Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2719/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin edilməsi; iş illərinin sosial sığorta stajına daxil edilməsi; arxiv arayışları; sığorta kapitalı GİRİŞ HİSSƏ 12.11.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iş illəri sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 03 iyun 2019-cu il tarixli qərarından cavabdeh şöbətərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 01 iyul 1983-cü ildən 31 oktyabr 1985-ci ilə qədər və 01 dekabr 1987-ci ildən 18 aprel 1993-cü ilə qədər Kəlbəcər rayonu 6 saylı Körpü Tikinti İdarəsində fəhlə, 01 iyun 1993-cü ildən 30 noyabr 2004-cü ilə qədər «Ulduz» EİB-də yığıcı çilingər vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına daxil etməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliynin cavabdeh şöbənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakim T.Əsədova; iş No 2-1(81)-4351/2018) iddianın təmin edilməsi, iddiaçıya 01 iyul 1983-cü ildən 31 oktyabr 1985-ci ilə qədər və 01 dekabr 1987-ci ildən 18 aprel 1993-cü ilə qədər Kəlbəcər rayonu 6 saylı Körpü Tikinti İdarəsində fəhlə, 01 iyun 1993-cü ildən 30 noyabr 2004-cü ilə qədər «Ulduz» EİB-də yığıcı çilingər vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.12.2018-ci il tarixli qərarı ilə (sədrlik edən K.Abiyeva, hakimlər M.Taızadə və G.Hüseynli; iş No 2-1(103)2903/2018) cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddianın təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.04.2019-cu il tarixli qərarı ilə (sədrlik edən S.Hüseynova, hakimlər İ.Dadaşov və K.Bədəlov; iş No 2-1(102)-1127/2019) iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilm əsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.12.2018-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən V.Baxışova, hakimlər E.Nağıyeva və H.Həmidov; iş № 2-1(103)-1312/2019) cavabdeh şöbənin apellyasiya şikayətinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli qərarının qismən ləğv edilməsi; iddianın iddiaçının01 iyul 1983-cü ildən 31 oktyabr 1985-ci ilə qədər və 01 dekabr 1987-ci ildən 18 aprel 1993-cü ilə qədər Kəlbəcər rayonu 6 saylı Körpü Tikinti İdarəsində fəhlə işlədiyi dövrün sosial sığorta stajına hesab lanması hissəsində rədd edilməsi; qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməlidir. Hazırki iş üz rə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı 01 avqust 1967-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ona 24 sentyabr 2018-ci ildə İİ dərəcə əlillik təyin edilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, Kəlbəcər rayonu 6 №-li Körpü Tikinti İdarəsi tərəfindən verilmiş 22.04.1993-cü il tarixli 16 saylı arayış iddiaçının həmin İdarədə 01.07.1983 - 31.10.1985-ci il tarixlərdə və 01.12.1987 - 18.04.1993-cü il tarixlərdə işlədiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, arayışın məzmunundan görünür ki, İdarən in bütün sənədləri, o cümlədən iddiaçının əmək kitabçası işğal zonasında qalmışdır. Belə olan halda, həmin arayışın hansı sənəd əsasında verildiyi müəyyən olunmur. Buna görə də iddiaçının iddiası Kəlbəcər rayonu 6 saylı Körpü Tikinti İdarəsində işlədiyi dövrün sosial sığorta stajına hesablanması hissəsində rədd edilməlidir. Eyni zamanda “Rabitə sistemləri” X1 «Ulduz» EİB tərəfindən verilmiş 02.05.2005-ci il tarixli 28 saylı arxiv arayışına əsasən, iddiaçının həmin müəssisədə 01.06.1993 - 30.11.2004-cü il tarixlərdə yığıcı çilingər işlədiyi və 9 ildən artıq sığorta stajına malik olduğu müəyyən olunur. Arayışda iddiaçının işə qəbulu və işdən azad edilməsi barədə əmrlərə istinad olduğundan və əsli təqdim edildiyindən məhkəmə tərəfindən iddiaçının ümumi iş stajını təsdiq edən mötəbər sübut kim i qəbul olunur. İddiaçının 9 ildən çox ümumi iş stajının olduğu təsdiq olunduğundan həmin staj nəzərə alınmaqla ona əlilliyə görə pensiya təyin edilməsinə dair iddiaçının tələbi əsaslı olduğundan mübahisələndirilən qərar bu hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin iddiaçının ümumi iş stajının ona əlilliəyə görə əmək pensiyasının təyin edilməsi üçün kifayət olduğu nəticəsinə gəlməsi əsaslı və qanunidir. Eyni zamanda araşdırılan qərardan görünür ki, apellyasiya instansiya məhkəməsi əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün sığorta kapitalına dair qanunla müəyyən edilmiş tələbləri və iddiaçının vəziyətinin həmin tələblərə uyğun olub-olmadığını müzakirə etməkdən imtina etmiş, belə hesab etmişdir ki, iddiaçı bu s tajı 01.01.2006-dək topladığı üçün sosial sığorta stajı kimi deyil, ümumi iş stajı kimi nəzərə alınmalı olduğundan onun pensiya kapitalının olmaması pensiyanın təyin edilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, bu hissədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Qanunverici 01.01.2006-cı ilədək pensiya hüququ qazanmış şəxslərlə həmin tarixdən sonra pensiya hüququ qazınmış şəxslər arasında hər hansı fərq qoymur Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin döv rə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Belə olan halda, hazırki halda iddiaçıya əlilliyə görə pensiyanın təyin edilməsi üçün son tədbir onun İİ dərəcəli əlil kimi yı ğdığı pensiya kapitalının qanunla müəyyən edilmiş hədd olmasının müəyyən edilməsidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə müvafiq olaraq əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi, hazırki işə baxmış apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd edilən məsələni araşdırmamış, nəticədə iddiaçıya əlilliyə görə əmək pensiya sının təyin olunması məsələsi həll olunmadan açıq qalmışdır. Ona görə də, hazırki işə yenidən baxacaq apellyasiya instansiya məhkəməsi iddiaçının pensiya kapitalı məsələsini araşdırmaqla ona dəqiq hüquqi qiymət verməli, yeni zamanda iddiaçıya əlilliyə görə əmək pensiyasının düşüb-düşməməsi məsələsini də həll etməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olu nmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiya məhkəmələri üçün məcburidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları qismən düzgün tətbiq olunmamış, qərarın qismən ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati -İqtisadi Kollegiyasının 30 may 2019-cu il tarixli qərarı qismən, sığorta kapitalı hissəsində ləğv edilməli; iş həmin hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməli; qərar qalan hissədə, yəni sosial sığorta stajının hesablanması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 iyun 2019-cu il tarixli qərarı qismən, sığorta kapitalı hissəsində ləğv edilsn; iş həmin hissədə y enidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin; qərar qalan hissədə, yəni sosial sığorta stajının hesablanması hissəsində dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2719/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2719/2019
12.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver