Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-272/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkil təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehna qarşı “cavabdehin hərəkətsizliyə son qoyulması və sair” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2945/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərard adından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətsizliyinə son qoyulması, məhkəmənin 2- 1(103)1647/2021 saylı məhkəmə qərarının düzgün qiymətləndirilmiəsi və polis A.H.Rəhimovun cinəyətin hüquqi qiymət verilməsi, cinayət işinin rədd edilməsi barədə 12 oktyabr 2021-ci il tarixli qərarı ləğv edirək araşdrma aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8180/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim E.Əliyev) iddia mümkün sayılmamışdır.
3. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsin i xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2945/2023 nömrəli, 21 sentyabr 2023-cü tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ apellyasiya instansiyası məhkəməsində icraat
5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir.
6. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onun vəkilin xidmətlərini ödəmək üçün maddi imkanı yoxdur. Bu səbəbdən, qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizəsinin təmin olunmasını xahiş edir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2945/2023 nömr əli, 28 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər C.Yusifov /sədrlik edən və məruzəçi/, P.Hüseynov və Ş.Məmmədova) iddiaçının kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsi təmin edilməmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi iddiaçının onun dövlət hesabına vəkillə təmin olunması barədə ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, həmin ərizəsinə əlavə olunmuş və dəfələrlə istifadə etdiyi, DOST Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli arayışına əsasən onun «əmək müqaviləsi altsistemi»ndə onun adına əmək müqaviləsi aşkar edilməməsi - heç də onu deməyə əsas vermir ki, onun heç bir qazancı yoxdur və o, maddi cəhətdən imkansızdır. Çünki, onun qeyri-rəsmi qazanc mənbəyinin mövcud olması da istisna edilmir. Ən azından, yaşaması, kommunal xərclər ödəməsi, məhkəmələrə çoxlu sayda ərizə və şikayətləri üzrə işlərə baxılması və onun həmin məhkəmə proseslərinə gəlib-getməsi və buna görə nəqliyyat və sair xərclərə məruz qalması və s.- bütün bu hallar onun maddi cəhətdən imkansız olduğunu da deməyə əsas vermir. Digər tərəfdən isə o, cinayət təqibini həyata keçirən orqana, o cümlədən, prokurorluq orqanlarına qarşı əvvəllər də dəfələrlə iddialar qaldırdığı müşahidə olunmuş və onun həmin iddialarının hər dəfə inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamışdır. Çünki, İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinin tələbinə görə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə şamil olunmur, İPM-in 2.1-ci maddəsi isə nəzərədə tutur ki, qanunla başqa aidiyyət qa ydası müəyyən edilmişdirsə, həmin mübahisənin inzibati məhkəmə icraat qaydasında baxıla bilməz. Konkret halda da, məhz, onun Bakı şəhər Cavabdehna qarşı qaldırdığı, eyni qəbildən olan növbəti bir iddiası, eyni əsaslarla birinci instansiya məhkəməsi tərəfindən mümkün sayılmamış və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2945/2023 saylı 21 sentyabr 2023-cü il tarixli qərardadı ilə dəyişdirilmədən qüvvədə saxlanılaraq ona məhkəmə tərəfindən hüquqi müdafiə vasitələri izah edilmişdir. Lakin iddiaçı bu dəfə də aşkar surutdə perspektivi mövcud olmadığı halda, həmin qərardaddan kassasiya şikayəti vermək üçün dövlət büdəcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını tələb etmişdir ki, bu da dövlət vəsaitinin təyinatından kənar, mənasız və əsasız yerə xərclənməsinə gətiri b çıxarır.
9. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti vermək üçün ona dövlət hesabına vəkil təyin olunması barədə ərizəsində heç bir yerdə işləmədiyi, vəkilin xidmətindən istifadə etmək üçün maddi imkanının olmadığı qeyd edilmişdir. Lakin qeyd edilən hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış, ərizəsi təmin edilməmişdir. Odur ki, qərardadın ləğv edilməsini, ona dövlət hesabına vəkil təyin olunmasını xahiş etmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
61. Hüquqi yardım almaq hüququ İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İİ. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. 13. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
20. Dövlət hesabına hüquqi yardımın göstərilməsi İ. İnzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Ölmüş zərər çəkmiş şə xsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.5. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə 67.1. Kassasiya və əlavə kas sasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına və kil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzə rdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəm əsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəm ə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
19. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə icraatının iştirakçılarına hüquqi yardım göstərilməsi üçün təyin edilən vəkilə ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirildiyindən həmin məbləğdən istifadə olunması hallarında məhkəmələr tərəfindən xüsusi həssaslıq göstərilməli, sui-istifadə hallarının qarşısının alınması üçün mümkün qədər ehtiyatlı davranılmalıdırlar. Həmçinin qeyd olunmalıdır ki, aşkar surətdə əsassız kassasiya şikayətinin verilməsi üçün proses iştirakçısına dövlət büdcəsi hesabına vəkil təyin edilməsi, dövlət büdcəsi vəs aitinin səmərəsiz və təyinatına uyğun olmayan tərzdə xərclənməsi ilə nəticələnə bilər.
20. Hazırda dövlət hesabına vəkillə təmin edilmə barədə müraciət edən iddiaçı uzun müddətdir ki, məhkəmələrdə iddialar qaldırır. İddiaçının müxtəlif məhkəmə instansiyalarında inzibati icraat qaydasında baxılan və baxılmış iddialarının sayı həddən artıq çoxdur. Onun bu vaxta qədər eyni bir mübahisə ilə bağlı qaldırdığı çoxlu sayda iddiaları mümkünsüz hesab edilmiş və hər dəfə onun tərəfindən kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizə verilmişdir. Göründüyü kimi, iddiaçı məhkəmədə əsassız iddialar qaldırmaqla süni şəkildə məhkəmə işlərini artırır, ona ödənişsiz vəkil təyin edilməsi isə dövlət büdcəsi vəsaitlərinin əsassız xərclənməsi ilə nəticələnir. Qeyd edilən h allar nəzərə alındıqda, apellyasiya instansiyası məhkəməsi iddiaçıya dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin olunmasından imtina etməkdə haqlı olmuşdur.
21. Belə ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunun 1.2-ci maddəsinə görə, heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir.
22. Qeyd olunmalıdır ki, ərizəçinin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməməsi onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Əksinə, ərizəçinin hüquqlarından sui-istifadə etdiyi apellyasiya məhkəməsinin qeyd etdiyi hallardan aşkar görünür. Bu mənada əsassız kassasiya şikayəti tərtib olunması üçün dövlət hesabına vəkillə təmin edilmə qanun və məhkəmə qarşısınd a bərabərlik hüququnun pozulmasına (hazırkı iş üzrə cavabdehə münasibətdə), süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır.
23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2945/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.