Məhkəmə qərarları › İş №2-1(102)-2714/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2714/2019

25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2714/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinəqarşı iş üzrə QƏRAR Açar söz: xarici ölkədə qazanılmış stajının ümumi staja əlavə edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı 20 17-ci ildən iddiaçıya əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1237/2019 saylı iş üzrə 20.06.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 25 sentyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1954-cü il tarixdə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanın da Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı 2017-ci ildən iddiaçıya əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1954-cü il tarixində anadan olmuşdur. 1972-ci ildən - 1977-ci ilə kimi Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. 15.09.1977-ci il tarixindən əmək fəaliyyətinə başlamışdır. Hal-hazırda da hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı bu yaxınlarda yaşa görə əmək funksiyasının təyin olunması ilə əlaqədar cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdehin 31.10.2018-ci il tarixli məktubu il ə ərizəsinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi də onun əmək stajının az olması və eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış sığorta məbləğinin az olduğu göstərilmişdir. Cavabdeh orqanın qənaətinə görə onun cəmi 3 il, 4 ay sosial sığorta stajını və fərdi hesabının sığorta hissəsində 1.270 manat pensiya kapitalı vardır. Cavabdeh orqan onun keçmiş SSRİ ərazisində əmək stajını nəzərə almamışdır. Belə ki, iddiaçı 26.09.1977-ci il tarixdən - 15.12.1998-ci il tarixə kimi Rusiya Federasiyasında müxtəlif vəzifələrdə çalışmışdır. Lakin cavabdeh orqan Rusiya Federasiyasında olan stajını onun ümumi əmək stajına hesablamamışdır. Bu isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinin tələblərinə ziddir. Birinci instansiya məhk əməsinin 05.03.2019-cu il tarixli iş № 2-1(82)1065/2019, (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 05.03.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələblinin isə təmin edilməməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 20.06.2019-cu il tarixli iş № 2-1(103)-1237/2019 (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Raqib Qurbanov və İlham Əhmədov) qərarı ilə birinci instansiya məhkəməsinin2-1(82)-1065/2019 nömrəli iş üzrə 05 mart 2019-cu il tarixli qərarı dəyişdirilm əsi, qərarın nəticə hissəsində “2017-ci ildən” sözləri 03.05.2018-ci il tarixdən” sözləri ilə əvəz edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılması, cavabdehinapelyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sı ğorta stajına daxil edilir. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında vətəndaşların pensiya təminatı ilə bağlı heç bir müqavilə olmadığından vətəndaşın 01.01.1992-ci il tarixdən 05.12.1998-ci il tarixədək olan fəaliyyət dövrü sosial sığorta stajına daxil edilə bilməz. Beləliklə müvafiq icra hakimiyyəti proqramının 30.04.2018-ci il tarixli arayışına əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində 01.07.2012-ci il tarixdən 01.01.2018-ci il tarixinədək 1270.55 manat pensiya kapitalı və 3 il 4 ay sığorta stajı ilə birlikdə, ümumi stajı 17 il 5 ay 24 gün təşkil edir. Bu səbəbdən də onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Cavabdeh olaraq bildirmək istəyir ki, iddiaçının cavabdeh təşkilata olmuş müraciəti tərəfindən qanunvericiliyin tələblərinə əməl etməklə qiymətləndir ilmişdir. Lakin nə birinci instansiya məhkəməsi, nə də, apelyasiya məhkəməsi yuxarıda qeyd olunan hallara qiymət verməmiş və maddi hüquq normalarını pozaraq iddiaçının ərizəsini təmin edərək qərar qəbul etmişlər. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2019-cu il tarixli, 2-1(103)-1237/2019 saylı qərarını ləğv edilməsini və iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 20.06.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin mümkünsüz hesab edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 20.06.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 20.06.2019-cu il tarixli qərarıNİN isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məh kəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 20 iyun 2019cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əs asən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında vətəndaşların pensiya təminatı ilə bağlı heç bir müqavilə olmadığından vətəndaşın 01.01.1992-ci il tarixdən 05.12.1998-ci il tarixədək olan fəaliyyət dövrü sosial sığorta stajına daxil edilə bilməz. Beləliklə müvafiq icra hakimiyyəti proqramının 30.04.2018-ci il tarixli arayışına əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində 01.07.2012-ci il tarixdən 01.01.2018-ci il tarixinədək 1270.55 manat pensiya kapitalı və 3 il 4 ay sığorta stajı ilə birlikdə, ümumi stajı 17 il 5 ay 24 gün təşkil edir. Bu səbəbdən də onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Cavabdeh olaraq bildirmək istəyir ki, iddiaçının cavabdeh təşkilata olmuş müraciəti tərəfindən qanunvericiliyin tələblərinə əməl etməklə qiymətləndirilmişdir. Lakin nə birinci instansiya məhkəməsi, nə də, apelyasiya məhkəməsi yuxarıda qeyd olunan hallara qiymət verməmiş və maddi hüquq normalarını pozaraq iddiaçının ərizəsini təmin edərək qərar qəbul etmişlər. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Q anununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaotunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənəd lər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2). İddiaçının müraciətinə əsasən cavabdehin imtinasında yalnız 25 il iş stajı və 64 yaş həddi mübahisə edilir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-d ən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinə görə xx.xx.1954-cü il tarixdə anadan olmuş iddiaçının 03.05.2018-ci il tarixdə 63 yaş 6 ayı tamam olmuşdur, bu da Qanunun 01.07.2017-01.07.2018 tarixləri arasında kişilərə münasibətdə 63 yaş 6 ay tələbinə cavab verir ki, cavabdehin 64 yaş tələbinin əsassızlığını təsdiq edir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İddaçının 01.01.1992-ci il tarixə iş stajı, ali təhsil müdəti də daxil edilməklə, 19 il 4 ay təşkil edir (5 il + 13 il 3 ay +1 il). Onun Azərbaycanda işlədiyi iş stajı isə 9 il 3 aydır (5 il 11 ay + 3 il 4 ay). Göründüyü kimi, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının 63 yaş yarım və 25 il iş stajı şərtlərini ödəyərək, ona 2017-ci il tarixdən əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə qismən (03.05.2018-ci il tarixdən) sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (Azərbaycan Respublikası İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (Azərbaycan Respublikası İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 20.06.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti t əmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.06.2019-cu il tarixli 2-1(103)1237/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar