Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2727/2018 12.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2727/18) Bakı şəhəri 12 dekabr 2018-ci il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “03.03.1977-ci il tarixdən - 09.12.1980-ci il tarixədək Bakı Avtobaza Tikinti Quraşdırma Trestində, 05.01.1981-ci il tarixdən 09.07.1994-cü il tarixədək Sumqayıt Avtokom binat İdarəsində və 16.07.1994-cü il tarixdən 02.05.2005-ci il tarixədək “Azərzərgərsənaye” İstehsalat Birliyində işlədiyi dövrlərin sosial sığorta stajı kimi hesablanması və 05.01.1981-ci il tarixdən 09.07.1994-cü il tarixədək akkumulyatorçu işlədiyi dövrün güzəştli iş stajı kimi hesablanması və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-527/2018 saylı iş üzrə 10 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 12 dekabr 2018-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərar ı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1960-cı il tarixdə Ağdam rayonu Ortaqışlaq kəndində anadan olmuşdur. Cavabdeh dövlət sosial fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı 03.03.1977-ci il tarixdən - 09.12.1980-ci il tarixədək Bakı Avtobaza Tikinti Quraşdırma Trestində, 05.01.1981-ci il tarixdən - 09.07.1994-cü il tarixədək Sumqayıt Avtokombinat İdarəsində və 16.07.1994-cü il tarixdən - 02.05.2005-ci il tarixədək X1 Birliyində işləmişdir. İddiaçının işlədiyi illər adına olan 03.03.1977-ci il tarixli HT-İ seriyalı ******* nömrəli əmək kitabçası ilə öz təsdiqini tapır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan onun müraciətin i 10.05.2018-ci il tarixli 57/1560 nömrəli məktubla cavablandıraraq bildirmişdir ki, onun işlədiyi Bakı Avtobaza Tikinti Quraşdırma Tresti, Sumqayıt Avtokombinat İdarəsi və X1 Birliyi hazırda fəaliyyət göstərmədiyindən və arxiv sənədlərinin harada saxlanılması məlum olmadığından onun işlədiyi illərin yerində qarşılıqlı yoxlanılması mümkün olmamış və həmin illər sosial sığorta stajına daxil edilməmişdir. İddiaçının qanunvericiliklə tələb olunan 20 il ümumi və 10 il güzəştli iş stajı olmadığı üçün tələbin təmin edilməsindən imtina edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, işlədiyi illər əmək kitabçasında qeyd olunmuşdur və həmin illərin güzəştli iş stajı kimi hesablanması üçün qanuni əsaslar mövcuddur. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “03.03.1977-ci il tarixdən - 09.12.1980-ci il tarixədək Bakı Avtobaza Tikinti Quraşdırma Trestində, 05.01.1981-ci il tarixdən 09.07.1994-cü il tarixədək Sumqayıt Avtokombinat İdarəsində və 16.07.1994-cü il tarixdən 02.05.2005-ci il tarixədək “Azərzərgərsənaye” İstehsalat Birliyində işlədiyi dövrlərin sosial sığorta stajı kimi hesablanması və 05.01.1981-ci il tarixdən 09.07.1994-cü il tarixədək akkumulyatorçu işlədiyi dövrün güzəştli iş stajı kimi hesablanması və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etm işdir. Birinci instansiya məhkəməsinin 17 iyul 2018-ci il tarixli iş № 2-1(84)-1047/2018, (sədrlik edən hakim Kənan Vəliyev) qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdehin üzərinə iddiaçının 03.03.1977-ci il tarixdən - 09.12.1980-ci il tarixədək Bakı Avtobaza Tikinti Quraşdırma Trestində, 05.01.1981-ci il tarixdən -09.07.1994-cü il tarixədək Sumqayıt Avtokombinat İdarəsində və 16.07.1994-cü il tarixdən - 02.05.2005-ci il tarixədək X1 Birliyində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi, 05.01.1981-ci il tarixdən 09.07.1994-cü il tarixədək akkumulyatorçu işlədiyi dövrün güzəştli iş stajı kimi hesablanması və ona 10.05.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınm ışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 17 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 10 oktyabr 2018-ci il tarixli iş № 2-1(107)-527/2018 (hakimlər Gündüz Abbasov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Elçin Hüseynov) qərarı ilə birinci instansiya məhkəməsinin 17 iyul 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdı r ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd olunan 03.03.1977-ci il tarixdən 09.12.1980-cı il tarixədək Bakı Avtobaza Tikinti Quraşdırma Trestində, 05.01.1981-ci il tarixdən -09.07.1994-cü il tarixədək Sumqayıt Avtokombinat İdarəsində və 16.07.1994-cü il tarixdən 02.05.2005-ci il tarixədək X1 Birliyində işləmə faktının “Qaydalar”a uyğun qarşılıqlı yoxlanılması mümkün deyil. Əmək kitabçasında qeyd olunan Bakı Avtobaza Tikinti Quraşdırma Tresti, Sumqayıt Avtokombinat İdarəsi və X1 Birliyi hal-hazırda fəaliyyət göstərmir, arxiv sənədlərinin harada saxlanılması məlum deyil. Əmək kitabçasında qeyd olunan dövrün qarşılıqlı yoxlanılması mümkün olmadığı üçün onun həqiqətən həmin müəssisələrdə işləməsini və 1992-ci ildən sonrakı dövr üçün məcburi dövlətsosial sığorta haqlarının ödənilməsi ni aydınlaşdırmaq mümkün deyil. Əmək kitabçasında qeyd olunan dövrlərin qarşılıqlı yoxlanılması mümkün olmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruz əsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd olunan 03.03.1977-ci il tarixdən 09.12.1980-cı il tarixədək Bakı Avtobaza Tikinti Quraşdırma Trestində, 05.01.1981-ci il tarixdən -09.07.1994-cü il tarixədək Sumqayıt Avtokombinat İdarəsində və 16.07.1994-cü il tarixdən 02.05.2005-ci il tarixədək X1 Birliyində işləmə faktının “Qaydalar”a uyğun qarşılıqlı yoxlanılması mümkün deyil. Əmək kitabçasında qeyd olunan Bakı Avt obaza Tikinti Quraşdırma Tresti, Sumqayıt Avtokombinat İdarəsi və X1 Birliyi hal-hazırda fəaliyyət göstərmir, arxiv sənədlərinin harada saxlanılması məlum deyil. Əmək kitabçasında qeyd olunan dövrün qarşılıqlı yoxlanılması mümkün olmadığı üçün onun həqiqətən həmin müəssisələrdə işləməsini və 1992-ci ildən sonrakı dövr üçün məcburi dövlətsosial sığorta haqlarının ödənilməsini aydınlaşdırmaq mümkün deyil. Əmək kitabçasında qeyd olunan dövrlərin qarşılıqlı yoxlanılması mümkün olmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əs assızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 03.03.1977-ci il tarixdən -09.12.1980-ci il tarixədək Bakı Avtobaza Tikinti Quraşdırma Trestində, 05.01.1981-ci il tarixdən 09.07.1994-cü il tarixədək Azərbaycan Respublikası Avtomobil Nəqliyyatı Nazirliyi Sumqayıt Avtokombinat İdarəsində və 16.07.1994-cü il tarixdən - 02.05.2005-ci il tarixədək “Azərzərgərsənaye" İstehsalat Birliyində işləmişdir. İddiaçının işlədiyi illər adına olan 03.03.1977-ci il tarixli HT-İ seriyail ******* nömrəli əmək kitabçası ilə öz təsdiqini tapır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan onun müraciətini 10.05.2018-ci il tarixli 57/1560 nömrəli məktubla cavablandıraraq bildirmişdir ki, onun işlədiyi müəssisələr hazırda fəal iyyət göstərmədiyindən və arxiv sənədlərinin harada saxlanılması məlum olmadığından onun işlədiyi illərin yerində qarşılıqlı yoxlanılması mümkün olmamış və həmin illər sosial sığorta stajına daxil edilməmişdir. İddiaçının qanunverciliklə tələb olunan 20 il ümumi və 10 il güzəştli iş stajı olmadığı üçün tələbin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə (01 iyul 2017-ci ilə kimi qüvvədə olan redaksiyada) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 52 yaşına çatdıqd a, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 31.1-ci maddəsinə görə, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanununun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, əmək pensiyaları haqqında qanun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.1.8-ci bəndində qeyd edilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qayda lara əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısında 35-ci Ümumi peşələr bölməsində akkumulyat orçular peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydalarının 1.2.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir; 1.2.2-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları - sığortaçı, sığortaedənlər və sığortaolunanlardır; 1.2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir; 1.2.4-cü maddəsinə əsasən sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığortaedən digər şəxslərdir; 1.2.5-ci maddəsinə əsasən sığortaolunan- xeyrinə sığorta fəaliyyəti həyata keçiriləndir. Azərbaycan Respublikası "Sosial sığorta haqqında" Qanunun 8-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 9-cu maddə sinə əsasən, sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsinə tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericil ikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Həmin Qanunun 10-cu maddəsinə əsasən, sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: - sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Həmin Qanunun 11-ci maddəsinə əsasən, sığortaedənlərin vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla); müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Göründüyü kimi, baxılan işdə sığorta edən Bakı Avtobaza Tikinti Quraşdırma Tresti, Azərbaycan Respublikası Avtomobil Nəqliyyatı Nazirliyi Sumqayıt Avtokombinat İdarəsi və “Azərzərgərsənaye” İstehsalat Birliyinin "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə müvafiq olaraq, məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi olmuş, Azərbaycan Respublikası DSMF-nin isə sığortaçı kimi, sözügedən Qanunun 9-cu maddəsinə müvafiq olaraq sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək vəzifəsi olmuşdur. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən Bakı Avtobaza Tikinti Quraşdırma Tresti, Azərbaycan Respublikası Avtomobil Nəqliyyatı Nazirliyi Sumqayıt Avtokombinat İdarəsi və “Azərzərgərsənaye” İstehsalat Birliyinin fəaliyyət göstərməməsi, arxiv sənədlərinin harada saxlanılmasının məlum olmaması, qeyd olunan dövrün qarşılıqlı yoxlanılmasının mümkün olmaması və 1992-ci ildən sonrakı dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin aydınlaşdırılmasının mümkün olmaması, əmək kitabçasında qeyd olunan dövrlərin qarşılıqlı yoxlanılma sının mümkün olmaması səbəbi ilə iddiaçının işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsindən imtina etməsi əsassız olmaqla qanunvericiliyin tələblərinə ziddir. Belə ki, müvafiq sənədlərin arxivə təhvil verilməsi, habelə arxivdə mövcud olub-olmaması sığortaolunan iddiaçının vəzifəsi deyildir. O cümlədən, məcburi dövlət sosial sığorta Bakı Avtobaza Tikinti Quraşdırma Tresti, Sumqayıt Avtokombinat İdarəsi və “Azərzərgərsənaye” İstehsalat Birliyinə aiddir və uçotun vaxtlı-vaxtında aparılmasına nəzarət etmək isə Dövlət Sosial Müdafiə Fondunun vəzifəsidir. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun ol madığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. İddiaçının 03.03.1977-ci il tarixdən - 09.12.1980-ci il tarixədək Bakı Avtobaza Tikinti Quraşdırma Trestində, 05.01.1981-ci il tarixdən 09.07.1994-cü il tarixədək Sumqayıt Avtokombinat İdarəsində və 16.07.1994-cü il tarixdən 02.05.2005-ci il tarixədək “Azərzərgərsənaye” İstehsalat Birliyində işləməsi onun əmək kitabçasında qeyd edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasının və ya əmək kitabçasında onun işləməsi barədə olan qeydlərin həqi qi olmaması barədə sübut təqdim edə bilmir. Belə olan halda, həmin əmək kitabçası mötəbər sübut kimə qəbul edilir. Belə ki, iddiaçıya məxsus olan əmək kitabçasının həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquq i aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər dü zgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinin 1- ci və 2-ci abzaslarına görə əmək kitabçası fəhlə və ya qulluqçunun əmək fəaliyyəti haqqında əsas sənəddir. Əmək kitabçaları müəssisədə, idarədə, təşkilatda 5 gündən artıq işləyən bütün fəhlələr və qulluqçular üçün açılır. 28.12.1998-ci ildə qəbul edilmiş və 01.07.1999-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 10.10.2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.10.2018-ci il tarixli 21(107)-527/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-2727/2018
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2727/2018
12.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver