Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2713/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 01.11.2024 hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə qarşı “zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2024-cü il tarixli, 2-1(103)-2554/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qayd asında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə müraciət edərək baş vermiş avtonəqliyyat hadisəsi zamanı hadisəni törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir.
2. Cavabdehin 20 may 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, yolayrıcında hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinə yol verilmədiyinə görə AR İXM-nin 327.2-ci maddəsinə əsasən iddiaçı barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir.
3. Cavabdehin 31 dekabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının bəhs etdiyi yol nəqliyyat hadisəsi ilə əlaqədar izahatı alınan Namik Əhmədov izahatında hadisəni törətmədiyin bildirmişdir. AR İXM-nin 38.1-ci maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xət anın törədildiyi gündən ən geci 1 il keçədənədək verilə bilər.
4. Cavabdehin 24 may 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ** BN *** nömrəli avtonəqliyyat vasitəsinin sürücünün izahatı alınmış, o, yol nəqliyyat hadisəsini törətmədiyini bildirmiş, avtomobilə baxış zamanı da hər hansı bir zədə aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, yol nəqliyyat hadisəsi zamanı onun avtomobili yararsız hala salınmış, hadisə zamanı iddiaçı huşunu itirmişdir. Daha sonra aidiyyəti üzrə hadisə barədə məlumat vermişdir. Sağlamlığına az ağır zərər dəysə də, hüq uqi savadı olmadığından bu barədə tibbi ekspertiza tələb etməmişdir. Hadisəni törədən şəxsin tapılması cavabdeh tərəfindən təmin edilməmiş, obyektiv araşdırma aparılmamışdır. Avtomobilinə və səhhətinə ziyan vurmuş şəxsin tapılması, zərərin ödənilməsi əvəzinə, onun tərəfindən aidiyyəti üzrə şikayətlər yazıldığından, qərəzli olaraq barəsində sonradan sürücülük hüququndan məhrumetmə barədə qərar qəbul edilmişdir. Həmin qərar məhkəmə tərəfindən ləğv edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7277/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, yol nəqliyyat hadisəsinin törədilməsi ilə əlaqədar inzibati orqanın şəxsin müraciəti üzrə fəaliyyəti, eləcə də hadisəni törətmiş şəxsin cəlb e dilməsi, sağlamlığı və əmlaka maddi ziyan vurulması və s çərçivəsində apardığı araşdırma üzrə fəaliyyəti inzibati icraat hesab edilmədiyindən, inzibati icraat olmaması səbəbindən yaranmış münasibət çərçivəsində mübahisə inzibati mübahisə hesab edilmədiyindən, hazırkı mübahisə inzibati icraatla bağlı qanunvericiliklə tənzimlənməli olmadığından həmin qanunvericiliyin tələblərinin pozulub-pozulmamasına münasibətdə inzibati orqanın səlahiyyətlərini aşması, zərər vurması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Hər hansı mübahisə inzibati icraatla bağlı qanunvericiliklə ilkin olaraq tənzimlənməli olan mübahisə olmalıdır ki, həmin mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilsin. Əks halda zərərin ödənilməsi ilə bağlı AR İPM-nin 2.2.7-ci maddəsində nəzərdə tutulm uş iddia növünə münasibətdə ilkin olaraq inzibati orqana müraciətin edilməli olması ilə bağlı şərtin də əhəmiyyəti qalmayacaqdır. Belə ki, həmin növ mübahisələr üzrə ilkin olaraq inzibati orqana müraciətin əhəmiyyəti onunla bağlıdır ki, inzibati icraat aparılmış olsun, həmin icraatın düzgün olub-olmaması inzibati məhkəmə icraatı qaydasında yoxlanılmış olsun. Lakin, hazırkı halda müraciət əsasında cavabdeh hər hansı inzibati icraat apara bilməz. Belə ki, müraciətə baxılmasına dair qanunvericilik fərqlidir. Lakin, nəzərə alınmalıdır ki, iddiaçının məhkəmə müdafiəsi hüququ, məhkəməyə hüquqlarını pozan hərəkətlərdən şikayət vermək hüququ mövcuddur ki, iddiaçı həmin hüququnu aidiyyəti rayon məhkəməsinə şikayət verməklə reallaşdırmaq imkanına malikdir.
9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2024-cü il tarixli, 21(103)-2554/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə və Mülki Məcəlləsinin 6.2-ci maddəsinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibat i orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qəra rı qətidir.
16. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. 17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab vermə li olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə koll egiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir k i, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
24. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmələr tərəfindən o mübahisələrə baxılır ki, həmin mübahisə inzibati hüquq münasibətlərindən irəli gələn inzibati orqanla şəxs arasında yaranmış mübahisə olmuş olsun və ya inzibati orqanın publik hüquq fəaliyyətindən irəli gələrək hər hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsə ziyan vurulmuş olsun.
25. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, inzibati hüquq münasibətlərindən yaranmış mübahisə mövcud deyildir.
26. Bu səbəbdən mülki və ya cinayət mühakimə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahi yyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
27. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, hazırkı iş üzrə iddiaçının inzibati xəta və ya cinayət işi üzrə araşdırmaya aid olan zərər tələbi mahiyyəti üzrə inzibati məhkəmə icraatının predmeti kimi müəyyən edilə bilməz.
28. Beləliklə, iddianın mümkünsüzlüyü barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, kassasiya şikayəti təmin edilməməli, şikayət verilən qərardad dəyişdirilmədən saxlanılmalıdir.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2024-cü il tarixli, 21(103)-2554/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.