Məhkəmə qərarları › İş №2-1(102)-2717/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2717/2019

29.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2717/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: müharibə veteranlarına müavinətin əvvəlki dövrlər üzrə ödənilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağ daş rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “18.12.2012-ci il tarixdən 18.12.2015-ci il tarixədək veteranlar üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)370/2019 saylı, 20 iyun 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 18.12.2015-ci il tarixli veteran vəsiqəsinə əsasən iddiaçı müharibə veteranıdır. İddiaçı 18.12.2015-ci il tarixdən müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinəti alır. O əvvəlki dövr üçün müavinətin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh 07.03.2019-cu il tarixli məktubla bundan imtina edərək vəsiqə 18.12.2015ci il tarixdən verildiyindən həmin tarixdən sosial müavinətin təyinatının aparıldığını bildirərək qeyd etmişdir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya 18.12.2015-ci il tarixli müharibə veteranı vəsiqəsi verildiyinə görə həmin tarixdən etibarən cavabdeh tərəfindən iddiaçıya müharibə veteranı kimi müavinət ödənilməsi həyata keçirilir. Cavabdehin mövqeyinə görə, müavinətin verilməsi yalnız “müharibə veteranı” adı və vəsiqəsinin verildiyi tarixdən başlanılmaqla mümkündür, qanunvericilik əvvəlki dövrlər üçün belə ödəmələrin verilməsini nəzərdə tutmur. İddiaçı 1 aprel 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraci ət edərək, 18.12.2012-ci il tarixdən 18.12.2015-ci il tarixədək veteranlar üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Buna görə ona 18.12.2015-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. Həmin tarixdən də müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət ödənilir. İddianın maddi hüquqi əsası kimi “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1, 9.1, “Veteranlar haqqında” Qanunun 3, 7-ci maddələrinə istinad edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakimMəcidov Rüfət Azadəli oğlu, 2-1(84)713/2019 saylı iş) 30 aprel 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin üzərinə iddiaçıya 18.12.2012-ci il tarixdən 18.12.2015-ci il tarixədək veteranlar üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin30 aprel 2019-cu ilqərarı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X2-məruzəçi, X3 və X1,21(107)370/2019 saylı iş) 20 iyun 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki,sosial müavinətin cavabdehin imtinasında göstərildiyi kimi müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən təyin edilməli olmasına dair qanunda imperativ göstəriş nəzərdə tutulmam ışdır. Cavabdeh 2 iyul 2019-cu il tarixdə qərarın surətini almış, 25 iyul 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və sənədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunəd ə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müavinət almaq hüququnun yaranması üçün şəxs müharibə veteranı olduğunu təsdiq edən sənədləri, yəni müharibə veteranı vəsiqəsini təqdim etməlidir. İddiaçı müharibə veteranı vəsiqəsini 18.12.2015-ci il tarixdə aldığından ona qanunvericiliyə uyğun olaraq həmin tarixdən müavinət təyin olunmuş və hal-hazıradək ödənişi davam etdirilir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən yuxarıda qeyd olunanlar nəzərə alınmamış, iddia tələbi təmin edilməklə maddi hüquq normaları pozulmuşdur. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-n 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı cavabdeh inzibati orqandan 18 dekabr 2 012-ci ildən 18 dekabr 2015-ci il tarixə qədər 3 il dövr üzrə müavinətin hesablanıb ödənilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə həmin dövrün müavinətinin ona ödənilməsinə dair öhdəlik qoyulması barədə iddia qaldırmış, iddia məhkəmə tərəfindən təmin edilmişdir. İPM-in 33.1 və 33.2-ci maddələrinin tələbinə görə iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi halda, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə görə...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər...müha ribə veteranları sayılırlar. İşdən görünür ki, iddiaçının Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi mübahisə olunmur və 18 dekabr 2015-ci il tarixdən başlayaraq iddiaçıya müavinət təyin edilərək ödənilir. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə görə müharibə veteranı...adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçıya müharibə veteranı vəsiqəsi 18 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmişdir. İddiaçı müharibə veteranı adı və vəsiqəsini 18 dekabr 2015-ci ildə alsa da, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə görə o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyy atlarında iştirak etdiyi vaxtdan müharibə veteranı sayılır. Hazırkı mübahisəyə qədər iddiaçının müharibə veteranı kimi müavinət alması ilə bağlı əvvəllər hər hansı dövlət orqanına müraciət etməsinə dair işdə sübut yoxdur. İddiaçı özü də bu barədə mübahisə açmamışdır. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə sosial müavinətlərbu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsi zlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət-onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilə bilər. Odur ki, apellyasiya instansiyası məhkəməsi 2015-ci ilin dekabr ayına qədər olan son 3 ilə aid müavinətin iddiaçıya ödənilmə li olması barədə gəldiyi nəticə əsaslıdır. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsində həmçinin qeyd edilir ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı onun üçün nəzərdə tutulan hər hansı güzəştin tətbiq edilməsini deyil, “Sosial müavinətlər haqqında” Qanunla ona ödənilməli olan aylıq müavinətin ödənilməsini xahiş edir və qanunla ödənilməli olan müavinət hansısa güzəşti ehtiva etmir. Odur ki, şikayətin dəlilləri əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiy ası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-370/2019 saylı, 20 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar