Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2716/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ( iddia mümkündür, arayış əsasında sığorta stajı) TƏSVİRİ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının hüquqi varisi İddiaçı2 və onun vəkili Vəkil iştirakı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-857/2019 nömrəli, 17 aprel 2019cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 27 noyabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı1 (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə (bundan - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.05.1974-cü ildən 01.05.1992-ci ilədək Ağdam rayonu H.Hüsiyev adına sovxoz da mühasib işləməsi müəyyən edilməklə pensiyasının hesablanaraq müəyyən edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçının 01.05.1974-cü ildən 01.05.1992-ci ilədək Ağdam rayonu H.Hüsiyev adına sovxozda işlədiyi illəri sosial sığorta stajına daxil etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2017-ci il tarixli, 2-1(82)2268/2017 saylı qərarı ilə (hakim: Z.Tağıyev) iddia tələbi təmin edilərək, iddiaçının 01.05.1974-cü ildən 01.05.1992-ci ilədək Ağdam rayonu H.Hüsiyev adına sovxozda işlədiyi il ləri sosial sığorta stajına daxil etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərar alınmışdır. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2129/2017 nömrəli iş üzrə 16 oktyabr 2017-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: S.S.Seyidova və S.Q.Hüseynov) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 13 iyun 2017-ci il tarixli, 2-1(82)- 2268/2017 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir. Məhkəmənin həmin qərarından iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-282/2018 nömrəli iş üzrə 06 mart 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: A.S.Hüseynov, hakimlər: İ.A.Dadaşov və R.S.Nəbizadə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2129/2017 nömrəli iş üzrə 16 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşin təkrar apelyasiya baxışı müddətində, 29.07.2018-ci il tarixdə iddiaçı vəfat etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1691/2018 nömrəli iş üzrə 09 avqust 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və M.A.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2017-ci il tarixli, 2-1(8 2)- 2268/2017 saylı qərarı ləğv edilmiş, iddiaçı vəfat etdidiyi üçün iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)2760/2018 nömrəli iş üzrə 27 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: İ.K.Hüseynov, hakimlər: N.İ.Rəsulbəyova və Z.M.Quliyev) Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1691/2018 nömrəli iş üzrə 09 avqust 2018-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-857/2019 nömrəli iş üzrə 10 aprel 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.A. Ağayev və C.A.Yusifov) İddiaçı1 onun hüquqi varisi İddiaçı2 ilə əv əz edilmişdir. Həmin məhkəmənin 17 aprel 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.A. Ağayev və C.A.Yusifov) apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2017-ci il tarixli, 2-1(82)2268/2017 saylı qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının iş stajı hüquqi fakt kimi xüsusi icraat qaydasında ümumi məhkəmələrdə müəyyən edilməlidir. İddiaçının hüquqi varisi həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsini və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı 01.05.1974-cü i ldən 01.05.1992-ci il tarixinədək Ağdam rayonu Heydər Hüsiyev adına üzümçülük sovxozunda mühasib vəzifəsində işləmişdir. Bu fakt sovxoz rəhbərinin 10.12.2016-cı il tarixli, 03 saylı arayışı ilə öz təsdiqini tapır. Əmək kitabçası düşmənlə müharibə zamanı işğal edilmiş ərazidə qalmış, məcburiyyət qarşısında olduqlarına görə heç bir sənəd götürülə bilməmişdir. 01.05.1974cü ildən 01.05.1992-ci il tarixədək olan müddət əmək kitabçasında qeyd edilmədiyindən mərhumun pensiya təminatı almaq üçün əmək stajına əlavə etmək cavabdeh tərəfindən mümkün sayılmamışdır. İddiaçı tərəfindən əmək pensiyasının hesablanaraq təyin edilməsi məqsədi ilə cavabdehə 12.04.2017-ci il tarixdə rəsmi müraciət edilmiş, lakin cavabdeh 17.04.2017-ci il tarixdə 19/2960-01 saylı cavabla xahişi rədd edərək əmək kitabçasının ol maması səbəbindən onun pensiya hüququnun yaranmadığını bildirmişdir. Daha sonra qeyd edilir ki, cavabdeh iddiaçının Ağdam rayonu H.Hüsiyev adına Sovxozda 01.05.1974-cü ildən 01.05.1992-ci ilədək mühasib işlədiyinə görə iş illərini sosial sığorta stajına daxil etməklə yaşa görə əmək pensiyası təyin etməli və ona əmək pensiyası ödəməli idi. İddiaçıya ödənilməli olan əmək pensiyası mərhumun əmək pensiyası yaşı çatan tarixdən, yəni 29 yanvar 2016-cı il tarixdən ölən gününədək 31 ay təşkil edir ki, qeyd edilən vəsait sağlığında onun müalicəsinə sərf edilə, vəfat etdiyi üçün isə onun qəbrinin üstünün götürülməsinə və dəfn məsrəflərinə xərclənə bilərdi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının hüquqi varisi və vəkili kassasiya şikayətini müdafiə edə rək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olara q qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1- ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Hazırki iş üzrə apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan müəyyən edilir ki: -iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdeh şöbəyə müraciət etmişdir; -cavabdeh şöbə 17.04.2017-cı il tarixli 19/2960-01 nömrəli cavab məktubu ilə iddiaçının ərizəsini təmin etməkdən imtina edərək göstərmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 57 yaşına çatmış qadınların 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2010-cu ilin yanvarın 1dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər ay altı ay artırılır. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə a lınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı əmək kitabçası təqdim etmədiyinə görə, onun yaşa görə əmək pensiyası hüququ yaranmır. İddiaçı iş stajının sübutu kimi, Ağdam rayon H.Hüsiyev adına Üzümçülük sovxozunun 10.02.2016-cı il tarixli 03 nömrəli arayışını təqdim etmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı əmək kitabçası təqdim edə bilmədiyindən, eləcə də təqdim edilən arayış arxiv arayışı olmadığından, onun iş stajı hüquqi fakt kimi xüsusi icraat qaydasında ümumi məhkəmədə müəyyən edilməlidir. Ona görə də iddia mümkünsüzdür. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi iddianın mümkünsüzlüyü barədə düzgün nəticəyə gəlməmişdir. İş üzrə müəyyən edilir ki, iddiaçı 29.01.96-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, məcburi köçkün və 2-ci qrup əlil olmuş, Bakı şəhərində məskunlaşmışdır. İddiaçının iddia ərizəsində göstərdiklərinə və təqdim etdiyi müvafiq arayışa görə orta məktəbi bitirdikdən sonra 01.05.1974 – 01.05.1982-ci il tarixlərdə H.Hüsiyev adına üzümçülük sovxozunda mühasib vəzifəsində çalışmışdır, əmək kitabçasını isə işğala məruz qalan ərazidən çıxarkən götürməyə imkanı olmamışdır. İddiaçının təqdim etdiyi arayışa münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asıl ı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Bu Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, y axud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə al ınır. Eyni zamanda, SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “b” bəndinə görə iş yerindən verilmiş arayışlar iş stajını təsdiq edən sübut kimi təsbit edilmişdir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının 01.05.1974-01.05.1992-ci illərdə işlədiyi ehtimal edilən dövr “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğundan və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla koll egiya hesab edir ki, iddiaçının həmin dövrlərdə işləməsi iş yerindən verilmiş arayışda qeyd edildiyi üçün həmin arayışa hüquqi qiymət verilməli, həmin arayış sübut kimi qəbul edilərsə, arayışda qeyd edilən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. İddianın mümkünsüz sayılmasına dair apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaların 3.2.2-ci bəndində təsbit edilm işdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi, iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür - 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətl i faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının 1974- 1992-ci illərdə iş stajını təsdiq edən əmək kitabçası olmasa da, onun yuxarıda qeyd edilən illərdə işlədiyi barədə iş yerindən arayış təqdim edilmişdir. Odur ki, iddiaçının Qaydaların 3.2.2-ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi qeyri-mümkündür. Çünki belə hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Belə ki, iddiaçının təqdim etdiyi arayış onun iş stajını təsdiq edən sənəd kimi çıxış edə bildiyindən məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır. Göründüyü kimi, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən iş yerindən arayışlar nəzərə alına bilər. Həmçinin, iddiaçı iddia ərizəsində və məhkəmə iclaslarında göstərmişdir ki, onun sovxozda mühasib işlədiyi faktı təsdiq edə bilən çoxsaylı şahidləri var və onları məhkəməyə gətirə bilər. İddiaçının ehtimal olunan iş stajına zamanca təsadüf edən həm köhnə, həm də indiki qanunvericiliklə inzibati orqanın, həm də məhkəmənin iş stajının təsdiq edilməsi üçün şahidlərə müraciət etmələri nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.92-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 16-cı bəndinə müvafiq olaraq iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyə n edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Arxiv məlumatlarının saxlanılması səbəbindən asılı olmayaraq iş stajı barədə sənədlərin alınması mümkün olmaqdıqda 1965-ci ilə qədər kolxozda olan iş stajı da şahid ifadələri ilə bu qaydada rəsmiləşdirilir. İş stajı barədə sənədlər olduqda imtiyazlı pensiyaya hüquq verən işin xarakteri şahid ifadələrinə əsasən müəyyən edilmir. Eyni qaydada, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21.11.2011-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsm iləşdiriləmsi, baxılması və saxlanılması Qaydaları”nın 3.4-cü bəndinə görə, əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Bakı Apelyasiya Məhkəməsinin 26 iyul 2018-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, hazırkı iş üzrə 3 nəfər şahid dindirilmiş və onlar iddiaçının sovxozda mühasib işləməsi faktını təsdiq etmişlər. Həmin ərəfədə iddiaçı vəfat etdiyindən, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edildiyi üçün şahid ifadələrinə qiymət verilməmişdir. İnzibati Pros essual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunm uş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının pozulmasına yol vermiş, beləliklə də iddianın mümkün sayılmaması barədə səhv nəticəyə gəlmişdir. Ona görə də apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-857/2019 nömrəli iş üzrə 17 aprel 2019-cu il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin aparılması üçün iş həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qismən təmin edilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2716/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2716/2019
27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver