Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2718/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının icra edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın cərimə edilməsi; işin hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) qarşı «iddiaçının ölkə hüdudlarından girişçıxışına qoyulmu ş məhdudiyyətin qanunsuz sayılması və məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair» inzibati iş üzrə məhkəmənin qanuni qüvvəsini almış qərarının icrasına dair məsələ üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 2-1(103)-2649/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1976/2022 saylı iş üzrə 31 yanvar 2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «iddiaçının ölkə hüdudlarından giriş-çıxışına qoyulmuş məhdudiyyətin qanunsuz sayılması və məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoy ulması tələbinə dair» iddia tələbi təmin edilməmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1795/2022 saylı iş üzrə 5 oktyabr 2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1976/2022 saylı iş üzrə 31 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-386/2023 saylı iş üzrə 1 mart 2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1795/2022 saylı iş üzrə 5 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı iddia mümkün sayılmamış və cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı tələb üzrə iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. İşə təkrar apellyasiya qaydasında baxılarkən, Bakı Apellyasiya Məhkəməsinin 21(103)-2286/2023 saylı iş üzrə 31 avqust 2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1976/2022 saylı iş üzrə 31 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmişdir.
5. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından qanunla müəyyən edilmiş müddətdə şikayət verimədiyindən qanuni qüvvəsini almış və qərar icra edilməsi üçün birinci instansiya məhkməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə mürac iət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2286/2023 saylı iş üzrə 31 avqust 2023cü il tarixli qərarının icra olunmadığını bildirərək yardımçı olmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə tərəfindən cavabdehə 22 yanvar 2024-cü il tarixdə yenidən məktubla müraciət olunaraq Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarının icra olunmadığı halda, İPM-in 120-ci maddəsinin tələblərinə uyğun cərimə olunacağı barədə xəbərdarlıq verilmişdir.
8. Bakı İnzibati Məhkəməsi 2-1(112)-1976/2022 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim: R.Kərimli) Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 500 (beş yüz) manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi mövqeyi ni onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2286/2023 saylı iş üzrə 31 avqust 2023-cü il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Lakin üzərinə müvafiq məhdudiyyəti götürülməsi öhdəliyi qoyulmuş cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti məhkəmə aktından şikayət vermədiyi halda, icra hərəkətlərinin yerinə yetirilməsinin texniki cəhətdən mümkün olmamasını əsas gətirməklə kifayətlənmiş, lakin məhkəmə qərarının icrasını bu istiqamətində tədbir görmədən təmin etməmişdir.
10. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 2-1(103 )-2649/2024 nömrəli qərardadı ilə (hakimlər: C.Yusifov /sədrlik edən və məruzəçi/, A.Oruczadə və G.Abbasova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsini hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburi olduğundan, məhkəmə qərarı cavabdeh tərəfindən 6 aydan çox müddətdə icra olunmadığından və məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələndiyindən, Bakı İnzibati Məhkəmə sinin 2-1(112)1976/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehə 500 manat məbləğində cərimə tətbiq olunmasını işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirilməlidir.
13. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
14. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsinin qərardadında istinad edilən sənədlərdən bəlli olur ki, məhkəmə işin obyektiv araşdırılması məqsədilə AR DİN-ə və AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sorğu ünvanlayaraq xx.xx.1986-cı il təvəllüdlü İddiaçı barəsində ölkədən çıxışına məhdudiyyətin (qadağanın) qoyulub-qoyulmaması qoyulmuş dursa, məhdudiyyət qoyulmasına əsas olan halların mövcudluğu barədə icraat materiallarının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsini xahiş etmiş, həmçinin eyni məzmunlu sorğunu DSX-yə də ünvanlamışdır. Məhkəmənin həmin sorğusu sadəcə DSX tərəfindən icra edilərək, məhkəməyə “İddiaçı barəsində DSX tərəfindən heç bir məhdudiyyətin qoyulmamasını sadəcə xx.xx.2018-ci il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən “çıxışı qadağandır” statusunun tətbiq edildiyindən sərhədi keçməsinə icazə verilməmiş və geri qaytarılmışdır” cavabı verilmişdir. Lakin məhkəmə qərar çıxararkən əsas təşəbbüskar olan orqanların sorğulara cavab verməsini gözləməmiş, işi tam və hərtərəfli araşdırmadan qərar qəbul etmişdir. "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilmə” hər iki dövlət orqanının da vəzifələr inə aid edilmişdir. Lakin DSX-nin vəzifələrinə digər dövlət orqanı tərəfindən qəbul edilmiş məhdudiyyət qərarının olub-olmamasını yoxlamaq, habelə digər dövlət orqanı tərəfindən sistemə daxil edilmiş məlumatlara hər hansı dəyişiklik, əlavə və sair edilməsi vəzifələri aid deyildir. Qoşmaya əlavə edilmiş Dövlət Sərhəd Xidmətinin N №-li hərbi hissəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” İAMAS haqqında Əsasnamənin 12.6.1.2-ci bəndinin (şəxsin sərhədkeçməsinə icazə verilməməsi və qaytarılması) icrası ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti üzrə dövlət orqanları tərəfindən məhdudiyyət qoyulan şəxslərin sərhədkeçməsinə icazə verilmir. Bundan əlavə AR NK-nin xx.xx.2012-ci il tarixli 5 №-li Qərarının 6.7.1-ci maddəsinin (Azərbaycan Respublikasına gəlməsinə və Azərbaycan Respublikasından getməsinə məhdudiyyət qoyulan şəxslər barədə aşağıda göstərilən məlumatlar İAMAS vasitəsilə elektron formada yaradılır və yalnız Əsasnamə ilə səlahiyyət verilmiş dövlət orqanları tərəfindən və onların sistemdaxili səlahiyyət bölgüsünə uyğun istifadə olunur, müvafiq əsaslar aradan qalxdıqda aktiv statusu dəyişdirilir) və xx.xx.2012ci tarixli 5 №-li Qərarla təsdiq olunmuş 2 nömrəli əlavəsinin (“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi) tələblərinə əsasən dövlət orqanları sistemdaxili səlahiyyət bölgüsünə uyğun s istemdən istifadə edir və dövlət orqanlarına səlahiyyət verilmir ki, digər dövlət orqanlarının məhdudiyyət statusunu dəyişdirsin. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə etiraz təqdim edilməmiş. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasinin Konstitusiyasi: Maddə
129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayə tlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.
1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş ““Giriş-çı xış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili” Qaydaları 19. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli 10 nömrəli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə k ollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərardadının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
24. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir.
25. Hazırkı halda Bakı Apellya siya Məhkəməsinin 2-1(103)-1795/2022 saylı iş üzrə 5 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərkən cavabdehin üzərinə İddiaçı Azərbaycan Respublikasının hüdudlarından giriş-çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyi qoyulmuşdur.
26. Cavabdeh tərəfindən məhdudiyyət götürülmədiyindən, aşağı instansiya məhkəmələri hesab etmişlər ki, məhkəmə qərarının icrasından yayınmaya görə cərimə tətbiq edilməlidir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidi r. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər (“inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icra edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 10 nömrəli Qərarının 2 5 və 26-cı bəndləri).
28. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın əsas dəlili ondan ibarətdir ki, onun tərəfindən iddiaçı barəsində hər hansı məhdudiyyət qoyulmadığından, digər inzibati orqan (DİN) tərəfindən “çıxışı qadağandır” statusu tətbiq edildiyindən, cavabdehin qanunvericilikdən irəli gələn məhdudiyyəti götürməklə bağlı hər hansı hərəkət etmək səlahiyyəti yoxdur.
29. Qeyd edilməlidir ki, inzibati prosessual qanunvericilikdə borclu inzibati orqanın cərimə edilməsi o halda baş tutur ki, inzibati orqan məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyini qəsdən davam etdirsin və tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınsın. Bu mənada, nəzərə alınmalı məqamlardan biri də ondan ibarətdir ki, cavabdeh orqanın üzərinə qoyulmuş öhdəliyin xarakterindən, eləcə də məhk əmə qərarının icrası mərhələsində yaranmış faktiki və hüquqi hallardan asılı olaraq icra ilə bağlı həyata keçirilməli hərəkətlər fərqli ola bilər. Belə ki, əgər faktiki və hüquqi hallar icranın həyata keçirilməsi vəziyyətinə obyektiv olaraq təsir edirsə, sözügedən hallar cavabdehin icraya dair öhdəliklərinin həcminə və həyata keçirilməsi qaydasına təsir edə bilər. Bu zaman həmçinin tərəflərin davranışlarına, icranın baş tutmasına yönəlmiş niyyətlərinə, eləcə də qanunvericiliyin imperativ normalarına də qiymət verilməlidir.
30. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi cavabdehin məhkəmə qərarının icrasından yayınması ilə bağlı hərəkətlərinə qiymət verərkən, yuxarıda qeyd edilənləri nəzərə almamış, müvafiq sahəni tənzimləyən qanunvericiliyin tələblərini n əzərə almaqla cavabdehin təqsirli şəkildə məhkəmə qərarının icrasından yayınması halının olub-olmamasına qiymət verməmişdir. Çünki cavabdehin əsas dəlili məhz qoyulmuş məhdudiyyətin götürülməsinin qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmədiyi ilə bağlıdır. Odur ki, təkrar baxışda sözügedən məsələ müvafiq qanunvericiliyin tələbləri araşdırılmaqla cavabdehin malik olduğu səlahiyyətlər kontekstində qiymətləndirilməklə onun məhkəmə qərarını icra etmək imkanına malik olubolmadığına qiymət verilməli, eyni zamanda iddiaçıya hüquqi müdafiə imkanları ilə bağlı hüquqi yardım edilməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli 21(103)-2649/2 024 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.