Məhkəmə qərarları › İş №2-1(102)-2727/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2727/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2727/2025 17.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: əmək kitabçasının mötəbərliyi prezumpsiyası, ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi filialına qar şı “müəllim vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2025-ci il tarixli, 21(107)-326/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək “01 sentyabr 1982-ci il tarixdən 31 dekabr 2005-ci il tarixinədək Göyçay rayonu D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində müəllim vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsas landırmışdır ki, o, 1 oktyabr 1960-cı ildə anadan olmuşdur. Göyçay rayonu, Çaxırlı kənd “Q.İsmayılov” adına kolxozun əmək günü və hesablaşma kitablarında 1978-ci ildə 26 adam günü, 1979-cu ildə isə 33 adam günü iş stajı qeyd olunub (Arxiv arayışı əlavə olunur). 01 sentyabr 1979-cu ildə Şəki pedaqoji məktəbinə daxil olmuş, 1982-ci ilin iyun ayında həmin pedaqoji məktəbin “Ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimi” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 03 iyul 1982-ci il tarixli qərarı ilə ona “İbtidai sinif müəllimi” ixtisası verilmişdir (Diplomun surəti əlavə olunur). 01 sentyabr 1982-ci il tarixdə Göyçay rayonu, Çaxırlı kənd orta məktəbinə ixtisası üzrə müəllim vəzifəsinə təyin olunmuşdur. 2005-ci ilin sonlarında müxtəlif xəstəliklərdən əziyyət çəkdiyind ən uzun müddət öz hesabına müalicədə olmuş və 2008-ci ilin yanvarında əlilliyə görə əmək pensiyasına çıxmışdır. 01 fevral 2008-ci ildə ərizəsinə əsasən Göyçay rayonu, “D.Məmmədov” adına Çaxırlı kənd orta məktəbindən işdən azad olunmuşdur. O, 1 oktyabr 1960-cı ildə anadan olduğundan 15 aprel 2024-cü ildə yaşı 63 il 6 ay olmuşdur. Yaşa görə əmək pensiyası təyin edilməsi barədə Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinə müraciət etmişdir. Müraciəti ilə bağlı cavabdeh tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur.

3. Cavabdeh məhkəməyə təqdim olunmuş iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X5 filialına müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının mürac iəti aidiyyəti üzrə Mərkəzi Filiala göndərilmiş, Mərkəzi Filialda aparılan araşdırma nəticəsində İddiaçı qanunvericiliklə nəzərdə tutulan iş stajına (25 il) və pensiya təyinatı üçün tələb olunan minimum pensiya kapitalına sahib olmadığı müəyyənləşdirilmiş, bu səbəbdən də ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı 25 il iş stajına sahib olduğunu iddia etsə də, Mərkəzi Filialın araşdırması nəticəsində bunun doğru olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1982-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Göyçay rayon “D.Məmmədov” adına Çaxırlı kənd orta məktəbində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı X5 filialı ilə X5 Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixdə birgə tərtib etdiyi akta əsasən İddiaçı xx.xx.1982ci il tarixdən xx.xx.2008-ci il tarixədək Göyçay rayon D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində əməkhaqqı aldığı 20 ay, həmçinin X6 Filialının xx.xx.2024-cü il tarixli arayışına əsasən Çaxırlı kənd T.İsmayılov adına kolxozda işlədiyi 3 ay sığorta stajına daxil edilmişdir. İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək əyani təhsil illəri də nəzərə alınmaqla sığorta stajı ümumilikdə 4 il 9 ay təşkil edir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən 01 07.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, ona avtomatlaşdırılmış qa ydada yaşa görə pensiya təyinatı mümkün olmamışdır. İddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2024-cü il tarixdən iddiaçıya yaşa görə sosial müavinət təyin edilmişdir.

4. Şəki İnzibati Məhkəməsinin (hakim X1) 04 fevral 2025-ci il tarixli, 2-1(116)796/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X3 /sədrlik edən və məruzəçi/, X2 və X4) 27 may 2025-ci il tarixli, 2-1(107)-326/2025 nömrəli qərarı ilə apellyasiya şikayət i təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərk ən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tə tbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

10. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

11. Məhkəmə kollegiyası hes ab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

12. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Cavabdeh tərəfindən istinad edilən hallar, başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əm ək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-88/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)2283/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2146/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1734/2024 nömrəli qərarları).

13. Hazırkı iş üzrə iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla, onun yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (63,5 yaş) çatması və 25 il ümumi iş stajına malik olması işin aşağı instansiya məhkəmələri tə rəfindən araşdırması zamanı (iddiaçıya məxsus əmək kitabçası və arxiv arayışı) öz təsdiqini tapmışdır. Cavabdeh qeyd edilən sənədlərdəki məlumatların həqiqiliyini şübhə altına alan hər hansı sübut təqdim edə bilmədiyindən aşağı instansiya məhkəmələri bu sənədləri mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşlar.

14. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəll i olmuşdur.

15. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

16. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlillərinə münasibətdə qeyd edir ki, kassasiy a şikayətinin dəlilləri mahiyyətcə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

17. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2025-ci il tarixl i, 21(107)-326/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar