Məhkəmə qərarları › İş №2-1(102)-2713/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2713/2019

29.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2713/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbə Nümayəndəliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: torpağa dair plan və ölçünün ləğvi, çıxarışın etibarsızlığı, iddianın mümkünlük şərtləri giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Üçüncü şəxslər X10 və X12, onların vəkili X3 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra 1-ci cavabdeh) və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbə Nümayəndəliyinə (bundan sonra 2-ci cavabdeh) qarşı “cizginin, plan və ölçünün, çixarışın etibarsız sayılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-934/2019 saylı, 16 aprel 2019-cu il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 275 saylı torpaq sahəsi 17 may 2014-cü il tarixli çıxarışa əsasən ilkin olaraq X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra 9 iyul 2014-cü il tarixli çıxarışa əsasən X10 və X7 adına paylı mülkiyyət olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4441/14 saylı, 22 dekabr 2014-cü il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)532/15 saylı, 29 aprel 2015-ci il tarixli qərarlarından görünür ki, iddiaçılar X4 və İddiaçı hazırkı iş üzrə eyni tələblə məhkəməyə müraciət etmişlər, sonradan İddiaçılar sırasından çıxarılsa da, Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbə nümayəndəliyi tərəfindən X8 adına verilmiş, Bakı şəhəri, Səbail rayonu, Badam dar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 275 saylı torpaq sahəsinə dair verilmiş cizginin və həmin torpaq sahəsinə dair A.Mehdiyevin adına verilmiş 14 fevral 2014-cü il tarixli 37391 nömrəsi ilə qeydə alınmış və A № 496435 nömrəli torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi üçün əsasların olmamasına hüquqi qiymət verilmiş, iddia rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-456/16 saylı, 8 aprel 2016-cı il tarixli qərardadı ilə İddiaçı hazırkı işdə olan eyni cavabdehlərə qarşı eyni tələbi mümkün sayılmamışdır. İddiaçı 31 oktyabr 2018-ci il tarixdə cavabdehlərə qarşı iddia ərizəsi ilə (üçüncü şəxslər cəlb edilməklə) 2-ci cavabdeh tərəfindən X8 adına verilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 275 say lı torpaq sahəsinə dair verilmiş cizginin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X8 adına verilmiş Səbail rayonu Badamdar qəsəbəsi üçüncü yaşayış massivi 275 saylı 600 kv.m torpaq sahəsinə dair 14 fevral 2014-cü il tarixli 37391 nömrəsi ilə qeydə alınmış və A № 496435 nömrəli torpaq sahəsinin planı və ölçüsünün, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 275 saylı torpaq sahəsinə dair X5 və X7 adına 1-ci cavabdeh tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın verildiyi andan etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(81)-416/2019 saylı iş) 24 yanvar 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. 1 saylı Ba kı İnzibati-İqtisadi Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qərardadı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X15məruzəçi, X13 və X17, 2-1(103)-934/2019 saylı iş) 16 aprel 2019-cu il tarixli qərardadla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. İddiaçı 25 iyun 2019-cu il tarixdə qərardadın surətini almış, 5 iyul 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işi təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmə kollegiyası əsas götürmüşdür ki, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbə nümay əndəliyi tərəfindən X6 adına verilmiş cizginin və həmin torpaq sahəsinə verilmiş 14 fevral 2014-cü il tarixli 37391 nömrəsi ilə qeydə alınmış, A 496435 nömrəli torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsinə dair tələblə əlaqədar iddiaçılar X9 və İddiaçı artıq məhkəməyə müraciət etmiş və A.Mehdiyevin adına verilmiş 14 fevral 2014- cü il tarixli 37391 nömrəsi ilə qeydə alınmış və A 496435 nömrəli torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi üçün əsasların olmamasına hüquqi qiymət verilmişdir. Lakin həmin fakt X1 iddiası əsasında baxılmış və onun təqdim etdiyi sübutlara əsaslandırılmışdır. Hazırda həmin cizgi və torpaq sahəsinin planı və ölçüsünün əsassız olmasına dair iddiaçının sübutlarına qiymət verilməlidir. Lakin məhkəmə bütün bunları nəzər almamış, əsassız olaraq iddia tələbini mümkün saymamışdır. Həmçinin məhkəmənin ikinci tələb üzrə, yəni X5 və X7 adına ******* saylı 09 iyul 2014-cü il tarixli çıxarışın etibarsız hesab edilməsinə dair hissəsi üzrə də gəldiyi nəticə əsassızdır. Belə ki, cizginin, plan və ölçünün etibarsız hesab edilməsi, çıxarışın da etibarsız hesab edilməsi üçün əsasdır və bunlar bir-biri ilə əlaqəli olmaqla inzibati aktlardır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 31.1.4-cü bəndinə əsasən DƏDRX və onun ərazi idarələri inzibati orqan sayılır. İnzibati orqan tərəfindən publik hüquq sahəsində qəbul edilən aktlar isə inzibati akt hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2. 2.1-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. tərəflərin izahatları: Üçüncü şəxslərin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı və cavabdehlər məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (b undan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-n 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı aşağıdakı tələblərlə bağlı məhkəməyə müraciət etmişdir: 1) Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbə nümayəndəliyi tərəfindən X8 adına verilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 275 saylı torpaq sahəsinə dair cizginin; 2) Azərbaycan R espublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X8 adına verilmiş Səbail rayonu Badamdar qəsəbəsi üçüncü yaşayış massivi 275 saylı 600 kv.m torpaq sahəsinə dair 14 fevral 2014cü il tarixli 37391 nömrəsi ilə qeydə alınmış A № 496435 nömrəli torpaq sahəsinin planı və ölçüsünün; 3) Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 275 saylı torpaq sahəsinə dair X5 və X7 adına cavabdeh tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi. Qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən edilir ki, iddiaçı birinci iki tələblə bağlı əvvəllər iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4441/14 saylı, 22 dekabr 2014-cü il tarixli qərarından görünür ki, iddiaçı digər i ddiaçı X4 ilə birinci və ikinci tələblə artıq bir dəfə inzibati məhkəmə icraatı qaydasında mübahisə açmış, sonradan İddiaçılar sırasından çıxarılsa da, Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbə nümayəndəliyi tərəfindən X8 adına verilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 275 saylı torpaq sahəsinə dair verilmiş cizginin və həmin torpaq sahəsinə dair A.Mehdiyevin adına verilmiş 14 fevral 2014-cü il tarixli 37391 nömrəsi ilə qeydə alınmış və A № 496435 nömrəli torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi üçün əsasların olmamasına hüquqi qiymət verilmişdir. Həmin qərarla iddia təmin edilməmişdir. Bundan əlavə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-456/16 saylı, 08 aprel 2016-cı il tarixli qərardadı ilə iddiaçını n hazırkı işdə olan birinci və ikinci tələbləri ilə bağlı eyni cavabdehlərə qarşı tələbi mümkün sayılmamışdır. İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.6-cı bəndinə görə İPM-in 78-ci maddəsində təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə kollegiyası həmçinin onu da vurğulayır ki, iddiaçının mübahisə açdığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 275 saylı torpaq sahəsinə dair verilmiş 9 fevral 2004-cü il tarixli 47 nömrəli cizgidə Səbail rayon İcra Hakimiyyəti başçısının 595 nömrəli 23 fevral 1995-ci il tarixli sərəncamına istinad edildiyi qeyd edilmiş, iddiaçı cizginin verilməsinə əsas olan 23 fevral 1995-ci il tarixli sərəncamla bağlı mübahisə açmamışdır. Üçüncü və dördüncü tələblər, yəni üçüncü şəxslərin adına tərtib edilmiş daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların etibarsız sayılması hissəsində məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 275 saylı torpaq sahəsi ilkin olaraq X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (səh. 31), bu çıxarışla bağlı mübahisə açılmamışdır, bu çıxarışdan sonra üçüncü şəxslərin adına 9 iyul 2014-cü il tarixli çıxarış v erilmişdir (səh. 32). Üçüncü şəxslərin adına tərtib edilən çıxarış isə qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında verilmişdir ( səh 40). İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yaxud həmin aktların etibarsızlığının tanınması barədə iddialara qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmuşdur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bu müddəanın tələblərinin hazırkı mübahisəyə tətbiqi o nəticəyə gəlmək üçün əsas yaradır ki, cavabdehlərlə iddiaçı arasında publik hüquqa əsaslanan inzibati münasi bətlər yaranmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddianın əsaslılığından öncə onun mümkünlük şərtləri yoxlanıldığından və iddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddianın əsaslılığının yoxlanılmasına dair şikayətin dəlilləri qəbul edilə bilməz. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Bəhs olunanlara əsasən cavabdehlərin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddia haqlı olaraq mümkün sayılmamışdır. Odur ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmamışdır. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddə lərini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-934/2019 saylı, 16 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar