Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2725/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü, şikayətin imzalanmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sos ial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2024-cü il tarixli, 2- 1(103)-1826/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hesablanmış pensiya məbləğinin yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2024-ci il tarixli, 2-1(112)-455/2024 nömrəli qərarı ilə (hakim X1) iddia qismən təmin edilərək iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası yenidən hesablanaraq yaranmış fərq məbləğinin xx.xx.2019-cu il tarixdən hesablanmaqla aylıq pensiya məbləğinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh quruma həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
3. Cavabdeh qurum həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1826/2024 nömrəli iş üzrə 5 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 (sədrli k edən və məruzəçi), X5 və X4) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3 Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiy a mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Bu Qərarın 6-cı və 7-ci bəndlərində qeyd edilən normaların tələbindən göründüyü kimi, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Cavabdehin kassasiya şikayəti isə onun nümayəndəsi və eyni zamanda vəkili olan Vəkil2 tərəfindən imzalanmamış, bununla da qanunvericiliyin yuxarıda qeyd edilə n tələbi pozulmuşdur.
9. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, cavabdehə apelyasiya instansiyası məhkəməsi tərəfindən qərarla bərabər “İnzibati işlər üzrə apelyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah” da göndərilmişdir. Həmin izahda kassasiya şikayətini onu verən şəxs tərəfindən imzalanmalı olması qeyd edilmiş, göstərilən tələblərə əməl edilməməsinin kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina edilməsi üçün əsas olduğu vurğulanmışdır. Buna baxmayaraq kassasiya şikayəti cavabdeh tərəfindən imzalanmamış, bunun hüquqi nəticələri ona məlum olmuşdur.
10. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət prosessual qanunvericiliyə uyğun olaraq tərtib edilmədiyindən həmin şika yət mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.
11. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi Qərara aldı: Cavabdehin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2024-cü il tarixli, 2-1(103)-1826/2024 saylı qərarından verdiyi kassasiya şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.