Məhkəmə qərarları › İş №2-1(102)-272/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-272/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-272/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin planı və ölçü sənədlərinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı «Azərbaycan» Nəşriyyatının (VÖEN:**********) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Sabunçu Rayon İcra Hakimi yyəti, Əliyev Elşən Oqtay oğlu və X10) “torpaq sahəsinin planı və ölçüsü sənədlərinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 2-1(103)-28/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ŞİN HALLARİ

1. Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 15,0 ha torpaq sahəsi «Kommunist» Nəşriyyatına (hazırda «Azərbaycan» Nəşriyyatı) ayrılmış, Abşeron rayon X2 İcraiyyə Komitəsi tərəfindən verilmiş 20 fevral 1981-ci il tarixli, B 000369 saylı «X8 X22»na əsasən 15 ha ölçüdə torpaq sahəsi «Kommunist» Nəşriyyatına ( indiki «Azərbaycan» Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün müddətsiz verilmişdir.

2. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən torpaq sahəsi Sabunçu rayon İcra Hakimiyyətinin 12 iyun 1992-ci il tarixli,14/84 saylı qərarına, həmin qərarın arxiv çıxarışına və Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilmiş yerləşmə sxeminə əsasən X5 adına mülkiyyət hüququ üzrə ilkin hüquqi qeydiyyata alınmış və bu barədə onun adına ********** qeydiyyat nömrəli, xx.xx.2015- ci il tarixli çıxarış və **********45 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir.

3. X10 ilə Əliyev Elşən Oktay oğlu arasında notarial qaydada bağlanılmış xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, N ardaran qəsəbəsində yerləşən torpaq sahəsinə Əliyev Elşən Oktay oğlunun adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, torpaq sahəsinin planı və ölçüsü sənədlərinin etibarsız hesab olunmasını xahiş etmişdir.

5. Cavabdeh məktubla müraciətin təmin olunmasından imtina edildiyini bildirmiş və qeyd etmişdir ki, müvafiq torpaq sahəsi üzərində hüquqlar qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. Odur ki, torpaq sahəsinin planı və ölçüsü sənədlərinin etibarsız hesab edilməsi barədə ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı «Azərbaycan» Nəşriyyatı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ər azi İdarəsinə (üçüncü şəxslər Sabunçu rayon İcra Hakimiyyəti, Əliyev Elşən Oqtay oğluna və X10) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Əliyev Elşən Oktay oğlunun və X5 adlarına verilmiş torpaq sahəsinin planı və ölçüsünün etibarsız sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 6 may 1980-ci il tarixli, 195 nömrəli qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi «Kommunist» Nəşriyyatına (hazırkı «Azərbaycan» Nəşriyyatına) yardımçı təsərrüfat yaradılması üçün ayrılmışdır. Bununla bağlı Abşeron rayon ZDS İK tərəfindən 20 fevral 1981-ci il tarixli «X8 X22» verilmişdir. X20 20 fevral 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kita bında qeydə alınmışdır. «Azərbaycan» Nəşriyyatının yardımçı təsərrüfatı Bakı şəhərinin Sabunçu rayonu ərazisində yerləşir və həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla onun (iddiaçının) qanuni istifadəsindədir. Yuxarıda göstərilən hallar Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6123/2016 saylı iş üzrə 20 dekabr 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir. Həmçinin «Azərbaycan» Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsi Maştağa Südçülük-Tərəvəzçilik Sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsində göstərilmişdir. Hal-hazırda iddiaçıya məlum olmuşdur ki, Əliyev Elşən Oktay oğlunun X3 aldığı 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 13 yanvar 2016-cı il tarixdə qeydiyyata alınaraq ona **********45 reyestr nömrəli çıxarış və həmin reyestr nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» verilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********45 reyestr nömrəli çıxarışda 0,12 ha torpaq sahəsinin olduğu yer Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 85ci məhəllə, 23 saylı sahə kimi göstərilmişdir. Həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları göstərilməklə, xüsusi mülkiyyətə verildiyi qeyd edilmişdir. X19 Oktay oğluna və həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olmuş X7 verilmiş «Torpaq sahəsinin planı və ölçüsü»ndə göstərilən əsas döngə nöqtələrinin koordinatları «Azərbaycan» Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşür. Halbuki, iddiaçıya verilmiş 20 fevral 1981-ci il ta rixli «X8 X22»nda 15 ha ölçüdə torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq kimi göstərilmişdir. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin və ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin işçilərinin texniki səhvləri və yaxud vəzifələrindən sui-istifadəsi nəticəsində əvvəllər 0,12 ha torpaq sahəsinin mülkiyyətçisi olmuş X7, alqı-satqıdan sonra isə Əliyev Elşən Oktay oğluna verilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən əsas döngə nöqtələrinin koordinatları qanunsuz və əsassız olaraq «Azərbaycan» Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşmüşdür. Bu da öz növbəsində «Azərbaycan» Nəşriyyatının nümayəndələri ilə torpaq əldə etmiş şəxslər arasında lüzumsuz mübahisələrə, qarşıdurmalara və bir sıra xoşagəlm əz halların baş verməsinə səbəb olmuşdur. Belə olan halda, DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi 0,12 ha torpaq sahəsinin planı və ölçüsü etibarsız hesab edilməlidir. Lakin «Azərbaycan» Nəşriyyatının müraciəti ilə bağlı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi müxtəlif bəhanələr gətirərək yaranmış vəziyyətin aradan qaldırılması üçün heç bir tədbir görməmişdir

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2-1(82)3194/2018 nömrəli qərarı (hakim X14) ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə dair Əliyev Elşən Oktay oğluna verilmiş **********45 nömrəli və X5 adına ve rilmiş **********45 nömrəli torpaq sahəsinin planı və ölçüləri etibarsız sayılmışdır.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən X7 və Əliyev Elşən Oktay oğluna torpaq sahəsinə dair reyestrdən çıxarış verilməsində yox, həmin torpaq sahəsinə dair plan və ölçü sənədi verilərkən texniki səhvə yol verilmiş və kənd təsərrüfatı təyinatlı dövlət mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələri əks olunmuş plan və ölçülər tərtib edilmişdir. X7 ayrılmış, hazırda isə Əliyev Elşən Oktay oğlunun mülkiyyətində olan torpaq sahələri Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi "Kommunist” Nəşriyyatına (indiki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşə bilməz.

11. Cavabdeh apellyasiya şikayəti v erərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

12. Üçüncü şəxs Əliyev Elşən Oqtay oğlu apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2019cu il tarixli, 2-1(103)-1064/2019 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Üçüncü şəxs Əliyev Elşən Oqtay oğlu kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. ka ssasiya instansiyası məhkəməsində birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 18 dekabr 2019-cu il tarixli, 2-1(102)-2765/2019 saylı qərarı ilə (hakimlər Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi), X1, X4) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

17. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmadan, iş üzrə "xxxx" MMC-nin təqdim etdiyi rəyə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli, 2(102)-6123/2016 saylı qərarına, cavabdehin imtina məkt ubunda qeyd etdiklərinə istinad etməklə iddiaçı və üçüncü şəxslərə məxsus torpaq sahələrinin üst-üstə düşməsi nəticəsinə gəlinmişdir. Halbuki, işə baxan məhkəmələr iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində ətraflı araşdırma aparmalı, müvafiq ekspertiza təyin etməli, bu barədə məlumatın əldə edilməsi mümkün olan müvafiq dövlət orqanlarına sorğular verməli, torpaq sahələrinin yerləşdiyi yerlərə yerində baxış keçirməli, əldə edilmiş mötəbər sübutlar əsasında mübahisənin obyektiv həllini təmin etməli idilər. Həmçinin iddiaçıya məxsus olduğu iddia edilən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmuş, üçüncü şəxsə verilmiş torpaq sahələri isə yaşayış məntəqələrinin torpaqlarına aid olsa da, işə baxan məhkəmələr tərəflərə məx sus torpaq sahələrinin kateqoriyalarının müəyyən edilməsi istiqamətində də hər hansı araşdırma aparmamışdır. İşə yenidən baxılarkən iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparılmalı, bu barədə müvafiq sorğular verilməli, torpaq sahələrinin yerləşdiyi yerlərə yerində baxış keçirilməli, müvafiq məhkəmə ekspertizası təyin edilməklə, torpaq sahələrinin yerləşdiyi yerlərin və onların kateqoriyasının müəyyən edilməsi istiqamətində araşdırma aparılmalı, buna qədər isə iddianın mümkünlük məsələsinə hüquqi qiymət verilməlidir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 2-1(103)-28/2022 saylı qərarı ilə (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X6, X 16) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “X8 X22”nda Bilgəh dəmir yolu ilə paralellikdə yerləşən düzbucaqlı (dörtərəfli) formasında, eni 300 metr, uzunluğu isə 500 metr olan mübahisəli torpaq sahəsinin plan-cizgidə konkret olaraq döngə nöqtələrinin koordinat göstəriciləri mövcud olmadığı halda, həmin torpaq sahəsinin üçüncü şəxsə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyünün müəyyən edilməsi mümkün deyil. Həmçinin iddiaçı ona ayrılmış mübahisəli 15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kadastr göstəricilərini özündə əks etdirən planölçünün tərtib olunmasında və baza məlumatlarına işlənilməsində hərəkətsizlik nü mayiş etdirmiş, bu isə ona gətirib çıxarmışdır ki, konkret halda, üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinin sözügedən 15 ha kənd təsərrüfatı təyinatlı torpaq ərazisinin hüdudları çərçivəsində yerləşdiyini sübuta yetirmək iqtidarında deyildir. İşə əlavə olunmuş "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş iki mütəxəssis rəyi bir-biri ilə ziddiyyət təşkil etdiyindən, həmin rəylərdə göstərilən nəticələrin inandırıcılıq sarıdan mötəbər məlumatlar kimi qəbul edilməsi mümkünsüzdür. Ən azından ona görə ki, həmin rəyi verən qurumlar sistemləşdirilmiş baza məlumatlarına malik deyildirlər, həm də onların kadastr və yerquruluşu sahəsində müvafiq akkreditasiya və sertifikasiyaya, habelə məhkəmə praktikasında kifayət qədər təcrübəli mütəxəssis səviyyəsinə malik olmaları da müəyyən olunmamı şdır. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi» MMC-nin mütəxəssisi tərəfindən tədqiqat aparılarkən, iddia edilən 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsinin mümkün olmaması, dövlət aktının koordinatlarının iddiaçı tərəfindən təqdim edilməməsi səbəbindən ümumi ərazinin yerquruluşu xəritəsində müəyyən edilmiş sərhədlər daxilində yerləşib-yerləşməməsini və hazırda mübahisələndirilən ərazi olub-olmamasını, habelə ayrıldığı vaxt həmin torpağın hansı kateqoriya torpaqlara aid olmasını, bununla da üçüncü şəxs Əliyev Elşən Oktay oğluna məxsus, **********45 dövlət reyestr nömrəli torpaq sahələri ilə üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Əksinə, həmin mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, üçüncü şəxs Əliyev Elşən Oktay oğluna məxsus ********* *45 dövlət reyestr nömrəli torpaq sahəsi faktiki olaraq yaşayış məntəqəsi kateqoriyasına aid torpaqlarda yerləşir, onların kateqoriyasının dəyişdirilməsi barədə məlumat aşkar olunmamış, həmin torpaq sahələrinin ayrıldığı və bundan sonra daşınmaz əmlakın dövlət qeydiyyatına alındığı vaxtlarda yerləşdiyi ərazinin kateqoriyası da yaşayış məntəqələri kateqoriyalı dövlət torpaqlarına aid torpaq sahəsidir.

20. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin məzmununa əsaslanır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Üçüncü şəxs Əliyev Elşən Oktay oğlu kassasiya şikayəti nə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Mülki Məcəllə Maddə

19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının aktının etibarsız sayılması Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 24. “İnzibati İcraat haqqında” Qanun Maddə

65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1. 3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzər də tutulmuş qaydada məlumat verilir.

25. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əs aslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

26. Kassasiya şikayəti mümkündür. Şika yət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vac ib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı ape llyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Mübahisəyə dair işə kassasiya qaydasında baxmış Ali Məhkəmənin əvvəlki göstərişləri nəzərə alınmaqla, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından torpaq sahəsinin plan və ölçü sənədlərinin etibarsız hesab edilməsi əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Bununla belə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Azərbaycan” Nəşriyyatına ayrılmış torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsi olduğu halda, üçüncü şəxslərə məxsus torpaq sahələri yaşayış məntəqələri kateqoriyasına aid torpaq sahələridir. İddiaçıya ayrılmış torpaq sahəsi sonradan üçüncü şəxslərə verilmiş olsaydı, o halda torpaq sahəsinin iddiaçıya ayrıldığı tarixdən keçən müddət ərzində ona ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yaşayış məntəqələri kateqoriyasına aid torpaq sahəsi kimi üçüncü şəxslərə verilməsi üçün həmin torpaqların təyinatı və kateqoriyası dəyişdirilməli idi.

34. Hazırkı mübahisəyə münasibətdə üçüncü şəxsin mülkiyyə tində olan torpaq sahəsinin təyinatının dəyişdirilməsi və bir kateqoriyadan digərinə keçirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının mövcudluğu müəyyən edilməmiş, iddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.

35. Digər tərəfdən, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli torpaq sahələri üçüncü şəxslərə Bakı şəhəri, Sabunçu (keçmiş Lenin) rayon XDS-in İcraiyyə Komitəsinin 1989-1993-cü il tarixli qərarları ilə ayrılmışdır. Həmin qərarların ləğv edildiyi və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edildiyi müəyyən olunmamışdır. Yəni həmin qərarlar qüvvədədirlər və etibarlı sayılırlar.

36. Bu baxımdan nəzərə almaq lazımdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.1 və 8.0.3-cü maddələrinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə ipoteka qoyulmasına dair qəbul edilmiş aktlar, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

37. Bu səbəbdən hüquqmüəyyənedici sənədlər əsasında üçüncü şəxslər in adına reyestrdə qeydiyyata alınmış torpaq sahələrinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin tərtib edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunvericiliyin tələblərinə zidd sayıla və həmin sənədə uyğun tərtib olunmuş müvafiq plan və ölçü sənədi ləğv edilə bilməz. Bu zaman həmçinin, hər bir plan və ölçü sənədinin hüquqmüəyyənedici sənədə əsaslandığı, onun əsasında tərtib edildiyi və digər şəxslərə münasibətdə müstəqil olaraq hər hansı hüquqi təsirə malik olmadığı da nəzərə alınmalıdır.

38. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı «Azərbaycan» Nəşriyyatının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 2-1(103)-28/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar