Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2715/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; metropolitendə yol montyoru) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2023-ci il tarixli, 2-1(103)-2229/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" QSC tərəfindən verilən A/211 nömrəli 15 iyul 2022-ci il tarixli arayışa əsasən, iddiaçı "xxxx"nin Yol xidmətində 3 yanvar 2010-cu il tarixdən 18 iyul 2014-cü il tarixinədək yol montyoru peşəsində çalışmışdir (yalnız gecə işi (iş saatı 23:30-dan 05:30dək), 24% xüsusi zərərli əmək şəraiti). 18 iyul 2014-cü il tarixdən hal-haz iradək "xxxx" QSC-nin Yol xidmətində yol montyoru peşəsində (yalniz gecə işi (iş saatı 23:30-dan 05:30dək), 24% xüsusi zərərli iş şəraiti) işləyir. İddiaçı güzəştli şərtlərlə əmək stajına və yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir, onun xüsusi zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş staji 15 iyul 2022-ci il tarixinə 12 il 6 ay 12 gün təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinə aiddir ki, bu da 21 iyun 1993-cü il tarixli 320 saylı qərarın 23000000 XXVİİİ Nəqliyyat bölməsinin ********* 2.Metropolitenlər bəndinin 23002000a a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr kodu altında göstərilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh 17 avqust 2022-ci il tarixli **********5 nömrəli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) yol montyoru vəzifəsi nəzərdə tutulmamışdır. Mərkəzi Filiala təqdim edilən "xxxx" QSC-nin 15 iyul 2 022-ci il tarixli A/211 nömrəli arayışda xx.xx.2010-cu il tarixindən bu günədək "xxxx" QSC-nin Yol Xidmətində yol montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi yol montyoru vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə metropoliten sahəsində olmadığından iddiaçının güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 3 yanvar 2010- cu il tarixdən halhazıradək "xxxx" QSC-də yeraltı qurğularda fəhlə vəzifəsind ə İşləyir. Bundan əlavə inşaat sahəsində də üzün illər işləmişdir. İşlədiyi illər əmək kitabçasında aydın şəkildə qeyd olunmuşdur. Ümumi stajı 30 ildir. Lakin cavabdeh onun 3 yanvar 2010-cu il tarixdən bu günədək işlədiyi müddəti ümumi iş stajına daxil etməmişdir. İddiaçı cavabdehə müraciət edərək 3 yanvar 2010-cu il tarixdən bu günədək işlədiyim müddətin ümumi iş stajına daxil olunmasını xahiş etmişdir. Cavabdeh ərizə ilə əlaqədar 17 avqust 2022-ci il tarixdə imtina barədə inzibati akt qəbul etmişdir. Cavabdeh imtina barədə aktını onunla əsaslandırmışdır ki, Nazirlər Kabinetinin qərarına görə tələb olunan məsələ onların səlahiyyətindən kənardadır. İddiaçı hesab edir ki, bu iddia inzibati məhkəmə icraatının predmeti olduğundan mümkün sayılmalı və ərazi aidiyyəti baxımından müvafiq məhkəm ədə baxılmalı və cavabdehin imtina barədə qərarı mahiyyəti üzrə onun hüquqlarını pozduğuna görə iddia əsaslı olduğundan təmin edilməlidir.
6. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz təqdim etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 9 fevral 2023-cü il tarixli, 2-1(112)-2443/2023 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Məhkəmə qeyd etmişdir ki, 12 il 6 aydan artıq müddət işlədiyi “yol montyoru” peşəsinin səciyyəvi əlamətləri, eləcə də vəzifə olaraq gecə saatlarında yerinə yetirilməsi, əmək haqqına əlavə məbləğin ödənilməsi və məzuniyyət müddətinə bir neçə gün əlavə edilməsi, habelə bu qəbildən olan peşələrin fəhlə peşəsinə aid edilmə si onların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsinin “2. Metropolitenlər” bəndinin “a” yarımbəndində nəzərdə tutulan fəhlə peşələri olmasını təsdiqləyir. İddiaçı 25 ildən artıq ümumi iş stajına malik olması işin mübahisələndirilməyən hallarına aiddir.
9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2023-ci il tarixli, 21(103)-2229/2023 nömrəli qərarı ilə (hakimlər: hakimlər: Ş.Məmmədova - sədrlik edən və məruzəçi, P.Hüseynov və C.Yusifov) Bakı İnzibati Məhkəməsinin 9 fevral 2023-cü i l tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olm ayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 3 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”. 21.5. Metropolitenlər 21.5.1. yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr:... yol montyoru
17. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apell yasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜY Ü, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
21. Avr opa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşd ırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmiş dir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. Cavabdeh imtinasında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) iddiaçının işlədiyi yol montyoru vəzifəsi nəzərdə tutulmamışdır.
27. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə lər tərəfindən bu istiqamətdə düzgün araşdırma aparılmış və müvafiq sorğular verilmişdir. Belə ki, iş materiallarında olan "xxxx" QSC-nin müvafiq sorğuya cavab olaraq, məhkəməyə ünvanlanmış 3 noyabr 2022-ci il tarixli 40N-10/3-1347 saylı arayışında qeyd olunmuşdur ki, İddiaçı oglu 3 yanvar 2010-cu il tarixdən 18 iyul 2014-cu il tarixədək "xxxx"nin Yol xidmətində yol montyoru peşəsində çalışmışdır (yalnız gecə işi (iş saatı 23:30-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti ilə). 18 iyul 2014-cü il tarixdən hal-hazıradək "xxxx" QSC-nin Yol xidmətində yol montyoru peşəsində (yalnız gecə işi (iş saatı 23:30-dan 05:30-dək), 24% xüsusi zərərli iş şəraiti ilə) işləyir. İddiaçı xüsusi zərərli əmək şəraitində əmək stajı 12 il 10 ay 01 gün (2 noyabr 2022ci il tarixə) təşkil edir və AR Nazirlər K abinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.Nəqliyyat maddəsinin 27.5. Metropolitenlər bəndi (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş 21 iyun 1993-cü il tarixli 320 sayli qərarın 23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23002000
2. Metropolitenlər bəndinin 2300200a a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr koduna aiddir. Qeyd: Yol montyoru – yol fəhləsi hesab edilir.
28. Beləliklə, apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının işlədiyi “yol montyoru” peşəsinin səciyyəvi əlamətləri, el əcə də vəzifə olaraq gecə saatlarında yerinə yetirilməsi, əmək haqqına əlavə məbləğin ödənilməsi və məzuniyyət müddətinə bir neçə gün əlavə edilməsi, habelə bu qəbildən olan peşələrin fəhlə peşəsinə aid edilməsi onların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsinin “2. Metropolitenlər” bəndinin “a” yarımbəndində nəzərdə tutulan fəhlə peşələri olmasını təsdiqləyir.
29. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5-ci bənd də Metropolitenlər bölməsində əvvəllər yol montyoru peşəsi nəzərdə tutulmamışdır. Həmin peşə Siyahıya Nazirlər Kabinetinin 24 dekabr 2022-ci il tarixli qərarı ilə əlavə edilmişdir.
30. Burada araşdırılmalı məsələ hazırda Siyahıda qeyd edilən yol montyoru vəzifəsinin funksiyalarının iddiaçının işləmiş olduğu peşə ilə uyğun olması, yəni iddiaçının işlədiyi peşənin güzəştli sayılması ilə bağlıdır. 31. "xxxx" QSC-nin yuxarıda qeyd edilən məktubundan müəyyən olunur ki, iddiaçı 3 yanvar 2010-cu il tarixdən Bakı Metropoliteninin Yol xidmətində yol montyoru peşəsində yalnız gecələr (iş saatı 23:30-dan 05:30-dək, 24% zərərli iş şəraiti) çalışmışdır. Belə olan halda isə, həmin peşə xüsusi zərərli əmək şəraitində olan peşə sayılır.
32. İş yerinin məktubu bu qənaətə gəlməyə əsas verir ki, iddiaçının i şlədiyi yol montyoru vəzifəsinin funksiyaları ilə Siyahıya sonradan daxil edilmiş yol montyorunun funksiyaları eyni olmuşdur. İddiaçı Siyahıya əlavə edilən yol montyoru peşəsində olan vəzifələri icra edir.
33. Odur ki, iddiaçı 24 dekabr 2022-ci il tarixdən Siyahıya əlavə edilmiş yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr:..yol montyoru peşəsində nəzərdə tutulan 12 il 6 aydan az olmayan güzəştli staja malik olmuşdur.
34. Yuxarıda istinad olunanlara görə və qeyd edilən səbəblərdən iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.
35. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd olmuş və onun Azərb aycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
36. İddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2023-ci il tarixli, 21(103)-2229/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidi