Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2721/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iş üzrə QƏRAR Açar sözlər: (prokurorluq işçisinə pul kompensasiyası ödənilməsi). GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili X1, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı müavinətin və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibat i iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-636/2019 nömrəli 23 aprel 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 20 noyabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Baş Prokurorluğuna (bundan sonra - cavabdeh) qarşı 28 avqust 2018-ci il tarixində iddia ərizəsi və iddia tələbinə dəqiqləşdirmə ərizələri ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası prokurorluq orqanlarında xidmət etdiyi 1989-cu ildən 2009-cu ilədək məzuniyyətdən istifadə etmədiyi 1989, 1992-1997, 1999-2003 və 2009-cu illər üzrə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8:ci, 20.9-cu və 21.4-cü maddələrində nəzərdə tutulan 2 aylıq əmək haqqının, müalicə üçün 2 aylıq məbləğində yardımın, 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətlərinin, eləcə də, məzuniyyətdə olduğu 2004-2006-cı illər üzrə ona ödənilməmiş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” həmin Qanunun 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan müalicə üçün 2 aylıq məbləğində yardımın və 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətlərinin sonuncu iş yeri üzrə “böyük köməkçi” vəzifəsi və “kiçik ədliyyə müşaviri” rütbə maaşlarına müvafiq olaraq yenidən hesablanması və müəyyən edilmiş həmin ümumi məbləğdən, 2009-cu ildə cavabdeh tərəfindən ona son haqq-hesab edilən zaman ödənilmiş 20.140,20 manat məbləğin dəyərini həmin məblə ğdən çıxmaqla, ödənilməmiş qalan məbləğin ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, prokurorluq orqanlarında 12 oktyabr 1981-ci ildən 01 iyun 2009-cu il tarixədək xidmət etmişdir. Azərbaycan Respublikasına 1989-cu ilin aprel ayının 19-dan keçmiş SSRİ Baş Prokurorluğundan köçürmə yolu ilə gəlmiş və həmin vaxtdan 01.06.2009-cu il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında, o cümlədən Azərbaycan Respublikası Baş prokurorluğunda, Bakı şəhəri Xətai və Sabunçu, eləcə də Abşeron rayon prokurorluqlarında baş müstəntiq, prokurorun böyük köməkçisi, prokurorun müavini və Baş prokurorluğun idarə prokuroru vəzifələrində xidmət etmişdir. Bu barədə, əmək kitabçasında müvafiq qeydlər vardır. Azərbaycan Respublikasında xidmət etdiyi 20 il ərzində (1989-2009) o, cəmi 3 dəfə, yəni 1998-ci, 2004-cü və 2005-ci illərdə məzuniyyətə getmişdir. Qalan illərdə isə məzuniyyət hüququndan istifadə etməmişdir. O, 17 il ərzində məzuniyyətə getməmiş və məzuniyyət hüququndan istifadə etməmişdir. 2009-cu ilin dekabr ayında Baş Prokurorluq tərəfindən son haqq-hesab edilən zaman ona qanunla çatacaq müavinətlərin hamısı düzgün hesablanmamış və ödənilməsi təmin edilməmişdir. Yəni, məzuniyyətə çıxmadığı illər üzrə ona yalnız məzuniyyət (əmək) haqqı ödənilmiş, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən 2 qat əmək haqqı, müalicələri üçün 2 aylıq məbləğində yardım, eləcə də 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətlərinin verilməsi, həmin Qanun qüvvəyə mindiyi vaxtdan cavabdeh tərəfindən təmin olunmamışdır. Belə ki, Baş Prokurorluğun mühasibatlığından təqdim olunmuş 15.07.2018-ci il tarixli, 17/529 saylı arayışından göründüyü kimi ona 2000-ci ildə yalnız mükafatlar verilmiş, ikiqat müavinət, məzuniyyət və maddi yardım verilməmiş, 2001ci ildə yalnız mükafatlar və maddi yardım verilmiş, ikiqat müavinət və məzuniyyət verilməmiş, 2002-ci ildə mükafatlar və 1 dəfə maddi yardım verilmiş, ikiqat müavinət və məzuniyyət isə verilməmiş, 2003-cü ildə mükafatlar və 1 dəfə maddi yardım verilmiş, ikiqat müavinət və məzuniyyət isə verilməmiş, 2004-cü ildə mükafatlar, məzuniyyət və 1 dəfə maddi yardım verilmiş, 2005-ci ildə mükafatlar, məzuniyyət və 1 dəfə maddi yardım verilmiş, ikiqat müavinət isə verilməmiş, 2006-cı ildə mükafatlar və məzuniyyət verilmiş, ikiqat müavinət və maddi yardım: isə verilməmişdir. Bu müavinətlərin ona verilməməsini təsdiq edən həmin 15.07.2018-ci il tarixli, 17/529 saylı arayışdan əlavə, 2009-cu ilin dekabr ayında işdən azad edilən zaman son haqq-hesab edilmiş və ona təqdim olunmuş 17585,10 manat məbləğində müavinətin ödənilməsinə dair rəsmi mühasibat sənədi verilmişdir. Bu sənədlərdən də görünür ki, ona yalnız məzuniyyətə dair haqq-hesab hesablanmışdır. Qanunla nəzərdə tutulan həmin 2 qat əmək haqqı, yardım və digər müavinətlər hesablanmamış və nəzərə alınmamışdır. Göstərdiyi bu əsaslara görə tərəfindən Baş Prokurorluğa 24.05.2018-ci il, 06.07.2018-ci il, 12.07.2018-ci il və 17.07.2018-ci il tarixlərdə mür aciətlər göndərilmişdir. Bu müraciətlərinə əsasən Baş Prokurorluğun mühasibatlığında yenidən araşdırma aparılmış və nəticədə ona yalnız istifadə etmədiyi məzuniyyətlərin hamısının düzgün hesablanmaması bildirilərək, 31.07.2018-ci il tarixdə 2008 manat məbləğdə əlavə müavinət verilmişdir. Lakin, qeyd etdiyi illər üzrə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan 2 qat əmək haqqının, müalicələri üçün 2 aylıq məbləğində yardım, eləcə də 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətlərin verilməsindən imtina olunmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, sabiq prokurorluq əməkdaşı İddiaçı 19.04.1989-cu ildən 01.06.2009-cu il tarixədək Azərbaycan Respublikası prokurorluğu orqanl arında qulluq keçmişdir. İddiaçı 1990, 1991, 1998, 2004, 2005, 2006, 2007, 2008-ci illər üçün məzuniyyətdən istifadə etmişdir. İstifadə olunmamış məzuniyyətlərə görə 1992-1997, 1999-2003, 2009-cu illər üçün ümumilikdə 17585,10 manat, 2004-2006-cı illər üçün məzuniyyət üçün 2 qat müavinət, cəmi 2376,09 manat hesablanaraq vergi və digər ödənişlər çıxıldıqdan sonra ona 18963,13 manat pul vəsaiti ödənilmişdir. Sonradan illər üzrə məzuniyyət günlərinin hesablanmasında dürüstləşmə aparılaraq, 51 gün əlavə hesablanmış və ona əlavə olaraq 2081 manat ödəniş edilmişdir. İddia ərizəsində qeyd olunan 2001- 2006-cı illər üçün ikiqat müavinətə gəlincə, İddiaçı 2001-2003-cü illərdə məzuniyyətdə olmamış, ona kompensasiya hesablanmış, 20042006-cı illər üçün ikiqat müavinət hesablanıb, onun son əmək haqqını n ikiqat miqdarında ödənilmişdir. İddiaçı 1989-2009-cu illərdə prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş, Azərbaycan Respublikası Baş Prokurorunun 01 iyun 2009-cu il tarixli 10/31- 41-k saylı əmrinə əsasən prokurorluq orqanlarından xaric olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3957/2018 nömrəli, 03 dekabr 2018-ci il tarixli qərarı ilə (hakim: E.Q.Məmmədova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının istinad etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından iddia əsaslı deyildir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-636/2019 nömrəli iş üzrə 23 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və V.Ə.Baxışova) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3957/2018 nömrəli, 03 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından iddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-636/2019 nömrəli iş üzrə 23 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsini və iş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz, əsassız və ədalətsi zdir. Belə ki, apelyasiya instansiya məhkəməsi iş üzrə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, onların tələblərini ciddi pozmuş, iş üzrə əhəmiyyətli olan halları araşdırmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Bu pozuntular isə yanlış qərar çıxarılmasına səbəb olmuşdur. Şikayətdə qeyd edilir ki, məhkəmə iş üzrə tətbiq etməli olan maddi qanunları tətbiq etməmişdir. İddiaçı Azərbaycan Respublikasında xidmət etdiyi 20 il ərzində cəmi 6 dəfə, yəni 1990-1991, 1998, 2004-2006-cı illərdə məzuniyyətə getmiş, qalan illərdə isə məzuniyyət hüququndan istifadə etməmişdir. Cavabdeh tərəfindən iddiaçı barəsində son haqq hesablama 2009-cu ilin dekabr ayında və 2018-ci ilin iyun ayında aparılmışdır. Yəni, aparılan hər iki son haqq hesablaşma za manı, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu artıq qüvvəyə minmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 317-ci maddəsinin tələblərinə görə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun qüvvəsi geriyə şamil edilmişdir. Lakin, cavabdeh tərəfindən Konstitusiyanın və Əmək Məcəlləsinin tələbləri pozularaq, hesablamalar zamanı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun tələbləri iddiaçı barəsində əsassız olaraq geriyə tətbiq edilməmişdir. Hətta, həmin Qanun qüvvəyə mindiyi dövr üzrə də, iddiaçının xidmət etdiyi 2001-2009-cu illərdə onun tələbləri hesablama zamanı tam və düzgün tətbiq edilməmiş və nəzərdə tutulan kompensasiya ona ödənilməmişdir. Belə ki, 2009-cu ildə işdən azad edildiyi vaxt, cavabdeh tərəfindən iddiaçı barəsində son haqq-hesablama aparılmış və istifadə etmədiyi 1992-1997, 1999-2003, 2009-cu illər üçün ona yalnız məzuniyyət günləri hesablanmış və faktiki olaraq yalnız məzuniyyət pulu, ümumi 17.585,10 manat məbləğində vəsait verilmişdir. Hesablama zamanı, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun artıq qüvvəsində olmasına baxmayaraq, onun tələbləri əsassız olaraq xidmət etdiyi 1989-2001-ci illər üzrə geriyə tətbiq edilməmiş və ona həmin Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan müavinətlərin verilməməsi nəzərə alınmamışdır. Eləcə də, həmin Qanunun qəbul edilməsindən sonraki müddət üzrə də, xidmət etdiyi 2001-2009-cu illər üzrə, məzuniyyətdən istifadə etdiyi və istifadə etmədiyi illər üzrə də, onun tələbləri düzgün tətbiq edilməmişdir. Şikayət müəllifi qeyd edir ki, məzuniyyətdən istifadə etmədiyi 2001, 2002, 2003, 2009-cu illər üzrə də onun tələbləri hesablama zamanı ümumiyyətlə nəzərə alınmamışdır. Bu illər üzrə iddiaçıya yalnız məzuniyyət günləri hesablanmış və onun dəyəri hesablanıb ödənilmişdir. Eyni zamanda həmin dövr üzrə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8 və 21.4-cü maddələrində nəzərdə tutulan kompensasiyaların heç biri ona ödənilməmişdir. Bundan əlavə iddiaçının 1989-cu il üzrə məzuniyyətdə olmadığı vaxtı ona nə məzuniyyət üzrə kompensasiya, nə də ki, həmin Qanunda nəzərdə tutulan müavinətlər ödənilməmişdir. Daha sonra şikayətdə qeyd edilir ki, 2009-cu ilin dekabr ayında son haqq-hesab zamanı aparılmış hesablama arayışından açıq ayd ın görünür ki, iddiaçının məzuniyyətdə olmadığı 1992-1997,1999-2003, 2009-cu illər üzrə 351 gün məzuniyyət günləri hesablanmış və müəyyən edilmiş bir gün orta əmək haqqına - 50.0 manata vurularaq, ümumi məzuniyyət məbləği 17585 manat 10 qəpik müəyyən edilmişdir. Əslində, bu məbləğdən əlavə, iddiaçıya “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8-ci, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan kompensasiyalar da hesablanmalı və ödənilməli idi. İddiaçıya həmin Qanunun 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan kompensasiya da hesablanmamış və ödənilməmişdir. Həmin dövrdə məzuniyyətdən istifadə etdiyi 2007-2008-ci illər, eləcə də, istifadə etmədiyi 2001, 2002, 2003 və 2009-cu illər üzrə ümumiyyətlə həmin Qanunda nəzərdə tutulan kompensasiyalar iddiaçıya hesablanmamış və ödə nilməmişdir. Bu fakt mübahisəsiz olaraq həmin arayışdan açıqaydın görünür. Bundan başqa, 2009-cu və 2018-ci illərdə hesablanmanın düzgün aparılmaması onunla da təsdiq edilir ki, hesablama zamanı cavabdeh tərəfindən orta əmək haqqının məbləği ağlabatan olmayan “369” manat məbləği həddindən artıq aşağı miqdarda götürülmüşdür. Əslində isə iddiaçının sonuncu əmək haqqısı 1800 manat olmuşdur. Şikayətdə bildirilir ki, apelyasiya instansiya məhkəməsi gəldiyi nəticəni sübut edə bilməmişdir. Belə ki, Bakı Apelyasiya Məhkəməsi qəbul etdiyi Qərarının sübut etmə hissəsində cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaçının məzuniyyətdən istifadə etdiyi 1990-1991, 1998, 2004-2006-cı illər üzrə əmrlərin sürətinə istinad edərək, onlara əsaslanıb iddiaçının kompensasiya almağını sübut etməyə çalışm ışdır. Əslində, həmin əmrlərdə yalnız məzuniyyət verilməsi göstərilmiş, kompensasiya ödənilibödəniİməməsi faktı isə, göstərilməmişdir, Ona görə də, bu əmrlərə istinad edib, kompensasiyaların ödənilməsi qənaətinə gəlmək və bunun sübutetmə kimi qiymətləndirilməsi tam əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyası iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-636/2019 nömrəli iş üzrə 23 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsini və iş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərarı nın dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən verilmiş 03.07.2018-ci il il tarixli arayışa istinad edərək qeyd etmişdir ki, iddiaçının prokurorluq orqanlarında qulluq keçdiyi 19.04.1989-cu ildən 01.06.2009-cu ilədək olan müddət ərzində istifadə etmədiyi əmək məzuniyyəti 1991/1992 -27 gün, 1992/1993 -27 gün, 1993/1994 39 gün, 1994/1995 -39 gün, 1995/1996 -39 gün, 1996/1997 -39 gün, 1998/1999 -39 gün, 1999/2000 -30 gün, 2000/2001 -30 gün, 2001/2002 -30 gün, 2002/2003 -30 gün, 2002/2003 -30 gün, 19.04.2009-01.06.2009-cu il - 3 gün olmaqla, ümumilikdə 402 təqvim günü təşkil etmişdir. Baş mühasib İmran Mikayılov və mühasib L.Boldıreva tərəfindən imzalanmış axırıncı haqq hesaba əsasən iddiaçıya 19.04.1989 - 01.06.2009-cu illər üzrə 17585,10 manat məbləğində kompensasiya hesablanmış, həmin məbləğdən tutulmalar çıxıldıqdan sonra v eriləcək məbləğ 16705,84 manat müəyyən edilmiş, cəmi ödəniləcək iki qat əmək haqqı 2376,09 manat hesablanmış, həmin məbləğdən tutulmalar çıxıldıqdan sonra veriləcək məbləğ 2257,29 manat məbləğində müəyyən edilmiş, iddiaçıya ümumilikdə veriləcək məbləğ 18963,13 manat müəyyən edilib ödənilmişdir. İş materiallarına iddiaçıya məzuniyyət verilməsi haqqında əmrlərin surətləri əlavə edilmişdir. Belə ki, iddiaçıya 24 mart 1991-ci il tarixli əmrlə 1990-cı ilin hesabına 02.04.1991-ci il tarixdən 30 aprel 1991-ci il tarixədək, 168 saylı, 10 oktyabr 1991-ci il tarixli əmrlə 1991-ci ilin hesabına 21.10.1991-ci il tarixdən 26 təqvim günü müddətinə, 15 saylı, 27 yanvar 1999-cu il tarixli əmrlə 1998-ci ilin hesabına 29.01.1999-cu il tarixdən 40 təqvim günü müddətinə, 174 saylı, 30 avqust 2004-cü il tarixl i əmrlə 2004-cü ilin hesabına 01.09.2004-cü il tarixdən 36 təqvim günü müddətinə, 09/46-k saylı, 02 may 2005-ci il tarixli əmrlə 2005-ci ilin hesabına 23.05.2005-ci il tarixdən 36 təqvim günü müddətinə, 84 saylı, 02 iyun 2006-cı il tarixli əmrlə 02.06.2006-cı il tarixdən 2006-cı ilin hesabına 10 təqvim günü müddətində, 314 saylı, 28 dekabr 2006-cı il tarixli əmrlə 2006-cı ilin hesabına 29.12.2006-cı il tarixdən 26 təqvim günü müddətində, 351 saylı, 29 noyabr 2007-ci il tarixli əmrlə 2007-ci ilin hesabına 03.12.2007-ci il tarixdən 36 təqvim günü müddətinə, 367 saylı, 19 dekabr 2008-ci il tarixli əmrlə 2008-ci ilin hesabına 30.12.2008-ci il tarixdən 36 təqvim günü müddətinə növbəti əmək məzuniyyəti verilmişdir. Həmçinin, 158 saylı, 27 iyul 2018-ci il tarixli kassa-məxaric orderinə əsasən i ddiaçıya son haqq-hesab olaraq 2081 (iki min səksən bir) manat məbləğində ödəniş olunmuşdur. Apelyasiya instansiya məhkəməsi əsaslı olaraq bu qənaətə gəlmişdir ki, 1989-cu il üzrə iddiaçının məzuniyyət hüququ yaranmamışdır. İddiaçının 29.06.2001-ci il tarixdən qüvvədə olan Qanuna istinad etməklə 1992-1997, 1999-2000-ci illər üçün prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları üçün ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, həmçinin əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım tələb etməsi əsassızdır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçıya istifadə etmədiyi 19921997, 1999-2003, 2009-cu illər üçün ümumilikdə 17585,10 manat məbləğində kompensasiya ödənilmişdir. İddiaç ı bildirir ki, kassasiya şikayətində göstərdiyi illər üzrə məzuniyyətə çıxmamış və istifadə etmədiyi məzuniyyətlə bağlı pul kompensasiyası almamışdır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən, prokurorluq işçiləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məzuniyyətlərdən istifadə edirlər. 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. 20.9-cu maddəsinə əsasən, prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğind ə birdəfəlik pul müavinəti verilir. 21.4-cü maddəsinə əsasən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Kassasiya şikayətindən görünür ki, iddiaçı 1989,1992-1997, 1999-2003, 2009-cu illər üzrə növbəti əmək məzuniyyətindən istifadə etmədiyini və həmin illər üzrə ona istifadə edilməmiş əmək məzuniyyətinə görə pul kompensasiyasının ödənilmədiyini bildirmi şdir. Apelyasiya instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına görə, iddiaçıya istifadə etmədiyi məzuniyyət illərinə görə 2081 manat kompensasiya, eləcə də 2004-2006-cı illər üzrə əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım ödənilsə də, 2001-2003, 2009-cu illər üzrə müalicə olunması ilə əlaqədar pul müavinəti ödənilməmişdir. Apelyasiya instansiya məhkəməsində məhkəmə araşdırması zamanı iddiaçının həmin dövr üzrə müalicə üçün pul müavinəti alması ilə bağlı yazılı müraciət etmədiyi müəyyən edilmişdir. Həmçinin, məhkəməyə təqdim edilmiş axırıncı haqq-hesab əsasında iddiaçıya 2004-2006-cı illər üzrə aylıq əmək haqqı 396,01 manat hesablanmaqla 2 aylıq əmək haqqı məbləğində, il üzrə 792,03 manat olmaqla, ümumilikdə 3 il üzrə 2376,09 manat məbləğində pul hesablandığı müəyyən edilmişdir. Bundan başqa iddiaçı qeyd edir ki, 2009-cu və 2018-ci illərdə hesablanmanın düzgün aparılmaması onunla da təsdiq edilir ki, hesablama zamanı cavabdeh tərəfindən orta əmək haqqının məbləği ağıla sığmayan “369” manat məbləği həddindən artıq aşağı miqdarda götürülmüşdür. Əslində isə onun sonuncu əmək haqqı 1800 manat olmuşdur. Bu dəlillə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən 2004-2006-cı illər üzrə iddiaçının aylıq əmək haqqı 396,01 manat təşkil etmişdir və hesablanma zamanı cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması müəyyən edilməmişdir. Həmçinin, birdəfəlik pul müavinəti hesablanarkən xidmət ili üçün, rütbəyə görə əmək haqqına əlavələrin də hesablanması nəzərdə tutulmadığından həmin əlavələr nəzərə alınmamışdır. 29.06.2001-ci il tarixdə qanuni qüvvəyə minmiş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununda prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları üçün ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, həmçinin əmək haqqının iki qatı həcmindən az olmayaraq maddi yardımın verilməsi nəzərdə tutulsa da, qanunvericilikdə qeyd edilən hal 29.06.2001-ci ildən sonrakı münasibətlərə şamil edilmişdir. İddiaçı tərəfindən 29.06.2001-ci il tarixdən qüvvədə olan Qanuna istinad etməklə, 1992-1997, 1999-2000-ci illər üçün prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları üçün ildə bir dəfə iki aylıq əmək haqqı mə bləğində pul müavinəti, həmçinin əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardımın tələb edilməsi əsassızdır. Məhkəmə kollegiyası iddia tələbinin 2001-2003, 2009-cu illər üçün ödənilməmiş müavinətlərin (müalicə pulu) və yardımların cavabdeh tərəfindən ödənilməli olmasi hissəsi ilə bağlı qeyd edir ki, prokurorluq işçilərinə müalicə olunmaları ilə əlaqədar pul müavinətlərinin verilməsinə dair Qaydaların 3-cü bəndində müavinət alınması üçün yazılı müraciət olunması, 5-ci bəndində isə müvafiq təsdiqedici sənədlər əlavə olunması qeyd edilmişdir. Qanun qəbul olunandan və qaydalar təsdiq ediləndən sonra prokurorluq işçilərinin yazılı müraciətləri və təsdiqedici sənədləri əsasında müvafiq komissiyanın qərarına əsasən ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət ödənilir. Yuxarıda qeyd edildiyi kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı iddiaçının həmin dövr üzrə müalicə üçün pul müavinəti alması ilə bağlı yazılı müraciət etmədiyi müəyyən edilmişdir. Bundan əlavə, iddiaçı kassasiya instansiyası məhkəməsinə vəsatət təqdim edərək ona veriləcək 90.000.000 manat məbləğində pul mükafatının Baş Prokurorluqda mənimsənilməsi faktı üzrə araşdırılma aparılması və Azərbaycan Respublikası CM-in 179cu maddəsinə müvafiq olaraq cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılmasını xahiş olunmuşdur. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icra atında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 265.4-cü maddəsində deyilir ki, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vəsatətinin təmin edilməsi üçün əsas yoxdur. Vəsatətdə qeyd edilən hal – mükafatın mənimsənilməsi hazırkı iddia tələbinə aid olmadığından aşağı instansiya məhkəmələrinin araşdırma predmeti olmamışdır. Kassasiya instansiyası məhkəməsi hüquq məhkəməsi olduğundan bu faktlara qiymət vermək səlahiyyətinə malik deyil. Belə ki, kassasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə ş ikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin hallarının müəyyən edilməsi və sübutların qiymətləndirilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelya siya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-636/2019 nömrəli iş üzrə 23 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2721/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2721/2019
20.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver