Məhkəmə qərarları › İş №2-1(102)-2715/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2715/2024

21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2715/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: avtomobilin verilməsinə dair tibbi göstəriş verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ag entliyinə (üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon 19 saylı Şəhər Poliklinikası) qarşı “avtomobilin verilməsinə dair tibbi göstəriş verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyun 2024-cü il tarixli, 2-1(103)-1885/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı əlillik vəziyyətinə Bakı şəhər 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2019-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XX Sinif- Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y35 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar =>Y3 6.4-Hərbi əməliyyatlar nəticəsində odlu...; Diaqnozun mətni: Odlu silah mərmi partlamasından sonrakı vəziyyət. Baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Kəllədaxili travmaların nəticələri. Durğunluq ürək çatmamazlığı, İİ dərəcə kəllədaxili hipertenziya, vaqo-vegetativ krizlər, koordinator statik pozğunluqlar. Kəskin asteno-nevrotik sindrom. Ürəyin xroniki işemik xəstəliyi, İİ dərəcə.: Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalar və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);" səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir.

2. İddiaçı minik avtomobilinə tibbi göstərişin müəyyən edilməsi üçün cavabdehə müraciət etmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirmiş dir ki, əlillik təyinatına əsas olmuş diaqnoz (Baş beynin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Kəllədaxili travmaların nəticələri. Durğunluq ürək çatışmazlığı, İİ dərəcə Kəllədaxili hipertenziya, vaqo-vegetativ krizlər, koordinator statik pozğunluqlar. Kəskin astenonevrotik sindrom. Ürəyin xroniki işemik xəstəliyi, İİ dərəcə) həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X3 Ərazi “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğun un müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 5.2.3-cü maddəsinə əsasən avtomobillə təmin edilməsi üçün tibbi göstərişin verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hal-hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyin ə avtomobilə təmin edilməsi üçün tibbi göstəriş verilməsi məqsədilə müraciət etmiş, lakin cavabdeh ürəyində olan problemləri nəzərə almadan imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 5.2.3-cü maddəsinə əsasən hesab edir ki, səhhətində olan ikinci B dərəcəli xroniki qan dövranı çatışmazlığı (İ99) xəstəliyi ilə əlaqədar avtomobillə təmin olunması üçün tibbi göstəriş verilməlidir.

6. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2-1(112)-2451/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tibb ekspertizası təyin edilmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 Ekspertizası M ərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, T 348/2023 №li ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı “Odlu silah mərmi partlamasından sonrakı vəziyyət, baş-beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri, kəllədaxili travmaların nəticələri, durğunluq ürək çatmamazlığı İİ dərəcə, kəllədaxili hipertenziya, vaqo vegetativ krizlər, koordinator statik pozğunluqlar, kəskin asteno-nevrotik sindrom, ürəyin xroniki işemik xəstəliyi İİ dərəcə” diaqnozu ilə ikinci dərəcə müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Əlillik və onunla bağlı suallar, o cümlədən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 saylı Qərarına əlavə edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi məsələsi Tibbi-Sosial Ekspert Komiss iyasının səlahiyyətlərinə aiddir.

9. Bakı İnzibati Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli, 2-1(112)-2451/2023 nömrəli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilmiş və avtomobillə təmin edilməsi üçün tibbi göstərişin verilməsi vəzifəsi cavabdeh üzərinə qoyulması qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Müvafiq ekspert rəyi ilə iddiaçıda ürəyin xroniki işemik xəstəliyi İİ dərəcə xəstəliyinin olması təsdiqini tapmış və məhkəmə iclasına dəvət edilmiş həkim-ekspert qeyd olunan rəyə aydınlıq gətirərək həmin xəstəliyin “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavəsində göstərilən siyahının 57-ci bəndinin 1-ci hissəsində nəzərdə tutulmuş ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığına uyğun olmasını bil dirmişdir. İddiaçının xəstəliyi “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavəsində qeyd olunmuş konkret xəstəliklər siyahısının 57-ci bəndinin 1-ci hissəsinə uyğun gəldiyindən və bu xəstəlik istər iddiaçının müraciət etdiyi vaxt qüvvədə olmuş AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamənin 5.2.3. bölməsində, istərsə də qüvvədə olan “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavəsində göstərilən siyahısında nəzərdə tutulduğundan iddiaçıya avtomobillə təmin təmin edilməsi üçün tibbi göstərişin verilməsini mümkün edir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyun 2024-cü il tarixli, 2-1(103)-1885/2024 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, X.Cəmilova və E.Əliyev) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir.

13. Apellyasiya instansiyası qeyd etmişdir ki, işin birinci instansiya icraatı zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, T 348/2023 №li ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş İddiaçı “Odlu silah mərmi partlamasından sonrakı vəziyyət, baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qa lıq əlamətləri, kəllədaxili travmaların nəticələri, durğunluq ürək çatmamazlığı İİ dərəcə, kəllədaxili hipertenziya, vaqo-vegetativ krizlər, koordinator statik pozğunluqlar, kəskin asteno-nevrotik sindrom, ürəyin xroniki işemik xəstəliyi İİ dərəcə” diaqnozu ilə ikinci dərəcə müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Əlillik və onunla bağlı suallar, o cümlədən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 saylı Qərarına əlavə edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi məsələsi Tibbi-Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. Təqdim edilmiş ekspert rəyində də iddiaçıya İİ qrup əlillik təyinatına əsas olmuş diaqnoz (Baş beynin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Kəllədaxili travmaların nəticə ləri. Durğunluq ürək çatışmazlığı, İİ dərəcə Kəllədaxili hipertenziya, vaqo-vegetativ krizlər, koordinator statik pozğunluqlar. Kəskin asteno-nevrotik sindrom. Ürəyin xroniki işemik xəstəliyi, İİ dərəcə) qeyd edilmişdir ki, həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermir. İş materiallarından və qanunvericiliyin tələblərindən göründüyü kimi İddiaçı səhhətinin vəziyyəti ona avtomobil idarə etməyə imkan vermir. Qanunvericiliyin mənasına görə minik avtomobili ilə əlilliyi müəyyən edilmiş şəxsin hər hansı sa yaxın qohumu və ya onun göstərişi əsasında başqa şəxs yox, məhz əlilliyi olan şəxslər təmin edilə bilər. Bu səbəbdən birinci instansiya məhkəməsi işin qeyd olunan h allarını nəzərə almayaraq, qanunvericiliyin tələblərinə zidd olaraq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya qoyulmuş diaqnoz tam olaraq qanunvericilikdə minik avtomobilinin verilməsi üçün əsas kimi göstərildiyindən məhkəmənin bu halda “Yol Hərəkəti haqqında” qanuna istinad etməsi əsassızdır. Əlavə olaraq iddiaçı bildirmişdir ki, onunla birgə xidmət etmiş müharibə əlilləri analoji vəziyyətdə cavabdeh tərəfindən avtomobillə təmin olunmuşdur. b. kassasiya şikayətinə qarşı etirazı n dəlilləri

16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 5.2.3. avtomobillər aşağıdakı hallarda verilir: 5.2.3.1. ikinci-B dərəcəli xroniki qan dövranı çatışmazlığı (İ99); 5.2.3.2. ikinci dərəcəli ağciyər çatışmazlığı (J96-J96.9); 5.2.3.3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi (G92.9); 5.2.3.4. hemiplegiya, nəzərəçarpan hemiparez (G81-G81.9); 5.2.3.5. nəzərəçarpan ataksiya, hiperkinetik, amiostatik sindrom (R27.0,F90,E83.0); 5.2.3.6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri ikinci dərəcə arterial çatışmazlığı; 5.2.3. 7. aşağı ətrafların nəzərəçarpan trofik pozuntuları (hər iki aşağı ətraf və çanaq qurşağı əzələlərinin müxtəlif etiologiyalı atrofiyaları); 5.2.3.8. aşağı ətraf venalarının xəstəlikləri, bir aşağı ətrafda üçüncü və ya hər iki aşağı ətrafda ikinci-üçüncü dərəcə venoz çatışmazlıqları (İ80.3); 5.2.3.9. hər iki aşağı ətrafın fillik xəstəliyi (İ89.0); 5.2.3.10. hər iki əlin güdülü (S68.0-S68.9, Z89.1); 5.2.3.11. hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 5 dərəcəyədək məhdudlaşması) (M24.6); 5.2.3.12. hər iki pəncənin Şarp üzrə güdülü (ayaq darağı sümük başlıqlarının amputasiyası) və ya hər iki aşağı ətrafın yüksək səviyyədə güdülü – (S98-S98.4); 5.2.3.13. baldırın güdülü (S88, Z89.7); 5.2.3.14. bud-çanaq oynaqlarının, ətrafların funksiyasının nəzərəçarpan dərəcəd ə pozulması ilə müşayiət edilən, anadangəlmə və ya qazanılmış çıxığı (Q65-Q65.9, S73S73.0); 5.2.3.15. bud-çanaq və ya diz oynağının laxlaması (M23.5); 5.2.3.16. bud-çanaq oynağının ankilozu və ya kəskin çarpan kontrakturası (hərəkətlərin həcmi 10 dərəcəyədək olduqda) (M24.5-M24.6); 5.2.3.17. diz oynağının ankilozu və ya funksional əlverişsiz vəziyyətdə (150 dərəcədən az və 170 dərəcədən artıq bucaq altında) kəskin kontrakturası (M24.5-M24.6); 5.2.3.18. topuq oynağının kəskin nəzərəçarpankontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti (T93.2-T93.3,M21.0-M21.6); 5.2.3.19. hər iki bud və ya baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində onların 170 dərəcədən az bucaq altında deformasiyası (T93.2,M24.5); 5.2.3.20. bir aşağı ətraf və ya ancaq qurşaq sümüklərinin xroniki osteomieliti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə) (M86.3); 5.2.3.21. budda yalançı oynaq, yaxud iri sümük qüsuru olması (sümüyün çevrəsinin yarısından artığı dağılmaqla) budun və ya baldırın hər iki sümüyünün yalançı oynağı və ya sümük qüsuru, yaxud qamış sümüyünün incik sümüyündə 170 dərəcədən kiçik bucaq altında deformasiya olmaqla yalançı oynağı və ya sümük qüsuru; 5.2.3.22. bud-çanaq oynağının endoprotezi (Z96.6,T84-84.9); 5.2.3.23. hər iki diz oynaqlarının endoprotezi (Z96.6); 5.2.3.24. bir aşağı ətrafın 10 sm qısa olması (Q72.4-Q72.9,T13.0-13.9); 5.2.3.25. baldırda 20 kv.sm pəncənin üst səthində 10 kv.sm və pəncənin alt səthində ən azı 2 kv.sm ölçülü uzun müddət (6 aydan artıq) sağalmayan xora, yaxud travmadan sonrakı trofik pozuntular (T93.0-T93.9); 5.2.3.26. o nurğanın ayaq üstə dayanmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyası, onurğa funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşayiət olunan üçüncü-dördüncü dərəcəli əyilmələri; 5.2.3.27. ankilozlaşdıranspondiloartrit (Bexterev xəstəliyi) bud-çanaq oynaqlarının nəzərəçarpankontrakturası ilə (M45) 5.2.3.28. müharibə əlillərinin hər iki gözünün görmə itiliyi 0.04-dən aşağı və ya görmə sahəsi 10 dərəcədən aşağı olduqda (H53.0-H54.9); 5.2.3.29. proqramlı hemodializ (Z99.2,Z49.0-Z49.1).

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»na əlavə

57. Minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: 1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; 2. ağciyər çatışmazlığı, İİ dərəcəli; 3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi; 4. hemiplegiya, nəzərəçarpan hemiparez; 5. nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom; 6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7. hər iki aşağı ətrafın fillik xəstəliyi; 8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; 9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; 10. hər iki bud-çanaq oyna-ğının ankilozu; 11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksi yasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİİV dərəcəli əyilmələr; 12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boş-luqların olması ilə); 13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; 14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; 15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məh kəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müd dətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 2

0. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdu r. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halla rı ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona avtomobilin verilməsinə dair tibbi göstərişin verilməsi ilə bağlıdır.

27. İşin araşdırılmış hallarından görünür ki, iddiaçıya baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Kəllədaxili travmaların nəticələri. Durğunluq ürək çatışmazlığı, İİ dərəcə Kəllədaxili hipertenziya, vaqo-vegetativ krizlər, koordinator statik pozğunluqlar. Kəskin asteno-nevrotik sindrom. Ürəyin xroniki işemik xəstəliyi, İİ dərəcə, ikinci dərəcə əlillik, epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9) diaqnozu qoyulmuş və müd dətsiz əlillik dərəcəsi verilmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyini ilə razılaşır ki, iddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermir.

29. Belə ki, yuxarıda qeyd edilən maddi hüquq normalarında minik avtomobilinin verilməsi üçün tibbi göstərişlərin konkret dairəsi müəyyən edilmişdir.

30. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin mənasına görə minik avtomobili ilə məhz əlilliyi müəyyən edilmiş şəxs təmin edilə bilər, onun hər hansı yaxın qohumu və ya onun göstərişi əsasında başqa şəxs deyil.

31. İddiaçının verdiyi izahatından və iş materiallarına əlavə edilmiş elektron məhkəmə çıxarışından görünür ki, onun sürüc ülük vəsiqəsi yoxdur.

32. Digər tərəfdən iddiaçıya “epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi diaqnozu qoyulduğundan” onun səhhətinin vəziyyəti onun tərəfindən avtomobil idarə edilməsini umumiyyətlə ağlabatan hesab etmir.

33. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 17-19(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyun 2024-cü il tarixli, 21(103)-1885/2024 nömrə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar