Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2724/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məlumat vərəqəsinin verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 29.12.2023 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1435/2023 nömrəli qərarından iddiaçı tərəfind ən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1989-cu ildə daxili işlər orqanlarında xidmətə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə xəstəliklə əlaqədar xidmətdən azad edilmişdir.
2. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək ona əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqəsinin verilməsini xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2021-ci il tarixli, 027-3128i-3221 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının DİO-dan xidmətdən tərxis olunduğu xx.xx.2006-cı il tarixinə xidmət müddəti təqvimi hesablama ilə 11 il, 3 ay, 9 gün, imtiyazlı hesablama ilə 17 il, 2 ay, 24 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsində hərbi xidmət dən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya almaq hüququna malikdirlər. Xidmət müddəti 20 ildən az olduğu üçün iddiaçıya xidmət illərinə görə pensiya təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, polis orqanlarında xidmət illərini nəzərə alaraq məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1989-cu ildən xx.xx.1997-ci ilədək Bakı Metropolitenində polis serjantı, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək DİN-in Yanğından mühafizə orqanlarında xidmət etmişdir. Peşə xəstəliyi ilə əlaqədar ikinci qrup əlilliklə işdən azad edilmişdir. Daxili işlər orqanlarında iş stajı 17 il 2 aydır. Hazırda heç bir yerdə işləmir, əlillik pensiyası da kəsilmişdir. 17 il 2 ay əmək stajı ilə 60 yaşından pensiyaya çıxmaq hüququ vardır. Bununla əlaqədar cavabdehə müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Cavabdehin etirazları:
6. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmiş, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2006-cı ildə DİN-in BDYTİ-nin Səbail rayon X1 İdarəsinin sürücüsü vəzifəsində xidmət edərkən «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 6-cı bəndinə əsasən (səhhətinə görə) xidmətdə n xaric olunmuşdur. İddiaçının daxili işlər orqanlarında xidmətdən tərxis olunduğu xx.xx.2006-cı il tarixinə xidmət müddəti təqvim hesablama ilə 11 il 3 ay 9 gün, imtiyazlı hesablama ilə 17 il 2 ay 24 gün təşkil edir. Xidmət müddəti 20 ildən az olduğu üçün iddiaçıya xidmət illərinə görə pensiya təyin edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5213/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi cavabdehin etirazının dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. İddiaçı tərəfindən həmin şərt ödənilmədiyindən iddia təmin edilməməlidir.
9. İd diaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1435/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5213/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəl illəri
13. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsi, Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli, 168-İİQ ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 145-ci maddəsi kobud surətdə pozulmuşdur. İddiaçı xx.xx.1989-xx.xx.1997-ci illərdə Bakı Metropolitenində polis serjantı vəzifəsində işləmiş, xx.xx.2004-xx.xx.2006-cı illərdə isə Azərbaycan Respublikasının DİN-nin Yanğından Mühafizə orqanında xidmət etmişdir. Xəstəliklər və fiziki çatışmazlıqlar cədvəlinin ikinci qrafasının 43b maddəsinə əsasən DİO-da xidmətə yararsız sayıldığına görə peşə xəstəliyi ilə əlaqədar ikinci qrup əlilliklə işdən azad edilmişdir. Belə ki, DİO-dakı iş st ajı 17 il 2 aydır. Hal-hazırda heç bir yerdə işləmir və əlillik pensiyası da kəsilmişdir. 17 il 2 aylıq əmək stajı ilə 60 yaşında iddiaçının pensiyaya çıxmağa hüquqi haqqı vardır. Bunu nəzərə alaraq iddiaçı 1 noyabr 2021-ci il tarixində DİN-nin Şəxsi Heyətlə iş İdarəsinə ona əmək pensiyasının verilməsi ilə bağlı müraciət etmişdir. İddiaçının müraciətinə baxmayaraq DİN ona heç bir rəsmi yazılı cavab verməmişdir. Buna görə hesab edir ki, apellyasiya instansiya məhkəməsi səhv qərara gəlmiş və qanunsuz və əsassız qərar qəbul etmişdir. b) kassasiya şikayətinə etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada)... Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;...
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Mə hkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. İddiaçı və vəkili ərizə ilə məhkəməyə müraciət edərək kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpasını xahiş etmişlər.
18. İşin materiallarına görə, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim olunmuş, iddiaçı xx.xx.2023-cü il tarixdə, yəni qərardan ka ssasiya şikayəti verilməsi üçün İPM-lə müəyyən edilmiş 1 aylıq müddət keçmədən apellyasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək dövlət büdcəsinin vəsaiti hesabına vəkil ilə təmin olunmasını xahiş etmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş və qərardad icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı vəkil ilə təmin olunmuş, iddiaçının vəkili xx.xx.2023-cü il tarixində işlə tanış olmaq üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, hakim məzuniyyətdə olduğu üçün 12 gün sonra, xx.xx.2023-cü il tarixində qəbzə imza edərək işlə tanış olmuş və həmin tarixdə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur.
19. Məhkəmə kollegiy ası kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətlə bağlı ərizədə göstərilənləri əsaslı sayır. Belə ki, ərizədə göstərilənlər işin materialları ilə təsdiq olunduğundan, həmçinin işdə ərizəçinin dəlillərini təkzib edən hallar olmadığından, ərizənin dəlilləri qəbulediləndir.
20. Kassasiya şikayəti, həmçinin formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilir.
21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 23. “Əmək pensiyaları haqqında” Qanunun yuxar ıda istinad edilən normalarının tələbindən göründüyü kimi, qanunverici hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ olan o şəxsləri aid etmişdir ki: hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş olsun; hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olsun və bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş olsun; hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olsun və bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş olsun.
24. İşin mübahisəsiz hallarına görə, iddiaçının xidmət müddəti təqvimi hesablama ilə 11 il, 3 ay, 9 gün, imtiyazlı hesablama ilə 17 il, 2 ay, 24 gün təşkil e dir.
25. Belə olan halda, cavabdehin imtinası qanuna uyğun olmuşdur.
26. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1435/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.