verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdar əsinə qarşı (üçüncü şəxs: X4) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyun 2023-cü il tarixli, 2-1(104)-51/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1993-cü il tarixli, 37 nömrəli arayışa əsasən, iddiaçı ”İnşaatçı” X1 üzvüdür. Ona Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il 3859 nömrəli sərəncamı və “İnşaatçı” X1 xx.xx.1992-ci il tarixli protokolundan çıxarışa əsasən Avtozavod yolu ərazisində sahənin ölçüləri 16x25 metr olmaqla 400 kv.m torpaq sahəsi bağ evi üçün ayrılmışdır.
2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi nin Gəncə şəhər şöbəsi tərəfindən iddiaçının istifadəsində olan torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanmasına dair rəydə iddiaçının istifadəsində olan 400 kv.m torpaq sahəsi üçün “Torpaq sahəsinin planı və ölçüsü“ 1 saylı nümunənin hazırlanmasına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Gəncə şəhər şöbəsi etiraz etmədiyi qeyd olunmuşdur.
3. «Torpaq sahəsinin planı və ölçüsü»nə əsasən, sənəd İddiaçı Gəncə Şəhər İHBnın xx.xx.1992-ci il tarixli, 3859 saylı Sərəncamı əsasında və Həmkarlar Təşkilatının xx.xx.1992-ci il tarixli, 06 saylı protokoluna əsasən 400kv.m torpaq sahəsi bağ evi tikmək təyinatı üzrə tərtib edilmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək “İnşaatçı” X3 tərəfindən verilmiş 06 saylı protokol əsasında, 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquq unun tanınmasına dair çıxarışın verilməsini xahiş etmişdir.
5. Cavabdeh 30 sentyabr 2021-ci il tarixli **********53 nömrəli imtina məktub ilə bildirmişdir ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əlavə edilməməsi, “İnşaat” X3 tərəfindən ayrılmış arxiv sənədlərin təhvil verilməməsi səbəbindən icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “İnşaatçı” X3 tərəfindən xx.xx.1992-ci il tarixli, 06 saylı protokol əsasında Gəncə şəhər İHB-nın xx.xx.1992-ci il tarixli, 3859 saylı Sərəncamı ilə Avtozavod ərazisində ona ayrılmış 400 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyes trində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “İnşaatçı” X3 tərəfindən xx.xx.1992-ci il tarixli, 06 saylı protokol əsasında 400 kv.m torpaq sahəsi Avtozavod ərazisində 3859 saylı sərəncam əsasında ona ayrılmışdır. Sənədlərin surətini cavabdehə təqdim etməklə çıxarışın verilməsini xahiş etsə də, cavabdeh tərəfindən bundan əsassız olaraq imtina edilmişdir. Cavabdeh imtinaya əsas kimi qeyd etmişdir ki, müraciətə torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər əlavə edilməmiş, həmçinin “İnşaatçı” X3 tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədləri cavabdehə təhvil verilməmişdir.
8. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
9. Gəncə İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(114)-534/2022 nömrəli qərarı ilə (hakim U.Osmanov) iddia təmin edilmiş, “İnşaatçı” X3 tərəfindən xx.xx.1992-ci il tarixli, 06 saylı protokol əsasında Gəncə şəhər İHB-nın xx.xx.1992-ci il tarixli, 3859 saylı Sərəncamı ilə Avtozavod ərazisində İddiaçı ayrılmış 400 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, cavabdehin etiraz məktubunda imtinanın əsası kimi göstərdiyi «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş şərt ödənilsə də (üzvlərin iclasının protokolundan çıxarış), cavabdeh orqan iddiaçının müraciətindən əsassız olaraq imti na etmişdir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2-1(104)-448/2022 nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmışdır.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı faktiki istifadəsində 400 kv.metr torpaq sahəsinin olduğu müəyyən edildi. xx.xx.2008-ci il tarixdə dövlət kadastr kitabında 950 nöm rə ilə qeydiyyata alınmış, İddiaçı adına tərtib edilmiş A-041737 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar əsasında 400 kv metr torpaq sahəsinin 327,13 kv.metr hissəsi iddiaçının faktiki istifadəsində olan torpaq hissəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. 24 aprel 2008-ci il tarixdə dövlət kadastr kitabında 950 nömrə ilə qeydiyyata alınmış İddiaçı adına tərtib edilmiş A041737 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar əsasında 400 kv.metr torpaq sahəsinin 14,77 kv.metr hissəsi elektron baza məlumatlarına əsasən digər şəxs və ya şəxslərin istifadəsində olmaqla bələdiyyə mülkiyyəti, 17,33 kv.metr hissəsi digər şəxs və ya şəxslərin istifadəsində olmaqla xüsusi mülkiyyəti, 39,40 kv.metr hissəsi isə yol ilə üst-üstə düşdüyü və bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən olundu.
14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyun 2023-cü il tarixli, 2-1(104)-51/2023 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərarı qismən “İnşaatçı” X3 tərəfindən xx.xx.1992-ci il tarixli, 06 saylı protokol əsasında Gəncə şəhər İHB-nın xx.xx.1992-ci il tarixli, 3859 saylı sərəncamı ilə Avtozavod ərazisində iddiaçıya ayrılmış 17,33 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi mümkün sayılmamışdır.
15. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən 400 kv.m torpaq sahəsinin 17,33 kv.m hissəsi X2 xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst üstə düşür və həmin qeyd hal-hazırda qüvvədədir. Belə olan halda, həmin qeydiyyat ləğv edilmədən həmin sahəyə başqa şəxsin adına hüquqlarının qeydə alınması mümkünsüzdür.
16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyun 2023-cü il tarixli, 2-1(104)-51/2023 nömrəli qərarı ilə (hakimlər: A. İsgəndərova - sədrlik edən və məruzəçi, İ.Həsənov və R.Mamedov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək “İnşaatçı” X3 tərəfindən xx.xx.1992-ci il tarixli, 06 saylı protokol əsasında Gəncə şəhər İHB-nın xx.xx.1992-ci il tarixli, 3859 saylı sərəncamı ilə Avtozavod ərazisində iddiaçıya ayrılmış 343,27 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış v erilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
17. İddiaçının torpaq sahəsinin 39,40 kv.metr hissəsinin qeydə alınması ilə bağlı ilə bağlı tələbi rədd olunmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının adına tərtib edilmiş A ******* nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədində göstərilən koordinatlara əsasən 400 kv.metr torpaq sahəsinin 39,40 kv.metr hissəsi faktiki olaraq ümumi istifadədə olan yol olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Bu isə ümumi istifadədə olan yol üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına səbəb olacaqdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hissədə iddia tələbi təmin oluna bilməz və birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir.
19. Həmçinin qe yd edilmişdir ki, torpaq sahəsinin 343,27 kv.m. hissəsinin hüquqi və faktiki olaraq İddiaçı istifadəsində və sahibliyində olması, eyni zamanda həmin hissədə üçüncü şəxslərin hər hansi mülkiyyət hüququnun mövcud olmaması apellyasiya icraatı zamanı təqdim olunan mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır.
20. Mövqeyini hüquqi cəhətdən əsaslandırmaq üçün apellyasiya məhkəməsi Torpaq Məcəlləsinin 68-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2, 8.0.7-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarına istinad edilmişdir.
21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən qərar prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə işə baxarkən cavabdehin nümayəndəsinin və apelyasiya şikayətinə və iddiaya münasibət bildirməsi üçün üçüncü şəxs X2 məhkəmə iclasında iştirakını təmin etməmiş, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli mütəxəssis rəyini sübut kimi qəbul edərək iddianın qismən təmin edilməsi barədə qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 97.1.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmçinin apellyasiya instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən iş materiallarına əlavə edilmiş xx.xx.1993-cü il tarixli, 37 nömrəli arayış, “İnşaatçı” X1 xx.xx.1992-ci il tarixli protokol qərardan çıxarış, Torpaq sahəsinin plan və ölçüsü sənələrinin hazırlanmasına dair rəy, AN№041737 nömrəli torpaq sahəsinin plan və ölçüsü barədə sənəd və Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Gəncə filialının 16 avqust 2022-ci il tarixli arxiv arayışı nəzərə alınmamışdır. Halbuki qanunvericiliyin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
23. Kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün iddiaçı Mülki Prosessual Məcəlləsinin 9.1, 9.2, 9.3-cü maddələrinə istinad etmişdir. b Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Torpaq Məcəlləsi Maddə
18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi
1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.
2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; 26. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyə tli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyy atı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunver iciliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 28. “Torpaq islahatı haqqında” Qanun: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyin dəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
29. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
30. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edil mişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
34. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
35. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı ona ayrılmış bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və bu barə də dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.
37. İşin hallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etsə də, apellyasiya instansiya məhkəməsi məsələni hazırkı qərarın 12-19-cu bəndlərinə qeyd olunduğu kimi həll etmiş və iddia tələbinin torpaq sahəsinin 343,27 kv.m hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsini cavabdehə həvalə etmişdir.
38. Həmçinin qeyd edilməlidir ki, iddia olunan torpaq sahəsinin 17,33 kv metr hissəsi X2 xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyündən apellyasiya məhkəməsi həmin hissədə iddianı mümkün saymamış və iddiaçı tərəfindən bu hal mübahisələndirilməmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin araşdırı lması ilə razılaşaraq apellyasiya məhkəməsinin qəbul etdiyi qərarın iddiaçı tərəfindən mübahisələndirilən 39,40 kv.metr hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən eləcə də cavabdehin 04 aprel 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.2008-ci il tarixdə dövlət kadastr kitabında 950 nömrə ilə qeydiyyata alınmış iddiaçının adına tərtib edilmiş A ******* nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədində göstərilən koordinatlara əsasən 400 kv.metr torpaq sahəsinin 39,40 kv.metr hissəsi isə faktiki olaraq ümumi istifadədə olan yol olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir.
40. Hazırkı qərarın 25-ci bəndində qeyd olunan Torpaq Məcəlləsinin 18-ci maddəsinə görə, yol altındakı torpaqlar ümumi istifadədə olan torpaqla rdır və dövlət yaxud da bələdiyyə mülkiyyətinə aiddir.
41. İddia edilən torpaq sahəsinin 39,40 kv.metr hissəsi ümumi istifadədə olan yolun altındakı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması mütəxəssis rəyi ilə öz təsdiqini tapır.
42. Bununla bağlı qeyd edilməlidir ki, hazırkı qərarın 26-cı bəndində göstərilən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsi ilə ümumi istifadədə olan bələdiyyə yollarının xüsusi mülkiyyətə verilməsi birbaşa qadağan edilmişdir.
43. Belə olan halda, torpaq sahəsinin 39,40 kv.metr hissəsi faktiki olaraq ümumi istifadədə olan yol olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğundan apellyasiya məhkəməsi düzgün olaraq həmin hissədə iddianı təmin etməmişdir.
44. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 25-29-cü bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyindən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyun 2023-cü il tarixli, 21(104)-51/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.