Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-272/2019 05.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı-nin Cavabdehnə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X9, vəkili X3, Cavabdeh nümayəndəsi X5, vəkili X1 iştirakı ilə, İddiaçı-nin (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 1,9914 ha torpaq sahəsinin Göyçay şəhərinin Nizami küçəsinə açılan çıxış qapılarının qarşısında cavabdeh orqanın göstərişi əsasında hör ülmüş daş hasarın sökülməsi və həmin çıxış qapılarından istifadəyə cavabdeh orqan tərəfindən yaradılan maneələrdən çəkinmək vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(107)-493/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: ünvan 1 ünvanda 1,9914 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2017,3 kv.m olan əmlak kompleksi kimi müəssisə üzərində iddiaçı cəmiyyətin mülkiyyət hüququ 27.07.2013-cü il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində Dövlət qeydiyyatına alınmışdır. Həmin əmlak müəssisə üzərində iddiaçı cəmiyyətin mülkiyyət hüququ RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş, 22.05.2013-cü il tarixdə həmin əmlak kompleksinə dair texniki pasport tərtib edilmişdir. Əmlak kompleksinin şəhərin M.Müşfiq və Ü.Hacıbəyov küçələrinə 4 istiqamətdə, Nizami küçəsinə isə 3 istiqamətdə giriş-çıxış yolları mövcuddur. 2017-ci ildə cavabdeh orqanın 26.07.2017-ci il tarixli sərəncamı əsasında Göyçay rayonunda aparılan abadlıq işləri zamanı iddiaçı cəmiyyətin Nizami küçəsinə olan giriş-çıxış yolunun qarşısına 80 sm hündürlükdə divar hörülməklə giriş-çıxış yolu bağlanmışdır. Qanuni qüvvəyə minmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06.04.2018-ci il tarixli qərarı ilə də müəyyən edilmişdir ki, Cavabdeh 26 iyul 2017-ci il t arixdə 66 nömrəli sərəncamın icrası ilə bağlı olaraq əmlak kompleksi kimi müəssisənin Nizami küçəsinə olan qapısı bağlanmışdır. Göründüyü kimi, həmin vaxta qədər texniki pasportda göstərilən qapı mövcud olmuşdur. Həmçinin, Cavabdeh 12.08.1 nömrəli sərəncamı ilə “xxxx” MMC-yə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün şəhərin M.Müşfiq küçəsi 2 ünvanında yerləşən İddiaçı-nin mülkiyyətində olan ümumi 1,9914 hektar torpaq sahəsinin 0,85 hektar hissəsində və sxem üzrə (tərtib olunmuş layihə əsasında) ticarət obyektinin tikintisinə icazə verilmişdir. Həmin eskiz layihə Cavabdeh Memarlıq və Tikinti Şöbəsinin memarı tərəfindən təsdiq edilmişdir. Layihədə giriş-çıxış qapılarının olması görünür. Qapı mövcud olduğundan onların texniki pasportda göstərilməsi düzgün və əsaslı olmuşdur. Bu səbəbdən də İddiaçı-nin adına tərtib edilmiş 22 may 2013-cü il tarixli texniki pasportun Nizami küçəsi tərəfə əks olunmuş giriş-çıxış qapılarının ləğv edilməsi və bu pasportun texniki parametrlər göstəricilərinin həmin hissədə cəmiyyətin adına olan sentyabr 2001-ci il tarixli texniki pasportun texniki göstəricilərinə uyğunlaşdırılması mövcud olmamışdır. İddiaçı 14 avqust 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 1,9914 ha torpaq sahəsinin Göyçay şəhərinin Nizami küçəsinə açılan çıxış qapılarının qarşısında cavabdeh orqanın göstərişi əsasında hörülmüş daş hasarın sökülməsi və həmin çıxış qapılarından istifadəyə cavabdeh orqan tərəfindən y aradılan maneələrdən çəkinmək vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində ünvan 4 ünvanda 1,9914 hektar torpaq sahəsi vardır. 22 may 2013-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar (hazırda 16 saylı) Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasport göstəricilərinə görə ASC-nin mülkiyyətində olan torpaq sahəsinin Göyçay şəhərinin Nizami küçəsinə çıxış qapıları vardır. Lakin 18 may 2017-ci il tarixdə cavabdehin qeyri-rəsmi göstərişinə əsasən ASC-nin mülkiyyətində olan torpaq sahəsinin Göyçay şəhərinin Nizami küçəsinə açılan çıxış qapıları, qapıların qarşısında mişar daşından 80 sm hündürlükdə divar hörülməklə bağlanılmışdır. Bununla da ASC-nin mülkiyyətind ə olan əmlakdan istifadə etmək hüququ məhdudlaşdırılmışdır. Mülkiyyət hüququ Dövlət tərəfindən qorunduğu halda cavabdeh qanunsuz hərəkətləri ilə ASC-nin mülkiyyətində olan əmlakdan istifadə etmək hüququnu pozmuşdur. Halbuki, cavabdehin qeyri-rəsmi göstərişinə əsasən qarşısında divar hörülmüş, şəhərin Nizami küçəsinə olan çıxış qapıları nəinki ASC-nin mülkiyyətində olan torpaq sahəsinin hüquqmüəyyənedici və texniki sənədlərində, həmçinin rayonun baş memarı tərəfindən təsdiqlənmiş sxematik planda da nəzərdə tutulmuşdur. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1-ci maddələrinə istinad edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 14.09.2017-ci il tarixli və 17.11.2017-ci il tarixli məktublarla iddiaya etiraz edərək bildirm işdir ki, rayon icra hakimiyyəti tərəfindən rayon ərazisində geniş tikinti və abadlıq işləri həyata keçirilmiş, şəhərin bir çox küçələrində müasir üslubda daş hasarlar inşa olunmuşdur. Bu cür abadlıq işləri şəhərin mərkəzi küçələrindən biri hesab olunan Nizami küçəsində də həyata keçirilmişdir. Aparılan abadlıq işləri zamanı məlum olmuşdur ki, Nizami küçəsindəki daş hasarlar boyunca bir neçə arakəsmə mövcuddur ki, həmin arakəsmələr ətraf ərazinin memarlıq görünüşünə uyğun deyildir. Ərazinin memarlıq görünüşünün daha da yaxşılaşdırılması məqsədilə inşa edilən hasarlarda bərpa işləri aparılmış, daş hasarlar arasında mövcud olan arakəsmələr hörülmüşdür. İddia tələbi əsassızdır. Belə ki, cəmiyyətin M.Müşfiq və Ü.Hacıbəyov küçələrinə 4 istiqamətdə giriş-çıxış yolu mövcuddur və rayonun baş memar ı tərəfindən tərtib olunmuş plan-sxemdə Nizami küçəsi istiqamətində giriş-çıxış yolunun olması göstərilməmişdir. İddiaçı cəmiyyət özəlləşmə zamanı tərtib olunmuş texniki pasportda giriş-çıxış yolunun olmasını iddia etsə də, həmin texniki pasportun necə və hansı şəraitdə hazırlanması şübhəlidir. Bundan başqa, cəmiyyət tərəfindən həmin istiqamətdə giriş-çıxış yolundan istifadə edilməsi yol hərəkətinin məhdudlaşdırılmasına, yol hərəkəti iştirakçıları üçün təhlükənin yaranmasına və ağır nəticələrin doğuracağına səbəb ola bilər. Bununla yanaşı qeydiyyat orqanı tərəfindən rayon icra hakimiyyətinə ünvanlanmış məktubla müəyyən olunur ki, iddiaçı cəmiyyətin adına 22.05.2013-cü il tarixdə tərtib edilmiş texniki pasportda şəhərin Nizami küçəsinə giriş-çıxış yolu rayonun baş memarı İ.Süleymanovun mö hürü və imzası ilə kompüter vasitəsi ilə tərtib edilmiş sxematik plan əsasında göstərilmişdir. Həmin sxematik plan “xxxx” MMC barəsində olan Göyçay RİH başçısının səlahiyyətlərini icra edən Ə.D.Dövlətov tərəfindən imzalanan 12.08.2014-cü il tarixli, 61 nömrəli sərəncamdan sonrakı vaxta tərtib edildiyindən qeyd olunan sxematik plana istinadən 22.04.2013-cü il tarixdə texniki pasportun tərtib edilməsi mümkünsüzdür. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(84)-21/2018 saylı iş) 29 iyun 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh orqanın 26.07.2017-ci il tarixli sərəncamı ilə şəhərin Nizami küçəsi boyunca giriş-çıxış üçün nəzərdə tutulmayan və istifadə olunmayan arakəsmələrin və yerlərin müasir üsl ubda hörülərək təmir edilməsinin qərara alınması iddiaçı cəmiyyətə məxsus Nizami küçəsinə olan giriş-çıxış yolunun hörülərək bağlanmasına və bununla da iddiaçının mülkiyyətdən istifadə hüququnun məhdudlaşdırılmasına gətirib çıxara bilməz. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2018-ci il tarixli qərarı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X6-məruzəçi, X7 və X8, 21(107)-493/2018 saylı iş) 20 sentyabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 4 oktyabr 2018-ci il tarixdə qərarın surətini almış, 29 oktyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətin in dəlilləri: “Şəhərin mərkəzi küçələrində tikinti-abadlıq işlərinin davam etdirilməsinə dair əlavə tədbirlər” barədə rayon icra hakimiyyəti başçısının 26 iyul 2017-ci il tarixli sərəncamı ilə şəhərin mərkəzi küçəsi sayılan Nizami küçəsində giriş-çıxış üçün nəzərdə tutulmayan və istifadə olunmayan arakəsmələrin və yerlərin müasir üslubda hörülməsinin zəruriliyi nəzərə alınaraq Nizami və M.Hüseynzadə küçələrində yol boyunca inşa olunmuş daş hasarlarda abadlıq-quruculuq işlərinin davam etdirməsi, küçə boyunca hasarların təmir olunması, Nizami küçəsinin C.Cabbarlı küçəsi ilə bitişən hissəsindən M.Müşviq küçəsi ilə kəsişən hissəsinədək divarların daş örtüklərlə üzlənməsi, Nizami küçəsi boyunca giriş-çıxış üçün nəzərdə tutulmayan və istifadə olunmayan arakəsmələrin və yerlərin müasir üslubda hö rülərək təmir edilməsi qərara alınmışdır. Yuxarıda istinad olunan sərəncamdan görünür ki, giriş-çıxış qapıları rayon icra hakimiyyətinin qeyd olunan sərəncamının icrası qaydasında bağlanmışdır. Nəzərə alınması zəruridir ki, İddiaçı-nin adına tərtib və təsdiq olunan 21 sentyabr 2001-ci il tarixli, 000265 nömrəli texniki pasportun texniki göstəricilərindən görünür ki, İddiaçı-nin ərazisinin Göyçay rayonu Nizami küçəsi tərəfə heç bir giriş-çıxış yolu mövcud olmamışdır. Cəmiyyətin şəhərin M.Müşfiq və Ü.Hacıbəyov küçələrinə 4 istiqamətdə giriş-çıxış yolu mövcuddur. Bu da cəmiyyətə öz mülkiyyət hüququnu maneəsiz həyata keçirməyə imkan verir. İstər texniki pasport, istərsə də iddiaçının iddiasında göstərdiyi “Sxematik plan” hüquqmüəyyənedici sənəd olmamaqla yanaşı texniki pasportun texniki göstər icilərinə dəyişiklik və əlavələr edilməsi müvafiq sənədlər, o cümlədən texniki şərt əsasında həyata keçirilməlidir. İddiaçı-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən 22 may 2013-cü il tarixdə tərtib edilmiş texniki pasportun göstəricilərində Göyçay şəhəri Nizami küçəsinə tərəf giriş-çıxış əks olunmuşdur. Lakin texniki pasportda əks olunan giriş-çıxış qapılarının hansı müvafiq sənədlər əsasında əks olunması məlum deyil. Bundan başqa, cəmiyyətin şəhərin Nizami küçəsinə istiqamətdə giriş-çıxış yolu kimi istifadə etməsi yol hərəkətinin təhlükəsizliyinə xələl gətirir, hərəkətin məhdudlaşdırılmasına səbəb olur, hərəkət iştirakçıları üçün təhlükə yaradır. Bunu Göyçay rayon Polis şöbəsinin rayon icra hakimiyyətinə ünvanladığı 13.09.2017-ci il tarixli mək tubu da təsdiq edir. Rayon polis şöbəsi öz məktubunda İddiaçı-nin şəhərin Nizami küçəsinə açılan qapılarından nəqliyyat vasitələrinin bazara giriş-çıxışı həmin küçə üzrə hərəkətin intensivliyinə mane olmaqla yol hərəkətinin digər iştirakçılarına təhlükə yaratdığını göstərmişdir. Göründüyü kimi 22 may 2013-cü il tarixli texniki pasportda giriş-çıxışın əks olunması qanunsuz və əsassız olmaqla yanaşı yol hərəkətinin iştirakçılarına da təhlükə yaradır. Şikayətin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 152.5, 152.6, 16.1-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında iddia ərizəsinin məzmununa uyğun i zahat verərək şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.4-cü maddəsinə əsasən, hazırkı iddia növü inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olma yan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddia (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) növünə aiddir. İPM-in 34.2-ci maddəsinə əsasən, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İddia mümkünlük şərtlərinə cavab verir, iddiaçı bu barədə cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanda 1,9914 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2017,3 kv.m olan əmlak kompleksi kimi müəssisə iddiaçı cəmiyyətin xüsusi mülkiyyətindədir. Şəhərin baş memarı tərəfindən təsdiq edilmiş bazar-ticarət mərkəzinin sxematik planında obyektin Nizami küçəsinə giriş-çıxış yollarının olması öz əksini tapmışdır. Cavabdeh orqanın 26 iyul 2017ci il tarixli sərəncamı ilə şəhərin Nizami küçəsi boyunca giriş-çıxış üçün nəzərdə tutulmayan və istifadə olunmayan arakəsmələrin və yerlərin müasir üslubda hörülərək təmir edilməsi qərara alınmış, həmin sərəncam əsasında iddiaçı cəmiyyətə məxsus Nizami küçəsinə olan giriş-çıxış yolu hörülərək bağlanmışdır. İşin hallarından görünür ki, İddiaçı-nin adına tərtib edilmiş əvvəlki sənədlərə görə Nizami küçəsinə giriş-çıxış qapısı olmamışdır. İddiaçının bəyan etməsinə görə həmin yerdə giriş-çıxış qapısı sonradan açılmışdır. İşin 1-ci cild, 105-ci səhifəsində olan rayonun baş memarı tərəfindən təsdiq edilmiş bazar-ticarət mərkəzinin sxemindən görünür ki, mərkəzin Nizami küçəs inə çıxışı nəzərdə tutulmamışdır. İşin 1-ci cild, 9-cu səhifəsində olan rayonun baş memarı tərəfindən təsdiq edilmiş Bazar ticarət mərkəzinin sxemində mərkəzin Nizami küçəsinə iki giriş-çıxışı nəzərdə tutulmuşdur. Hər iki sxemdən görünür ki, Cəmiyyətin Ü.Hacıbəyov və M.Müşviq küçələrinə də giriş-çıxışı nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi hansı hüquqi əsasla sonradan giriş-çıxış yolunun açılmasına münasibət bildirməmiş, rayonun baş memarının belə səlahiyyətə malik olmasını, cəmiyyətin faktiki olaraq digər küçələrə giriş-çıxışı olmasını müəyyən etməmişdir. İşin 104-cü səhifəsində olan cavabdehin 12 avqust 2014-cü il tarixli 61 nömrəli sərəncamında qeyd edilir ki, “xxxx” MMC-yə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün şəhərin M.Müşviq küçəsi 2 saylı ünvanda yerləşən “xxxx” ASC-nin mülkiyyətində olan ümumi 1.9914 hektar torpaq sahəsinin 0,85 ha sahəsində verilmiş sxem üzrə (tərtib olunmuş layihə əsasında) ticarət obyektinin tikintisinə icazə verilmişdir. Cavabdeh özünün etirazlarında qeyd etmişdir ki, adı çəkilən sərəncamla təsdiq edilən sənədlərdə Nizami küçəsi tərəfə giriş-çıxış qapılarının olması nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlilinə münasibət bildirməmiş, 12 avqust 2014-cü il tarixli sərəncamda qeyd edilən sxem, tərtib olunmuş layihəyə dair araşdırma aparmamış, adı çəkilən sənədlərdə Nizami küçəsinə giriş-çıxış qapısının olması ilə bağlı hüquqi qiymətləndirmə aparmamışdır. Qeyd edilməlidir ki, texniki pasportda torpaq sahəsi, torpaq sahəsində yerləşən tikililərin vəziyyəti onların mövcud coğrafi göstəriciləri nə uyğun tərtib edilir, texniki pasportda faktiki göstəricilər əks edildiyindən onda qanuni əsasla ayrılmış torpaq sahəsi və tikili, həm də əlavə torpaq sahəsi və tikili əks edilə, həmçinin faktiki giriş-çıxış yolları göstərilə bilər. Odur ki, texniki pasportda faktiki vəziyyətin əks edilməsindən asılı olmayaraq sonradan Nizami küçəsinə giriş-çıxış qapısının açılmasının hüquqi əsasları müəyyən edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3-cü bəndinə görə yerli icra hakimiyyətinin başçısı insanların sağlamlığının, ərazinin sanitar-epidemioloji şəraitinin yaxşılaşdırılması və ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi sahələrində (3.7-ci bənd):müvafiq ərazidə əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir (3.7.1-ci bənd);müvafiq ərazidə sanitarepidemioloji şəraitin yaxşılaşdırılmasında, ətraf mühitin qorunmasında və ekoloji təhlükəsizliyin təmin edilməsində iştirak edir (3.7.2-ci bənd);şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində (3.9-cu bənd):müvafiq ərazidə nəqliyyat və yol infrastrukturunun inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir (3.9.1-ci bənd);təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində (3.11-ci bənd): müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir (3.11.1-ci bənd);rayon planlaşdırma sxemlərini və layihələrini, rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planlarını, yaşayış məntəqələrinin, onların ayrı-ayrı funksional zona və qovşaqlarının müfəssəl planlaşdırma layihələrini (ərazinin tikintiplanlaşdırma layihələri) təsdiq edir (3.11.3-cü bənd). Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işin faktiki halları əsasında adı çəkilən Əsasnamənin tələblərinə uyğun hüquqi qiymətləndirmə aparmamışdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ek spertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barəd ə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın rədd edilməsi barədə şikayət təmin edilə bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-493/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-272/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-272/2019
05.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver